logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 29 may 2018

avatar

Adnan Oktar

Allahın böyüklüyünü heç unutmamaq mövzusunda çox ciddi istək lazımdır. O zaman sevgi bütün mənliyi örtər. Bu cür sevgi ruhda meydana gəldiyində, Allah seviləcəkləri də göndərər.
A9 TV; 29 may 2018
1047
avatar

Adnan Oktar

Allah gözəl insanları, cənnətin necə gözəl olduğunu düşünməmiz və anlamamız üçün bir növ nümunə olaraq yaradır. Cənnətdə hər insan qəlib kimi gözəldir, heç bir qüsur, nöqsan yoxdur.
A9 TV; 29 may 2018
avatar

Adnan Oktar

Ruh təcrübə qazanır amma ruhun yaşı yoxdur. Qazandığı təcrübəylə daha keyfiyyətli, daha mədəni, daha yaxşı düşünən xarakterə bürünür.
A9 TV; 29 may 2018
avatar

Adnan Oktar

Hər ruh xatirə ilə formalaşar. Xatirə götürüldükdə yalnız görən, eşidən varlıq qalar. Xatirə ilə insan, "Mən, mənəm" deyər.
A9 TV; 29 may 2018
avatar

Adnan Oktar

İnsan sevgi, şəfqət və mərhəmətə görə yaradılmışdır. Bunlar olmayanda insan bədəni özünü yeməyə başlayır, hüceyrələr xərçəngləşir. Buna görə də, müsbət olan hər şeyi müdafiə edəcəyik, mənfi olan şeylərə qarşı da ağıllı elmi mübarizə verəcəyik.
A9 TV; 29 may 2018
avatar

Adnan Oktar

Osman Nuri Çataklı hoca çox qiymətli böyük alim idi. Möhtərəm mübərra insan idi. Çox böyük alimlər yetişdirdi. Allah qəni-qəni rəhmət etsin.
A9 TV; 29 may 2018
avatar

Adnan Oktar

Cənnət, insan keyfiyyət anlayışının ən üstündə keyfiyyətə malikdir. Cənnəti bəziləri nağıl ölkəsi kimi düşünür. Elə deyil. Hər şeyin mükəmməl və hər şeyin keyfiyyətli olduğu məkandır.
A9 TV; 28 may 2018
avatar

Adnan Oktar

Özünü bilən, təməlini bilən, bütün kainatın beyninin içində ona göstərildiyini bilən Allahı bilər. Bunu bilməyənin şüuru yoxdur. Şüur sahibi olmayanın da sevgini və mərhəməti bilməsi mümkün deyil. O yalnız həvəsi bilər.
A9 TV; 28 may 2018
avatar

Adnan Oktar

İslam birliyinin məqsədi sülhdür. Bu birlik müharibələri, acıları, döyüşü, terroru aradan qaldırmaq üçün qurulacaq. Əslində sülh və dostluq asan olandır. İnsanların savaşı bu qədər adi hal kimi görməsində anormallıq vardır.
A9 TV; 28 may 2018
avatar

Adnan Oktar

Allahın böyüklüyünü bilmək müəzzəm hissdir. Allahın böyüklüyünü bildiyində, səmimi qavradığında, səssiz-sədasız böyük güc olarsan. Kimsə səni məğlub edə bilməz. Bu, Allahın gizli qanunudur.
A9 TV; 27 may 2018
avatar

Adnan Oktar

Ağılda zəifləmə də, artım da olar. Ağlı zəifləyən şəxs bunu anlamaz, hətta özünü dünyanın ən ağıllı insanı zənn edər. Ağıl artanda isə həmin şəxs bunu dərhal anlayar.
A9 TV; 27 may 2018
avatar

Adnan Oktar

Allah, münafiqlərin 70 dəfə bağışlanma diləsələr də bağışlamayacağını bildirmişdir. Çünki münafiq Allaha xain, Peyğəmbərə xain, möminlərə xain, davasına xain bir alçaqdır. Qurana görə münafiqin bağışlanılması mümkün deyil. Ən şiddətli əzabla, cəhənnəmin ən dərinində əzab görəcəkdir.
A9 TV; 27 may 2018
avatar

Adnan Oktar

Bəzi Neoconlar israrla "dollarınızı satmayın" demələri, ediləcək ən doğru işin dolları satmaq olduğunun isbatıdır. Türk milləti fədakardır. Əvvəl vətəni düşünər, uşağını, gələcəyini qorumanın da vətəni qorumaqla mümkün olduğunu bilər. Öz ağıllarına görə Türk millətini eqoizmə çağırırlar, bu millət əsla eqoistlik etməz.
A9 TV; 27 may 2018
avatar

Adnan Oktar

Sadəcə yaşı böyük olanlara hörmət göstərilər deyə düşünmək səhvdir. Uşaqlar da hörməti haqq edir. Məsumluqları, təmizlikləri, günahsız olmaları kimi saysız gözəl, hörmət ediləcək xüsusiyyətləri vardır.
A9 TV; 27 may 2018
avatar

Adnan Oktar

Allah ilə əlaqə ən həyati məsələdir. Biz çox diqqətlə, xüsusilə Allahın böyüklüyünü düşünərək yaşamaq məcburiyyətindəyik. Allahın varlığını mömin onsuz da qəti olaraq bilər. Allahın böyüklüyünü isə yaxşı düşünmək lazımdır. Allahın böyüklüyünü yaxşı düşünən insan, hər şeyi Allahın etdiyini heç unutmadığı aləmə girər və ola biləcək ən yaxşı həyatı yaşamış olar.
A9 TV; 27 may 2018
avatar

Adnan Oktar

Cənub-Şərq bölgəsi almaz mədəni kimidir. Kürdlərin hər yönləri çox qiymətlidir. Kürdlərin adət-ənənəsi, şəfqəti, mərhəməti, sədaqəti, vəfası, təvazökarlığı çox gözəldir. Anadolu həmişə belə gözəlliklərlə doludur. Hamısının qiymətini çox yaxşı bilmək lazımdır.
A9 TV; 27 may 2018
avatar

Adnan Oktar

Yaxşılığı və xeyiri təşviq etmək əhəmiyyətlidir. Edilən xeyirli işləri gizlətmək lazımdır deyə düşünmək doğru olmaz. Məscid tikir bunu göstərir, insanlara da nümunə olmasını məqsəd qoyur. Namaz qılır, insanları təşviq etmək üçün bunu paylaşar. Amma kasıb insana kömək edərkən o insanın qürurunu qıracaq heç bir şey edilməz, o gözəllik səssizcə edilər. Maşından yardım atmaq və s. çox ayıb və çirkindir.
A9 TV; 27 may 2018
avatar

Adnan Oktar

Məscid toplantı məkanıdır, söhbət, dostluq, qardaşlıq məkanıdır. Sadəcə namaz üçün bir araya gəlinən məkan deyildir. Ehtiyacı olan olduğunda yatmaq üçün də qalmaq olar. Amma məscidləri axşam olanda bağlayırlar. Allahın evi bağlanmaz. Məscidlərin çox təmiz olması da çox əhəmiyyətlidir. Hər gələn təmizliyə kömək edəcək, süpürəcək, siləcək. Məscidlər tərtəmiz sevinc dolu məkanlar olacaq.
A9 TV; 27 may 2018
avatar

Adnan Oktar

Azadlıq anlayışı cəmiyyət tərəfindən qəbul edilsə həqiqi azadlıq meydana gələr. Gözəl olan təhsillə, İslam əxlaqının hakimiyyəti ilə büt inancları ortadan qaldırmaqdır. İslam, Hz. Musanın əsası kimidir harada qırxayaq, ilan varsa hamısını udar. İnsanlara acı verən hər cür təzyiqi, yanlış ənənə və qadağanı udar, ləğv edər. Onun üçün həqiqi azadlıq ancaq İslamla təmin edilər.
A9 TV; 27 may 2018
avatar

Adnan Oktar

Rəhmətlik Adnan Menderes, Fatin Rüştü Zorlu və Həsən Polatkanı rəhmətlə və hörmətlə xatırlayırıq. Allah onları cənnətə layiq etsin.
A9 TV; 27 may 2018
avatar

Adnan Oktar

İnsanların çoxunun ülvi məqsədi yoxdur. Niyə yaşadıqlarını bilmirlər. Din deyə təqdim edilən sistem insanlara dəhşət yaşadan və dinlə əslində heç bir əlaqəsi olmayan sistemdir. Dinsizlik də dəhşət vericidir. Gənclər iki dəhşətin arasında qaldılar. Biz var gücümüzlə elmlə, irfanla bu dəhşəti aradan qaldırmağa cəhd edirik.
A9 TV; 26 may 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
İslamiyyət sevgi, səmimiyyət və dürüstlükdür. Sitatlar
İnsan özünün və qarşısındakının Allahın ruhu olduğunu bilərsə və Allahın ruhunu sevdiyini bilərək sevsə, Allah böyük sevgi meydana gətirər. Amma sevdiyini bütləşdirərsə, o büt onu boğar. Sitatlar
Allahın varlığını anladıqda və böyüklüyünü qavradıqda sevdiyimiz hər şey Onda toplanar. Çiçəklər, pişiklər, quzular, gözəlliklər, sevdiyin insan hamısı Allahın təcəllisidir. Hamısına duyduğumuz sevgi Allaha olan sevgimizdir. Sitatlar
Dünyaya sülhün gəlməsi üçün bütün gücümüzlə səy göstərməyə davam edəcəyik. Hər zaman müharibə, silahlanma və qan əleyhinə olacağıq. Dostluq, sevgi içində yaşamaq və axirətə getmək lazımdır. Allahın istədiyi budur. Allah insanlardan sevgi, sülh, dostluq istəyər. Dəccaliyyətin qızışdırdığı hirsi və kini susduracayıq. Savaş üçün istədikləri provokasiyanı etsinlər, bu çaxnaşmalara görə mükafat verdirtməyəcəyik. Sitatlar
Allah bütün analara, bütün atalara xeyir, gözəllik, yaxşılıq, sağlamlıq nəsib etsin. Hamısından əvvəl Allahı ən dərin sevgiylə sevməyi nəsib etsin. Sitatlar
Eşqın ağılla həmişə zənginləşdirilməsi və bəslənməsi lazımdır. Əgər sevgi ağılla bəslənmirsə çökməyə doğru gedər. Müsəlmanın sevgisi monoton olmaz. Müsəlman sevgisini həmişə zənginləşdirər. Sitatlar
Uşaq sevgisi olmayanların məscidə girməsinə qadağa qoyulmalıdır. Uşaqlara məscidlərdə pis davranan olanda dərhal lazımlı tədbirlər alınsın. Sitatlar
Allah insanlardan zəif sevgi istəmir. Bu insanı da doyurmaz, Allah da belə sevgi istəməz. Üsulu ilə sevgi əsla olmaz. Allahı, Allahın istədiyi kimi tam haqqıyla sevənlərin isə sayı çox azdır. Allahı ən çətin şərtlərdə sevmək əsasdır. Peyğəmbərlər çox çətin şərtlər altında sevgilərini davam etdirmişlər. Sitatlar
Millətin bir-birini sevməsi üçün dövlət siyasəti lazımdır. Hər düşüncədən, inancdan, həyat tərzindən insanın bir-birlərinə mərhəmət, şəfqət və hörmət göstərmələri üçün təhsil lazımdır. Vətəndaşların bir-birlərini sevməsi və mərhəmət duyması üçün dövlətin siyasəti olmalı və bu mövzuda çoxlu səy göstərilməlidir. Məktəblərdə sevgi təhsili, dövlət televiziya kanallarından sevgi yayımları lazımdır. Bu sevgi və mərhəmət öyrədilmədiyində yalnız özünü, öz ailəsini sevən çox eqoist nəsil yetişər. Sitatlar
Qadınları dürüst sevmək, hörmət göstərmək lazımdır. Qadına dəyər veriləndə qadın olar. Qadın hörmətlə, dəyər verərək gözəldir. Axirətə niyyət yoxsa sevgi olmaz. Yox olacaq varlıq seviləməz. Özünün də qiyməti qalmaz, qarşısındakının də qiyməti qalmaz. Sonsuza niyyətlə sevilər. Sitatlar
Sevgi sözləri zalımın beynini elmi olaraq parçalar, möminin qəlbinə də fərahlıq verər. Sitatlar
Sevgi sosial media üzərində hakim olmalıdır. Əvvəl sevgi cümlələri qurulması məcburi hala gələ bilər. İlk növbədə sevgidən bəhs edib, sonra tənqid edəcəyi üslub geniş yayılmalıdır. Sitatlar
Şövqlə, dərin sevgiylə Allahı sevirsənsə sevgi bütün məsələləri həll edər. Amma sevdiyini putlaşdırsan o sənə fəlakətə çevrilər. Onsuz da onun adı sevgi deyil həvəsdir. Sitatlar
Heyvanlar, Allahın neməti olaraq, insan ruhuna sevgi cəhətdən çox şiddətli təsir edəcək şəkildə yaradılır. Mömin iradə göstərməsinə ehtiyac qalmadan heyvan gördüyündə çox sevər. Mömin pişiyə, itə, ördəyə, sərçəyə, dovşana heç cür doya bilməz. Sitatlar
Allah gözəl insanları, cənnətin necə gözəl olduğunu düşünməmiz və anlamamız üçün bir növ nümunə olaraq yaradır. Cənnətdə hər insan qəlib kimi gözəldir, heç bir qüsur, nöqsan yoxdur. Sitatlar
Mehdiyyət siyasətlə maraqlanan düşüncə deyil. Mehdiyyətin xüsusiyyəti yalnız sevgi, dostluq, sülh və mərhəmətdir. Sitatlar
Quran əxlaqı çox böyük azadlıqdır. İnsanların beyninə fərahlıq verər. İnsanların beynindəki təzyiq, sıxılma Quran əxlaqının yaşanmamasından qaynaqlanır. Quran əxlaqı yaşansa insanların üzərindən 10 ton yük qalxmış kimi olar. İndiki acılar küfrün təzyiqindən meydana gəlir. Quran əxlaqı olduğunda gənclər, qadınlar, hər kəs ola bildiyi qədər azad yaşayar. Heç kimin başqasından qorxmasına gərək qalmaz. Sitatlar
Ruh təcrübə qazanır amma ruhun yaşı yoxdur. Qazandığı təcrübəylə daha keyfiyyətli, daha mədəni, daha yaxşı düşünən xarakterə bürünür. Sitatlar
Hər ruh xatirə ilə formalaşar. Xatirə götürüldükdə yalnız görən, eşidən varlıq qalar. Xatirə ilə insan, "Mən, mənəm" deyər. Sitatlar
Bir insan Allahın böyüklüyünü qavradığında bu gözəlliyin sevincini yaşamırsa, beyni əvvəlki həyatının təzyiqi altında deməkdir. Beyni uşaqlığından qalma bəlalı sistemin içində boğulur deməkdir. “Mən bu cür böyük neməti gördüyüm halda niyə bu sevinci yaşamıram” deyə bununla mübarizə etməsi lazımdır. İsrarla mübarizə etsə, o kədərdən xilas olar, nəşə və sevinc tapar. Sitatlar
İnsan sevgi, şəfqət və mərhəmətə görə yaradılmışdır. Bunlar olmayanda insan bədəni özünü yeməyə başlayır, hüceyrələr xərçəngləşir. Buna görə də, müsbət olan hər şeyi müdafiə edəcəyik, mənfi olan şeylərə qarşı da ağıllı elmi mübarizə verəcəyik. Sitatlar
İnsan özünün Allahın ruhu olduğunu anladığında həyat şəkli Allahın istədiyi şəkildə olar. Mömin, Allahın ruhudur. Bütün dünya isə Allahın ruhunun əmrindədir. Buna görə möminin qəlbi həmişə nəşə və sevinc içində olar. Sitatlar
Diyarbəkirdə şəhid olan igidlərimizi təbrik edirik. Allah onlara nə gözəl mövqe nəsib etmiş, nə böyük gözəllik qazandılar. Məqamlarına qibtə edirik. Şəhadətləri mübarək olsun. Sitatlar
Osman Nuri Çataklı hoca çox qiymətli böyük alim idi. Möhtərəm mübərra insan idi. Çox böyük alimlər yetişdirdi. Allah qəni-qəni rəhmət etsin. Sitatlar
Münafiqin müsəlmanlara saysız faydası vardır. Münafiqlə elmi mübarizə, müsəlmanın ağlının daha kəskinləşməsinə, daha güclənməsinə səbəb olur. Münafiqdə şeytani müqavimət vardır, bu müqavimət müsəlmanlar üçün yaxşı fürsət olar. Müsəlmanların daha coşğulu, daha dinamik, daha bir-birinə bağlı, daha canlı olmalarını təmin edər. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur