Yeni Dünya Nizamı

Məqalələr

HAMISINA BAXIN

Sitatlar

HAMISINA BAXIN
avatar

Adnan Oktar

Bütün kainatın məqsədi sevgidir, eşqdir. Allahın ən bəyəndiyi şey sevgidir. Cənnət, cəhənnəm, dünya, dünyadakı bütün detallar yalnız sevgi üçündür. Eşqin tam yaşanması üçün ağılı və vicdanı istifadə etmək əsas şərtdir. Ağıl istifadə edilmədikdə dünyanın da, cənnətin də mənası qalmaz. Dünya şahmat oyunu kimidir, bu şahmat oyununu gözəl bitirdiyimizdə eşqi həqiqi mənasıyla yaşayarıq. Cənnətdən zövq ala bilmək üçün mütləq dünyadakı bu təhsildən keçmək lazımdır. Mömin dünyada hər gün yeni bir şan, yeni bir şərəf qazanır, daha güclü dərinlik əldə edir.
A9 TV; 8 iyul 2018
avatar

Adnan Oktar

İçkisiz, harama girmədən, tərtəmiz olaraq yeni ilin necə qeyd ediləcəyini bütün dünyaya göstərdik. Müsəlmanın incəsənət, keyfiyyət, sevgi, dostluq, təmizlik, nizam anlayışını bütün dünya gördü. Müsəlman olaraq dünyaya İŞİD-i, Əl-Qaidəni göstərirdilər. Bizim həyatımızla dünyaya İslamın gülən, şən, parlaq, müasir, keyfiyyətli, həyat dolu üzü göstərildi.
A9 TV; 2 yanvar 2018
avatar

Adnan Oktar

İslam əxlaqı bütün dünyaya hakim olduğu zaman texnologiya və elm coşacaq. Yeni ixtiralar ediləcək, yeni texnologiyalar yaradılacaq. Heç görülməmiş texnoloji alətlər istehsal ediləcək. Texnologiya həmişə yüksəlib ən yüksək dərəcəyə çatacaq. Bütün dünya Allah eşqinin insanlara nə cür gözəlliklər etdirə biləcəyini görəcək. 60-70 illik müddətdə bütün bu hadisələr yaşanacaq. Lakin İslamın pozulmağa başlaması ilə birlikdə texnologiyanın inkişafında da geriləmə baş verəcək.
A9 TV; 14 dekabr 2017
avatar

Adnan Oktar

Yeni dünya nizamı tamamilə İslam əxlaqının hakim olduğu nizam olacaq. Bundan başqa bir sistemin hakim olması qeyri-mümkündür.
A9 TV; 6 may 2017
avatar

Adnan Oktar

Bu dünya əsl yer deyil. Kimsə bura bağlanmağa çalışmasın. Bura imtahan yeridir. Deyir ki, "Qaşım əksik, gözüm əksik." İmtahana gəldin, təbii ki, əksik olacaq. Mükəmməl edərmi Cənab Allah? "Burnum əyri" deyir. Cənnətdə burnun düz olacaq. Burada əyri olar. "Üşüyürəm" deyir. Cənnətdə üşüməzsən.
A9 TV; 22 Yanvar 2013