Nə məscidlə, nə də cemeviylə qurtuluş olmaz. Məscidə, cemevinə gedən insanların təhsilinə, keyfiyyətinə əhəmiyyət vermək, sevgini yaxşı öyrətmək lazımdır.
(A9 TV; 12 sentyabr 2013)
Adnan Oktar
-
Ələvilər Mehdi (ə.s) aşiqidir, Əhli-beyt aşiqidir, hz. Əli (r.ə) aşiqidirlər. Bərabərliyi, birliyi müdafiə edərlər. Qatı dinçiliyə qarşıdırlar. Sünnilərin bəziləri çox xurafatçı və sevgisizdirlər. Aralarında yaxşıları da vardır. Əsas məsələ, Qurana bağlı mehdiyyət təhsilidir. Səhabə İslamının izah edilməsidir. Şəfqət, mərhəmət, məhəbbət anlayışının inkişaf etdirilməsidir.
(A9 TV; 12 sentyabr 2013)
Adnan Oktar
-
Dinsiz olub, amma zalım olmayanların cəhənnəmi fərqlidir. Allah can yandırmayan dinsizlərə cəhənnəmdə darıxdırıcı, sıxıcı bir həyat yaşadır. Dünyada birini yandıranı Allah da cəhənnəmdə sonsuza qədər yandırır, insanları zəncirləyəni Allah cəhənnəmdə sonsuza qədər zəncirləyər.
(A9 TV; 12 sentyabr 2013)
Adnan Oktar
-
Ateist olanların tənqiddən narahat olmaları yersizdir. Mən ateistlərin də cənnətə getməsi üçün cəhd göstərirəm. Dinc və rahat yaşamalarını istəyirəm. Əslində heç maraqlanmaya da bilərdim. Dindar olub da, ateist və kommunistlərə şəfqətlə yaxınlaşanlar tək bizik.
(A9 TV; 12 sentyabr 2013)
Adnan Oktar
-
Allah bütün elm sahələrini araşdırıb öyrənməyi fərz buyurub. Quranda nəzərdə tutulan üstüörtülü, səthi araşdırma deyil, dərin və əhatəli araşdırmadır. Allahın sənətini araşdırmaq, fərq etmək, anlamağa çalışmaq təqdirə layiq bir əmrdir.
(A9 TV; 11 sentyabr 2013)
Adnan Oktar
-
Bir müddət sonra mehdiyyət çiçəklənib inkişaf edəcək.
(A9 TV; 11 sentyabr 2013)
Adnan Oktar
-
Allah müsəlmanlara Qurandakı elmi, yerdə-göydə olan hər şeyi araşdırmağı fərz buyurub.
(A9 TV; 11 sentyabr 2013)
Adnan Oktar
-
İslam ölkələri öz keflərindədirlər. Suriyanı film seyr edirmiş kimi kənardan seyr edirlər.
(A9 TV; 11 sentyabr 2013)
Adnan Oktar
-
Kommunizmin zehniyyəti budur; küçələr qarışsın, insanlar qırılsın, hadisələr baş versin. Türkiyədə oynanılan bu oyun baş tutmaz.
(A9 TV; 11 sentyabr 2013)
Adnan Oktar
-
Allahın gözəl bir planı var, o plan həmişə fəaldır.
(A9 TV; 11 sentyabr 2013)
Adnan Oktar
-
"Yer və göy"―yerdə yerin quruluşu, heyvanlar, bitkilər, mikroblar, bakteriyalar hər şey araşdırılmalıdır. Göydə: meteoritlər daxil olmaqla hər şey araşdırılmalıdır. Allah bunu müsəlmanlara fərz buyurub. Qurandakı yüzlərlə ayədən bunların fərz olduğu aydındır.
(A9 TV; 11 sentyabr 2013)
Adnan Oktar
-
Atatürkün vəsiyyəti; aydın olmaq, qabaqcıl olmaq, sülhsevər olmaq, sevgi dolu olmaq, Qurana sarılmaq, İslam Birliyini istəmək, Türk-İslam Birliyini istəməkdir.
(A9 TV; 11 sentyabr 2013)
Adnan Oktar
-
Hər şeyin gözəl tərəfini görüb gözəl danışmaq lazımdır. İnsanları kədərləndirmək qorxunc bir şeydir.
(A9 TV; 9 sentyabr 2013)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v) "gözəl söz sədəqədir" deyir. Rəsulullah (s.ə.v) həmişə iltifat edər, könül alardı.
(A9 TV; 9 sentyabr 2013)
Adnan Oktar
-
Qüsursuz insan yoxdur. Bura dünyadır, hər insanın qüsuru var.
(A9 TV; 9 sentyabr 2013)
Adnan Oktar
-
Qatı dinçilik, təzyiq, kommunizm qorxunc bir şeydir. Azadlıq gözəldir. Biz insanların sevinci ilə xoşbəxt olarıq.
(A9 TV; 9 sentyabr 2013)
Adnan Oktar
-
PKK cəhənnəmi, bəlanı müdafiə edir. Allah sevgisindən uzaqdır. Dağlarda adam öldürür. Bundan imtina etsin, xeyiri, yaxşılığı müdafiə etsin, İslam Birliyini müdafiə etsin.
(A9 TV; 9 sentyabr 2013)
Adnan Oktar
-
Sən səmimiyyəti buraxsan əksiklik, çatışmazlıq da səni buraxmaz. Dürüst, səmimi olsan, əksiklik, çatışmamazlıq kimi görünən şeylərin doğru olduğunu, hər şeydə xeyir olduğunu görməyə başlayarsan.
(A9 TV; 8 sentyabr 2013)
Adnan Oktar
-
Allah səmimi insana ağıl verər. Bu açıq olan bir şeydir. Həmişə bütün peyğəmbərlərin, gözəl insanların ağıllı olduğu məlumdur.
(A9 TV; 8 sentyabr 2013)
Adnan Oktar
-
Qurana tabe olan müsəlmanlar hər şeyi xoş qarşılamalı, hər şeyə ağılla yanaşmalıdırlar. Həyəcanla baxmamalıdırlar.