logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 18 yanvar 2018

avatar

Adnan Oktar

Allah Özünü unudan insanlara az və ya çox sıxıntılar verərək Özünü xatırladar. Allah insanı mütləq müəyyən yolla Özünə yaxınlaşdırar. Bu, Allahın gözəl nemətidir.
A9 TV; 18 yanvar 2018
2364
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allah duanın, səmimi, insanın özünün eşidəcəyi səslə için-için və ixlasla olmasının lazım olduğunu Quranda bildirmişdir. Sitatlar
Allah müsəlmanlara sevginin tam yaşama zəminini təqdim etmişdir. Küfr əhlində də sevginin tam yaşama zəminini əllərindən alır Allah. Sevginin yaşanması üçün lazım olan çox şərt vardır. Ən başda insanın Allahı çox sevməsi, Allahdan çox qorxması lazımdır. Eqoist olmaması, səmimi, vəfalı, təmiz, bağışlayan olması lazımdır. Bu cür onlarla şərt həqiqi sevginin yaranması və yaşanması üçün zəruridir. Bu şərtlərdən təkcə biri çatışmadıqda belə sevgidə ciddi sarsıntı yaranar. Küfr əhlində isə bu şərtlərin demək olar ki, hamısında əksiklik olduğu üçün, küfr əhlində sevgi ölü doğar. Sitatlar
Allah qorxusu hörməti təmin edər. Hörmət olmadan sevgi olmaz. Allah qorxusu və Allah sevgisi iç-içədir. Allah qorxusunun içində olan ən güclü duyğu Allaha qarşı xəcalətli olmamaq istəyidir. Sitatlar
Allahın dünyada çox sayda qadın yaratması Allahın möminlərə rəhməti, bərəkəti, lütfüdür. İnsanların yarısının qadın olması Allahdan çox böyük nemətdir. Qadın Allahın ən görkəmli, ən həyəcan verici nemətidir. Allahın ən gözəl təcəllisidir. Allahın Rəhman, Rəhim, Nur və Cəlal adlarının təcəllisidir. Qadın quzu kimi tərtəmizdir. Çox nəzakətli, nazənin varlıqdır. Qadını hər zaman şəfqətlə, mərhəmətlə, hörmətlə dəyərləndirmək lazımdır. Qadın eşqin, ehtirasın qapısıdır. Eşqi ən mükəmməl şəkildə yaşayacağımız, Allahın verdiyi mükəmməl nemətdir. Qadın Allahın təcəllisi olaraq sevilər. Qadını sevmək, qadına heyran olmaq Allahı sevmək, Allaha heyran olmaqdır. Sitatlar
Allahın kafir yaratması, münafiq yaratması, müşrik yaratması möcüzədir. Tarix boyu bütün münafiqlərin eyni əlamətlərə malik olması möcüzədir. Peyğəmbərimiz (s.ə.v) dövründəki münafiqlərə baxırıq, Axırzaman münafiqləri ilə namərdliklərinin, tipsizliklərinin, oğurluqlarının, alçaqlıqlarının həmişə eyni olduğunu görürük. Sitatlar
Allahın razı olduğu yeganə şey sevgidir. Allah xromosomları, çiçəkləri, bitkiləri, böcəkləri, səmanı, içi maqma dolu yer kürəsinin üzərində güvən içində yaşamağımızı, hər şeyi təkcə sevgi üçün yaratmışdır. Allah sevildiyini görsə qulunu heyrətamiz sevər. Allah bütün gözəlliyi, yaxşılığı göstərdiyi halda, haşa Özü ilə maraqlanmayan, hətta Özünü unutmağa çalışan rəftar görsə bu Allahın qəzəbini cəlb edər. Sitatlar
Allahın sənəti, Allahı dərk etmək üçün çox güclüdür. Kökü görünməyən bir naringi ağacının ən üst budaqlarına qədər bütün yarpaqları qidalandırması, qaranlıq torpağın içindən vitamini suyu tapması, tək-tək naringi tumlarını yaratması böyük sənətdir. Sadəcə bunu görən insan dərhal Allaha üz tutar. Bu qədər təfərrüatlı sənəti olan Allahı haşa əhəmiyyətsiz kimi görmək insanlar üzərindəki şeytanın təsirindən irəli gəlir. Yolun kənarındakı bir çiçək, pişik, möminlər, münafiqlər, kafirlər, Allah dünyada hər təfərrüatda min cürə fərqlilik yaradır. Sitatlar
Avropalılar gözəl insandırlar, onları Dəccalın əlinə tərk etməyək. Hamısına sahib çıxaq. Dəccaliyyət narkotik aludəsi, alkoqolik, homoseksual, yaşama həyəcanını itirmiş, hər şeydən sıxılan bir kütlə yaratmağa çalışır. Dəccaliyyətin bu oyununa qarşı Avropa və Amerikaya sahib çıxacağıq. Sitatlar
İnsan Allahı çox sevsə, Qurana çox möhkəm sarılsa Allah ona seviləcək insan olaraq mütləq təcəlli edər. O insanın ətrafında seviləcək həqiqi dostlar yaradar. Mənim yanımda gözəl, sevilməyə layiq, etibarlı insanlar yaratması Allahın lütfüdür. Biz Allah yolunda səmimiyyətlə səy göstərdikcə, Allah nemətini artıraraq gözəllik lütf edir. Sitatlar
Maddiyyatın xoşbəxtliklə əlaqəsi yoxdur demək, səmimi olmaz. Mömin Allah rizası üçün yaşayar, maddi imkanları vardırsa bunu da Allah üçün xərcləyər. Bu da gözəl xoşbəxtlik səbəbidir. Ehtiyac içində olanlara yardım etmək, sevdiklərini xoşbəxt etmək, gözəllik yaratmaq üçün maddiyyatdan istifadə edər. Bu mənada maddiyyatın xoşbəxtliklə əlaqəsi vardır. Sitatlar
Quranda münafiqlər konkret olaraq alçaldılmışdır. Möminlər də Quran əxlaqının tələbi olaraq münafiqləri alçaldar. Əslində möminlər münafiqlərdən bəhs etdikləri zaman mövcud olandan bəhs edirlər. Münafiqlərin iyləri, görünüşləri, baxışları iyrəncdir, bədənlərində çoxlu xəstəlik və iyrənclik vardır. Allahın münafiqləri belə iyrənc yaratması möcüzədir. Allah Quranda münafiqləri heyvana bənzətmişdir, həqiqətən faktiki olaraq görünüşləri və davranışları da heyvan kimidir. Sitatlar
Şərqi Qutada körpələr aclıqdan ölür. Prioritet Şərqi Qutaya qida, dərman və əsas insani vəsait üçün yardım dəhlizi açılması olsun. Tayyib hocamdan da xahiş edirik. Şərqi Qutaya yardım üçün Türkiyə öncülük etsin. Sitatlar
Universitet tələbələrinə cibxərcliyi vermək adət halına gəlsin. Hər yardım bərəkət gətirər. Nəzakətlə universitetli gənclərə mütləq hər kəs cibxərcliyi versin, dəstək olsun. Sitatlar
Hadisələrə və ya şəxslərə mənlik vermək, sanki özlərinə aid gücləri varmış kimi düşünmək həm şirk, həm də Allaha qarşı zalımca rəftar olar. Hər hadisəni Allah yaradar, hər hadisə Allahın nəzarəti altındadır. Allah istəmədən heç bir hadisə reallaşmaz. Sitatlar
İnsan bədəni səmimiyyətə görədir. İnsanlar, Allaha yaxın olmaq üçün çox kompleks sistemlərdən keçmələri lazım olduğuna inanırlar. Yalnız səmimi olmaq yetərlidir. İnsanlardakı başlıca problem özünü çox ağıllı zənn edib Allaha güvənməməkdir. Allahdan şübhə edib, Allah haqqında mənfi düşünmək bütün problemlərin qaynağıdır. Mömin çox səmimi olacaq, özünü Allaha tamamilə buraxacaq və Allaha tam güvənəcək. Allah haqqında heç vaxt mənfi düşünməyəcək. Allahın yaratdığı ağılla, Allahın əleyhinə düşünmək çox böyük ağılsızlıqdır. Sevdiyin bir insan olsa və ondan həmişə şübhə etsən bunun adı sevgi olarmı? Ya mənə pislik etsə, ya mənə vəfa göstərməzsə deyə həmişə şübhə yaşayırsansa sevgi yoxdur deməkdir. Allah sənə çoxlu nemət verir, səni sevir, qoruyur, Allaha şübhə ilə yanaşmaq çox böyük nankorluq olar. Sitatlar
İnsanların bir hissəsi Allah ilə əlaqəsini kəsdiyi üçün əsəbiləşər, ümidsizliyə qapılar və ya duyğusal hərəkət edər. Hər zaman imanla, ağılla Allah ilə əlaqəli halda olduğun zaman isə hər hansı duyğusal sarsıntı olmaz. Sitatlar
Fərqli irqlərin və dillərin olması Allahın sənətinin gözəlliyidir. Allah sırf xoşumuza gəlməsi üçün həyatı çox rəngli yaradır. İnsanların xarakterlərinin bir-birinə bənzəməməyi, hər insanın fitrətinin təbii olması Allahın yaratma sənətinin möhtəşəmliyidir. Sitatlar
Allaha yaxın olmaq, kef çəkmək və asanlıq içində yaşamaq mənasını verməz. Allah Özünə yaxın olanı əziyyətlə, çətinliklə tərbiyə edər. Sitatlar
Tək bir böcəyin ayaq quruluşunda belə böyük sənət və təfərrüat var. Belə kompleks quruluşun təsadüfən yaranması qeyri-mümkündür. Sitatlar
Allahı inkar edən darvinist fəlsəfənin dövlət əli ilə gənclərə öyrədilməsinə son verilməsi lazımdır. Hər yerdə Allahın sənəti izah edilməlidir. Sitatlar
Elektronlar nüvənin ətrafında minlərlə km. sürətlə fırlanır və heç biri digərinə dəymir. Atomda Allahın möhtəşəm sənəti var. Sitatlar
Bəzək və gözəlliyin hamısı Allahın sənətidir. Bütün çiçəklər bəzəklidir və göz oxşayır. Kəpənəklər, quşlar hamısı cazibədardır, göz oxşayandır. Sitatlar
Xəstəliklər Allaha yaxınlaşmağa vəsilə olduğu üçün nemətdir. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur