logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 12 aprel 2016

avatar

Adnan Oktar

Dünyanın harasına getsək, hər yerdə Allahın mükəmməl yaratma sənətini görürük. Axirətdə bütün bu nemətlərə, gözəlliklərə görə sorğu-sual olunacağıq.
A9 TV; 12 aprel 2016
1219
avatar

Adnan Oktar

Musiqi həyatın çox mühüm nemətidir. Ənənəvi İslam anlayışı musiqini qadağan edir. Harada gözəl şey varsa qadağan edir. Niyə qadağan edirsən? Kimə nə zərəri var musiqinin, haradan çıxardırsan? Ayədə yoxdur, Quranda yoxdur. Niyə xurafat çıxardırsan?
A9 TV; 12 aprel 2016
avatar

Adnan Oktar

İslamı yaşanmayacaq hala gətirdilər. İslamofobiyanı yaydılar. Dünyanın bir çox yerində insanlar İslamdan və müsəlmanlardan sanki nifrət edər vəziyyətə gəldilər. Bunun səbəbkarı, ənənəvi Ortodoks İslam anlayışıdır. Bunu elmlə, irfanla, Quranın həqiqətləri ilə aradan qaldıracağıq.
A9 TV; 12 aprel 2016
avatar

Adnan Oktar

Qurandakı İslam onsuz da mötədil İslamdır. Biz Qurandakı İslamın yaşanmasını istəyirik. Qurana, nə bir şey əlavə edilsin, nə də çıxarış edilsin. Qurana tam tabe olaq deyirik.
A9 TV; 12 aprel 2016
avatar

Adnan Oktar

“Diqqət” asanlıqla qapana bilən şeydir. Diqqət yetirsəniz Peyğəmbərimiz (s.ə.v)-in danışıqları həmişə qısadır, tutarlıdır. Qurandakı mövzular də həmişə belə qısa və tutarlıdır, həmişə hikmət var. Allah Quranda çox mühüm bir mövzunu bir cümlədə bildirir. Mömin də hikmətli, qısa, tutarlı, mənalı, ruha təsir edəcək şəkildə danışmalıdır.
A9 TV; 10 aprel 2016
avatar

Adnan Oktar

AVM-lər və xəstəxanalar üçün geniş, rahat məscid inşa edilməsini istəyirik. Xüsusilə qadınlara məxsus hissə çox rahat, çox baxımlı, çox gözəl olmalıdır.
A9 TV; 10 aprel 2016
avatar

Adnan Oktar

Dəccal hüzn, əzab və iztirab gətirər. Cəmiyyətin ümidsizlik, yas içində olmasını, Allaha güvənməməsini, Allahı sevməməsini təlqin edər. "Sizi Allah yaratmadı, təsadüfən yarandınız" deyər. Biz də hər şeyi Allahın yaratdığını, nizam verdiyini, sevginin, gözəlliyin, sevincin əsas olduğunu söyləməklə mükəlləfik və edirik.
A9 TV; 10 aprel 2016
avatar

Adnan Oktar

Ağlamaq nə deməkdir? "Ey Rəbbim, sənin bu etdiyini mən bəyənmədim" deyirsən. Bu günahdır, üsyandır, tüğyandır, olmaz belə şey. Bilmədən edirsə bu ayrı, lakin bilərək edirsə küfrə düşər Allah qorusun.
A9 TV; 10 aprel 2016
avatar

Adnan Oktar

Nəşə, sevinc, həyəcan və gözəllik hər yeri bürüyəcək. Biz cəhənnəm pisliyi istəmirik. Cənnət gözəlliyi, cənnət sevinci istəyirik. Mömin heç bir hadisədə Allaha üsyan etməz. Hər şeydə Ondan razı olar. Hər şeydə xeyir görər, hər şeydə təvəkkül edər.
A9 TV; 10 aprel 2016
avatar

Adnan Oktar

Həmişə ağlamağı, yas tutmağı təşviq edirlər. Millət olaraq çürüyərik, bu çox təhlükəlidir. Mömin ağlamamalıdır, küfr, dəccal tərəfdarları ağlasın. Mömin gülməlidir, şən olmalıdır. İmanlı millətimizi kədərlə, yasla, qorxuyla, ümidsizliklə, sıxıntıyla, əsəb pozğunluğuyla və ruhi xəstəliklərlə çürütmək istəyirlər. Buna icazə verməyək.
A9 TV; 10 aprel 2016
avatar

Adnan Oktar

Mömin şən olmalıdır, sevincli olmalıdır. İnsan zəif yaradılmışdır, ayə var. Sən zəif bir varlığı gecə-gündüz kədərləndirsən, qorxutsan, narahat etsən, ümidsizliyə salsan, şövqünü yox etsən, həyəcanını yox etsən, əqli sağlamlığını korlasan, bədən tarazlığını da pozarsan.
A9 TV; 10 aprel 2016
avatar

Adnan Oktar

Şəhid cənazələrində təkbirlər çox coşğulu olmalıdır. Mücahid ruhunu vurğulayan, cəhd ruhunu vurğulayan və qətiyyən hüzn hiss etdirməyən təkbirlərlə şəhidlərin ruhu yola salınmalıdır.
A9 TV; 7 aprel 2016
avatar

Adnan Oktar

Hüceyrələrin atomları tək-tək tutması, tam ehtiyacları olan nisbətdə dəmiri, sinki, kalsiumu alması başlı-başına bir iman həqiqətidir.
A9 TV; 5 aprel 2016
avatar

Adnan Oktar

Millət mövhumatdan usandı. Daşlayaraq qadın öldürmələr, namaz qılmayanı kəsmələr. Qorxunc İslam anlayışına qarşı nur kimi aydın İslam anlayışını izah edirik.
A9 TV; 5 aprel 2016
avatar

Adnan Oktar

Ənənəvi, qaranlıq İslam anlayışına qarşı İslamın aydın, müasir üzüyük, fəxr ediləsiyik. Müsəlmanların rahatlıqla, qəlb rahatlığı ilə nümunə göstərə biləcəkləri bir cəmiyyətik.
A9 TV; 5 aprel 2016
avatar

Adnan Oktar

Qarşıdurma bölgələrində əsgərlər və polislərin keçid yollarına tez-tez məlumat verə biləcək insanlar yerləşdirilsin ki, yol üzərində ola biləcək təhlükəyə qarşı tədbir alına bilsin.
A9 TV; 5 aprel 2016
avatar

Adnan Oktar

Təcavüzə məruz qalan bir qadın əsla ləkələnməz. Əsla özünü əzik, günahkar hiss etməməlidir. Bizə görə tərtəmizdir.
A9 TV; 5 aprel 2016
avatar

Adnan Oktar

Darvinist təhsil olduğu müddətcə qadın cinayətləri də davam edər. Çünki darvinist fəlsəfə qadınları alçaldır. İnsanlarda Allah sevgisi buraxmır, mərhəmət buraxmır, şəfqət buraxmır. Təkcə imanlı nəsillər qadını sevməyi bacarar. Bu da mehdiyyət dövründə olacaq.
A9 TV; 5 aprel 2016
avatar

Adnan Oktar

Terrorun əsasında darvinist təhsil var. Xahiş edirik hökumət bunu dayandırsın, darvinist təhsili dayandırsın. Darvinizm, Allahı inkar etmə fəlsəfəsidir. Gəncləri elmi və doğru məlumatlarla yetişdirək.
A9 TV; 5 aprel 2016
avatar

Adnan Oktar

“Canlılar təkamüllə yarandı” deyənlər, axirətdə, bir atın gözəlliyini, üzərində tək bir tükün əmələ gəlməsini belə axirətdə izah edə bilməyəcəklər.
A9 TV; 2 aprel 2016
avatar

Adnan Oktar

Masonluqda üçbucaq və "Kohen əlləri"ndən A hərfini ifadə edəcək şəkildə 4000 illik bir simvol kimi istifadə edilir.
A9 TV; 2 aprel 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
İstisnasız bütün canlılarda, Allahın yaratdığı o riyazi müntəzəmlik, o həndəsi mükəmməllik, o qızıl nisbət Allahın möhürü olaraq var. Sitatlar
Dünyanın harasına getsəniz, bütün canlılarda mükəmməl rəngləndirmə, mükəmməl forma, mükəmməl ürəkaçıcılığın hakim olduğunu görərsiniz. Bunun heç bir izahı yoxdur. Allahın heyrətamiz gücüdür. Sitatlar
Dəccal hüzn, əzab və iztirab gətirər. Cəmiyyətin ümidsizlik, yas içində olmasını, Allaha güvənməməsini, Allahı sevməməsini təlqin edər. "Sizi Allah yaratmadı, təsadüfən yarandınız" deyər. Biz də hər şeyi Allahın yaratdığını, nizam verdiyini, sevginin, gözəlliyin, sevincin əsas olduğunu söyləməklə mükəlləfik və edirik. Sitatlar
İman həm dünyada, həm də axirətdə nemətə nail edən gözəllikdir. Lakin biz Allaha dünyada və axirətdə nemət versin deyə iman gətirmirik; varlığı açıq həqiqət olduğu üçün qəti olaraq, haqqəl-yakin iman gətiririk, aşiq olduğumuz, çox sevdiyimiz üçün iman gətiririk. Allahın rizası üçün yaşayırıq. Sitatlar
Allahın möhtəşəm sənətini görə bilməyib təsadüf deyənlər axirətdə hər bir sənətə, hər bir təfərrüata görə açıqlama verəcəklər, hesab verəcəklər. "Bu təsadüfən necə meydana gəldi?" deyiləcək. Təbii ki, açıqlaya bilməyəcək. Heyrətamiz həsrətə qapılacaqlar. Çox peşman olacaqlar. Sitatlar
Allah, möcüzələrini, sənətini yaddaşımızda saxlamağı və onlara heyrət etməyi nəsib etsin. Hər biri, yeri-yerindən oynatmağa kifayət edəcək yaradılış möcüzələridir. Normalda bu möcüzələr qarşısında dünya ayağa qalxmalıdır. Sitatlar
Elm inkişaf etdikcə Allahın yaratma sənətinin möcüzələri ortaya çıxdı. Mövcud olan hər şey çox səthi bilinirdi, ancaq kənardan görünən qədəri bilinirdi. İç aləminə daxili olduğun zaman böyük bir dünya ilə qarşılaşdıq. Görülənin bir milyon misli, iki milyon misli möcüzə ilə qarşılaşdıq. Sitatlar
“Mən səbir etdim” deyir, sən səbir etmədin Allah sənə səbir etdirdi. “Mən çox səbirliyəm” deyir. Allah sənə bu səbri verir. Sitatlar
Canlılar çox düzgün, diqqətli yaradılıb. Təkamül texniki cəhətdən qeyri-mümkündür. Mövcud olan hər şeydə ağlasığmaz riyazi mühəndislik var. Hüceyrədə, xromosomda nəfəs kəsən nizam var. Təsadüf belə şey edə bilməz. Sitatlar
Allaha iman edirsənsə, səhər namaza durmamaq zülm sayılar. Çünki Allaha söz verirsən, mən Səni sevirəm deyirsən, nemətlərinin təqdir edirəm, şükür edirəm deyirsən. Lakin sənə təşəkkür etmək istəmirəm deyirsən. Belə olar heç? Sitatlar
Sübh namazına həvəslə durmalısan. Allah səni bu qədər incəliklərlə yaratmışdır, fasiləsiz surətdə nemət verir. Allah sənə səhər-səhər yemək verir, günorta da yemək verir, axşam da. Sənə fasiləsiz nəfəs verir, fasiləsiz ürəyini işlədir, gecə-gündüz. Ürəyini bir anlıq dayandırsa, ölərsən. Nəfəsini bir anlıq kəssə ölərsən. Sən təkcə bir namazı Allaha çox görsən, bu Allaha qarşı namərdlik olar. Sitatlar
Dinə qarşı həssas olmaq lazımdır, İslama güclü sahib çıxmaq lazımdır. Allah bizə sahib çıxır. Göz verir, burun, ağız, qulaq verir, ürəyi fasiləsiz işlədir. Dayandırsa yıxılarıq. Yemək verir, rənglər yaradır, səslər yaradır, gözəlliklər yaradır. Allah həmişə bizimlə əlaqədədir. Sitatlar
Kasıblıq zahirən bir fitnə kimi, acı bir hadisə kimi görünür. Lakin kasıblıq insanları təvazökar, dindar və gözəl xasiyyətli edir. Nemətdən yaxşı anlayan, nemətin qədrini bilən edir. Sitatlar
Darvinizm bilavasitə Allahı inkar edən fəlsəfədir. Kainatın təsadüflər nəticəsində yaradıldığını söyləyər. Bəlanın, narahatlığın, uğursuzluğun mənbəyi darvinizmdədir. Bu mütləq düzəldilməlidir. Sitatlar
Gözəlliyi yaradan Allahdır, hər şeyi yaradan Allahdır. Allahdan başqa güc-qüvvət sahibi yoxdur. Sitatlar
Meyvələrin hər birinin içindəki minerallar, vitaminlər, şəkər nisbəti, karbohidrat nisbəti, qoxuları, uyğunluğu, hamısı müəyyən və tam olması lazım olduğu qədərdir. Təsadüf demək çox böyük zülmdür. Qara torpaqda belə şey təsadüfən olmaz. Sitatlar
Hər şey Allah sevgisi ilə gözəldir. Allahın hədiyyəsi olduğunu düşündüyün zaman nemətlərdən zövq alınar. Sitatlar
Əsil sənətkar Allahdır. Hər gözəl musiqi parçasını hazırlayan Allahdır. Təqdir edilməsi lazım olan Allahdır. Sitatlar
Münafiq nemətlərə qarşı şükür edən deyildir. Zəif ağlı ilə o nemətə onsuz da layiq olduğu qənaətindədir və nemətin Allahdan gəldiyinə inanmaz. Sitatlar
Hər cür nemətin qaynağı Allahdır. Sitatlar
Allah neməti bol verir, lakin nemətə şükür edilməməsi çox qəzəbləndirici hərəkətdir. Tutaq ki, sən bir saraya dəvət edildin, mükəmməl yeməklər verildi, şirniyyatlar və s. yeməyini yeyib, ayaqqabınla qapıya vurub, bağırıb qışqıraraq çıxıb getdin. Nə təşəkkür etdin, nə də heyran qaldın. Bax, belə etdinsə, bəla gələr. Sitatlar
Allah həmişə sevgi istəyər. Yoxsa nə gözəlliyin, nə də başqa bir şeyin mənası olmaz. Cənnət köşklərini, onları robot kimi varlıqların doldurduğunu təsəvvür edin, cənnət hovuzlarında üzürlər. Allah uzaq eləsin, bu təsvir acınacaqlı olar. Allah o nemətini, Allahın ruhunu daşıyaraq əziyyət və çətinlik çəkmiş insanlara versə, bu vaxt heyrətamiz gözəllik olar. Yəni cənnətin mənası olar. Allah lazımı qədər təqdir edilmiş olar. Sitatlar
Nemətlərdən həmişə və səmimiyyətlə hərdənbir, münasib vaxtlarda bəhs edilməsi insanlardakı mənfi şüur altı kodlaşdırmanı aradan qaldırar. Nemətlərdən qısa, əsaslı şəkildə bəhs etmək lazımdır, sıxıcı şəkildə bəhs edilsə insanların fikri dağılar, vaxtı gəldikcə yaxşı qavrayacaqları kimi bəhs edilməlidir. Sitatlar
“Çox gözəl danışdım” deyir. Xeyr səni danışdıran Allahdır. “Çox zəkalıyam” deyir. Xeyr, Allah zəkanı anbaan yaradır. Allah sənə hər an nemət verəcək, sən Allahı heç vaxt zikr etməyəcəksənsə bu Allahın xoşuna gəlməz. Sitatlar
Musiqi həyatın çox mühüm nemətidir. Ənənəvi İslam anlayışı musiqini qadağan edir. Harada gözəl şey varsa qadağan edir. Niyə qadağan edirsən? Kimə nə zərəri var musiqinin, haradan çıxardırsan? Ayədə yoxdur, Quranda yoxdur. Niyə xurafat çıxardırsan? Sitatlar

Alıntı Görseli Oluştur

Kontur