logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 18 may 2018

avatar

Adnan Oktar

Şirk ağlın bağlanmasına səbəb olar. Mühakimə, düzgün qərar vermə pozular və insan qeyri-sabit olar. Ümumi şüursuzluq halı meydana gələr.
A9 TV; 18 may 2018
2550
avatar

Adnan Oktar

Dini ağla, məntiqə uyğun olaraq izah edən və gənclərə təbliğ edən demək olar tək bizik. Bizim izahlarımızla, Quran müsəlmanlığını bütün gənclər sevərək və istəyərək qəbul edir.
A9 TV; 18 may 2018
avatar

Adnan Oktar

İslam aləminin birləşib sevgini, qardaşlığı, sülhü dünyaya hakim etməsi çox asandır. Müsəlman liderlər bir araya gələcəklər, sarılıb qardaş olaq deyəcəklər. İsrail, Rusiya, Yunanıstan bütün bölgə ölkələrini də bu Birliyin içinə alacaqlar. O zaman Yaxın Şərq tam fərqli, çox gözəl, çox keyfiyyətli bölgə olar.
A9 TV; 18 may 2018
avatar

Adnan Oktar

Müsəlmanların birlik olması, İslam Birliyinin qurulması qardaşlıq bağının və sevginin meydana gəlməsidir. “Birlik olaq intiqam alaq” məntiqi ilə İslam Birliyi olmaz. Birlik olaq, musəvilərlə, xristianlarla dost olaq, qardaş olaq, birlikdə sevgi içində yaşayaq istəyirik. Qurana uyğun olan budur. Allahın istədiyi budur.
A9 TV; 18 may 2018
avatar

Adnan Oktar

Müsəlman ölkələrin liderləri toplanacaq yalnız bir cümlə söyləyəcək: “İslam Birliyini istəyirik”. İslam Birliyini istəyirəm demək belə çətin gəlir bəzilərinə. İslam Birliyi çətin deyil, imkansız deyil. Sadəcə istəmək lazımdır. Müsəlmanlar bu istəklərini ifadə etsələr, dua hökmündə olar və reallaşar Allahın izni ilə.
A9 TV; 18 may 2018
avatar

Adnan Oktar

Dini, həyatın bütün gözəlliklərini əllərindən alan sistem olaraq gördükləri üçün dini yaşamağı qocalıq dövrünə buraxırlar. Dini yaşasa sürünəcəyinə inanır. Halbuki din həyatın ən zövqlü, ən sevincli, ən həyat dolu sistemidir.
A9 TV; 17 may 2018
avatar

Adnan Oktar

Fələstində olan həmişə fağır, məzlum xalqa olar. Qarşıdurma körükləndikcə xalqın yerindən yurdundan edilməsindən, qadınların, uşaqların evsiz-eşiksiz qalmasından başqa nəticə əldə edilmir. Bu qarşıdurma üslubunu tamamilə buraxıb, iki xalqı barışdırsaq, o müqəddəs torpaqları abadlaşdırsaq, bir arada təhlükəsizlik içində, sevinc içində yaşasalar, hər yeri bağ-bağça etsək, məktəblər inşa etsək, oyun bağçaları qursaq, bütün həyatı dəyişdirsək daha gözəl olmazmı? Dəccaliyyət həmişə müharibə istəyir, qan tökmək istəyir. Müsəlman olaraq biz israrla sülh istəyəcəyik, dostluq istəyəcəyik, sevgi istəyəcəyik.
A9 TV; 17 may 2018
avatar

Adnan Oktar

Şəhidimiz Möhsün Yazıcıoğlu İngiltərəyə getdi gəldi şəhid etdilər. Tayyib hocam dönən kimi sui-qəsd sözləri ortalıqda dolanmaya başladı. Dəfələrlə demişəm, bir daha deyirəm: “Tayyib hocamın saçının telinə toxunanın canına toxunarıq, qanunla hüquqla, elmlə ” Belə bir şeyi ağıllarından belə keçirməsinlər, millətimizdən çox çətin hüquqi qarşılıq alarlar.
A9 TV; 17 may 2018
avatar

Adnan Oktar

Dünyada, bir Allahın ruhunu daşıyan möminlər, bir də möminlərin imtahanı üçün yaradılmış ruhu olmayan xüsusi varlıqlar vardır. Allah bu ruhu olmayan insanları istifadə edərək möminləri öyrədər. Allah möminlərin sonsuza qədər rahat və hüzur içində yaşamasını istəyir amma Allah Özünə güvənilməsinə çox əhəmiyyət verir. İnsanlar da öz bədənlərini qiymətli gördükləri üçün balaca hər şeydə təlaşa qapılırlar. Bədənlərinə zərər gəlməsi qorxusu insanların çoxunun Allaha yaxınlaşmasına mane olur. Buna görə çətinliklər və acılarda çox böyük sirr vardır. Allah bu acılar və çətinliklər içindən Özünə yaxınlaşılmasına, Özünə güvənilməsinə çox əhəmiyyət verir.
A9 TV; 16 may 2018
avatar

Adnan Oktar

İslam ölkələrinin dostluq, qardaşlıq, sülh üçün bir araya gəlməsi vacibdir. İslam ölkələrinin liderləri bir araya gəldiklərində, “biz bütün insanlar üçün, hər dindən insan üçün azadlıq, hüzur və təhlükəsizlik istəyirik. Müsəlmanların birlik olmasını istəyirik” desələr bu gözəl dua olar.
A9 TV; 16 may 2018
avatar

Adnan Oktar

Allahın varlığını anladıqda və böyüklüyünü qavradıqda sevdiyimiz hər şey Onda toplanar. Çiçəklər, pişiklər, quzular, gözəlliklər, sevdiyin insan hamısı Allahın təcəllisidir. Hamısına duyduğumuz sevgi Allaha olan sevgimizdir.
A9 TV; 15 may 2018
avatar

Adnan Oktar

Zalımlıq edən hər kim olarsa Allah hidayət versin, hidayət vermirsə həlak etsin. Demək olar hər yerdə ağla gələn tək çözüm qınama, müharibə və qarşıdurma olur. Zalımlar cəzalandırılsın, ədalət yerini tapsın. İsrailin də zalımları, varsa Fələstinin də zalımları haqq etdikləri hüquqi qarşılığı alsın. Amma hədəf həmişə sülh, hüzur, qardaşlıq və dostluq olsun. Əvvəlcə dostluq, qardaşlıq istəyək. O gözəl torpaqlar musəvilərin, xristianların, müsəlmanların birlikdə, dostca yaşadığı yerlər olsun. Aralarda tikanlı tellər, nəhəng divarlar olmasın. Sevinc içində halaylar çəkilsin, zeytun ağacları əkək, hər yeri bağ-bağça edək, gənclər xoşbəxt olsun. Hədəfimiz həmişə gözəllik, yaxşılıq, sülh və dostluq olsun.
A9 TV; 15 may 2018
avatar

Adnan Oktar

Dünyaya sülhün gəlməsi üçün bütün gücümüzlə səy göstərməyə davam edəcəyik. Hər zaman müharibə, silahlanma və qan əleyhinə olacağıq. Dostluq, sevgi içində yaşamaq və axirətə getmək lazımdır. Allahın istədiyi budur. Allah insanlardan sevgi, sülh, dostluq istəyər. Dəccaliyyətin qızışdırdığı hirsi və kini susduracayıq. Savaş üçün istədikləri provokasiyanı etsinlər, bu çaxnaşmalara görə mükafat verdirtməyəcəyik.
A9 TV; 15 may 2018
avatar

Adnan Oktar

Fələstin xalqının qurtuluşu üçün həqiqi çözüm üzərində dayanmaq vacibdir. Uzun illərdir qınamalar verilərək nəticə əldə edilə bilmir. Tam fərqli üsula ehtiyac vardır. Müsəlman zülmə hər zaman qarşıdır və bunu ifadə edir, amma qınamalar tək başına birdəfəlik çözüm gətirməz. Sevgini və sülhü təlqin etmək birdəfəlik çözüm gətirər. Həmişə qarşıdurma, müharibə, işğal, hücum iki tərəfə də yalnız acı gətirər. Acıların qat-qat artacağı yollara deyil, təhlükəsizliyi və sülhü gətirəcək yollara tabe olmaq lazımdır. Sevgi və sülh ən asan olandır. Amma insanlar bunun üsulunu bilmir. Sülhü təmin etmək çətin deyil. Bir sözə baxar. "Gəlin qardaş olaq" deyilsə hər şey bitər. İsrail xalqı ilə Fələstin xalqı peyğəmbər soyu iki gözəl xalqdır. İkisi də dindar, ikisi də çalışqan, ikisi də təmiz, ikisi də ən gözəl həyatı haqq edir. Qarşıdurmanı qızışdıran hər cür üslubdan çəkinib, bir-birlərini qoruyacaq, şəfqət duyacaqları üslub istifadə etmək və sülhü təlqin etmək lazımdır. İki tərəf də Allaha iman edir, iki tərəf də eyni Peyğəmbərləri sevir. Bölüşəmədikləri nədir? Torpaqdırsa, Yaxın Şərq çox geniş bölgədir. Hər yer boş və geniş ərazidir. Fələstinlilər də, İsraillilər də istədikləri hər yerə məskən salsınlar. Bölgəni yaşıllaşdıraq, gözəlləşdirək, gənclərə gözəl imkanlar təmin edək. Bağ-bağça, nəşə və sevincin olduğu yer olsun. Müsəlmanlar, musəvilər, xristianlar bayram kimi yaşasınlar. Qardaş olmanın ucsuz-bucaqsız faydası vardır. Hər şeydən əvvəl Allahın razılığını qazanmış olarıq. Heç kim qorxu içində yaşamaz, gərginlik hiss etməz. Silaha pul yatırmaq yerinə bölgənin rifahı, sevinci üçün pul xərclənər. Həmişə xeyirli, yaxşı iş görmək düşünülsə mərhəmətsizlik ortadan qalxar.
A9 TV; 15 may 2018
avatar

Adnan Oktar

Fələstinin çözümü iki tərəfin bir-biriylə qardaş edilməsidir. İsrail və Fələstin xalqını bir-birləriylə barışıb, dost-qardaş olmaları üçün təşviq etmək lazımdır. Döyüşü qızışdıran hər şeydən uzaqlaşmaq lazımdır. Döyüşü tezliklə dayandırmaq vacibdir. İki xalq da eyni Peyğəmbər soyundandır. Hər ikisi də Hz. İbrahimin övladıdır. İki peyğəmbər övladı olan xalqı barışdırmaq bizim məsuliyyətimizdir. Ucsuz-bucaqsız o torpaqlarda qardaşca, çox gözəl yaşaya bilərlər. Biz hər zaman qardaşlığı təşviq etməyə davam edəcəyik.
A9 TV; 14 may 2018
avatar

Adnan Oktar

Allah Fələstində şəhid olan qardaşlarımıza rəhmət etsin, qazilərə tezliklə şəfa nəsib etsin. Yaxın Şərqdə böyük hadisələr artaraq davam edəcək. Hədislərin işarələrindən də bunu görürük. Bizim istəyimiz Fələstin və İsrailin, Peyğəmbər soyu olan iki qardaş xalqın tezliklə barışması, bölgəyə hüzur və təhlükəsizliyin gəlməsidir. Allah tez bir zamanda sülhü hakim qılsın, müsəlmanların, xristianların, musəvilərin qardaşca birlikdə yaşayacağı mühit meydana gətirsin.
A9 TV; 14 may 2018
avatar

Adnan Oktar

Məscidləri dolduracaq şüurlu insan yetişdirmək əhəmiyyətlidir. Gecə gündüz darvinist təhsillə məktəblərdə, haşa, "Allah yoxdur" deyə gənclərə təhsil verdikdən sonra, o insanların məscidə gəlib namaz qılması mümkün olmaz. Əlbəttə məscid tikmək lazımdır və məscidlər gözəllikdir. Amma əsl gözəl olan o məscidləri dolduracaq insanları yetişdirməkdir.
A9 TV; 13 may 2018
avatar

Adnan Oktar

Allah üçün sevgini dünyaya hakim etmək çox asandır. Önümüzdəki illərdə dünya bu gözəlliyə şahid olacaq inşaAllah.
A9 TV; 13 may 2018
avatar

Adnan Oktar

Eqoist olmayan hər insan alicənabdır. Sevdikləri üçün yaşayan hər kəs alicənabdır. Eqoist olan bəsitlikdən xilas ola bilməz. Bəsitlik insanı ən çox kirlədən çirkinlikdir. Bir çox insan bilərək və ya bilməyərək bu bəlanın içinə girər. Bir insan eqoizmdən xilas olarsa dünyanın ən keyfiyyətli insanı halına gələr.
A9 TV; 13 may 2018
avatar

Adnan Oktar

İman həqiqətləri, Allahın böyüklüyünü anlamaq üçün oxuyanda o insanın mənliyinin dəyişməsinə səbəb olar. O insan çox güclü, yenilməz varlığa çevrilər.
A9 TV; 13 may 2018
avatar

Adnan Oktar

Münafiqdə şeytan zəkası vardır amma heç ağlı yoxdur. Bu şeytan zəkası sonunda onu boğar, çürüdər.
A9 TV; 13 may 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Dini ağla, məntiqə uyğun olaraq izah edən və gənclərə təbliğ edən demək olar tək bizik. Bizim izahlarımızla, Quran müsəlmanlığını bütün gənclər sevərək və istəyərək qəbul edir. Sitatlar
İslam aləminin birləşib sevgini, qardaşlığı, sülhü dünyaya hakim etməsi çox asandır. Müsəlman liderlər bir araya gələcəklər, sarılıb qardaş olaq deyəcəklər. İsrail, Rusiya, Yunanıstan bütün bölgə ölkələrini də bu Birliyin içinə alacaqlar. O zaman Yaxın Şərq tam fərqli, çox gözəl, çox keyfiyyətli bölgə olar. Sitatlar
Zalımlıq edən hər kim olarsa Allah hidayət versin, hidayət vermirsə həlak etsin. Demək olar hər yerdə ağla gələn tək çözüm qınama, müharibə və qarşıdurma olur. Zalımlar cəzalandırılsın, ədalət yerini tapsın. İsrailin də zalımları, varsa Fələstinin də zalımları haqq etdikləri hüquqi qarşılığı alsın. Amma hədəf həmişə sülh, hüzur, qardaşlıq və dostluq olsun. Əvvəlcə dostluq, qardaşlıq istəyək. O gözəl torpaqlar musəvilərin, xristianların, müsəlmanların birlikdə, dostca yaşadığı yerlər olsun. Aralarda tikanlı tellər, nəhəng divarlar olmasın. Sevinc içində halaylar çəkilsin, zeytun ağacları əkək, hər yeri bağ-bağça edək, gənclər xoşbəxt olsun. Hədəfimiz həmişə gözəllik, yaxşılıq, sülh və dostluq olsun. Sitatlar
İman həqiqətləri, Allahın böyüklüyünü anlamaq üçün oxuyanda o insanın mənliyinin dəyişməsinə səbəb olar. O insan çox güclü, yenilməz varlığa çevrilər. Sitatlar
Kürdlər mərd olar, fədakardırlar. Eqoist olmazlar. Vicdanlı, mərhəmətli və dindar olar kürdlər. Kürdlərə düşmənlik bəsləyən normal insan deyil. Belə tiplər hər kəsə düşmən olarlar, onları ciddiyə almamaq lazımdır. Sitatlar
Tayyib hocamdan və hökumətimizdən xahiş edirik dollarla kirayə dərhal qanunla ləğv edilsin. Dollarla ticarət ləğv edilsin. Türkiyədə bütün əməliyyatlar Türk pulu ilə edilsin. Türkiyəyə iqtisadi tələ quranlara ən yaxşı cavab bu olar. Tayyib hocamdan başqa xahişimiz də, azadlıq və müasirlik ola bildiyi qədər təşviq edilsin. Gənclərin, qadınların azad, istədikləri kimi yaşaya biləcəkləri çox yaxşı vurğulansın. Türkiyənin daha da modernləşməsi və azad olması, qurulan bütün tələləri tərsinə çevirər. Sitatlar
Quran əxlaqı çox böyük azadlıqdır. İnsanların beyninə fərahlıq verər. İnsanların beynindəki təzyiq, sıxılma Quran əxlaqının yaşanmamasından qaynaqlanır. Quran əxlaqı yaşansa insanların üzərindən 10 ton yük qalxmış kimi olar. İndiki acılar küfrün təzyiqindən meydana gəlir. Quran əxlaqı olduğunda gənclər, qadınlar, hər kəs ola bildiyi qədər azad yaşayar. Heç kimin başqasından qorxmasına gərək qalmaz. Sitatlar
Şirk insana çox yaxın olduğu üçün çox diqqətli olmaq lazımdır. Allahın gücünü başqasına vermək, məsələn dərmanın şəfa verəcəyini düşünmək şirkdir. Bir hadisənin, bir sözün Allahın idarəsi xaricində reallaşdığını düşünmək şirk olar. Biri pis söz eşidəndə Allahdan kənar olduğunu zənn edərsə bu şirk olar. Hər şey amma hər şey Allahın idarəsində olar, Allahın bilmədiyi heç nə olmaz. Mömin bunu əsla unutmayacaqdır. Sitatlar
Əsas olan ruhumuzu inkişaf etdirməkdir. Allahın böyüklüyünü yaxşı düşünəcəyik, səmimi olacağıq, həqiqi inkişaf və zənginlik o zaman meydana gələr. Sitatlar
Seçkilərdən sonra Tayyib hocamın güvənə biləcəyi geniş millət vəkili heyəti meydana gəlməsi üçün, millət olaraq lazım olan dəstəyi verək. Tayyib hocamı cumhurun başı edəcəyik, Milli Məclisdə də Cumhur İttifaqının güclü olması, vətən, millət üçün çox vacibdir. Sitatlar
İnsanların çökməsinə səbəb olan darvinist, materialist təhsildir. Terrorun səbəbi darvinist, materialist təhsildir. Məktəblərdə gəncləri "sizin atanız mikrobdur", "hər şey kor təsadüflərin məhsuludur" deyə yetişdirməyə davam edildiyi müddətcə cinayətlər, qırğınlar, anarxiya, qarşıdurma son tapmaz. Darvinizm elm deyil. Darvinizm bütpərəst nağıldır. Gəncləri müasir elmin tapıntılarına görə hazırlayaq. Fosilləri görsünlər, zülalın necə meydana gəldiyini öyrənsinlər, elmin təkamülü rədd etdiyini görsünlər. Sitatlar
Münafiqlər ən başından bəri cinayət maşını kimi xüsusi yaradılmış məxluqlardır. Münafiqlərin varlığının məqsədi müsəlmanların savab qazanmasıdır. Əgər müsəlman münafiqlə elmi olaraq qarşı-qarşıya gəlmirsə düzgün olmayan nə isə vardır. Münafiqi olmayan müsəlman olmaz. Allah xalis möminləri mütləq münafiqlərlə imtahan edər. Sitatlar
Qüsur axtarışı gözüylə baxılanda sevgi meydana gəlməz. Günahlandıracaq, şübhələnəcək mövzu axtaranda sevgi meydana gəlməz. Sevgidə həmişə təmir vardır. Sevdiyinin qüsurunu görməz, görəndə təmir edərsən. İnsan Allahın yaratdığı sənət əsəri olaraq qarşısındakını görəcək və böyük diqqət və qəti incəsənət gücüylə sevgini davam etdirəcək. Sitatlar
Səmimiyyət ağılın üzərindəki bütün təzyiqləri aradan qaldırar. Eqoistlik, dar düşüncə, romantiklik, mənfi düşüncə kimi aqressiv fikirlərdən təmizlənəndə ağıl şəffaflaşar. Bu şəffaflıqla Allahın böyüklüyü aydın olar. Səmimiyyətdə fərahlıq vardır. Danışıq, düşünmə, mühakimə etmə düzgün olar. Sitatlar
Hər çətinlik, hər bəla hikmətlə və xeyirlə hazırlanmışdır. Heç bir çətinlik təsadüfi meydana gəlməz. Hər şey düzgün, vaxtı-vaxtında, sistemli, intizamlı olaraq meydana gətirilir. Sitatlar
İnsan həmişə dəyişər, xarakteri həmişə mükəmməlləşər. Mən beləyəm dəyişmərəm demək, düzgün məntiq deyil. Ruh sahibi olan həmişə inkişaf edər və mükəmməlləşər. Sitatlar
Allah qadının üzərində təzyiq edilməsinə icazə verməz, nə edəcəyini qadının öz vicdanına buraxmışdır. Qadın bir insanı xoşagəlməz hesab edirsə əl uzadıb görüşməz. Məqbul hesab edirsə əl uzadıb görüşər. Qadını, potensial cinayətkar ünsürü və ağlı zəif hesab edərək ona nəyisə zorla qəbul etdirmək, üzərində təzyiq yaratmaq düzgün deyil. Sitatlar
Bacı-qardaşlarımız həqiqi İslama, Quran müsəlmanlığına alışmadıqları üçün həqiqi İslamı gördükləri zaman təəccüblənirlər. Dəhşət, nəzakətsizlik, incəsənətsizlik, keyfiyyətsizlik, təzyiq, əziyyət, şirk İslamında var. Quran müsəlmanlığında isə fərəhlik, sevinc, aydınlıq, keyfiyyət, nur, gözəllik, rahatlıq, azadlıq var. Haqq gəldi batil yox oldu. Quran İslamı, şirk İslamının əsassızlığını ortaya qoydu. Sitatlar
Baş ağrıyan zaman dərmanın ağrını yox edəcəyini zənn etmək şirk olar. Ağrını yaradan, dərmanı yaradan, ağrı kəsəcək olan Allahdır. İnsanların ən çox düşdüyü şirk budur. Hər şeyi Allah etdiyini unudurlar. Sitatlar
İffət qadına heyrətamiz cəzbedicilik qazandırar. Bir dəliqanlının gənc qızla dostluğunda ən çox diqqət yetirəcəyi şey onun iffətini, namusunu, imanını qorumaq olmalıdır. Qarşındakı insana Allahın təcəllisi olaraq baxdığın zaman şirk aradan qalxar. Sitatlar
İnsan əgər həqiqətən Allaha iman edirsə, bütün günü Cənnət kimi keçər. Lakin insanın Allah ilə əlaqəsini heç kəsməməsi lazımdır. Şeytanın, şirk qapısının istəmədən açmasına imkan verməməsi lazımdır. Şirk qapısı həmişə bağlı olması lazımdır. Allah ilə iman əlaqəsində şirk sızıntısına qətiyyən, israrla və qətiyyətlə icazə verilməməsi lazımdır. Nadir insan Allah ilə əlaqəni fasiləsiz davam etdirər, buna çox diqqət göstərmək lazımdır. İnsanlar digər insanların təsiri altında qalaraq şirkin qapısını açırlar. Halbuki şirkdən qaçmaq olduqca asandır, sadəcə çox diqqətli olmaq lazımdır. Sitatlar
Heç bir nəticə alınmayacaq üsullarla vaxt itirmək yerinə qəti çözüm olan İslam Birliyini yaratmaq lazımdır. Müsəlman ölkələrin liderləri bir araya gəlsinlər. “İslam Birliyini istəyirik və bunun üçün səy göstərəcəyimizə söz veririk” deyə and içsinlər. Hörmətli Putin də qatılsın bu yığıncağa. İsrail, Yunanıstan da bu birliyin içində yer alsın. Sevgini, dostluğu, qardaşlığı, sülhü istəyən İslam Birliyindən başqa dünya üçün çözüm yoxdur. Sitatlar
Bir insan sevdiyi üçün əziyyətə sinə gəlirsə, səbir göstərirsə həqiqətən sevir deməkdir. Allah çətinliklər, acılar, əziyyətlər içində sevgimizi görmək istəyir. İmtahanın bütün sirri buradadır. İnsanların bir qismi bu sirri heç cür başa düşmürlər. Sitatlar
Allah ülfəti sakit qalmağımız üçün xüsusi yaradır. Ülfətin iki faydası vardır. Həm ülfəti qaldırma səyi ibadətdir, həm də ülfətin olması insan üçün rahatlıqdır. İnsan beynin içində gözsüz görən, qulaqsız duyan, dilsiz olduğu halda qəhvənin dadını alan, musiqidən zövq alanın kim olduğunu düşünsə Allahın varlığını çox açıq görər. Sitatlar
Müsəlmanların birlik olması, İslam Birliyinin qurulması qardaşlıq bağının və sevginin meydana gəlməsidir. “Birlik olaq intiqam alaq” məntiqi ilə İslam Birliyi olmaz. Birlik olaq, musəvilərlə, xristianlarla dost olaq, qardaş olaq, birlikdə sevgi içində yaşayaq istəyirik. Qurana uyğun olan budur. Allahın istədiyi budur. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur