logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 4 aprel 2014

avatar

Adnan Oktar

Bölünmə məsələsi hal-hazırda Türkiyənin ən böyük təhlükəsidir. Ən böyük təhlükədir. Bütün gücümüz, qüvvəmiz gedər, etibarımız gedər. İqtisadiyyatımız məhv olar, bu, çox böyük təhlükədir. Parça-parça olarıq, Allah əsirgəsin və Türkiyə deyilən bir şey qalmaz. İslam aləmini də darmadağın edərlər, müsəlmanları da məhv edərlər. Kürd deyilən də bir şey də qalmaz.
A9 TV; 4 aprel 2014
691
avatar

Adnan Oktar

Kürd, laz qardaşlarımız, biz türklük adı altında birləşdik. Onun adı budur, yəni birliyin adı türklükdür. Yoxsa bu genetik üstünlük, genetik kod mənasında deyil.
A9 TV; 4 aprel 2014
avatar

Adnan Oktar

Birlik və bərabərlikdə gözəllik, qüvvət var. Allah ona görə birlik və bərabər olun deyir.
A9 TV; 4 aprel 2014
avatar

Adnan Oktar

Sən elə fikirləşirsən ki, kürdləri birləşdirəndən sonra xoşbəxt olacaqlar. Belə bir şey olmayacaq. Ən böyük kürd qırğını həyata keçirməyi düşünürlər. Bölgədə Kommunist Kürdüstan nə deməkdir? Belə olduqda bütün Avropanın, Amerikanın hədəfi olacaqdır. Yun pambığı kimi atarlar.
A9 TV; 4 aprel 2014
avatar

Adnan Oktar

Zalımlara mane olan, məzlumları qoruyan gözəl ölkəmiz var. Onsuz da çox kiçik bir qüvvəyə, çox kiçik torpaq parçasına sahibik. Onu da bölməyə çalışsan o zaman qiyamət qopar. Əvəzi qiyamətlə verilər. Dünya dağılar, bunu unudacaqlar.
A9 TV; 4 aprel 2014
avatar

Adnan Oktar

Türkiyədə ən böyük dərd bölünmədir. Ciddi bölünmə təhlükəsi var. MHP də, CHP də, BBP də, Səadət Partiyası da bölünmə məsələsində çox şiddətli təbliğata, açıqlama proqramlarına başlamalıdırlar. Xalqı xəbərdar etməlidirlər.
A9 TV; 4 aprel 2014
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) deyir: "Axırzamanda qadınlar kişiləşəcək". Eynilə baş verdi. Yaradılışı pozdular. Mehdiyyət dövründə qadınlar qadına bənzəyəcək, kişilər kişiyə bənzəyəcək, binalar bina kimi olacaq, sənət sənət kimi olacaq, musiqi musiqi kimi olacaq, hər şey öz qaydasına düşəcək və hər şey gözəlləşəcək, inşaAllah.
A9 TV; 4 aprel 2014
avatar

Adnan Oktar

Allah insanların Ondan uzaqlaşmasına, Darvinizmə, materializmə meyl göstərmələrinə, materialist ruha düşmələrinə, xüsusilə də Qurandan uzaqlaşmalarına görə qadın gözəlliyini, qadın sevgisini dünyadan aldı.
A9 TV; 4 aprel 2014
avatar

Adnan Oktar

Səbəbə sarılmadan dua etməzlər. "Namaz qılacağam" deyib, oturmaq olmaz. "Allahım, mənə namaz qıldır" deyərək nəyisə oturub gözləsən, elə orada da qalarsan. Qalxıb feli, əməli dua ilə namazını qılacaqsan. Sənin orada hərəkət edib zəhmət çəkməyin feli duadır.
A9 TV; 3 aprel 2014
avatar

Adnan Oktar

PKK çox qəddar, mərhəmətsiz bir hərəkatdır. Xalq mülayim, sakit, sadə rəhbərlik edəcəklərini düşünür, elə bir şey yoxdur. Yəni qurd tələsinə insanların rahat düşmələri üçün, tələnin rahat işləməsi üçün PKK indi çox yumşaq davranır, amma kommunist rəhbərlik qurulduqdan sonra mərhəmətsiz, kəskin cəhətlərini ortaya çıxarar.
A9 TV; 3 aprel 2014
avatar

Adnan Oktar

PKK siyasi istiqamətdən rəhbərliyi ələ keçirəndə, yəni kommunist rəhbərlik, proletariya diktatorluğu qurulanda müsəlmanların nicatlarını kəsərlər. Bir dənə də olsun məscid, came saxlamazlar. Dini əsərlər, dini kitablar və s. saxlamazlar.
A9 TV; 3 aprel 2014
avatar

Adnan Oktar

PKK son zamanlarda, xüsusilə, Abdullah Öcalanın şərhlərindən sonra özünü dindar göstərməyə başladı. Bu çox təhlükəli bir taktikadır.
A9 TV; 3 aprel 2014
avatar

Adnan Oktar

Müsəlmanlar arasında tərəf saxlayan kənarda qalar. Müsəlmanlar arasında tərəf saxlamaq haramdır.
A9 TV; 3 aprel 2014
avatar

Adnan Oktar

Camaatla hökumətin arasını düzəltmək üçün cəhd göstərmək lazımdır. Aralarını düzəltmək fərzdir, Quranın əmri, Allahın əmridir. Allah "iki müsəlman birliyin bir-birləri ilə münaqişələri olsa, onların aralarını düzəldin" deyir. Buna görə biz belə bir şeydə tərəf saxlamayaq.
A9 TV; 3 aprel 2014
avatar

Adnan Oktar

Bu millət, bu ölkə mübarəkdir. Allah millətimizi seçmişdir. Ölkə xeyirli bir ölkədir, millət xeyirli bir millətdir, məhkəmə xeyirli bir məhkəmədir. Hər şey gözəl olacaq. Bir neçə il sonra hər şey daha da xoş, daha da gözəl olacaq.
A9 TV; 3 aprel 2014
avatar

Adnan Oktar

Müsəlmanı müsəlmana qarşı çevirmək deyil, müsəlmanı islah edib, səhvini düzəldib, onu faydalı şəkilə gətirmək lazımdır. Müsəlmanların ziyalısı da çox azdır. Əlimizdə olan ziyalını niyə əzək? Onu qazanaq. On əl bir yerə qoyulsa böyük birlik edər. O əlləri əzmək yanlış olar.
A9 TV; 1 aprel 2014
avatar

Adnan Oktar

Belə bir həngamədə müsəlmanların bir-birini əzməyə çalışması, xüsusilə açıq müsəlman kütlələrin bir-birini qırmağa çalışması PKK layihəsi ola bilər. PKK-a qarşı, bölünməyə qarşı müqavimət göstərən hər ünsürün əzilməsi təlimatın hər hansı yerdən verildiyi deməkdir. Son dərəcə diqqətli olmaq lazımdır.
A9 TV; 1 aprel 2014
avatar

Adnan Oktar

Cənub-şərqdə xalq qatı dindar olduğu halda oyunu sola verir. Bu, oradakı təzyiqin nə qədər şiddətli olduğunu göstərir. Halbuki, orada PKK təhlükəsini sıfıra endirmək lazımdır. Belə olduqda xalq çox azad olar. Verdikləri səs də ana südü kimi ağ və halal olar. Amma belə qorxudaraq, şiddət tətbiq edərək, təzyiqlə, PKK-ın köklü nümayişi ilə olan seçki sağlam olmaz.
A9 TV; 30 mart 2014
avatar

Adnan Oktar

Cənub-şərqdə xalq özünü təhlükəsizlikdə hiss etsə səslərini rahat şəkildə istədiyi partiyaya verər. Yəni qorxusuz-hürküsüz, rahat şəkildə səsini vermək şəraiti olsa Cənub-şərqdə Səadət Partiyası, MHP də çoxlu səs toplayar, CHP silinməz, o da səs toplayar, AK Partiya çox yüksək səs toplayar. Eynilə Türkiyə əsası kimi olar. Qorxu bəlasına görə oranın tarazlığı dəhşətli oldu.
A9 TV; 30 mart 2014
avatar

Adnan Oktar

Cənub-şərqdən polisi, əsgəri çəkmək, təhlükəsizliyi azaltmaq xalqın böyük bir hissəsini qorxuya və PKK-ın gücünə hörmət etməyə sövq edər. Orada təhlükəsizlik qüvvələri çox olmalıdır. Polis, əsgər və daxili qoşunların gücü yüksək olmalıdır. Xüsusilə vətəndaş ünsürləri güclü olmalıdır. Yəni mülki qolun gücü yüksək olmalıdır.
A9 TV; 30 mart 2014
avatar

Adnan Oktar

Baş nazir xoş niyyətli üslubdan istifadə edir. Müsəlman rəftarı göstərir. Onun bərəkətini görür. Risalə-i Nurun bərəkəti hal-hazırda, Bədiüzzamana hörmətinin bərəkətidir. Ona görə belə rahatlandı. Çox əhəmiyyətlidir, inşaAllah.
A9 TV; 30 mart 2014
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Türkiyə Osmanlı kimi Amerika kimi güclü olsa, federasiya və avtonom rəhbərlik olsa da fərqi olmaz. Amma hal-hazırda böyük bir təhlükə içərisindəyik. Sitatlar
Sən elə fikirləşirsən ki, kürdləri birləşdirəndən sonra xoşbəxt olacaqlar. Belə bir şey olmayacaq. Ən böyük kürd qırğını həyata keçirməyi düşünürlər. Bölgədə Kommunist Kürdüstan nə deməkdir? Belə olduqda bütün Avropanın, Amerikanın hədəfi olacaqdır. Yun pambığı kimi atarlar. Sitatlar
Zalımlara mane olan, məzlumları qoruyan gözəl ölkəmiz var. Onsuz da çox kiçik bir qüvvəyə, çox kiçik torpaq parçasına sahibik. Onu da bölməyə çalışsan o zaman qiyamət qopar. Əvəzi qiyamətlə verilər. Dünya dağılar, bunu unudacaqlar. Sitatlar
Türkiyədə ən böyük dərd bölünmədir. Ciddi bölünmə təhlükəsi var. MHP də, CHP də, BBP də, Səadət Partiyası da bölünmə məsələsində çox şiddətli təbliğata, açıqlama proqramlarına başlamalıdırlar. Xalqı xəbərdar etməlidirlər. Sitatlar
Türkiyə xüsusi inayət altındadır. Kommunist dövlət qurdurmarıq, Türkiyəni böldürmərik. Bunu unudacaqlar. Sitatlar
Müsəlmanlar təriqətlərə ayrılıb ixtilafa düşərkən Allah onu zülm kimi görür. Müsəlmanlar ixtilaf deyil, birlik içində olacaqlar. Sitatlar
Türkiyəni bölünməyə aparan heç nəyi qəbul etmərik. Başçılıq sistemi deyilən bir şey heç vaxt və qəti şəkildə qəbul etmərik! Unutsunlar. Türkiyədə biz narahatlıq istəmirik. Türkiyə bütöv qalacaq. Sitatlar
Muxtariyyət bölünmə deməkdir. Cənub-Şərq bölgəsində kommunist Kürdüstan dövləti qurulmasına icazə vermərik. Kommunist, Stalinist idarəetməyə icazə vermərik. Sitatlar
Abdullah Öcalan ailə quruluşunu, dini qəbul etmir, kommunist idarəetmə istəyir. Türkiyənin Cənub-Şərq bölgəsində yeni Şimali Koreya yaradılmasına icazə vermərik. Allah qorusun bu baş verərsə çox qısa müddət ərzində bütün Türkiyəni əhatə edər. Bütün Türkiyə əldən gedər. Sitatlar
İctimaiyyəti də, hökuməti də qoruyub-saxlamalarını, qardaş kimi birlikdə xidmət etmələrini təmin edək. Türkiyə böyük təhlükənin içindədir. Bölünmə təhlükəsi qapıdadır. Diqqətli olmalıyıq. 50-ni 50 ilə qırdırmarıq. 50-ni 50 ilə birləşdirib 100 edərik. Onlar çox pis oyunlardır. O oyunlara aldanmayın. Sitatlar
Türkiyəni parçalayan bir sistemə icazə vermərik. Türkiyənin bölünəcəyini hiss etsək, buna aid əlamət görsək yeri yerindən oynadarıq. 70 milyon lazım olsa şəhid olarıq. Sitatlar
Türkiyə, imanımız, inancımız bir poladdır. Türkiyəni böldürtmərik. Həmçinin, muxtariyyət kimi, bölünməyə aparan hər hansı yola icazə vermərik. Onu unutsunlar. Sitatlar
İki müsəlman camaatın bir-biri ilə məşğul olmasından Maoizmlər, iddia edilən Ərgənəkon terror təşkilatı, şəbəkələr, şeytanın dostları, İslam əleyhdarları, bəzi həsəd aparan insanlar, xoş niyyətli olmayan bəzi insanlar məmnun qalar. Buna görə belə bir şeyi təşviq etmək olmaz. Sitatlar
Allah Türkiyəni bölmək istəyənlərin bəsir��tini, fərasətini bağlasın. Onları bütün bəlalara düçar etsin. Türkiyəni böldürmərik. Sitatlar
Türkiyədə İslam Birliyi olacaq. Türkiyənin bölünməsinə yol vermərik. Cənub-şərqli qardaşlarımızı Stalinist-kommunistlərə, PKK-ya təslim etmərik. Oradakı analarımızı, bacılarımızı kommunistlərə qənimət olaraq vermərik. Əbəs yerə qoçuluq etməsinlər. Bundan əl çəkəcəklər. Sitatlar
Demokratiya ilə əlaqədar tələb haradan gəlirsə mübarəkdir, gözəldir. Azadlıq gözəldir. İnsan haqları gözəldir. Bölünməni, kommunist, Stalinist idarəni unutsunlar artıq. Sitatlar
Biz televiziya verilişləri ilə, radio yayımları ilə, internetlə Cənub-şərqdəki qardaşlarımızı maarifləndirməyə davam edəcəyik. Maarifləndirdik və fəlakət, bəla geniş dairədə həll edildi. Həll edilməyə də davam edəcək, inşaAllah. Sitatlar
Tayyib bəy bölünmə əleyhinə bütün tədbirləri görməyə hazırdır. Sitatlar
Bəzi sağçı görünən kommunistlər də Cənub-şərqi Anadolu regionunun bölünüb vətəndən ayrılmasını istəyirlər. Sitatlar
Cənub-şərqi Anadolunu bölmək üçün tələsənlər var, buna heç vaxt icazə vermərik. Sağın bir qismi də cənub-şərqi verməyə həvəslidir. Sitatlar
Amerika istədiyi qədər parçalamağa çalışsın. Sən ürəkdə birləşdikdən sonra Amerika sənə lap on xətt çəksin, xəttin üstünə basıb keçərsən. Sitatlar
Biz nə qan-rəvan içində qalarıq, nə “qızılcıq şərbəti içdik” deyərik. Əksinə, millətimiz o qızılcıq şərbətini vətəni bölməyə cəhd göstərənlərə içirdər. Sitatlar
Bəzi insanlar guya şirin dillə millətimizi bölünməyə razı salmağa çalışırdılar. Biz onlara lazım olan cavabı verəndə susdular. Sitatlar
Cənub-Şərq getdikdən sonra şəhid verməməklə öyünməyin bir mənası yoxdur. Təki şəhid verək, hamımız şəhid olaq, amma bu vətən bölünməsin. Şəhidlik böyük bir mərtəbədir, nemətdir. Sitatlar
PKK-lılar həm siyasi təhsil alırlar, həm də siyasi təbliğatı əsas götürürlər. Cənub-Şərqdə böyük Kürdüstan qurmağın xəyalındadırlar. Bizim gəncliyimizin də böyük hissəsi evlilik hazırlığındadır, bir qismi də zəngin olmağın arxasınca düşüb. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur