Taleyə Qarşı Çıxmaq Şirkdir
Şirk insana çox yaxın olduğu üçün çox diqqətli olmaq lazımdır. Allahın gücünü başqasına vermək, məsələn dərmanın şəfa verəcəyini düşünmək şirkdir. Bir hadisənin, bir sözün Allahın idarəsi xaricində reallaşdığını düşünmək şirk olar. Biri pis söz eşidəndə Allahdan kənar olduğunu zənn edərsə bu şirk olar. Hər şey amma hər şey Allahın idarəsində olar, Allahın bilmədiyi heç nə olmaz. Mömin bunu əsla unutmayacaqdır.
Şirk ağlın bağlanmasına səbəb olar. Mühakimə, düzgün qərar vermə pozular və insan qeyri-sabit olar. Ümumi şüursuzluq halı meydana gələr.
İnsanlar səmimiyyəti çox tez unudar. Səmimiyyəti heç vaxt əldən buraxmamaq lazımdır. Müsəlman səmimiyyətə sarılmış halda gəzməlidir. Səmimiyyət unudulduğu zaman şirk, qorxular, bəlalar fəaliyyətə keçər.
Şirk Allahın gücünün vicdansızcasına rədd edilməsidir. Allahın gücündən başqa güclər olduğunu düşünməkdir. Məsələn, xəstədir; "bu dərmanı qəbul etsəm yaxşılaşaram" deyir. Xəstəliyi kim yaratdı; Allah. Dərmanı kim yaratdı; Allah. Dərmanı harada içirsən, beynində. Beynindəki dərman təsvirinin şəfa yaratdığını iddia etsən bu şirk olar. Şəfanı yaradan Allahdır, dərmanı vəsilə edər.
Baş ağrıyan zaman dərmanın ağrını yox edəcəyini zənn etmək şirk olar. Ağrını yaradan, dərmanı yaradan, ağrı kəsəcək olan Allahdır. İnsanların ən çox düşdüyü şirk budur. Hər şeyi Allah etdiyini unudurlar.
Qadınlar hörmət və sevgiyə tam layiqdir. Dəccaliyyət qadınları əzmək üçün həm darvinizmdən, həm də müşriklərin şirk inancından istifadə etdi. Yaxın gələcəkdə qadınlar heyrətamiz dərəcədə rahatlığa və gözəlliyə nail olacaqlar.
Mart 06 2017, 05:52
Avqust 27 2014, 08:17