Mehdi (ə.s) inkarçı fəlsəfələrin arxasına sığındığı darvinizm və materializmi fosillərlə yerlə bir edəcək
Tək alma ağacındakı ağıl milyonlarla insanda yoxdur. Ağac hər cür mineralı, vitamini tanıyır, yetərli nisbətdə alır və lazımı qədər istifadə edir. Meyvənin içinə torpaqdakı zərərli olan heç nə keçmir, ağac mükəmməl təmizləmə sistemindən istifadə edir.
Bitki torpağın içindən lazım olan vəsaiti seçib fabrikdən daha yüksək texnologiya ilə meyvənin, tərəvəzin içinə tək-tək bərabər miqdarda yerləşdirir. Bitkinin ağlı insan ağlından milyon qat üstündür. Hər mineralı, vitamini, zülalı tanıyır, seçir, alır, məhsullarına bərabər paylayır.
Meyvənin torpaqdan vitamin, mineral və zülal əldə etməsi belə təkbaşına çox böyük möcüzədir.
Çiçəyin torpağın içində çox nazik kökləri olur, bu köklərlə torpaqdan kalium, maqnezium, faydalı hər şeyi qəbul edir, zərərli olanı isə qəbul etmir. Köklə torpaqdan qəbul edilən metalları su ilə daşıyır, incə-incə hansı rəng üçün hansı maddədən istifadə edəcəyini bilir, tam ölçüsündə istifadə edir. Gözü olmadığı halda tək-tək yağlı boya portreti kimi boyama fəaliyyəti icra edir, hər rəngin sərhədləri müəyyən olur və çiçəyin möhtəşəm rəngləri meydana gəlir.
Ağac torpaqdan suyu çəkir, ən yuxarıdakı budağa qədər aparır, rəngləri əmələ gətirəcək mineralları seçir, rəsm əsəri kimi rəngləndirir. Bitkinin hüceyrəsi meyvəyə lazım olan nisbətdə mineralı, vitamini, yağı torpaqdan alıb seçəcək ağıla sahibdir.
Torpaq qapqara palçıqdır. İri-iri çiyələklər, “gəl-gəl” deyirlər, torpağın üstündə diri-diri, tərtəmizdirlər, maşAllah.