logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 17 fevral 2018

avatar

Adnan Oktar

Allah qiyaməti Mehdi vəsiləsiylə təxirə salır. Amma 313 insandan başqa geniş kütlə Mehdiyyətə var gücü ilə qarşı çıxır. Hədislərdə, "Mehdi dünyadan bir an çəkilsə o an qiyamət qopar" deyə bildirilir.
A9 TV; 17 fevral 2018
2391
avatar

Adnan Oktar

Hörmətli Dövlət Bahçeli çox qiymətli, ağıllı, çox yüksək dövlət tərbiyəsinə sahib mükəmməl insan. Rəhmətlik Türkeşin əxlaqını, şəxsiyyətini olduğu kimi almış.
A9 TV; 24 fevral 2018
avatar

Adnan Oktar

Ərbakan hocamızı rəhmət, sevgi və hörmətlə xatırlayırıq. Çox qiymətli dava adamı, çox səmimi mömin idi. Ərbakan hocamız sanki bir mürşid kimi bir-birindən dəyərli insanlar yetişdirdi. Dindarlara, məzlumlara həmişə sahib çıxdı. Həmişə çox vicdanlı, əzmli və qərarlı idi. Müsəlmanların qüruru oldu. Allah qəni-qəni rəhmət etsin, cənnət əhli etsin, bizləri cənnət qardaşı etsin.
A9 TV; 27 fevral 2018
avatar

Adnan Oktar

Münafiq yaşlı hinduşka kimidir, həmişə xəstəhaldır. Mömin isə həmişə dinc və sağlamdır. Münafiq çox narahat yaşayar. Münafiqin varlığı müsəlmanı dincləşdirər və əyləndirər.
A9 TV; 1 mart 2018
avatar

Adnan Oktar

Mehdi sözü möminlərin qəlbində fərahlıq yaradar. Küfr və münafiqlər isə Mehdi sözünün duyulmasından da, Mehdiyyətin izah edilməsindən də xoşlanmazlar.
A9 TV; 27 fevral 2018
avatar

Adnan Oktar

Bütün dünya üçün ən böyük fəlakət sevgisizlik olur. Bütün insanların Allahdan sevgini istəməsi və dünyada sevginin dirildilməsi lazımdır. Kin, nifrət və hirsin yayılmasına icazə verməyək.
A9 TV; 24 fevral 2018
avatar

Adnan Oktar

Səmimi danışıq hər insana nəsib olan şey deyil. Səmimi danışan insana çətin rast gəlinər. Səmimi söhbət qarşıdakı insanda çox gözəl təsir edir. Səmimi səs tonunun təsir gücü möhtəşəmdir. İnsanların çoxu utandığı üçün ya da qarşısındakına tam etibar etmədiyi üçün candan danışmaq yerinə səmimi olmayan səslə səmimi olmayan söhbət edər. Bir insan səmimi isə danışığı ilə, səs tonuyla və baxışlarıyla sevdiyini alıb tam fərqli aləmə apara bilər.
A9 TV; 25 fevral 2018
avatar

Adnan Oktar

Keyfiyyətli və estetik olmayan bir şeyə imkan verməyən sistem yaradılmalıdır. Keyfiyyət, İncəsənət və Estetika Nazirliyi mümkün qədər tez qurularsa çox faydalı olardı. Keyfiyyətsiz, sənət dəyəri olmayan, tarixi izləri pozan heç bir şeyə icazə verilməməsi lazımdır. Belə bir nəzarət etmə olarsa keyfiyyətsizliyə maneə törədilməsi baxımından çox yaxşı olar.
A9 TV; 3 mart 2018
avatar

Adnan Oktar

Səmimiyyətsizlik dəhşətlidir, çünki səmimiyyətsiz insanın Allah ilə bağı qopar. İnsan Allah ilə əlaqəsini qopardığında eqoistləşməyə və vəhşiləşməyə başlayar. Allah ilə bağı qopan tarazlığını itirər, qəribə məxluqa çevrilər. Kişi olsun qadın olsun mütləq səmimiyyət əsas şərtdir.
A9 TV; 3 mart 2018
avatar

Adnan Oktar

Ağılın mənşəyi, hər cür çətinliyə qarşı sevgidən yana olmaqdır. Ən kiçik mənfəətinə zidd olduqda vəhşiləşən insan, sevgini davam etdirə bilməz. Sevgi az insana verilən, əmək tələb edən nemətdir.
A9 TV; 27 fevral 2018
avatar

Adnan Oktar

Allah qorxusu, Allahın sevgisini itirmək narahatlığıdır. Bu, sevginin və ağılın təməli olan qorxudur. Allah qorxusuyla sevgi çoxalır. Mömin Allahdan gələn hər şeyə həmişə razıdır və zövqlə qarşılayar. Möminin duyduğu qorxu əzab qorxusu deyil, bu qədər çox sevən və nemət verən Allahın sevgisini itirmə ehtimalıdır.
A9 TV; 27 fevral 2018
avatar

Adnan Oktar

Tayyib hocam aslan kimi maşaAllah, əsl Anadolu dəliqanlısı. Allah uzun və xeyirli ömür nəsib etsin ona. 2019, 2029, 2039-da da Tayyib hocam həmişə ölkənin başında olacaq evelAllah. Gözəl əxlaqı, dürüstlüyü və səmimiyyəti ilə millətimizin gözlərinin qarşısında olan insan. Tayyib hocam, Ərbakan hocamızın yanında yetişdi. Onun kimi imanlı və vicdanlı dava adamıdır. Tayyib hocam qışqır-bağırdan təsirə düşməz, yalnız vicdanını dinləyər.
A9 TV; 26 fevral 2018
avatar

Adnan Oktar

Mömin vicdanı ilə yaşayar. Vicdanıyla yaşamayan insan cəsəddir. O insanın baxışlarında məna meydana gəlməsi qeyri-mümkündür. İnsanı ən çox narahat edən, insanları bir-birindən soyudan nankorluqdur. Mömin həmişə vicdanlı davranıb nankorluqdan və eqoizmdən var gücü ilə uzaqlaşar.
A9 TV; 26 fevral 2018
avatar

Adnan Oktar

Münafiqlərdən yalnız insi şeytanlar təsirə düşər. Onlar münafiqlərlə yoldaş olar. Münafiqlər dindar kimi, dürüst insan kimi görünməyə çalışırlar. Onların maskası vardır. Şeytan müsəlman maskası taxaraq gəlir. Qurandan bəhs edərlər, Allahı xatırlayar, müsəlman kimi danışarlar. Özləri kimi olan insi şeytanlar da onlara aldanır və yanlarına gedər.
A9 TV; 24 fevral 2018
avatar

Adnan Oktar

Afrin hərəkatı haqqında çıxarılan yalan xəbərlərə kimsə etibar etməsin. Türkiyə mülki şəxslərin qorunması mövzusunda çox həssas olduğu üçün son dərəcə diqqətli və təmkinli irəliləyir. Türk Ordusu mərhəmətli və vicdanlıdır. Əsgər şəhid sayını çox göstərmək istəyənlər də bəzi provokatorlar olur. Bu dövrdə ediləcək ən doğru şey milli liderin ətrafında birləşməkdir. Millət olaraq Tayyib hocamın və Ordumuzun yanındayıq evelAllah. Vətən torpağını dəccala təslim etmərik. İngilis dərin dövləti və yanındakılar bunu yaxşıca anlasınlar.
A9 TV; 25 fevral 2018
avatar

Adnan Oktar

"Tamam Allah var, mən də burada öz işimi edirəm" olmaz. Hər şeyi Allah ilə birlikdə edəcəksən. Əks halda boğularsan. Özünə zəhərli ləyən hazırlamış onun içində yuyunmağa çalışırsan kimi olarsan. "Allah ilə əlaqədəyəm amma öz gücümə güvənirəm, mənim ağlım var" demək olmaz. Özünün bir şey edəcəyinə inanmaq şirkdir. "Bir Allah var, bir də mənim ağlım var" demək olmaz. İnsan yaxşıca diqqətini açacaq, bir dəfə yığcam dəqiq qərar verəcək, hər şeyi Allah ilə həll edəcək. Allah buraxılmaz, Allahdan şübhə edilməz, Allah unudulmaz. Allahı unutmaqdan və Allaha güvənməməkdən qurtulmazsan əgər faciənin içinə düşərsən.
A9 TV; 3 mart 2018
avatar

Adnan Oktar

Qazilərimizin hər yerdə bağıra basılması əhəmiyyətlidir. Onlar mübarək insanlar, böyük insanlar. Mağazaya girib bir şey alanda, "qazim bərəkətinlə gəldin, pul nədir" deyiləcək. Restorana gedəndə, hər kəs hörmət edəcək. Qazilərimizin də, şəhid ailələrimizin də medalları olsun, biz onları görən kimi tanıyaq və coşğuyla hörmətimizi göstərək.
A9 TV; 2 mart 2018
avatar

Adnan Oktar

Məktəblərin uşaqlar üçün cənnət bağçası kimi olması lazım. Uşaqların məktəbə getdiyi üçün deyil, gedə bilmədiyi üçün ağlayacağı mühit olmalıdır. Çox gözəl və rahat oturacaqlar, ev kimi mühit, mərhəmətli müəllimlər, mərhəmətli təmizlik işçiləri, hər yer çiçək kimi olmalı.
A9 TV; 2 mart 2018
avatar

Adnan Oktar

Qurana görə səbir etmək istiqrardır. Gözəl əxlaqda istiqrarlı olmaqdır səbir. Yaxşı niyyətli olmaq, dürüst danışmaq, səmimi olmaq mövzusunda enişli-yoxuşlu olmamaq, əlavə etmək amma azaltmamaqdır.
A9 TV; 3 mart 2018
avatar

Adnan Oktar

Heyvanlar həmişə dürüstdür. Həmişə yaxşı niyyətli, həmişə günahsız. Heyvanlar dürüst yoldaşdır. Onların şirinlilikləri xüsusi olaraq yaradılmışdır. Sevmək üçün mükəmməl varlıqlardır. İnsanların çoxu heyvanların gözəlliyini fərq edə bilmir, bu çox dəhşətli vəziyyətdir.
A9 TV; 2 mart 2018
avatar

Adnan Oktar

Allahın böyüklüyünü xatırlamaq, insan ruhunda böyük müsbət təsir edər. Təvəkkül bunun üzərinə inşa olur. Otağındaki tək bir əşyadaki atomları düşün, milyonlarla atomun nə zaman haradan keçəcəyi, hansı orbitdə gedəcəyini bilən Allah var. Bütün atomlardakı nizamı var edən və bilən Ağla güvənməmək çox böyük vicdansızlıq və ağılsızlıq olar.
A9 TV; 25 fevral 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allaha qarşı yaxşı olan insan həqiqi yaxşıdır. Kimsə insanları aldatmaq üçün yaxşı davranır ola bilər, bu yaxşılıq deyil. Əsas Allaha qarşı yaxşı olacaq. Bütün sevgisini və eşqini Allaha yönəldəcək, insanları sevərkən də, Allah eşqiylə sevəcək. Yoxsa o sevgi saxta olar. Allaha olan sevgisi ilə yaxşı olacaq, dürüst olacaq, doğru olacaq. Yoxsa o yaxşılıq saxta olar. Sitatlar
Bəziləri, Mehdini gözləmək tənbəllikdir deyir. Halbuki bu çox səhv inancdır. Mehdini gözləyən, onu dəstəkləmək, ona tələbə olmaq üçün heyrətamiz səy göstərər, bütün gücünü istifadə edər. Çox şövqlü olur. Peyğəmbərimiz "Hz. Mehdi ilə müjdələnin. O Qureyşdən və Əhli-i Beytimdən bir adamdır. "(Kitab-ul Burhan Fi Əlamət-əl Mehdiyy-il Axır Zaman, səh. 13) deyə Mehdinin gələcəyinin müjdəsini verir insanlara. Bədiüzzaman isə "O irəlidə gələcək qəribə şəxsin (Mehdinin) (təəccüb və heyrət oyandıran şəxsin) bir xidmətçisi və ona yer hazır edəcək bir dümdarı (əvvəldən gələn təqibçisi) və o böyük sərkərdənin PİŞDAR bir nəfəri (qabaqcıl bir əsgəri) olduğumu zənn edirəm." dedi və bütün ömrü boyunca Allah yolunda, Mehdiyə xidmət etmək üçün mübarizə apardı. Əbdülqadir Gilani, İmam Rəbbani eyni şəklidə Mehdini gözlədilər və Allah yolunda, Mehdiyə xidmət etmək üçün mübarizə apardılar. Biz də Mehdini gözləyirik, tələbə olmaq istəyirik, bu səbəbdən var gücümüzlə mübarizə edirik. Sitatlar
İsrail və Fələstin arasındakı mübarizəni Allahın icazəsi ilə bitirəcəyik. İkisi də Peyğəmbər nəsli olan bu iki xalqın qardaş olaraq yaşamasını istəyirik. Günahsız bir fələstinli şəhid edən də günahsız bir musəvinin canına qıyan da zalımdır. Biz hər cür zalımlığa qarşıyıq. Fələstinli canımız qardaşlarımızın hüzur və təhlükəsizlik içində yaşamasını istəyirik. Hz. Musanın bizlərə əmanəti olan yəhudilərin hər yerdə təhlükəsizlikdə olmasını istəyirik. Allahın izni ilə bu gözəl sülh mühiti Mehdiyyət dövründə meydana gələcək. Sitatlar
Keyfiyyət çox vacib mövzudur. Mədəniyyət və incəsənət olar amma keyfiyyət olmazsa çox böyük əksiklik olar. Keyfiyyəti ön plana almaq lazımdır. Sitatlar
Mehdi sözü möminlərin qəlbində fərahlıq yaradar. Küfr və münafiqlər isə Mehdi sözünün duyulmasından da, Mehdiyyətin izah edilməsindən də xoşlanmazlar. Sitatlar
Mən yalnız Qurana tabe oluram. Azadlıq mənim xoşuma gələr. Qadın olsun, kişi olsun azad olması gərək. Təzyiq insanın düşünmə bacarığını, müəllif gücünü, yaradıcılığını yox edər. Sevincini qaçırar, şövqünü qaçırar, danışma qabiliyyətini pozar. Quran dünyaya Allah tərəfindən təqdim edilmiş azadlıq nemətidir, azadlığın kitabıdır. Quran qədər insanlara azadlıq təqdim edən heç bir sistem, heç bir inanc, heç bir əxlaq anlayışı yoxdur. Sitatlar
Pislərin çox olması yaxşıların az olması, yaxşıların yetişməsi üçün məcburi sistemdir. Yaxşı insanın yaxşı yetişməsi üçün pislərin çox olması lazımdır. Necə ki, xüsusi təyinatlıların təlimi üçün xüsusi çətin şəraitlər yaradılırsa, hər maneə onları necə gücləndirirsə, pislərin çoxluğu da yaxşının təhsili üçün əsas şərtdir. Sitatlar
Tövratın Yeşaya hissəsində belə keçir: Məsih (Mehdi) ancaq uzun və çətin sınaqlar sonrasında ən yüksək mövqeyə çatacaq; və ikincisi, bu sınaqlar ona bir növ işarə olaraq göndəriləcək və beləcə bəlalarla əhatə olunmuş ikən davranışlarında saflığını qoruduğunu gördüyündə, (Mehdi) özünün gözlənilən şəxs olduğunu anlaya biləcəkdir. (Hz. Əlidən soruşdular, Mehdinin Əyyub (ə.s)-a bənzərliyi nədir? Dedi ki: Uzun çətinliklərdən və sıxıntılardan sonra Allahın onu fərahlığa qovuşdurmasıdır. (Büharül Ənvar, 51-53-cü cildlərin İngilis dilindən tərcüməsi, cild 1, səhifə: 264)) Sitatlar
Bəzi insanlar hər vəziyyəti qəzəblənərək, küsərək, inciyərək həll etməyə çalışırlar. Buna görə də, ətraflarında heç kim olmur. Halbuki bağışlayan, şəfqətli, mərhəmətli, anlayışlı olmaları, hər hadisəni Allahın yaratdığını bilərək davranmaları lazımdır. Halbuki dost və yoldaş sahibi olmaları çox çətin olar və xoşbəxt ola bilməzlər, sevgini davam etdirə bilməzlər. Sitatlar
Dindar mühafizəkar sinfin böyük qismi dekolte geyinən qadınlara təbliğ etməyi düşünmür. Belə geniş kütləni gözdən çıxarmaq doğru deyil. Onlara təbliğ edilməsi bütün müsəlmanlara məsuliyyətdir. Biz o sinfə təbliğ edən demək olar tək qrupuq. O insanların dini sevməsinə, İslama yaxınlaşmasına, dinin asan olduğunu görmələrinə vəsilə olduq. Sitatlar
İnsan Quran oxuyarkən diqqətini Allaha çox yaxşı cəmləməlidir. Quran oxunmadan əvvəl şeytandan Allaha sığınılmasını Allah istəyir, beləliklə, insanın ağlı daha açıq olar, Quranı daha yaxşı başa düşər, daha güclü qavrama qabiliyyəti olar. Sitatlar
Xoşbəxtliyi qısqanmaq şeytanın hz. Adəmi qısqanması ilə başlayır. Yaxşı insanlar bilməlidir ki, mütləq onlarla mübarizə aparan olacaq. Allah bu dünyanı elə-belə yaşamaq üçün yaratmır. Mömin hər an diqqəti açıq, ayıq-sayıq olacaq şəkildə yaşamaqla məsuldur. Sitatlar
Allah mənə 300-dən çox 65 min səhifədən ibarət külliyyat yazmağı nəsib etdi. Bu kitablar 100-dən çox ölkədə satılır. Kitablardan hazırlanan 1000 internet saytı var. Saytları hər ay 47 milyon insan ziyarət edir. Münafiqlər fitnə-fəsadla, pisliklə vaxt keçirərkən möminlər hər an xeyirli işlər görürlər. Sitatlar
Allah münafiqləri vəsilə edərək Mehdi camaatını gücləndirər. Cəmiyyətin ən iyrənilən, namərd, zalım münafiqlərini göndərib Mehdi camaatında canlanma və dirilmə yaradar. Sitatlar
Allah qəti var. Bəzi insanlar; "Allahdan əvvəl nə vardı?" deyirlər. Zamansızlığı düşünmədikləri üçün bu sual ağıllarına ilişir. Allah dərgahında əvvəl və sonra yoxdur, tək bir an var. Əvvəl-sonra anlayışları müasir fizikaya görə də yoxdur. Zaman insan üçün yaradılmış anlayışdır. Sonsuz qısa zamanda, yəni bir an içində, sonsuz uzun zaman yaşanıb bitmiş vəziyyətdədir. Sitatlar
Allah unudulmağı heç istəməz. Səni yaradanı unutmaq nə qədər ayıbdır. Allahı unutduğun an sanki beyninə ox sancılmış kimi olar. Həmişə Allah ilə birlikdə olunduğu zaman, sağlam, fərəh və xoşbəxt olunar. Sitatlar
Allahı heç vaxt tərk etməyəni Allah heç vaxt tərk etməz. Allahı bir an belə tərk etməmək əhəmiyyətlidir. 5 dəqiqə tərk etmək belə çox böyük vicdansızlıq və nankorluqdur. Həyatın əlində olanı necə tərk edərsən? Hər şeyini Yaradanı necə tərk edərsən? Hər an kəskin diqqətlə Allah ilə əlaqədə olan həmişə xoşbəxt yaşayar. Sitatlar
Cənnətdə peyğəmbərlərlə birlikdə olacağıq, eyni süfrələrdə, eyni məkanlarda olacağıq. Dünyada əziyyət çəkirlər, lakin cənnətdə əbədiyyən etibarlı, əbədiyyən çox sevilən olacaqlar maşaAllah. İmam Mehdi də cənnətdə çox seviləcəkdir. Peyğəmbərimiz (s.ə.v) Mehdi üçün; "cənnətin tovuz quşudur O" deyir. Sitatlar
Mehdi dövründə ətraf mühit çox yaşıl və gözəl olacaq. Hər yerdə ağaclıq, bağlıq, bağçalıq olacaq, xüsusilə gənclər çox xoşbəxt yaşayacaqlar. Sitatlar
Mehdi siyasətə daxil olmaz, siyasi məqam umacağı olmaz. Mehdi sevgi müəllimidir, sadəcə gözəllik üçün yaşayar. Sitatlar
Mehdi və İsa Məsih tanınıb məlum olacaq, lakin Mehdi tələbələrinin sayı çox dəqiq olmayacaq. Sitatlar
İngiltərə dərin dövləti bütün İslam aləmini xəstə etdi, lakin Allahın icazəsi ilə baş həkim Mehdi vəzifəsini icra edir, o xəstəyə şəfa bəxş edəcək. Sitatlar
Mehdi (ə.s) təzyiq görüb əziyyət çəkəcək. Allah zər aləmində "Bu çətinliklərə dözəcəksənmi?" deyir. "Bacaracam, ya Rəbbim", "Qürurla, şərəflə" deyir. Mehdi (ə.s) zər aləmindən 6000 il sonra dünyaya göndərilir. Və o zər aləmindəki sözünü yerinə yetirir. Sitatlar
Saxta Mehdini tanımağın çox asan bir yolu vardır: Mehdi olduğunu söyləməsi. Çünki əgər bir adam özünün Mehdi olduğunu iddia edirsə o, Mehdi deyil. Sitatlar
Mehdiyyət 2082-ci ilə qədər davam edəcək. Ondan sonra pozulma başlayır. O dövrdə Mehdi (ə.s) və İsa Məsih (ə.s) olmayacaq. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur