logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 18 avqust 2017

avatar

Adnan Oktar

1400 il ərzində tale həmişə Peyğəmbərimiz (s.ə.v)-in dediyi kimi inkişaf etdi, bundan sonra da belə inkişaf edəcək. Bu əzabların sonunda gözəl günlər var.
A9 TV; 18 avqust 2017
1518
avatar

Adnan Oktar

Diqqət itiliyi ani bir vəziyyətə qarşı hazır olmağı təmin edər və təvəkkülün bir parçasıdır. Narahat olmaqda isə təvəkkül yoxdur.
A9 TV; 6 sentyabr 2017
avatar

Adnan Oktar

Prezident Türkiyə Respublikasının rəhbəridir, dövlətin rəhbərinə hörmət göstərmək ən təbii və olması lazım olan hörmət əlamətidir.
A9 TV; 6 sentyabr 2017
avatar

Adnan Oktar

Həyatdakı ən mühüm prioritetimiz Allahın rizasının ən çoxunu qazanmaqdır. Bəzi insanlar hərdənbir Allaha güvənər, ona görə də çox əzab çəkər. Allaha hər zaman, hər vəziyyətdə tam güvənmək lazımdır. Allahın hər etdiyinin xeyir olduğunu bilmək lazımdır.
A9 TV; 6 sentyabr 2017
avatar

Adnan Oktar

Məktəblərdə təkcə sünnilik deyil, şiəlik, ələvilik, bəktaşilik və digər bütün inancların öyrədilməsi, iman həqiqətlərinin izah edilməsi lazımdır.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

İslam Quranın bütünüdür və asandır. Allah dini asan etdiyini bildirmişdir.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Müsəlmanlığın doğru yaşandığı yerdə keyfiyyət, incəsənət, gözəllik, fərəh, sevinc vardır. Ənənəçi sistemdə isə keyfiyyətsizlik hakimdir.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Müsəlmanları nəzakətsiz və keyfiyyətsiz edib, əzib yox etmək istəyirdilər. Quran müsəlmanlığının “həyat dolu” olduğunu dünyaya göstərdik.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Din dərsinin ən mühüm mövzusu Allahın mövcudluğunun dəlillərinin izah edilməsi və bütpərəst darvinist anlayışının əsassızlığının öyrədilməsidir.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Bütün peyğəmbərlər həyatı boyu vicdanla hərəkət ediblər, bir an belə vicdanla hərəkət etməkdən imtina etməyiblər.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Nəfs vicdanı təzyiq altına alar, vicdanın et dediyinə "məntiqi irəli sürərək" mane olmaq istəyər. Vicdanla hərəkət etməkdən heç vaxt ayrılmamaq lazımdır.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Hər insan dünyada bədənində həbs olunmuş vəziyyətdədir. İmtahan bitdikdə bu bədəndə həbs bitər və cənnətə layiqdirsə oradakı əsas həyat başlayar.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Prezidentə hörmət göstərilməsini yanlış hadisə kimi göstərmək səmimi deyil. Türkiyə Respublikasının Prezidentinə hörmət göstərmək təbii haldır.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Cəhənnəmin mövcudluğu insanların daha tutarlı, tarazlı və ağıllı olmasını təmin edər. Müsəlman cəhənnəmin mövcudluğunu düşünərək ağıllı olar.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Bir tərəfdən ənənəçi İslam anlayışı, digər tərəfdən darvinizmlə insanların incəsənət üfüqünü, mühakiməsini, düşüncə gücünü sındırdılar. İnsanların ruhlarında böyük boşluq yarandı. Bu boşluğu seriallar, lazımsız internet söhbətləri kimi boşluqlarla doldurmağa çalışırlar.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Xeyriyyəçilərin ildə bir dəfə deyil, hərdən ehtiyac içində olanlara ət paylamasında böyük xeyir olar. Zülal ehtiyacı əhəmiyyətlidir.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Möminin axirətdəki sorğu-sualı çox asan və sürətlidir. Kafirlərin sorğu-sualı isə çətin və uzundur, hər şeyin haqq-hesabını tək-tək verəcəklər.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Quran İslamı yaşanmadığı zaman hər yerdən çöküş başlayar. İncəsənətin, elmin çökməsi bu həqiqətin konkret sübutudur. Ənənəçi İslam anlayışının səbəb olduğu keyfiyyətsizlik oturmaq, ayağa qalxmaq, danışmaq, hər şeydə acınacaqlı şəkildə ortaya çıxır. Bu model həyat gətirməz. Həyat Quran İslamı ilə canlanar. Dünyaya hakim olacaq şey Quran müsəlmanlığıdır.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

İnsanlar dünyanın sahibini unudub dünyanı düzəltməyə çalışdıqları üçün çözüm olmur. Dünyanın sahibi Allahdır. Dünyanın sahibinə üz tutub düzəltməyi tələb etmək lazımdır. “Ey Rəbb, dünyanın sahibi Sənsən, bizə xeyir nəsib et” demək lazımdır.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

İslam əxlaqı hakim olanda sadəcə xoşniyyət, sülh, mehribanlıq və dostluq dünyaya hakim olacaq.
A9 TV; 5 sentyabr 2017
avatar

Adnan Oktar

Doğru yol vicdana tabe olmaqdır, vicdana tabe olan ağıllı olar. Romantizmə və "məntiqə" tabe olan isə ağıldan tamamilə uzaqlaşar.
A9 TV; 6 sentyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allah hər şeyi ledün elmi ilə, hikmətlə və xeyirlə yaradır. Əzabların, problemlərin olmasının da bir çox xeyri və hikməti var. Sitatlar
Arxeoloji tapıntılar 12 min il əvvəl mason məbədi olduğunu göstərir. Bu da təkamülçülərin tarixin təkamülü iddiasını tamamilə çürüdür. Sitatlar
Azərbaycan bizim canımız, qəlbimiz, parçamızdır. Çox dəyər verdiyimiz tərtəmiz mübarək insanların yaşadığı qardaş ölkəmizdir. Azərbaycanda da hər ölkədə olduğu kimi pislik istəyən zalımlar var. Bunlar Azərbaycana zərər vermək istəyir. Allah onları məğlub etsin. Azərbaycanın yeri mənim üçün ayrıdır. Azərbaycanın hüzur və sülh içində yaşamasını istəyirik. Azərbaycanlı qardaşlarımızı qətlə yetirən ermənilərdən bu zalımlığın mütləq hüquqi haqq-hesabı soruşulmalıdır. Lakin bütün ermənilərə nifrət etmək düzgün olmaz. Zalımlara qarşı olacağıq, məzlumların isə hamısını qoruyacağıq. Cinayət törətməmiş dinc günahsız insanlara nifrət etmək müsəlmana yaraşmaz. Yaxşılar ittifaq edəcək, dost olacaq. Azərbaycan və Türkiyə iki dövlət bir millət olaraq inşaAllah tarixdə gözəl şan qoyacaqlar. Sitatlar
Ənənəçi ortodoks İslam anlayışında da, darvinizmdə də qadınların əksik, yarım, haşa inkişaf etməmiş bir növ heyvan olduğu inancı var. Sitatlar
Ənənəçi ortodoks sistem qadınları insan kimi görmür "yarım" deyir. Bu, qadın nə desə onun əksini edin deyən bir anlayışdır. Cəhənnəmin 90%-ni qadınlar dolduracaq deyən bu anlayışda qadının azad və rahat yaşaya biləcəyi mühit deyil, güclü qadın nifrəti olur. Eyni zamanda da qadınların evlilikdəki rolunun "it kimi" olduğunu deyən darvinizm var. Qadınları sanki mənəvi təzyiq altına alıblar. Sitatlar
Hər gün orqanizmin bütün hüceyrələrinə molekullar tərəfindən nəzarət edilir, bir zədə vardırsa dərhal bərpa edilir. Həmçinin bu 70-80 il insan yaşadığı müddətcə davam edir. Molekul zədəni tanıya bilir, müvafiq bölməni tapıb ona xəbər verə bilir, əlaqəli molekul gəlib təmir işini görür. Hər təfsilatında böyük ağıl olan bu sistemin təsadüf məhsulu olduğunu iddia etmək tam məntiqsizlikdir. Sitatlar
Hər ölkədə zalım da var, gözəl insan da var. Allah hər ölkənin zalımını zərərsizləşdirsin, yaxşı olanını güclü etsin, qalib etsin. İsrailin də, Azərbaycanın da, Rusiyanın da yaxşısı da var, pisi də var. Allah zalımları məğlub, yaxşıları qalib etsin. Sitatlar
İnsan narahat olduğu hər hansı məsələni bir neçə il sonra xatırlamır belə. Narahatlığa həmişə gələcəkdən baxmaq lazımdır. Çox səmimi özünü Allaha buraxsan, özünü tamamilə Allaha təslim etsən və kəskin diqqətlə Allaha bağlansan narahatlıq heç vaxt qalmaz. Sitatlar
Yaxşı və ağıllı insan üslubundan, gözlərindəki ifadədən, təmizliyindən, nəcibliyindən ilk baxışda bəlli olar. Sitatlar
Allah 300 münafiqi Peyğəmbərimiz (s.ə.v)-in əmrinə vermişdi. Gecə-gündüz növbə tutdular, bir boşqab xörəklə qapıda xidmət etdilər, döyüşlərdə iştirak etdilər. Rəsulullah (s.ə.v) və müsəlmanların heyrətamiz zəngin olmasına səbəb oldular. Peyğəmbərimiz (s.ə.v)-in şöhrətini hər yerə yaydılar. 20 il ərzində hz. Süleymanın şeytanları kimi Peyğəmbərimiz (s.ə.v)-ə xidmət etdilər. 20 il sonra mənfəətləri kəsiləndə, bir anda; "bağışlayın, səhv etmişik" dedilər. 20 il ərzində səhv etdiyini anlamayan çox axmaqdırlar. Peyğəmbərimiz (s.ə.v) dövründəki münafiqlər də, Axırzaman münafiqləri də axmaqlıqlarına doymasınlar. Sitatlar
Bir münafiq növü də, müsəlmanları qoruyurmuş kimi görünərək müsəlmanlar əleyhinə fəaliyyət göstərənlərdir. Bu çox alçaqcasına, axmaqcasına, xaincəsinə üsuldur. İslam yolunda bircə əsəri belə olmayan bu tiplər namərdcəsinə və alçaqcasına müsəlmanlara hücum edərək, təkcə fitnə törədirlər. Peyğəmbərimiz (s.ə.v) dövründə də bəzi münafiqlər Peyğəmbərimiz (s.ə.v)-i qorumaq adı ilə müsəlmanlara hücum edirdilər. Belə tiplər xüsusilə münafiq hücumu olduğu zamanlarda ortaya çıxıb Peyğəmbərimiz (s.ə.v)-i qoruyurmuş kimi üslub işlədərək səhabələrdən öndə gedənləri hədəf alırdılar. Halbuki hədəflərinin Peyğəmbərimiz (s.ə.v) olduğu çox açıq idi. Axmaqca üsullarla müsəlmanlara zərər verəcəklərini zənn edirdilər. Belə alçaq insanların müsəlmanlar əleyhinə olan sözləri müsəlmanların həm savabını, həm də digər müsəlmanların gözündəki dəyərlərini qat-qat artırar. Sitatlar
Hər atom ağıllıdır. Hər atom Allahın quludur. Atomların bir-birinə dəymədən 15 milyard il o dövrü təkrarlaması, üstəlik heyrətamiz sürətlə bunu etmələri böyük ağıldır. Atomun ağlı insan ağlından daha yüksək ağıldır və hamısı Allahı zikr edərlər. Sitatlar
İslam Birliyinin vaxtı üçün təqdir edilmiş zaman var. Əlamətlərə baxaraq bu vaxtın artıq yaxın olduğunu anlayırıq. Peyğəmbərimiz (s.ə.v) 1400 il əvvəl görmüş kimi bu gün yaşananlardan danışmış və dedikləri bir-bir olmuşdur. Sitatlar
Kobud davranan insanlara qarşı ağıllı olmaq lazımdır. Dərhal ani reaksiya göstərməmək, anlayışlı olmaq, şəfqətli davranmaq ilk tədbir olaraq yaxşıdır. İkinci mərhələdə kobudluğu davam edirsə, yenə də gözəl cavab vermək ağıllı olar. Beləliklə sonra daha geniş düşünmə və danışma imkanı yaranar. O insan verdiyin şəfqətli cavabı ömür boyu unutmaz. Lakin insan şeytanidirsə o zaman da yenə ağıllı davranan müsəlman qazanmış olar, səbir müsəlmanı gücləndirər. Sitatlar
Münafiq arsızlığının ən əhəmiyyətli nümunələrindən biri də Peyğəmbərimiz (s.ə.v)-i fitnə üçün qurduqları öz məscidlərinə dəvət etmələridir. Özlərinin daha təqvalı olduğunu iddia edir və Rəsulullah (s.ə.v)-i də bu məscidə dəvət edirlər. Halbuki bu məscidə silah toplamış və Peyğəmbərimiz (s.ə.v)-i şəhid etməyi qarşılarına məqsəd qoyublar. Sitatlar
Münafiq mənfəət əldə edə bilməyəcəyinə tam qənaət gətirdikdə müsəlmanların yanından ayrılar. 15 il müsəlmanların baxdığı, yedirdiyi, içirtdiyi, xəstə olanda xəstəxanaya apardığı insan, 15 il ona əvəzsiz yaxşılıq edənlərin əleyhinə gizlin-gizlin fəaliyyətlər göstərir və tələ qurursa, bunun necə alçaqlıq olduğunu hər kəs bilər. Sitatlar
Münafiqlər Peyğəmbər (s.ə.v)-in doğru yolda olduğunu çox yaxşı bilirlər. Bunu bildikləri üçün illərlə Peyğəmbər (s.ə.v)-in yanında olurlar, var gücləri ilə Peyğəmbər (s.ə.v)-i müdafiə edirlər. 10-20 il küfr əhlinin, dəccaliyyətin Peyğəmbərimiz (s.ə.v) əleyhinə yönəlmiş bütün iddialarına tək-tək cavab verirlər, bütün imkanları ilə Ona dəstək olurlar. Sonra maddi mənfəət əldə edə bilmədikdə bir anda minlərlə böhtanla Peyğəmbərimiz (s.ə.v)-ə müxalif vəziyyətə gəlirlər. Peyğəmbər (s.ə.v)-i 15-20 il dəstəkləyib 21-ci il minlərlə əks iddia ilə Peyğəmbərimiz (s.ə.v)-in qarşısına çıxmaları, münafiqlərin necə iblisanə ruhda olmalarının sübutudur. Şeytanın sözü ilə Dəccalın əmrinə tabe olduqlarının açıq göstəricisidir. Münafiq olduqlarının Allah tərəfindən onlara sübutudur. Sitatlar
Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar. Sitatlar
17 avqust zəlzələsində həyatını itirən qardaşlarımız şəhid mövqeyindədir. Allah bütün sevənlərinə xeyirli uzun ömür nəsib etsin. Sitatlar
2021-ci ilə kimi hz. Mehdinin kim olduğu açıqca bəlli olmağa başlayacaq. Sitatlar
2022-ci ilə qədər böyük hadisələr davam edəcək. Allahın icazəsi ilə 2022-ci ildə, baş verən problemlərin demək olar ki, hamısı bitmiş olacaq. Sitatlar
30 avqust Zəfər bayramında və milli günlərdə dini mərasim olması Atatürkün başlatdığı bir ənənədir. Məclisimiz Quran oxunaraq açılmışdır. Sitatlar
700 milyon fosil sadəcə yaradılışı sübut edər, darvinizmi sübut edən bircə fosil yoxdur. Sitatlar
A9 kanalının yeganə məqsədi Allahı sevmək, Allahın yaratdıqlarını sevmək, insanları, heyvanları, bitkiləri sevmək, sevgi, sevgi, sevgidir. Sitatlar
Açıq şüura malik olan insanın Allahın varlığını inkar etməsi heç vaxt mümkün deyil. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur