logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 29 iyul 2015

avatar

Adnan Oktar

Allah bizi robot olaraq da yarada bilərdi; amma onu tam mənasıyla bəyənmir. Sərbəst şəkildə düşünə bildiyi üçün insanı daha çox bəyənir. Çünki zalımlıq da edə bilir, yaxşılıq da. Amma mələk zalımlıq edə bilmir; yəni belə bir gücü yoxdur.
A9 TV; 29 iyul 2015
1190
avatar

Adnan Oktar

Allah ən böyük sevgini şəhidlik kimi qəbul edir. Allahın ən bəyəndiyi şey budur. Lakin, əlbəttə ki, ən məqbul şəhidlik forması Allah yolunda cihad edərkən, yəni feli cihad edərkən şəhid olmaqdır. Çünki açıq-aydın şəkildə döyüşə gedir, öldürülə biləcəyini bilir, orada şəhid olur. Allah yolunda qorxmadan cihada çıxmaq; ən məqbul olan budur.
A9 TV; 29 iyul 2015
avatar

Adnan Oktar

Həll prosesi Türk millətinin başını qatmaqdır. Diqqətini yayındırmaq, şövqünü və gücünü yox etmək, müdafiə refleksini aradan qaldırmaq üçün aparılan psixoloji bir hərəkatdır.
A9 TV; 28 iyul 2015
avatar

Adnan Oktar

İslama, Qurana inanırsansa; küfr əhli mütləq məğlub olar. Küfr əhlinin mütləq məğlub olacağını Allah Quranda bildirir. Lenin məğlub oldu, Marks məğlub oldu, Darvin məğlub oldu, hamısı məğlub oldu. PKK da məğlub olacaq.
A9 TV; 28 iyul 2015
avatar

Adnan Oktar

Əvvəla əxlaq xüsusiyyəti olaraq, qız uşaqlarına hər yerdə sahib çıxılmalıdır, hər yerdə insanlar onları sevməlidir. Qəribə bir vəhşilik yaşanmağa davam edir. Onların xoşbəxt olması, dünyanın xoşbəxt olması deməkdir. Onların sevilməsi, dünyanın sevilməsi deməkdir. Onlar xoşbəxt olmadıqca, dünya da xoşbəxt olmur.
A9 TV; 27 iyul 2015
avatar

Adnan Oktar

PKK-nın qəhr və pərişan edilməsi hamıya fərzdir. Hamısı qanun və hüquqla qulaqlarından tutulub həbsə atılacaq.
A9 TV; 24 iyul 2015
avatar

Adnan Oktar

"Fikrini bəyənmirəm, bombalayacağam" deyir, belə şey olmaz. Danışarsan, qəbul etmirsə etməsin. Qəbul etsə də, nə gözəl, nə xoş olar. Dində məcburiyyət yoxdur. İnsanları bombayla, silahla yola gətirmək üsulu yoxdur.
A9 TV; 21 iyul 2015
avatar

Adnan Oktar

Türkiyənin bölünməsinə icazə vermək nə deməkdir? Bütün İslam aləmini yox etmək, türklük aləmini yox etmək deməkdir. Belə şey olsa, dəli olarıq, havalanarıq. Buna heç vaxt icazə vermərik. Qanun və hüquqla lazım gələni edərik.
A9 TV; 19 iyul 2015
avatar

Adnan Oktar

Musiqi də olmalıdır, əylənməlisən də, gülməlisən də. Əks təqdirdə fitrətin pozular, tarazlığın pozular. Allah qorusun xəstə olarsan, fitrətini pozma. Şən ol, sevincli ol, əylən, gül, oyna. Allah səni elə yaratmışdır. İçinə qapanırsan, xəstə olarsan, sağlığın gedər, düşünmə gücün itər. İslamı da yaşaya bilməzsən.
A9 TV; 18 iyul 2015
avatar

Adnan Oktar

Mehdiyyəti dayandırmaq, İslam Birliyini dayandırmaq üçün bütün hocaları ayağa qaldırdılar. Hamısı xorla; "Mehdi (ə.s) gəlməyəcək, İsa (ə.s) gəlməyəcək, İslam Birliyi olmayacaq" deməklə eyni şeyi söyləyirlər. Guya müsəlmanların şövqlərini yox edəcəklər. Sizin "gəlməyəcək" deməyiniz, onsuz da Mehdi (ə.s)-ın çıxış əlamətidir.
A9 TV; 18 iyul 2015
avatar

Adnan Oktar

Mömin Allahın sözünə güvənər. Allah; "Mən sözümdən dönmərəm. Əgər siz səmimi olsanız, mömin olsanız sizi cənnətimə qoyacağam" deyir. Mömin "Bəlkə də" deyə bilməz.
A9 TV; 16 iyul 2015
avatar

Adnan Oktar

Cənnət tərtəmizdir. Cənnətdə rəsm var, cənnətdə musiqi var, gözəllik var. Qadınlar çox baxımlıdır. Bu dünyanı da cənnətə çevir, niyə cəhənnəmə çevirməlisən ki? Allah imanla, ağılla, səylə bu dünyanı da cənnətə çevirməyimizi istəyir.
A9 TV; 16 iyul 2015
avatar

Adnan Oktar

Təmizlən. Mömin tahirdir. Tahir nə deməkdir? Təmizlənmiş deməkdir. Allah bu acizliyi verəcək, sən də bundan xilas olub cənnət gözəlliyinə qovuşacaqsan. Mömin nur kimidir, tərtəmizdir.
A9 TV; 16 iyul 2015
avatar

Adnan Oktar

İslamiyyəti qorxunc bir şey kimi göstərdilər, dəhşət sistemi kimi göstərdilər, cəhənnəm kimi göstərdilər. Müsəlmanları da qətliam maşını kimi göstərdilər. İnsanları müsəlmanlıqdan fövqəladə dərəcədə soyutdular. Halbuki müsəlmanlıq gözəllik, estetika, incəsənət, ağıl, fikir, elm, irfan, xeyirxahlıq və səmimiyyətdir.
A9 TV; 16 iyul 2015
avatar

Adnan Oktar

Firon xarakterli insanlar müsəlmanların müvəffəqiyyətini qəbul edə bilməz. Müsəlman demək, dünyanın ən keyfiyyətli, ən ağıllı, ən yaxşı insanı deməkdir. Müsəlmanlıq elə qoxumuş, çürümüş insan mənasında deyil.
A9 TV; 16 iyul 2015
avatar

Adnan Oktar

Qatı dinçilərin darvinizmi (bu dünyanın gəlib-keçmiş ən böyük dəccal hərəkatıdır) məğlub etmə qabiliyyətləri sıfırdır. Bizdən başqa dəccaliyyəti elmlə, irfanla tapdalayan güc yoxdur. Dünya səviyyəsində belə təbliğ edən yoxdur. Var, amma bizim yanımızda zəif qalar.
A9 TV; 16 iyul 2015
avatar

Adnan Oktar

Kürd qardaşlarımızın Türkiyə sərhədindən kənarda dövlət qurması bizi narahat etməz. Fəxr edərik. Yetər ki, bunu müsəlmanlara yaraşan şəkildə etsinlər.
A9 TV; 11 iyul 2015
avatar

Adnan Oktar

Amerika dərin dövləti PKK alçaqlarını qorumaqdan imtina etsin. Əxlaqsızlara, murdar insanlara sahib çıxır. Bu çox çirkin hərəkətdir. Belə gedərsə Amerika bütün dünyadakı etimadını itirər.
A9 TV; 11 iyul 2015
avatar

Adnan Oktar

Dövlət, keşikçiləri polislərin arasına alsın. Saylarını da iki dəfə artıraq. Onlar Cənub-Şərqi Anadolunun bəzəyidir. Canlarını Allah, millət, vətən üçün ortaya qoyurlar. Dövlət bu gözəl insanlara var gücü ilə, ciddi şəkildə sahib çıxmalıdır.
A9 TV; 11 iyul 2015
avatar

Adnan Oktar

Türk İslam Birliyinin, İslam Birliyinin qapısını bağlamaq məqsədi daşıyan hərəkat aparılsa dəliyə dönərik. Yəni qiyamət qopar, bütün dünyada qiyamət qopar. Bu bizim normal haqqımızdır; öz ölkəmizdə müstəqil, rahat yaşamaq istəyirik.
A9 TV; 11 iyul 2015
avatar

Adnan Oktar

İsraillilər gözəl insanlardır. Hahamlar çox nəzakətli, sevgi dolu insanlardır. Lazımsız təbliğatla qəzəb meydana gətirilir. Nur kimi insanlardır. Heyrətamiz dərəcədə dindardırlar, Allahdan heyrət doğuran dərəcədə qorxurlar, Allahı çox sevirlər. Süni nifrət hakimdir. Cinayət işləyən ayrı, ona nə deyirsən de, amma məzlumundan nə istəyirsən?
A9 TV; 10 iyul 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Beynimin içində görürəm. Beynimin içində kim yaradır? Allah yaradır. O zaman mənim sevgim kimədir? Allahadır. Mən müstəqil şəkildə bir varlığı sevə bilmərəm. Yalan söyləmiş olaram, özümü aldadaram. Çünki onu Allahın yaratdığını görürəm. Sitatlar
Kosmos boşluğunda, xarici kosmosda zaman yoxdur. Zaman beyində meydana gələn   bir anın digər bir anla müqayisə edilməsi nəticəsində ortaya çıxan bir qavrayış və inanc   forması olub, insan beynində meydana gəlir. Zaman beynin bir məhsuludur, bir inancdır.   Çöldə zamanın olduğunu zənn edir. Bir an vardır, an içində olub bitmiş hadisələr vardır.   Allah belə yaratmışdır. Sitatlar
Dəccal hüzn, əzab və iztirab gətirər. Cəmiyyətin ümidsizlik, yas içində olmasını, Allaha güvənməməsini, Allahı sevməməsini təlqin edər. "Sizi Allah yaratmadı, təsadüfən yarandınız" deyər. Biz də hər şeyi Allahın yaratdığını, nizam verdiyini, sevginin, gözəlliyin, sevincin əsas olduğunu söyləməklə mükəlləfik və edirik. Sitatlar
Dünyanın harasına getsək, hər yerdə Allahın mükəmməl yaratma sənətini görürük. Axirətdə bütün bu nemətlərə, gözəlliklərə görə sorğu-sual olunacağıq. Sitatlar
İstisnasız bütün canlılarda, Allahın yaratdığı o riyazi müntəzəmlik, o həndəsi mükəmməllik, o qızıl nisbət Allahın möhürü olaraq var. Sitatlar
Dünyanın harasına getsəniz, bütün canlılarda mükəmməl rəngləndirmə, mükəmməl forma, mükəmməl ürəkaçıcılığın hakim olduğunu görərsiniz. Bunun heç bir izahı yoxdur. Allahın heyrətamiz gücüdür. Sitatlar
Allahın möhtəşəm sənətini görə bilməyib təsadüf deyənlər axirətdə hər bir sənətə, hər bir təfərrüata görə açıqlama verəcəklər, hesab verəcəklər. "Bu təsadüfən necə meydana gəldi?" deyiləcək. Təbii ki, açıqlaya bilməyəcək. Heyrətamiz həsrətə qapılacaqlar. Çox peşman olacaqlar. Sitatlar
Allah, möcüzələrini, sənətini yaddaşımızda saxlamağı və onlara heyrət etməyi nəsib etsin. Hər biri, yeri-yerindən oynatmağa kifayət edəcək yaradılış möcüzələridir. Normalda bu möcüzələr qarşısında dünya ayağa qalxmalıdır. Sitatlar
Elm inkişaf etdikcə Allahın yaratma sənətinin möcüzələri ortaya çıxdı. Mövcud olan hər şey çox səthi bilinirdi, ancaq kənardan görünən qədəri bilinirdi. İç aləminə daxili olduğun zaman böyük bir dünya ilə qarşılaşdıq. Görülənin bir milyon misli, iki milyon misli möcüzə ilə qarşılaşdıq. Sitatlar
“Mən səbir etdim” deyir, sən səbir etmədin Allah sənə səbir etdirdi. “Mən çox səbirliyəm” deyir. Allah sənə bu səbri verir. Sitatlar
Canlılar çox düzgün, diqqətli yaradılıb. Təkamül texniki cəhətdən qeyri-mümkündür. Mövcud olan hər şeydə ağlasığmaz riyazi mühəndislik var. Hüceyrədə, xromosomda nəfəs kəsən nizam var. Təsadüf belə şey edə bilməz. Sitatlar
İnsan üçün Yaradanın sənəti ən zövqlü nemətlərdən biridir. Bu gözəlliyi görmək, təfəkkür etmək, anlamaq insana çox sevinc verən nemətlərdən biridir. Sitatlar
Darvinizm bilavasitə Allahı inkar edən fəlsəfədir. Kainatın təsadüflər nəticəsində yaradıldığını söyləyər. Bəlanın, narahatlığın, uğursuzluğun mənbəyi darvinizmdədir. Bu mütləq düzəldilməlidir. Sitatlar
Gözəlliyi yaradan Allahdır, hər şeyi yaradan Allahdır. Allahdan başqa güc-qüvvət sahibi yoxdur. Sitatlar
Meyvələrin hər birinin içindəki minerallar, vitaminlər, şəkər nisbəti, karbohidrat nisbəti, qoxuları, uyğunluğu, hamısı müəyyən və tam olması lazım olduğu qədərdir. Təsadüf demək çox böyük zülmdür. Qara torpaqda belə şey təsadüfən olmaz. Sitatlar
Əsil sənətkar Allahdır. Hər gözəl musiqi parçasını hazırlayan Allahdır. Təqdir edilməsi lazım olan Allahdır. Sitatlar
Bitkilər və heyvanların hamısında Allahın təcəllisi vardır. Məsələn, bitki deyirsən, amma onun xromosomu fövqəladə bir gücə sahibdir. Sitatlar
Beyin həqiqətə istiqamətləndirildiyində “Alisa Möcüzələr ölkəsində"-ki kimi olar. Pərdə qalxır, Yaradanın sevinc verəcək, heyrətlər içində qalacaq aləminə giririk. Elə bir aləmdir ki, ucu-bucağı yoxdur. Sonsuzdur. Hər birində nəfəsimiz kəsilir. O sənətdən o sənətə, o gözəllikdən o gözəlliyə. Sitatlar
Yaradanın gücü nəfəs kəsicidir, amma imanın nuruyla baxana. Qəflət gözüylə baxan gündəlik hadisələrin acısıyla məşğul olur. Yeməyini yeyə bildimi, yata bildimi, işləri yolunda gedirmi, filankəslə qısqanclıq rəqabəti varmı? Boş işlər. Sitatlar
Canlılar təkamüllə yaradılmayıb. Allahın ol əmri ilə yaradılıb. Elmi tədqiqatlar da bunu göstərir. Quranda da təkamül yoxdur. Sitatlar
Təhsil müəssisələrində; "əcdadınız meymundur, sizi Allah yaratmadı, haşa Peyğəmbər yalan söylədi" deyilir. Həmçinin darvinizmin elmi cavabının verilməsi qadağandır. Demək olar ki, heç bir ölkədə, heç bir təhsil müəssisəsində darvinizmə qarşı çıxmaq mümkün deyil. Darvinizm elmi cəhətdən çökmüşdür demək qadağan edilmiş vəziyyətdədir. Təhsil sistemindəki bu birtərəfli təkidin və təzyiqin aradan qalxması və darvinizmin elmi cavabının da mütləq izah edilməsi vacibdir. Sitatlar
Pəncərənin kənarındakı tək bir toz zərrəsinə qədər, mövcud olan heç nə bir daha yox olmaz. Sitatlar
Allah ilə təəccüblənmə və heyrətlənmə məqamında həmişə əlaqədə olmaq lazımdır. Allahın yaratdığı hər şey heyrətamizdir, heyranlıq duymaq lazımdır. Sitatlar
Allahın yaratması inkar edildikdə, təsadüflər sizi meydana gətirdi yalanı deyildikdə fəlakətlərin qapısı açılmış olar. İncəsənət də yox olar. Sitatlar
Naziat surəsi 13-14: "Halbuki bu, yalnız tək bir hayqırmadır. Bir də baxıb görərsən ki, onlar, yerin üstündədirlər". Bu ayələr yaradılışın təkamüllə deyil, bir anda Allahın istəməsi ilə olduğunun dəlillərindən biridir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur