Cinayət və nifrətin qarşısını almağın yolu: SEVGİ
Sevgi sözləri zalımın beynini elmi olaraq parçalar, möminin qəlbinə də fərahlıq verər.
Allah insanlardan zəif sevgi istəmir. Bu insanı da doyurmaz, Allah da belə sevgi istəməz. Üsulu ilə sevgi əsla olmaz. Allahı, Allahın istədiyi kimi tam haqqıyla sevənlərin isə sayı çox azdır. Allahı ən çətin şərtlərdə sevmək əsasdır. Peyğəmbərlər çox çətin şərtlər altında sevgilərini davam etdirmişlər.
Millətin bir-birini sevməsi üçün dövlət siyasəti lazımdır. Hər düşüncədən, inancdan, həyat tərzindən insanın bir-birlərinə mərhəmət, şəfqət və hörmət göstərmələri üçün təhsil lazımdır. Vətəndaşların bir-birlərini sevməsi və mərhəmət duyması üçün dövlətin siyasəti olmalı və bu mövzuda çoxlu səy göstərilməlidir. Məktəblərdə sevgi təhsili, dövlət televiziya kanallarından sevgi yayımları lazımdır. Bu sevgi və mərhəmət öyrədilmədiyində yalnız özünü, öz ailəsini sevən çox eqoist nəsil yetişər.
İslamiyyət sevgi, səmimiyyət və dürüstlükdür.
Allahın böyüklüyünü heç unutmamaq mövzusunda çox ciddi istək lazımdır. O zaman sevgi bütün mənliyi örtər. Bu cür sevgi ruhda meydana gəldiyində, Allah seviləcəkləri də göndərər.
Dünyaya sülhün gəlməsi üçün bütün gücümüzlə səy göstərməyə davam edəcəyik. Hər zaman müharibə, silahlanma və qan əleyhinə olacağıq. Dostluq, sevgi içində yaşamaq və axirətə getmək lazımdır. Allahın istədiyi budur. Allah insanlardan sevgi, sülh, dostluq istəyər. Dəccaliyyətin qızışdırdığı hirsi və kini susduracayıq. Savaş üçün istədikləri provokasiyanı etsinlər, bu çaxnaşmalara görə mükafat verdirtməyəcəyik.