logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 8 noyabr 2017

avatar

Adnan Oktar

Biri istədiyi ideologiyaya inana bilər. Lakin bu ideologiyaya əsaslanaraq məzlumlara, inananlara zülm edirsə, məscidlərə, ibadətgahlara hörmətsizlik edirsə, məzlum xalqın üzərində terror həyata keçirirsə, bunu heç kim qəbul etməz və buna qarşı hər cür hüquqi tədbir alınar.
A9 TV; 8 noyabr 2017
2203
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
700 milyon fosil var, biri belə təkamülə dəlil deyil. 700 milyon fosilin hamısı bütün canlıları Allahın yaratdığını göstərir. Sitatlar
Allah adından yalan uyduranlar, dini yaşanmayacaq hala gətirirlər, üstəlik, çoxu buna özləri də tabe olmur, tabe olanlar da əzab içində yaşayırlar. Sitatlar
Allah atomda heyrətamiz sənət yaradır. 15 milyard ildir ki, atom heç bir qida almadan heyrətamiz enerji ilə fırlanır, orbitindən heç vaxt çıxmır, atomlar bir-biri ilə toqquşmurlar. İnsan tək bir maya zülalını araşdırsa, içində tam fərqli nəhəng aləm olduğunu görər. Məhz Allah bu sənəti düşünüb-düşünmədiyimizə baxır. İnsan çörək arası dönər yeyir və heç nə düşünmür. Allahın bu böyük sənətinə baxmayaraq, heç nə düşünmədən yaşayan insan, əslində hər cür bəlaya layiq olmuş olur. Sitatlar
Allah münafiqləri qövm halına gətirir, normal insanlarla əlaqə yarada bilmirlər. Mütləq özləri kimi ləyaqətsiz, alçaq tiplərlə birlikdə olurlar. Müsəlmanların yanına dəstə-dəstə insanlar gələrkən, münafiqlərin yanına heç kim yaxınlaşmaz. Xüsusilə qadınlar heç vaxt münafiqlərə yaxınlaşmaz. Sitatlar
Allah qorusun Suriyalı bacı-qardaşlarımızı Türkiyəyə almasaydıq, onları ölümə tərk etmiş olacaqdıq. Bir insanı ölümə tərk etmə ehtimalı olduğu zaman əlimizdən nə gəlsə edib onu xilas etmək vicdani məsuliyyətdir. Əgər belə vəziyyətdə biri, "buraxın ölsünlər" deyirsə bu vicdansızlığı necə qazanmış olduğunu sosioloji olaraq araşdırmaq lazımdır. Bizim millətimiz heç vaxt belə vicdansızlığı qəbul etməz. Sitatlar
Allah qorxusunun yaranması üçün insanın əvvəlcə Allahın sənətini anlaması lazımdır. Aya, ulduza, kainata, böcəklərə, çiçəklərə baxıb düşünmək lazımdır. Lakin insanların çoxu bunlarla bağlı məlumat alma imkanına sahib deyil. Buna görə də, Allahı sevənlərin bu məlumatları insanlara hazır təqdim etməsi əhəmiyyətlidir. Mən bunun üçün kitablarımda insanlara bu məlumatları çatdırıram və insanlar dəstə-dəstə Allaha üz tutur, əlhamdulillah. Sitatlar
Allah sevgini sevər. Allahın bəla, dərd verməsinin hikmətlərindən biri də qulun Özünə yaxınlaşmasını təmin etməkdir. Müsəlman bəlanı gözləmədən Allaha yaxın olmalıdır. Hər şeyimizi Allaha borcluyuq, hər şeyimizi verən Allahdır. Allahdan uzaq olmaq çox böyük əxlaqsızlıq və nankorluq olar. Sitatlar
Anadolu mövləviliyi dindar, 5 vaxt namazını qılan, təvazökarlığa və sevgiyə əsaslanan anlayışdır. Bizim tənqidimiz ingilis mövləviliyinə istiqamətlidir. İngilis mövləviliyi küfrü qanuniləşdirən, haram olan şərabı halal göstərən, homoseksuallığı müdafiə edən anlayışdır. Anadolu mövləviliyini qəbul edən biri, ingilis mövləviliyini heç vaxt qəbul etməz, heç bir müsəlman bunların heç birini müdafiə edə bilməz, müdafiə edərsə küfrə düşmüş olar. İngilis mövləviliyi İslamı aradan qaldırmaq üçün ortaya çıxarılmış fəlsəfədir. Sitatlar
Atatürk əleyhinə proqram yayımlanmasını istəmirik. Biz 83 milyonuq. Atatürkü canımız kimi sevirik. Atatürkün əleyhinə söz eşitmək istəmirik. Qanunla, hüquqla buna icazə verməyəcəyik. Sitatlar
Bərzaninin şüurlu, idealist yetişmiş dəstəkləyən kütləsi yoxdur. Buna görə də, kiçik addımında PKK tərəfindən asanlıqla əzilə bilər. Bərzani alçalmağı deyil, böyüməyi əsas götürsün, bu da İslam aləminin birləşməsi, İslam Birliyinin yaradılması ilə olar. Parçalanmaq, asan həzm olmaq mənasını verər. Sitatlar
Cümhuriyyətin ilk illərindən bəri davam edən və çox vaxt açıqca ifadə edilməyən "xalqı ikiyə parçalamaq" hərəkatı var. Bir tərəfdə Atatürkçü, ziyalı, rəsmi, musiqini, rəqsi, heykəli, incəsənəti sevən, həyat dolu təbəqə, digər tərəfdə isə Atatürkdən xoşlanmayan, içinə qapalı, musiqidən, rəsmdən, incəsənətdən də həzz almayan, əyləncəyə, sevincə, qarşı olan təbəqə var. Bu Türkiyədə qədimdən bəri davam edən adı qoyulmamış parçalanmadır və hər iki tərəf müəyyən şəkildə bir-birinə kin bəsləyər və razılaşa bilməz. Adətən hərbi çevrilişlərdə də bu parçalanma bəhanə göstərilər. 60-cı ildə, 71-ci ildə, 80-ci ildə həmişə belə olmuşdur. Çevrilişlərin anatomiyası təhlil edildikdə bu vəziyyət açıqca görünər. Baxın, məhz bu anlaşmazlığı aradan qaldıran anlayışa sahib olduğumuz üçün hədəf oluruq. Biz izahatlarımızla həm iki təbəqənin bir-birinə olan qəzəbini aradan qaldırırıq, həm də bu iki təbəqənin həyatlarının bir-biri ilə uzlaşmasını təmin edirik. Atatürkçü, ziyalı, mədəniyyətli, bilikli, rəsmdən, incəsənətdən xoşlanan təbəqə ilə dindarlar arasında məsafə olmasının lazım olmadığını göstəririk. Ziyalı, müasir, şən, həyat dolu, incəsənəti, musiqini, gözəlliyi sevən, keyfiyyətə əhəmiyyət verən, Qurana sadiq, Qurana uyğun sünnəni tətbiq edən dost icması olaraq mövcud olmamız çox mühüm fitnəni yox edirik. Həm iki təbəqə arasında razılaşma təmin edirik, həm də iki təbəqənin bir-birinə olan qəzəbinin yersiz olduğunu göstəririk. Beləliklə, millətin və vətənin birliyinə qarşı çox əhəmiyyətli xidmət göstəririk. Çox insan bunu görmür, lakin İngiltərə dərin dövləti görür və buna görə var gücü ilə bizim üzərimizə gəlir. Sitatlar
Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir. Sitatlar
İngiltərə dərin dövləti hiyləgərcəsinə fəaliyyətlərini gizlədən strukturdur. 200 ildir ki, özünü quzu kimi göstərən əjdaha olaraq fəaliyyət göstərir. Bunların oyunlarına qarşı çox diqqətcil olmaları əhəmiyyətlidir. Xüsusilə siyasətçilər və bürokratların ayıq-sayıq olmaları lazımdır. Sitatlar
Münafiqin ləyaqətsiz və şərəfsiz olduğunu hər kəs bilər. Küfr əhli də münafiqlərin alçaq olduğunu bilər. Buna görə də, münafiqlərin yanına heç kim yanaşmaq istəməz. Quranda Samirinin təkbaşına buraxılması, münafiqlərin murdarlığı və iyrəncliyindən ötrü tənhalığa məhkum olmalarına işarə edən ayədir. Sitatlar
Müsəlmanların camaat halında olması Quranın əmridir. Mənim bu mövzudakı meyarım hansı camaat dinsizliyin fəlsəfəsi olan darvinizmi aradan qaldırmaq üçün var gücü ilə mübarizə aparırsa, İslam Birliyini həmişə gündəmdə saxlayırsa, mehdiyyəti, məsihiyyəti müjdələyirsə o camaatla ittifaq etmək lazım olmasıdır. Belə camaat bizdən başqa elə də olmadığı üçün biz ön plana çıxırıq. Bizdən başqa da küfr əhlini və münafiqləri hədəf qəbul edən demək olar ki, heç kim olmadığı üçün İngiltərə dərin dövlətinin, münafiqlərin, küfr əhlinin ən çox diqqətini çəkən oluruq. Bütün həmlələrə baxmayaraq, sarsılmadan irəliləyirik. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar
3-5-7-9 ilə İslam Birliyinin reallaşdığını görəcəyik inşaAllah. Çətin dövrlərdən keçərkən heç bir bacı-qardaşımız təlaşa qapılmasın. Çox çalışqan, şövqlü, qətiyyətli olmağımız lazımdır. Münafiqliyə, dinsizliyə, küfrə elmlə, irfanla, hüquqla, qanunla cavab verməliyik. Sitatlar
3-5-9 il içərisində İstanbul inşaAllah çox gözəlləşəcək. Hal-hazırda hara baxsaq beton yığınları və sıxıntı verən struktur görürük. İstanbulun görünüşü tamamilə dəyişəcək və hər yer ürəkaçan olacaq. Sitatlar
3-5 ilə qədər dünyada çox böyük hadisələr olacaq. Türkiyə aparıcı ölkə olacaq. Tayyib hocam Allahın icazəsi ilə daha uzun illər vəzifədə qalacaq. Sitatlar
5 duyğunun ruhdakı şərhinə maddə deyirik. Hər şey metafizikdir. Sitatlar
ABŞ dollarından istifadə etməyək. Öz pulumuzla daxili və xarici ticarət edək. Rusiya, İran və Türkiyə tam ittifaq etsin. Sitatlar
Açıq şüurla, ağıllı insanın Allahı inkar etməsi qeyri-mümkündür. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur