HARUN YƏHYA
Ana Səhifə
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
AZ
HARUN YAHYA
Menüyü Kapat
AZ
Harun Yahya
Adnan Oktarın həyatı və əsərləri
Harun Yahya © 2025
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
ERER SEÇİN
Anti Mehdi - Adnan Oktar - Harun Yahya - Harun Yəhya
anti-mehdi | Bütün Əsərlər
"Mehdi gəlmədi, Mehdi gəlməyəcək" deyənlər Mehdinin çıxış əlamətlərindən heç vaxt bəhs etmirlər. Mehdi gəlməyəcək deyə səhər axşam çaxnaşma salanlar, "Peyğəmbərimiz (s.ə.v) bu əlamətləri saydı və bunlar hələ olmadı" desinlər. Deyə bilməzlər, çünki Peyğəmbərimiz (s.ə.v), 600-dən çox əlamət saymış və bu əlamətlərin hamısı tək-tək bu dövrdə meydana gəldi.
Mehdi sözü möminlərin qəlbində fərahlıq yaradar. Küfr və münafiqlər isə Mehdi sözünün duyulmasından da, Mehdiyyətin izah edilməsindən də xoşlanmazlar.
Allah qiyaməti Mehdi vəsiləsiylə təxirə salır. Amma 313 insandan başqa geniş kütlə Mehdiyyətə var gücü ilə qarşı çıxır. Hədislərdə, "Mehdi dünyadan bir an çəkilsə o an qiyamət qopar" deyə bildirilir.
Allah münafiqləri vəsilə edərək Mehdi camaatını gücləndirər. Cəmiyyətin ən iyrənilən, namərd, zalım münafiqlərini göndərib Mehdi camaatında canlanma və dirilmə yaradar.
Mehdi və tələbələrinə 30-dan çox dəccal müsəllət olacaq. Mehdi tələbələri həm küfr əhli, həm də münafiqlərlə fikri mübarizə aparacaq. Peyğəmbərimiz (s.ə.v) insanların Mehdi tələbələrindən uzaq dayanacaqlarını, onlarla iş görmək istəməyəcəklərini, evlənmək istəməyəcəklərini söyləyir. İnsanlar son dövrə qədər Mehdi tələbələrindən həmişə uzaq dayanacaq. Bu da onların imtahanının dəyəridir.
Peyğəmbərimiz (s.ə.v) Kəbənin altında qədim dövrə aid xəzinələrin olduğunu bildirir. Kəbənin dağılmadan altına baxıla bilməsi hal-hazırda mümkün olmaz, təkcə Mehdi (ə.s) dövründə olacaq. Digər bütün müqəddəs əmanətlərin tapılması da, təkcə Mehdi (ə.s) dövründə olacaq. Mehdinin zühurundan sonra hamısı ortaya çıxacaq, insanların imanlarında böyük artım olacaq.
Mən necə Mehdi tələbəsi olacağam deyən insan onsuz da Mehdiyə tələbə olmuşdur. Mehdiyyət üçün zəmin hazırlayan Mehdi tələbəsidir.
Mehdi və İsa Məsih tanınıb məlum olacaq, lakin Mehdi tələbələrinin sayı çox dəqiq olmayacaq.
Mehdi dövründə ətraf mühit çox yaşıl və gözəl olacaq. Hər yerdə ağaclıq, bağlıq, bağçalıq olacaq, xüsusilə gənclər çox xoşbəxt yaşayacaqlar.
Mehdi siyasətə daxil olmaz, siyasi məqam umacağı olmaz. Mehdi sevgi müəllimidir, sadəcə gözəllik üçün yaşayar.
Mehdi gəlməyəcək səslərinin çoxalması, xütbələrdə Mehdi gəlməyəcək deyilməsi, Mehdinin mühüm çıxış əlamətlərindən biridir.
Bədiüzzaman həzrətləri, "Mehdi (ə.s) siyasətdən uzaq dayanacaq" demişdir.
Mehdi gəlməyəcək deyənlərin bu qədər təşvişə qapılmaları mehdiyyətin haqq olduğunu bilmələrindən irəli gəlir.
Mehdi gəlməyəcək deyə həmişə deyənlər mehdiyyətin doğru olduğunu bildikləri üçün belə təşvişə qapılırlar. Mehdi zühur etməyəcək deyənlər əlamətlərdən israrla heç bəhs etmirlər. Çünki Mehdinin bütün əlamətlərinin reallaşdığını bilirlər.
Məqalələr
Tövbə surəsi, 69 (Münafiqlər)
Digər dillər
Əsədi ordan qurtaraq, Türkiyəyə gətirək. Suriyada ələvi qardaşlarımız iqtidar olsun. Ələvi Mehdi aşiqi deməkdir. Ələvilərə Mehdi (ə.s) aşiqi deyiləndə sevincdən dəliyə dönərlər.
İslam aləmi ancaq Mehdi (ə.s) ilə birləşər. Mehdi (ə.s) güclü qolları ilə tutsa İslam aləmi birləşər.
İsa Məsihi, Mehdi (ə.s)-ın zühur etdiyini görəcəyik. Mehdi peyğəmbərimiz (s.ə.v)-in jiletini geyinəcək. Uğurlu olsun deyə rəsulullah (s.ə.v)-in qılıncını belinə bağlayacaq. Mehdi (ə.s)-a beyət ediləcək: 2021-ci, 2022-ci, 2023-cü illərdə sevgi, dostluq beyəti ediləcək.
Bir çox fanatik Mehdi (ə.s)-a dəli, ruhi xəstə deyəcək. Çünki bunlar bütün peyğəmbərlərə deyilmişdir.
Axırzamanda Mehdi (ə.s)-ın ən şikayətləndiyi məsələ Quranın tərk edilməsi olacaq.
99
1
1
2
3
4
5
/ 5
1
1
2
3
4
5
99
/ 5
20