logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 22 dekabr 2015

avatar

Adnan Oktar

Bizim silahımız, hər şeydən üstün iman və imandan qaynaqlanan sevgimizdir, bu qədər. Güclü dindar olmalıyıq, həm də çox sevgi dolu olmalıyıq. Heç kəsdən intiqam almayan, hər kəsi barışdırmağa çalışan və hər kəsin yaxşı olması üçün çalışan insanlardan olmalıyıq.
A9 TV; 22 dekabr 2015
2247
avatar

Adnan Oktar

Qadınlara təzyiq göstərən bir zehniyyət əsla abad olmaz. Qadınları azad olan ölkə inkişaf edər, Allah onun yolunu açar. Qadına təzyiq varsa ora məhv olar.
A9 TV; 22 dekabr 2015
avatar

Adnan Oktar

Avropa və dünya səviyyəsində bütün insanların bizə dost olması, eləcə də, ən başda Allahın bizi sevməsi üçün, heyrətamiz sevgi müəllimi olmalıyıq. Yəni dünyada görülməmiş xarakter nümayiş etdirməliyik. Dünya bizi heyrətlə izləməlidir. Həmçinin daha çox müasir olmalıyıq.
A9 TV; 22 dekabr 2015
avatar

Adnan Oktar

Qadını keyfiyyətli olmayan bir ölkə, qətiyyən keyfiyyətli və müvəffəqiyyətli ola bilməz. Qətiyyən keyfiyyət əldə edə bilməz. Qətiyyən müasir ola bilməz, Avropalaşmış ola bilməz. Qadını ziyalı, azad, şən və baxımlı deyilsə, sevinmək, gülmək, idman etmək, yemək və içmək məsələlərində azad deyilsə, həmin ölkə heç vaxt aydınlıq ölkə deyil. Çox qararmışdır və hər qaralan ölkə mütləq dağılar, Allah qorusun.
A9 TV; 21 dekabr 2015
avatar

Adnan Oktar

Təsadüf dünyadakı ən məntiqsiz izahdır. Təsadüf; narı, portağalı, limonu, zeytunu, naringini necə yarada bilər? Eynşteynləri, Nyutonları təsadüf necə yarada bilər? Şirləri, pələngləri, zürafələri və arıları necə yarada bilər? Bunların hər biri bir-birindən mükəmməl varlıqlardır.
A9 TV; 21 dekabr 2015
avatar

Adnan Oktar

Terror təşkilatıyla mübarizədə ən mühüm məsələ, əhval-ruhiyyəsini sıfıra yaxınlaşdırmaqdır. Alçaltmaq bir yoldur, lakin ideologiyasının yanlışlığını sübut etmək ən təsirli yoldur. Ən təsir edən şey, ideologiyasının, fəlsəfəsinin yanlışlığından danışmaqdır. Bütün gücünü yox edərsən, əhval-ruhiyyəsi sıfıra yaxınlaşar, yəni əzələ gücü, baş gücü sıfıra yaxınlaşar, heç bir şey edə bilməyəcək hala gələr.
A9 TV; 21 dekabr 2015
avatar

Adnan Oktar

İsrail düşmənçiliyi sanki bir mərifətmiş, bir təqva əlaməti və ya üstünlükmüş kimi göstərilir. Əhli Kitaba düşmənçilik bəsləmək çirkin hərəkətdir. Biz yəhudiləri və xristianları sevirik. Ateistlərə də şəfqət duyuruq.
A9 TV; 21 dekabr 2015
avatar

Adnan Oktar

Mehdiyyət iddia deyil, isbatdır. İslam dünyaya hakim olar. Bir şəxs İslam aləminin başına keçər, biz o zaman onun “Allahualəm Mehdi (ə.s)” olduğunu düşünərik, bu qədər. Qəti şəkildə iddia da etmərik. "Allahualəm, yəqin ki, elədir" deyəcəyik.
A9 TV; 20 dekabr 2015
avatar

Adnan Oktar

Din dedikdə, ayələri əzbərləmək, Quranı su kimi əzbər bilmək, onu təcvidlə oxumağı başa düşürlər. Halbuki, Quranın hikməti və mahiyyəti əhəmiyyətlidir. Yəni oradakı mənanı həyata keçirmək vacibdir. Yoxsa onu təcvidlə oxumaq deyil. Bunu ərəblər çox yaxşı şəkildə edirlər. Lakin Quranı tətbiq etməyənlərin bir hissəsi də, yenə ərəblərin arasından çıxır.
A9 TV; 20 dekabr 2015
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) insanları özünə dəvət etmədi. Qurana dəvət etdi. Heç bir peyğəmbər özünə dəvət etmədi. Həmişə Allahın Kitabına dəvət etdilər. Məsələn, hz. Musa (ə.s) Tövrata dəvət etdi. Hz. İsa (ə.s) İncilə dəvət etdi. Mehdi (ə.s) da insanları Qurana dəvət edəcək.
A9 TV; 20 dekabr 2015
avatar

Adnan Oktar

Hikmət Allahın bəyəndiyi gözəllikdir. İnsanların bir hissəsi çox, lakin hikmətsiz danışar. Hikmətin çox biliklə, boşboğazlıqla əlaqəsi yoxdur. İnsan yeriyən kitabxana kimidir, lakin o dərinliyi, o hikməti görə bilmir. Məlumatın yalnız çoxbilmişlik, modabazlıq tərəfini qəbul edir. Halbuki informasiyadan hikmət üçün işlətmək lazımdır.
A9 TV; 20 dekabr 2015
avatar

Adnan Oktar

Qiyamətin və ölümün müsəlmanları narahat edəcək heç bir tərəfi yoxdur. Əgər müsəlman özünə zülm ediləcəyinə, yaxud əzab çəkəcəyinə inanırsa, bu Allahın xoşuna gəlməz. Çünki Allah: "Mənə güvən. Sən yaxşı əməl sahibisənsə, sənə zərər gəlməz" deyir. Mömin həmişə Allaha hüsnü-zənn etməlidir.
A9 TV; 20 dekabr 2015
avatar

Adnan Oktar

Bütün məsələ Allaha səmimi-qəlbdən təslim olmaqdır, Allahı sevməkdir. Bu cür olsan, yavaş-yavaş yoluna doğru irəliləyərsən. Sürətli getməyə çalışarsan, lakin Allah sənin sürətlənmənə icazə verməz. Mehdiyyət yavaş irəliləyən sistemdir. Mehdi tələbələri də yavaş təkmilləşərlər. İstədikləri qədər can atsınlar, nə edirlərsə etsinlər, Allah o müddəti tamamlayar.
A9 TV; 19 dekabr 2015
avatar

Adnan Oktar

Mehdiyyətin əsası hikmət və səmimiyyətdir. Ədəbi, həyəcanlı danışıqlar insanlara mahnı və türkü kimi gələr, heç bir təsiri olmaz.
A9 TV; 19 dekabr 2015
avatar

Adnan Oktar

İslamın bu cür böyük xərclər, böyük fəaliyyətlər, mütəşəkkil hərəkatlar, gizlicə nələrsə etmək kimi şeylərlə hakim olacağını zənn edirlər. Qurana baxın, İslamın hakimiyyəti həmişə metafizikdir. Bütün məsələ səmimi olmaqdır.
A9 TV; 19 dekabr 2015
avatar

Adnan Oktar

Mehdiyyətə kömək göstərilər. Mehdiyyət iddiasıyla ortaya çıxılmaz. Tarixə diqqətlə baxın, hamısı məğlubiyyətlə nəticələnmişdir. Lakin mehdiyyətə kömək iddiasıyla ortaya çıxan hər kəsin, Allah yollarını açmış və hamısı bəxtiyar olmuşdur.
A9 TV; 19 dekabr 2015
avatar

Adnan Oktar

Bütün süni mehdilik hərəkatları yox olar. Çünki bu, mehdiyyətlə lağ etmək deməkdir. Allah başına keçirər. Hər süni Mehdi namizədi məğlubiyyətlə nəticə qazanar.
A9 TV; 19 dekabr 2015
avatar

Adnan Oktar

Əyləncə, İslam, Quran, yemək-içmək, hər şey; həyat tək halda bütövdür. İslamdan ayrı həyat yoxdur. Yəni; "bir hissəsi İslami, bir hissəsi də qeyri-islami" olmaz. Hər nəfəsində İslam var; əylənərkən, gülərkən, yatarkən, uzanarkən, qalxarkən; ağlına gələn hər yerdə İslam var. İslamın olmadığı bir yer qəflət deməkdir, pərişanlıq deməkdir.
A9 TV; 19 dekabr 2015
avatar

Adnan Oktar

Biz olduqca müasir ölkə olsaq, çox ziyalı ölkə olsaq, qadın haqlarında ən qabaqcıl səviyyəyə gəlsək, elmdə, incəsənətdə, estetikada, keyfiyyətdə önə çıxanlardan biri olsaq dünyanın ən güclü ölkəsi olarıq. Lakin başqa cür olsa; Yaxın Şərq səviyyəsində qalan bir ölkə olacağıq, gələn vurar, gedən vurar, məhv olarıq Allah qorusun.
A9 TV; 18 dekabr 2015
avatar

Adnan Oktar

İman zəifliyi olduqda insan duyğusuz olar. İslamı yaymaq həyəcanı olmaz. Allahdan qorxma gücü olmaz. Öz mənfəətinin, öz problemlərinin ardınca qaçar. Bu böyük fəlakətdir.
A9 TV; 18 dekabr 2015
avatar

Adnan Oktar

İnsanların imanı zəif olduqda, onları, Mərakeşdə, Tunisdə, Əlcəzairdə, Liviyada müsəlmanların öldürülməsi, əzilməsi, darvinist təhsil verilməsi maraqlandırmır. Təkcə instinktlərlə hərəkət edirlər. Harada toy var, ona baxırlar. Harada əyləncə var, harada kef çəkə bilərlər, yəni macəra ardınca qaçırlar. İman zəifliyinin ən böyük fəlakəti bu laqeydlikdir.
A9 TV; 18 dekabr 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Avropa və dünya səviyyəsində bütün insanların bizə dost olması, eləcə də, ən başda Allahın bizi sevməsi üçün, heyrətamiz sevgi müəllimi olmalıyıq. Yəni dünyada görülməmiş xarakter nümayiş etdirməliyik. Dünya bizi heyrətlə izləməlidir. Həmçinin daha çox müasir olmalıyıq. Sitatlar
Xristianlıqda sevgi çox ön plandadır. Müsəlmanlar İncili oxumalıdırlar. Təhrif olunmuş hissələrini deyil, Qurana uyğun gələn hissələrini. İncil sevgidən bəhs edir. Həmçinin, Tövratda da sevgidən çox gözəl bəhs edən hissələr var. Sitatlar
Allah, Mən sevilməyə layiq olan sonsuz güc Sahibiyəm deyir. Bütün sevgini, hər şeyi yaradan Mənəm, sevdiklərinizi yaradan Mənəm. Onların görünüşü də Mənə aiddir deyir. Buna görə şirk qoşmayın, sevginizi Mənə yönəldin deyir. Doğru olan da budur. Sitatlar
İsrailə qarşı nifrət dolu olacaqsan, müasir heç nə olmayacaq, evin leş kimi olacaq, əşya olmayacaq, sevgisiz olacaqsan, ruslardan, yunanlılardan, iranlılardan, şiələrdən, ələvilərdən, vəhhabilərdən nifrət edəcəksən, hər kəsə söz atacaqsan. Bunları etdikdə şeytanın əlinə düşmüş olursan, nə qədər pis mövqeyə düşdüyünü görmürsənmi? Bunlar çox yanlış hərəkətlərdir. Müsəlmanın tək bildiyi şey sevgidir, sevgi dolu olmalısan. Sitatlar
Biz Avropalı, ziyalı, sevgi dolu olsaq, qadınlara dəyər versək, onların azad olduğu açıqca görülsə, incəsənətə, elmə, estetikaya çox əhəmiyyət versək, dünyanın ən keyfiyyətli ölkəsi olarıq. Hər kəs bizə heyran qalar. Bu olmasa qovrulub yox olarıq. Sitatlar
İnsan düşmənlərinə, sevgisizlərə sığınacaq verən, onları qoruyan bir sistemdən qəti olaraq uzaqlaşmalıdır. Sevgi insanlarını gücləndirmək lazımdır. Sitatlar
Allah Özünü bir örtüklə örtür. Çox nadir insanlar bu örtüyü açıb Onu görə bilir. Yəni ən azından, məsələn, o yetmiş pərdədən altmışını açan insan çox nadir tapılır. Əhli-qəlb bu pərdələri açar və açdıqca da Allaha yaxınlaşar. Sitatlar
Müsəlman müsəlmanı öldürür. Müsəlmanların başında bir lider olsa, məsələ həll olacaq. İslam Birliyi olsa, bütün müsəlmanlar xilas olacaq. Həmin gün, həmin saat xilas olarlar. Bir mənəvi lider, sevgi bağıyla lider, bütün terror və anarxiya qruplarının fəaliyyətini dayandıracaq. Sevgini, qardaşlığı əsas götürən bir ruhu bütün İslam aləminə yayacaq, hər kəsə bir-birinin dostu olduğunu göstərəcək. Sitatlar
Sən Allaha etibar etmirsənsə, Allah da sənin qarşına etibar edəcəyin insan çıxartmaz. Hamısını başına bəla edər. Sən Allaha qarşı mübarizə aparsan, bu zaman Allah da səninlə mübarizə aparar. Sən Allahı gücsüz hesab etsən, Allah da bu zaman sənin qarşına da gücsüz insanlar çıxardar. Sitatlar
Gələcək qorxusu iman məsələsidir. İnsan imanı ilə buna qalib gələr. İmanına etibarının olmamağı, imtahandan məğlub çıxmasının əlamətidir. Bu qorxuya mütləq qalib gəlməlidir. Sitatlar
Birisi : "Məndə sevgi, hörmət yoxdur, lakin pul vardır" deyir. Bu qadın üçün nə qədər qorxunc şeydir, kabusdur. Nə qədər əzab dolu bir həyatdır. Qəsrdə, sarayda yaşasa belə hər gün onun üçün əzab olar. Sevgi görmədikdən sonra, qiymətləndirilmədikdən sonra, o yeməyi, o paltar nəyinə lazım. Sitatlar
Sevgini dünya üçün çox lüks kimi göstərirlər. Şeytan insanlara əsrlər boyu bunu öyrətdi. Hal-hazırda insanlara sevgi deyildikdə, bunu çox uzaqda olan, əlçatmaz kimi qəbul edirlər. Halbuki sevgiylə iç-içə yaşayırıq onsuz da. İnsanın gündəlik yeməyi kimi, normal bir ehtiyacıdır sevgi. Sitatlar
Sevgi bir niyyətlə dərhal ayağımıza gələr. Sevgi qapıda gözləyər. "Sevgi, bura gəl" deyərsən, dərhal gələr. Sevgi dərhal insanın içini bürüyər. Ruhunda dərhal xidmətə hazır olar. Allah belə yaratmışdır. Lakin qapıda saxlayır insanlar. İçəri buraxmırlar sevgini. Bunun əvəzinə pislik, davakarlıq, kin, soyuqluq, şübhəcilik, mərhəmətsizlik, ədəbsizlik, nəzakətsizlik və kobudluğu qapının önündə saxlayırlar. Sitatlar
Sevgiyə gəl desən dərhal gələr. Çox asandır sevgi. Sevgi gələn kimi dərhal qəlbə yerləşər, beyinə yerləşər. Onsuz da sevgi insanı sevər; Allahı sevər, buna görə insanı sevər. Beyinə yerləşdikdə beyin rahatlayar. Qəlbə yerləşdikdə qəlb rahatlayar. Dərhal insanın üfüqü açılar. Sitatlar
Sevgi gözə yerləşər, göz gözəlləşər. Düzgün baxmağa başlayar. Dilə yerləşər, düzgün danışmağa başlayar. Səs tellərinə yerləşər, səsi gözəlləşər. Məsələn, dəriyə yerləşər, dəri sevgidən ötrü gözəlləşər. Yəni insanın hər şeyi xoş və təravətli olar. Sitatlar
“İmanımı da yaşayaram, küfr əhliylə də birlikdə olaram” deyir. Belə olduqda münafiqlik başlayır. Sən Peyğəmbərlə, müsəlmanlarla birlikdə olsan Allah bəyənər. Müsəlmanları tərk edərək öz aləmində çoxbilmişlik edirsən, lakin zənn etdiyin kimi olmaz. Sitatlar
Müsəlmanlar üçün ən mühüm şey imanın güclü olmasıdır. İman zəifliyi insanları pərişan edir. Dünyadakı ən böyük problem iman zəifliyidir. Quranın ən azı 70%-də insanların iman zəifliyindən bəhs edilir, iman həqiqətlərinin əhəmiyyətindən bəhs edilir. Sitatlar
Mömin imanını qətiyyən itirmək istəməz, bundan çox qorxar. Məhz imanını itirmək istəməməyi, iman əlamətidir. Yoxsa vəsvəsə gələr, düşünər. Lakin şüur altında iman edir. Bir kərə Allaha inanmışdır. Sitatlar
İman, şüur altındakı səmimi imana deyilər. Yoxsa insanın ağlı onsuz da gedib gələr. Yəni ağlından hər cür fikir keçər. Məsələn, bu doğrudurmu, bu yanlışdırmı.. Beyin budur. Beyindəki fikirlər qəribə fırtına kimidir. Bu imanla əlaqəli deyildir. Bunun adı vəsvəsədir. İman kök salmış bir şeydir. Yəni şüur və vicdanla sıx əlaqədə olan, qəlbən gətirilmiş səmimi qənaətə iman deyilər. Sitatlar
Ömür boyu mömin olmuş bir insanın; "Görəsən öləndə imanımı qoruyub saxlaya biləcəyəm?" sualı ilə narahat olması şeytanın vəsvəsədir. Bunu düşünməyə qətiyyən ehtiyac yoxdur. Belə şey olmaz. Yəni əsas məsələ səmimi və şüur altında olan imandır. Yoxsa insanın ağlına çox şey gələ bilər, bunların heç bir əsası yoxdur. Allah buna bütöv formada baxar. Sitatlar
İman gətirəndə, hər şeyin sahibi olan, sonsuz gücə malik Allaha bağlanırsan. İnanılmaz dərəcədə rahat olursan. Meteorlar sanki göydə quzu kimi hərəkət edər möminlər üçün. Lakin onlar, dinsizlər üçün dəhşət saçan canavarlar kimidirlər. Məsələn, yerin altındakı maqma bizim üçün ilıq süd kimidir. Lakin dinsizlər üçün cəhənnəmdir, onu yandırıb kül edəcək bir cəhənnəm. Qəlbimiz yalnız Allahdan qorxduğumuza görə rahatdır. Biz yerin altındakı maqmadan qorxmuruq, yalnız Allahdan qorxuruq. Biz Allahın onu necə idarə edəcəyini bilirik, maqmanın Allahın əmrinə tabe olduğunu bilirik. Maqmanın hər atomunun Allahı zikr etdiyini bilirik. Hamısı Allaha boyun əymişdir. Sitatlar
Mənə imanlı olub da, çirkin olan bir insan göstərsinlər. Səmimi imanlı insan çirkin olmaz, əsla belə bir şey olmaz. Sitatlar
İnsanların Allaha inanmadığını özümüzə dərd etmək, çox təhlükəli hərəkədir. Çünki Allah: "Hüzuruma tək-tənha gələcəksiniz" deyir. Burada bir sirr var. Buna görə də, insanların iman edib-etməməsinin bizə nə dəxli var. Allah bizim şüurumuzu açıq yaratmışdır. Allahın varlığı çox açıqdır. Sitatlar
Sevgi dünyanın ən gözəl tərəfidir. Həyatın ən gözəl tərəfidir. Çünki sevgi imanla əlaqəlidir. Allahı sevən, təcəlli olaraq insanları da sevər. Sitatlar
Qadınlara təzyiq göstərən bir zehniyyət əsla abad olmaz. Qadınları azad olan ölkə inkişaf edər, Allah onun yolunu açar. Qadına təzyiq varsa ora məhv olar. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur