Allahın məqsədi yaxşı insanların cənnətdə Allahı sevib Allahın onları sevməsi ilə, onların da öz-özlərini sevməsi ilə birlikdə xoşbəxt yaşatmaqdır. Tək məqsədi budur.
Mələkləri görmək üçün əvvəlcə nur olmaq lazımdır. Maddi aləmdən çıxmaq lazımdır. Məsələn, Peyğəmbərimiz (s.ə.v) mələkləri görürdü, amma maddi olaraq görmürdü. Əvvəl nur halına gəlirdi. Maddə olmaqdan çıxırdı, xüsusi bir hala girirdi.
(A9 TV; 28 sentyabr 2013)
Adnan Oktar
-
Sadəliyə sadəliklə cavab vermək müsəlmana yaraşmaz. Müsəlman soylu, zadəgan olmalıdır. İslamı zadəganlığı ilə təbliğ etməlidir. Səbirli olması ilə, hörmətli rəftarı ilə, sadə, iffətli rəftarı ilə diqqət çəkər.
(A9 TV; 28 sentyabr 2013)
Adnan Oktar
-
Mühafizəkar, xurafata əsaslanan İslam anlayışını dünyanın heç bir yeri qəbul etməz. Nə Avropa, nə Amerika, nə də müsəlmanlar qəbul etməz. Mehdiyyətə, Qurana əsaslanan, səhabə İslamı isə bütün dünya qəbul edər. Bizim təsvir etdiyimiz, göstərdiyimiz İslam anlayışı bütün dünya tərəfindən qəbul edilir.
(A9 TV; 28 sentyabr 2013)
Adnan Oktar
-
Zəlzələlər mehdiyyətin möhürüdür. Allah: "Ya Allaha dönərsiniz, ya da dünyanı həmişə beşik kimi yelləyərəm. Mənə dönəcəksiniz, Məni sevəcəksiniz, sizdən istədiyim budur. Yoxsa dünyanı sizə dar edərəm" deyir. İzahı lazım olan budur.
(A9 TV; 28 sentyabr 2013)
Adnan Oktar
-
Radikalla danışa bilmək üçün, müzakirə edə bilmək üçün, radikalın bütün izahlarına Quran ilə cavab verməyi, Quranı müdafiə etməyi bacarmaq lazımdır.
(A9 TV; 28 sentyabr 2013)
Adnan Oktar
-
Dünyada ən təsirli, müasir, dəqiq İslam anlayışı, bizim tərəfimizdən izah edilir. Mövzunu uzatmadan birbaşa açıqlayırıq.
(A9 TV; 26 sentyabr 2013)
Adnan Oktar
-
İncildən, Tövratdan qorxmaq anormal hərəkətdir. Kommunist kitabları paylayırlar, onda bəzilərinin heç səsi-səmiri də çıxmır.
(A9 TV; 26 sentyabr 2013)
Adnan Oktar
-
Öcalanın kommunizmin bitdiyini ifadə etməsi gözəl bir çıxışdır.
(A9 TV; 25 sentyabr 2013)
Adnan Oktar
-
Hörmətli Tayyib Ərdoğan məzlum və xoş niyyətli bir insandır. Əlindən gələnin ən yaxşısını etməyə çalışır. Ona qarşı çıxmaq vicdana uyğun hərəkət deyil.
(A9 TV; 25 sentyabr 2013)
Adnan Oktar
-
Halal olsun Tayyibə, “dərin dövlət” təşkilatını qanunla, hüquqla darmadağın etdi.
(A9 TV; 25 sentyabr 2013)
Adnan Oktar
-
Xurafatçılar yüzlərlə uydurma hədisi Qurandan üstün tuturlar.
(A9 TV; 25 sentyabr 2013)
Adnan Oktar
-
Bərabərlik tətbiq etdiklərində həqiqətən dinsizlik kimi tətbiq edirlər. Dindarlar təzyiq görür. Bərabərlik aradan qaldırdığında ağlasığmaz rüsvayçılıq, iztirab, təzyiq özünü göstərməyə başlayar. Bu tarazlığı hz. Mehdi (ə.s) quracaq.
(A9 TV; 24 sentyabr 2013)
Adnan Oktar
-
Bütün silahları, savaşları, müharibələri aradan qaldıraq. Döyüş böyük bir cinayət hesab olunsun. Döyüşün qeyri-qanuni və ya qanuni olanı yoxdur. Ümumiyyətlə, heç bir döyüş, qan tökmə heç olmasın. Hər kəs rahat gəzsin. Uşaqlar küçələrdə gülüşsünlər.
(A9 TV; 24 sentyabr 2013)
Adnan Oktar
-
Amerika da, Türkiyə də, yalnız həm xristianların, həm yəhudilərin, həm də müsəlmanların birləşərək İslam Birliyinin qurulması ilə xilas olar.
(A9 TV; 24 sentyabr 2013)
Adnan Oktar
-
Demək olar ki, hər ölkənin atom bombası var. Əsas olan şey sevginin yayılmasıdır. Atom bombasından qorxmağa ehtiyac yoxdur. Sevgisizlikdən, mərhəmətsizlikdən çəkinsinlər.
(A9 TV; 24 sentyabr 2013)
Adnan Oktar
-
Papa ilk öncə Vatikanda qurulmuş darvinist təbliğatın qarşısını almalıdır.
(A9 TV; 24 sentyabr 2013)
Adnan Oktar
-
Bərabərliyi hz. Mehdi (ə.s) tətbiq edəcək. Hər dinə, hər kəsə qarşı şəfqət, sevgi göstərəcək.
(A9 TV; 24 sentyabr 2013)
Adnan Oktar
-
Yaxşılıq, mərhəmət etmək, şəfqət, sevgi göstərmək çətindir. Qırıb-tökmək çox asandır. Bəziləri əlinə tüfəngi alıb ətrafdakıları biçib qırır. Amma sevgi göstərmək əmək, iradə, mərdlik istəyir. Səbrin, əzmin ən son mərhələsini istəyir.
(A9 TV; 23 sentyabr 2013)
Adnan Oktar
-
Ələvilər çox dəyərli insandırlar. Onların söhbəti, sözü ürəyə rahatlıq gətirir. On dəqiqə söhbətlərinə qatılanlar mənəvi cəhətdən rahatlayır. Sevginin, mərhəmətin, sülhün, qardaşlığın mürşidləridir, döyüşə şiddətlə qarşıdırlar.
(A9 TV; 23 sentyabr 2013)
Adnan Oktar
-
Ələviliyin ən gözəl istiqamətlərindən biri də, xurafata qarşı çıxmalarıdır.