logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 14 mart 2015

avatar

Adnan Oktar

Bəzi qəlblər xain olur, bəzi qəlblər mübarək olur. Bəzi qəlblər yaramazdır, bəzi qəlblər mübarəkdir. Mübarək qəlbli xanımlar yəni səidələr, onların ürəkləri çox gözəl olur, sevgi dolu olurlar. Xəyanət edən daim sürünür, boş yerə sürünür.
A9 TV; 14 mart 2015
868
avatar

Adnan Oktar

Xalq prezident idarəetmə sistemini istəmir, təhlükəlidir. Əsgər buna görə şəhid oldu, polis buna görə şəhid oldu; Türkiyə parçalanmasın deyə. Amerika Birləşmiş Ştatları, adından göründüyü kimi "Birləşmiş ştatlar". ABŞ modeli prezident idarəetmə sistemi olduqda, Türkiyə ayrı-ayrı dövlətlərdən ibarət olacaq. Məhv olduğumuzun şəklidir. Bunun bizə nə faydası olacaq? Parça-parça olarıq, Allah qorusun.
A9 TV; 14 mart 2015
avatar

Adnan Oktar

Sevgi müsəlmanların qəlbinə yaxşı şəkildə nəqş edilməlidir. Kainatın qanunu, kainatın meydana gəlmə məqsədi sevgidir. İmam Mehdi və İsa Məsih sevgini hamıya izah edəcək.
A9 TV; 14 mart 2015
avatar

Adnan Oktar

İmam Mehdi (ə.s), İsa Məsihə də şərait yaradan adamdır. İsa Məsih qonaq olaraq gəlir, elə də aktiv vəzifəsi olmaz. Dünyanın xarici siyasətinə təsir göstərər, məsələn, Putin kimi, İngiltərə Kralı Çarlz kimi şəxslərə təsir göstərər, tələbələriylə. Amma çox ciddi təsiri olmaz. Çünki İsa Məsih özünü bəlli edə bilməz. Amma Mehdi (ə.s) belə deyildir.
A9 TV; 14 mart 2015
avatar

Adnan Oktar

Bu vətəndə bölünməyə icazə vermərik. Əgər belə bir şeyə icazə versəm, Allah da həyatı mənə haram etsin. Heç vaxt icazə vermərik, heç birimiz.
A9 TV; 13 mart 2015
avatar

Adnan Oktar

Kürdlər baş tacıdır. Kürd mənim canımdır, mən kürd üçün canımı verərəm. Amma PKK alçaqlarına qanunla, hüquqla dünyanı dar edəcəyik. Bunu bilməlisiniz.
A9 TV; 13 mart 2015
avatar

Adnan Oktar

Allah: "İnsan zalım və cahildir" deyir. Allah, nankor olduğunu söyləyir. Nankor olmaqdan Allaha sığınmaq lazımdır. Zalım və cahil olmaqdan Allaha sığınmaq lazımdır.
A9 TV; 13 mart 2015
avatar

Adnan Oktar

Allahı haqqıyla sevmək çox əhəmiyyətlidir, ən böyük mövzu budur. Allaha yaxşı diqqət vermək, ucalığını yaxşı qavramaq, böyüklüyünü yaxşı qavramaq və çox sevmək. Allah ayədə: "Allahı lazımınca qiymətləndirmədilər" deyir. Məhz bu Allahın xoşlamadığı şeydir. "Bu qədər nemət verirəm, bu qədər gözəllik verirəm, məni qiymətləndirməlisiniz". İnsanlar bunu edə bilmir.
A9 TV; 13 mart 2015
avatar

Adnan Oktar

İnsan ölür, atom ölmür. Həm də müntəzəm, böyük bir enerjiylə həyatına davam edir. Atom xəstələnməz, xərçəng xəstəsi olmaz, mədə yarası xəstəsi olmaz, qarnı ağrımaz. Rəbbinə təvəkkül etmişdir, dərviş kimi dayanmadan fırlanır. Nə vaxtdan bəri? 15 milyard ildən bəri. Nə edirsən et, dağlar daşlar bir-birinə qarışır, hər yer yanıb kül olur və o hələ də fırlanmağa davam edir, vecinə belə deyil onun. MaşaAllah, Allahın verdiyi qüvvətə bax.
A9 TV; 13 mart 2015
avatar

Adnan Oktar

Dünya, ucsuz-bucaqsız kainatda bir toz kimidir. Biz bir toz zərrəciyi içindəyik və tozdan daha kiçiyik. Amma Allah hamısına hakimlik edir, O heç yatmır, biz yatırıq. Biz xəstələnirik, biz ölürük. O, heç vaxt xəstələnmir də, ölmür də. Kainatdakı bütün atomlara hakimlik edir. Allahın gücü çox böyükdür. Təqdir edəcək ağıla sahib olmaq, təqdir edəcək diqqətə və iradəyə sahib olmaq çox əhəmiyyətlidir.
A9 TV; 13 mart 2015
avatar

Adnan Oktar

Allah sevgisi olduqda, Allah qorxusu olduqda, Allah eşqi olduqda hər şey gözəl olur. Bütün məsələ Allahı səmimi-qəlbdən sevmək və səmimi-qəlbdən iman etməkdir.
A9 TV; 13 mart 2015
avatar

Adnan Oktar

Türkiyənin sahibləri çox güclüdür. Vətənpərvər gənclik Türkiyənin sahibidir, BBP-lilər Türkiyənin sahibidir, Səadət Partiyasının dindar gəncliyi, CHP-nin fəal, diribaş gəncliyi, Ədalət və İnkişaf Partiyasının dindar gəncliyi, hamısı Türkiyənin sahibidir. Buna görə heç kim Türkiyəyə oyun oynaya bilməz.
A9 TV; 12 mart 2015
avatar

Adnan Oktar

Hökumət məktəblərdə paleontologiya dəlilləri nümayiş etdirsin. Türkiyədə on minlərlə paleontologiya dəlil vardır. Muzeylərdə saxlayırlar. Bunlar insanların görəcəyi şəkildə məktəblərdə, küçələrdə, hər yerdə nümayiş etdirilsin. İnsanlar yaradılışın dəlillərini özləri görsünlər.
A9 TV; 12 mart 2015
avatar

Adnan Oktar

Türkiyəni bölünməsinə icazə vermərik. Amerikan modeli bir federasiyanı heç vaxt qəbul etmərik. O Türkiyəni parça-parça edər. Qatilləri də sərbəst buraxmarıq. Həbsdə qalacaqlar. Bu qədər.
A9 TV; 11 mart 2015
avatar

Adnan Oktar

Kafirlər və münafiqlər müsəlmanlarla mübarizə aparacaq. Əziyyət verəcəklər, böhtan atacaqlar, oyun oynayacaqlar, problem çıxaracaqlar, əleyhinə xəbər hazırlayacaqlar. Allah, bu əziyyətlərinə "fikir vermə" deyir. "Fikir vermə" nə deməkdir? Fərz deməkdir. Təsirə məruz qalmamaq fərzdir, əgər fikir versə, onda harama girər. Belə ədəbsizlərin qurduğu oyunlara fikir verməmək, diqqətə almamaq, əhəmiyyət verməmək fərzdir.
A9 TV; 10 mart 2015
avatar

Adnan Oktar

Mömin duanı çox əhəmiyyətli görməlidir, Allahın dəyər vermə səbəbi, möminin Ona dua etməsidir.
A9 TV; 10 mart 2015
avatar

Adnan Oktar

Ağılla Quranın yaxın əlaqəsi var. Ağılın olması üçün insanın Qurana tabe olması lazımdır. Quran bərabərdir ağıl, ağıl bərabərdir Quran.
A9 TV; 10 mart 2015
avatar

Adnan Oktar

PKK-nın silahı yerə qoyması sadəcə yalandır. Adamlar kommunizmi hakim edəcəklərini düşünərək 40 ildir ki, mağaralarda gözləyirlər. Bu xəyaldır, silahı heç vaxt yerə qoymazlar.
A9 TV; 9 mart 2015
avatar

Adnan Oktar

Darvinist, materialist təhsil verildiyi təqdirdə hər yeri bərəkətsizlik, uğursuzluq, bəla bürüyər. Darvinizm, materializm Allaha meydan oxuyan bir sistemdir, haşa. Eləcə də, bütün dünyaya hakimdir. Bu Türkiyəyə yaraşmır. Bizim darvinizmi, materializmi heç vaxt qəbul etməməyimiz, gənclərimizə doğrusunu öyrətməyimiz lazımdır.
A9 TV; 7 mart 2015
avatar

Adnan Oktar

Milliyyətçi gənclər, Alperenlər, əgər alınarsa Səadət partiyasının gəncləri də bir araya gəlsinlər. Qərarlı duruş sərgilənən bir platforma meydana gətirsinlər qanuna, hüquqa uyğun şəkildə. Ədalət və İnkişaf Partiyası, CHP partiyasının gəncləri də buna qoşulsun. Bölünməyə qarşı fövqəladə bir dayanıqlılıq və müqavimət göstərən bir açıqlama verilsin.
A9 TV; 7 mart 2015
avatar

Adnan Oktar

PKK-nın olduğu hər yerdə, PKK-nın başının qanunla, hüquqla əzilməsi lazımdır. "Bəylər" deyir Atatürk, "Bir şey bilinməlidir ki, Türk aləminin ən böyük düşməni kommunizmdir. Hər görüldüyü yerdə əzilməlidir" deyir.
A9 TV; 4 mart 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Sevgi müsəlmanların qəlbinə yaxşı şəkildə nəqş edilməlidir. Kainatın qanunu, kainatın   meydana gəlmə məqsədi sevgidir. İmam Mehdi və İsa Məsih sevgini hamıya izah   edəcək. Sitatlar
Kinli olmaq çox pis bir şeydir. Hər şeyə xeyir, sevgi gözüylə baxmaq lazımdır. Nifrət   bəsləmək çox böyük bir əxlaqsızlıqdır. Hər kəsə sevgiylə yaxınlaşmaq lazımdır. Sitatlar
Ruhunda pis nifrəti saxlayan bir insan daim bəla dənizi içərisində üzər. Nifrətdən   qaçmaq lazımdır. Qəlbə yalnız sevgini qoymaq lazımdır. Qəlb eyni anda pis və təmiz   olmağa dözə bilməz. Qəlbə yalnız təmizliyi yerləşdirmək lazımdır. Qəlb pislikdən təngə   gələr. Sitatlar
İmana və sevgiyə əsaslanan bir sistemin olmaması, bir dəhşət sistemi meydana gətirir   və bu dünyaya təsvir edilməyən bir bəla kimi hakim olmuş vəziyyətdədir. Sitatlar
Sevgi dinin məqsədidir. Sitatlar
Cənnətin məqsədi sevgidir. Cənnətə getdiyini fərz edək. Çaylar var, meyvə ağacları var,   saraylar var, bağlar, bağçalar var, insanlar var, amma sevgi yoxdur. Ora necə bir yer   olar? Allah qorusun Cəhənnəm olar. Ora sevgi sayəsində Cənnət olur. Sitatlar
Sevginin olmadığı yer Cəhənnəmdir. Allah Cənnəti iman yurdu olaraq bəzəyir, sevgiylə   bəzəyir. Cənnətin ən böyük bəzəyi sevgidir. Allaha olan sevgidir, imandır. Yoxsa biz   binalardan ötrü cənnətdə xoşbəxt olmuruq ki. Allahın varlığından ötrü xoşbəxt oluruq. Sitatlar
Allah sevgini sevir. Kainatı sevgi üçün yaradır. Allah sevgini bilavasitə Özü sevir. Sitatlar
Cəhənnəmin yaradılma məqsədi də sevgidir. Yəni cəhənnəm sevginin qiymətini   bildirmək üçün yaradılır. Müqayisə aparılması üçün. Sitatlar
Sevgi özbaşına yaranmaz. Allah sevgini min cür sənət üzərinə oturtmuşdur. Sevgi onun   üzərində inşa edilir və dünyanın ən böyük gücü meydana gəlir. Kainatın ən böyük gücü;   sevgi gücü meydana gəlmiş olur. Sitatlar
Kainat sevgi üçün yaradılır. Kainatın təməli sevgidir. Sevgi, mərhəmət, şəfqət,   bağışlamadır. “Sən mənə vurdun, mən də on misli sənə vuracağam”. Bu cür düşüncə   ola bilməz. Sitatlar
İnsan sevgi sayəsində ayaqda qalır. Sevgi sistemi pozulanda, bütün bədən xəstə olur. Sitatlar
Sevgi Allaha inanmağın əlamətidir. İman etsə, onsuz da sevgi dərhal yaranar. Allah sevgini dərhal qəlbinə qoyar. Allah ayədə; “iman edənlərin qəlblərində bir sevgi yaradacağını” söyləyir. Sitatlar
Müsəlman sevgisini, mərhəmətini sonsuz dərəcədə inkişaf etdirməlidir, kömək   sevərliyini yüksək dərəcədə inkişaf etdirməlidir. Etibarlı olmalıdır. Müsəlmanlar əleyhinə   casusluq etməməlidir. Oyun oynamamalı, xainlik etməməli, zülm etməməlidir. Sitatlar
Sevginin, məhəbbətin ən gözəl yaşandığı yer İslamdır. Müsəlman müsəlmana aşiqdir,   Allah eşqiylə sevdiyi üçün sərhəd qoymaz. İnsan Allaha bəslənilən eşqə   təəccüblənərmi? İnsana bəslənilən eşqə də təəccüblənmək olmaz. Bu həmişə artar.   Mömin, mən Allahı bu qədər sevirəm deyə bilməz, sonsuz sevər. Sitatlar
"Allah səbir edənləri sevər". Çünki sevgi buradan aydın olur. Səbir edə bilmirsə, sevmir   deməkdir. Məsələn, insanın sevdiyi olar, amma o sevgisini qoruması əhəmiyyətlidir.   Yəni iki günlük sevgi olmaz. Bəziləri elədir, məsələn, bir günlük sevir. Bir gecəlik sevir.   Daha dəqiq desək, həvəsi vardır yəni. Amma mömin sevgini ömür boyu və sonsuzadək   istəyir. Sitatlar
Cənnətdəki sevgiyə inanmağın üçün, bir fədakarlıq, igidlik, cəsarət, səbir, təmizlik, təqva   göstərməyin lazımdır. Mömin o əxlaqı göstərdiyi üçün özündən əmin olur, sevildiyindən   əmin olur. Sevənlər də onu, o xüsusiyyətinə görə sevirlər onsuz da. Sitatlar
Bir insan Allaha inanmırsa, ruhunda Ona qarşı güvən hissi olmaz. Allahı görməyəcək bir   ağıla sahibdirsə, onu necə görə bilər? Allaha şükür edə bilməyəcək bir vəziyyətdədirsə,   insana necə təşəkkür edə bilər? Allaha vəfa göstərməyən, quluna necə vəfa göstərə   bilər? Sevginin enerjisini, nəcibliyini təmin edən imandır. Sitatlar
İnsan ətdən, sümükdən, qandan əmələ gəlmiş bir varlıqdır. Min bir cür də acizliyi vardır.   İnsan bunu mu sevəcək? Bunu etməsi üçün dəli olmalıdır. Ancaq Allahın ruhunu   daşıyırsa, nəcib bir varlıqdırsa, sonsuzluğu yaşayacaq bir varlıqdırsa sevilər. Sitatlar
Sevgi, ağıldan istifadə etdikcə əhatə dairəsi genişlənən bir quruluşdur. Ağılla mütənasib   şəkildə inkişaf edər. Məsələn, vəfa göstərsən, sevgisi artar. Şəfqət göstərsən, sevgisi   artar. Səbir göstərsən, artar. Qoruyub himayə etsən, artar. İncə, dərin düşünsən, artar.   Gözəl danışsan, artar. Yalan danışmasan, artar. Daim dürüst davransan, artar. Daim   yaxşı niyyətlə, mehribanlıqla yanaşsan, artar. İnsan əksini görsə nifrət edər. Sitatlar
Sevgini istədikdə əvvəlcə Allah sevgisi hədəf alınmalıdır. Allah sevgisi, Allah qorxusu   yoxdursa, sevgi də yoxdur. Sitatlar
Əgər şövqlü sevgi varsa, şövqlü iman da vardır. Əgər insan qadını şövqlə sevirsə, bilin   ki, o, iman şövqünə də sahibdir. Bu, onun əlamətidir. Sitatlar
İçimiz, çölümüz və qəlbimiz sevgiylə doludur. Dünyanı xilas edəcək şey də sevgidir.   Allah sevgini istəyir. Quran əvvəldən axıracan sevgini izah edir. Quran sevginin   kitabıdır. Sitatlar
Allah sevgidir. Allah Təala qullarını sevər, qullarının da Özünü sevməsini istəyər. Sitatlar
Sevən, Allah rizası üçün ölümü gözə almalı və bunun üçün də ölümü arzulamalıdır.   Allaha qurban olmalıdır. Boynunu qoymalıdır. Bəzilərinin canı şirindir, ən kiçik   mənfəətlərinə belə zərər gəlməsini istəmir, tükünə belə zərər gəlməsini istəmir, "əvvəlcə   özüm" deyir. Əvvəlcə sevdiyin olmalıdır. Yəni heç bir şeyini vermək istəmir, heç bir   şeyini ona təqdim etmək istəmir. Daim özünü qurtarmağa çalışır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur