logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 21 oktyabr 2017

avatar

Adnan Oktar

Allah Quranda münafiqlərin müsəlmanları həmişə təqib etdiklərini bildirir. Müsəlmanları təqib edərkən həmişə dini dinlədikləri üçün əzabları daha da ağırlaşır. Münafiqin edəcəyi hər həmlə taledə bəllidir. Nə irəli, nə geri gedə bilər. Allahın təqdir etdiyi qədər fəaliyyət göstərə bilər. Onun hər fəaliyyəti onu bəlaya sürükləyən hərəkətdir.
A9 TV; 21 oktyabr 2017
2213
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ağıl, ehtiras və dərinlik kimdədirsə qadın ona yönələr. Eşqin sonsuz dərinliyinə özünü çəkə bilən kişi üçün qadın dəli-divanə olar. Sitatlar
Ağıl gücünü inkişaf etdirmək üçün beynini yormağa ehtiyac yoxdur, sadəcə çox-çox dürüst olmaq və Allaha heç vaxt xəyanət etməmək lazımdır. Gün ərzində Allaha xəyanət etmə məsələləri yarana bilər. Məsələn, başın ağrıyar, yorularsan, gücün çatmaz, birindən pis söz eşidərsən, ayağına bir şey ilişər, müvəffəqiyyətsizliyə uğrayarsan, min cür tərsliklə qarşılaşarsan. İnsan həmişə haşa Allahın bunu niyə etdiyini düşünməsinə vadar edəcək hadisələr yaşayar. Bu imtahan üçün məcburi olan, Allahın bizim sevgimizi çoxaltması üçün yaratdığı nemətlərdir. Əsla nankorluq, tərslik, mənfi düşünmə, bir sözlə, çox böyük ağılsızlıq olar. Əbəs yerə kütləvi nemət itkisinə səbəb olar. Həm dünyada, həm də axirətdə insana çox böyük zərər verər. Allahı heç vaxt tərk etməmək lazımdır. Həmişə müsbət düşünmək lazımdır, çünki Allahın gördüyü hər şey müsbətdir. Sitatlar
Ağıllı, dürüst, vicdanlı yaşadıqsa öldüyümüz zaman bizi həyəcanla gözləyən izdihamla qarşılaşacağıq. O andan etibarən hər mərhələsi mömin üçün cənnətdir. Möminin ölümlə birlikdə keçdiyi hər mərhələ cənnətdir. Möminin narahat olduğu, qorxduğu, narahatçılıq yaşayacağı heç nə olmaz. Mömin ölüm anında heyrətamiz, çox güclü əmin-amanlıq duyğusu hiss edər. Bu, Allahın möminlərə nemət olaraq verdiyi sakitlikdir. Mömində ölümlə birlikdə çox kəskin və aydın fikir aydınlığı və hüzur yaranar. Mömin üçün axirətə keçdiyi andan etibarən hər dəqiqə cənnətdir. Möminin sorğusu da ucalığını, yaxşılığını, gözəlliyini ona vurğulamaq üçündür, mömini ən kiçik şəkildə belə narahat edən his olmaz. Sitatlar
Ağıllı insan hər yaşda sevgi, dostluq, qardaşlıq əlaqəsini yarada bilər. Yaş, zəif ağıllı insanlar üçün maneə olar. Sitatlar
Ağıllı, səmimi insanın tənqidi qiymətlidir. Səmimi sevən dostun insanın yaxşı olması üçün göstərdiyi səyi təqdir etmək lazımdır. Necə də gözəl, sənin lehinə olub sənin görə bilmədiyini görən bir göz sənə faydalı olur. Al o tənqidi başının üstünə qoy. Lakin sırf əxlaqsızlıq olsun deyə, qarşısındakını pərt etmək üçün tənqid edən olduğu zaman onun cavabını gözəl şəkildə vermək lazımdır. Sitatlar
Allah adından yalan uyduranlar, dini yaşanmayacaq hala gətirirlər, üstəlik, çoxu buna özləri də tabe olmur, tabe olanlar da əzab içində yaşayırlar. Sitatlar
Allah Atatürkə qəni-qəni rəhmət eləsin. Demək olar ki, bütün İslam ölkələri təlatüm içində olarkən, Atatürkün qurduğu sistem sayəsində Türkiyə Yaxın Şərqin ən müasir, İslamı ən gözəl yaşayan ölkəsi oldu. Onu rəhmət və hörmətlə yad edirik. Sitatlar
Allah insanı acizlik içində yaratmışdır. İmtahanın tələbi olaraq həyat asanlıqla Özünə çatılacağı kimi olmaz. Necə ki, maneəli qaçış yarışında cürbəcür maneələr vardırsa, insanın Allaha çatmasında da bənzər çətinliklər var. Dünyadakı bu yarışın çətin olması şərtdir. Asan olduqda dünyada təhsil almağımıza ehtiyac yoxdur. Çətin olması üçün də zehin dağınıqlığı, bədən yorğunluğu, insanların tərs danışıqları lazımdır, küfr əhlinin, münafiqlərin hücumu lazımdır, zəif insanların ümidsiz danışıqları lazımdır. Həmçinin Allah başqa pərdələr də yaradar. Məsələn, Axırzamana xüsusi olaraq dinsiz fəlsəfə minlərlə qoldan möminə hücum edir. Cürbəcür dinsizlik və dini pozacaq dini dəyişdirmə cərəyanları var. Mömin məhz bütün bunların arasından keçərək Allaha yaxınlaşır. Sitatlar
Allah Özünü aşkar etməz. Allahın Özünü gizlətməsi Allahın sənətidir və İlahlığının mükəmməlliyidir. Allah Özünü 70 min pərdə ilə gizlədər, biz o pərdələri aça-aça Onu tapmalıyıq. Murdar insanların Allaha çata bilməməsi mömin üçün nemətdir. Dürüst, yaxşı, gözəl olanların Allaha çatması isə çox zövqlü yarışdır. Sitatlar
Allah qorusun Suriyalı bacı-qardaşlarımızı Türkiyəyə almasaydıq, onları ölümə tərk etmiş olacaqdıq. Bir insanı ölümə tərk etmə ehtimalı olduğu zaman əlimizdən nə gəlsə edib onu xilas etmək vicdani məsuliyyətdir. Əgər belə vəziyyətdə biri, "buraxın ölsünlər" deyirsə bu vicdansızlığı necə qazanmış olduğunu sosioloji olaraq araşdırmaq lazımdır. Bizim millətimiz heç vaxt belə vicdansızlığı qəbul etməz. Sitatlar
Allahdan ən çox, Allahın qəlbimizə dərin iman həkk etdirməsini və Onu sevməyi istəməliyik. Allaha dərin imanla, səmimi imanla bağlandığımız zaman hər şey çox gözəl olar. Sitatlar
“Allahım məni eqoist olmayan, Səni çox sevən, Sənin də onu çox sevdiyin, mənim imanıma, şəxsiyyətimə töhfə verəcək, məni dəyərli görəcək, məni sevəcək, mənə hörmət göstərəcək bir qulunla dost et” deyə dua etmək lazımdır. Sitatlar
Bosniyalılar bizim canımızdır. Türkiyənin böyük əksəriyyəti bosniyalıdır. Namuslu, nəcib, nəzakətli fəxr etmə səbəbimiz olan mübarək cəmiyyətdir. Hamısı evladı fatihandır. Çirkin söz işlədənlərə bu sözləri geri qaytarırıq. Sitatlar
Dəccal İslamı dəhşət, vəhşət, qan dini kimi göstərmək istəyir. Bunu göstərmək üçün istifadə edəcəyi ağılsız insanlar da tapır. Dəccaliyyətin bu oyununa elmlə, irfanla imkan verməyəcəyik. İslamın ziyalılıq, gözəllik, nəşə, sevinc, keyfiyyət, incəsənət olduğunu bütün dünyaya göstərəcəyik. Sitatlar
Din, müasirliyi, keyfiyyəti aradan qaldırar, dindarlar da cahil insandırlar deyə geniş yayılan yanlış qənaət var. Ənənəçi ortodoks sistemin ortaya qoyduğu modeldən ötrü dindarlıqla keyfiyyətsizliyin iç-içə olduğu düşünülür. Çünki bu sistemin hansı yerinə baxılsa təmizlikdən, incəsənətdən, gözəllikdən uzaqlıq var. İnsanlar da buna görə İslamdan uzaq dayanırlar. Bu şeytanın çirkli oyunu, çirkli müvəffəqiyyətidir. Bu oyunu da dəccaliyyət dəstəkləyir. İngiltərə dərin dövləti ənənəçi ortodoks İslamı bütün gücü ilə qoruyur. Allahın icazəsi ilə biz bu düşüncəni yox edirik. İslam dini hər şeyin ən keyfiyyətli, ən gözəli deməkdir, hər şeyin ən gözəli birləşdikdə ona din deyilər. Sitatlar
Dini çətinləşdirən şeytandır. Qadın nifrətini formalaşdıran da şeytandır. Bu oyunla həm qadınları dinsizliyə çəkirlər, həm də insanları dünyanın ən gözəl əxlaqlı insanı olan Peyğəmbərdən uzaqlaşdırırlar, həm də dinə qarşı olmalarına səbəb olurlar. Sitatlar
Münafiqi küfr əhli maraqlandırmaz. Hər zaman əsas hədəfi müsəlmanlardır. Peyğəmbərimiz (s.ə.v) dövründə müsəlmanları mübarizədən geri saxlamaq üçün Peyğəmbərimiz (s.ə.v)-i həmişə ağılsızcasına tənqid edirdilər. Peyğəmbərimiz (s.ə.v)-ə qüsur tapmaq üçün; "bizi istidə döyüşə aparır" deyirdilər. Halbuki müsəlmanlar döyüşə məzlumları, qadınları, uşaqları qorumaq üçün gedirdi. Münafiqlər isə müsəlmanların qorunması ilə heç maraqlanmazdılar. Sitatlar
Münafiqlər Allah yolunda malını xərcləməkdən çox böyük iztirab duyarlar. Verdikləri malı müəyyən yolla geri almaq istəyərlər. Peyğəmbərimiz (s.ə.v) dövründə Peyğəmbərimiz (s.ə.v)-i də malların bölüşdürülməsi məsələsində ədalətli olmamaqla ittiham edirdilər. Çünki əxlaqsızcasına müsəlmanların və İslamın mənafeyini deyil, öz murdar mənfəətlərini düşünürdülər. Sitatlar
Azərbaycanlı qardaşlarımız əllərindən çıxan torpaqları mütləq geri alacaqlar, zülm edənlər də hüquqi qarşılığını alacaq. Lakin cinayətə qarışmayan məzlum ermənilərə amansız nifrət bəsləmək Qurana uyğun olmaz. Yaxşı olanların ittifaq etməsiylə bütün haqsızlıqları aradan qaldıracağıq. Sitatlar
Dəccaliyyət hava, su kimi ehtiyac olan sevgini insanların əlindən aldı. Bu neməti zorla dəccaliyyətdən geri alacağıq, sevgi hakim olacaq. Sitatlar
Ermənistanın işğal etdiyi torpaqlar mütləq geri alınacaq və cinayət törədənlər mühakimə olunacaq. Azərbaycanlılar bizim qəlbimiz, baş tacımızdır. Türkiyə və Azərbaycan birləşəcək, gözəl birlik olacaq. Sitatlar
Münafiqlərin azadlıq dedikləri şey, Allahın dinindən nə qədər uzaqlaşa bildikləridir. Təbliğdən, elmi mübarizədən uzaq, it kimi gəzməyə azadlıq deyirlər. Onların azadlıq dediyi Allahın dininə xidmətdən imtina etmək, geri qalmaqdır. Sitatlar
PKK indi Leninin "bir addım irəli, iki addım geri" taktikasını tətbiq edir. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur