logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 16 Mart 2013

avatar

Adnan Oktar

Cənub-şərqin xoşbəxt olacağı sistem İslamdır, İslam əxlaqıdır, sevgidir. Hökumət cənub-şərqdəki qardaşlarımızın şərəfini qorumaq mövzusunda bütün səyini göstərsin. İqtisadi cəhətdən rahatlıqlarını təmin etmək üçün səylə çalışsın. Bölünməyə qarşı hər cür tədbir görsün.
A9 TV; 16 Mart 2013
1980
avatar

Adnan Oktar

Cənnətdə hər şey bir tərəflidir. Məsələn, qaranlıq yoxdur, həmişə işıqlıqdır. Pislik yoxdur, yaxşılıq vardır. Məsələn, mənfi enerji yoxdur, müsbət enerji vardır. Hər şey təkdir, inşaAllah.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Bura imtahan yeridir, rahatlığı unutsunlar, elə bir şey olmaz. Bura cənnətlə cəhənnəmin qarışığı bir yerdir. İmtahan verdiyi üçün 50% cənnət, 50% də cəhənnəmə bənzəyər. Cənnətdə rahatlayacaqlar.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Bütün güc Allahın əlindədir. Çətinliyi verən də, yox edən də Allahdır. Ayədə belə buyurur: "Xəstələndirən və şəfa verən". Xəstəliyi və şəfanı verən Cənab Allahdır.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Çətinlik hər kəsdə olar. İmtahanın gərəyi bu dünyada çətinlik olar: ilıq su içmək, bədəni susuz qoymamaq, yuxusuz qalmamaq, bir az hərəkət etmək. Amma ən əhəmiyyətlisi Allaha aşiq olmaq, tam təslim olub təvəkkül etmək, özünü tamamilə Allaha həsr etmək, heç bir şəkildə səbəbin, vəsilənin əsas olmadığını bilməkdir.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Kimsə İslam Birliyini istəyir , amma, haşa, Allah, peyğəmbər, Mehdi (ə.s) olmadan istəyir. Bu düzgün deyil. Allaha, peyğəmbər (s.ə.v)-ə, peyğəmbər (s.ə.v)-in göndərdiyi liderə, İsa Məsihə tabe olacaqsan. Bundan başqa yol yoxdur.
A9 TV; 24 Mart 2013
avatar

Adnan Oktar

Ərəb dilini bilməyən tək alim Mehdi (ə.s)-dır. Elə bir alim olmayıb ki, ərəb dilini bilməsin. Hamısı ərəb dilini su kimi bilərlər. Peyğəmbərimiz (s.ə.v) bir tək onun üçün xüsusi olaraq söyləyir. "O ərəb dilini bilməz" deyir. Bir tək onun üçün deyir, möcüzədir.
A9 TV; 24 Mart 2013
avatar

Adnan Oktar

Allah qədərdə İslam Birliyinin yolunu açdı, səddini qaldırdı. Yəni o səddin yıxılması çox əhəmiyyətli idi. Cənab Allah o maneəni aradan qaldırdı. Daha əvvəldə maneə yaradan Allah idi.
A9 TV; 24 Mart 2013
avatar

Adnan Oktar

Yəhudilərə, xristianlara qarşı bizim qədər şəfqətli olan birlik yoxdur.
A9 TV; 24 Mart 2013
avatar

Adnan Oktar

Bizim qədər iman həqiqətlərini əhatəli izah edən başqa biri yoxdur. Quranı bu qədər ağıllı, sadə və səmimi izah edən, komplekssiz, dəqiq, qısa və köklü izah edən yoxdur. Bu qədər Quran möcüzəsi izah edənləri görmədik.
A9 TV; 24 Mart 2013
avatar

Adnan Oktar

Darvinizmi bu qədər mükəmməl, dünya səviyyəsində, elmi dəlillərlə məhv edən bizdən başqa bir kimsə yoxdur. Materializmi bizim qədər, bu qədər güclü fikirlə əzən yoxdur.
A9 TV; 24 Mart 2013
avatar

Adnan Oktar

Dünyada mehdiyyəti bizim qədər ağıllı, elmi dəlillərə, qaynaqlara əsaslı şəkildə isbat edən, Risalə-i Nura, hədislərə, Qurana əsaslanan şəkildə, isbatlı izah edən heç bir birlik yoxdur.
A9 TV; 24 Mart 2013
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) Mehdi (ə.s) barədəki hədisində belə bildirir: "İnsanlar haqqa dönənə qədər mübarizəsinə davam edəcək". Yəni vaz keçmək yoxdur. Əhatəsi nə qədərdir? Bütün insanlıq haqqa dönənə qədər, Mehdi (ə.s)-ın əzmi budur. Bütün insanlıq: Şimal qütbü, Afrika və s. Haqq İslamdır.
A9 TV; 24 Mart 2013
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) bildirir ki, Mehdi (ə.s)-a qarşı, Mehdi (ə.s)-ın çıxışına maneə yaratmaq üçün yetmiş min müsəlman alim mübarizə aparar, amma daha sürətlə, güclü şəkildə inkişaf edər. O yetmiş min adam katalizatordur, daha da sürətləndirir. Elə fikirləşirlər ki, dayandıra bilərlər amma daha da sürətlənər.
A9 TV; 24 Mart 2013
avatar

Adnan Oktar

Amerika böyük gücdür, amma vurub yıxmaq mənasında deyil. Türkiyə mükəmməl sevgi gücüdür, mükəmməl iman gücüdür, Quranın mükəmməl gücüdür.
A9 TV; 25 Mart 2013
avatar

Adnan Oktar

Türkiyə böyük gücdür deyiləndə əsgəri, tankları, topları olan, hərbi güc mənasında başa düşürlər. Əslində isə sevgi, mehdiyyət böyük gücüdür. İsa Məsihdən qaynaqlanan, Allaha əsaslanan mükəmməl bir gücdür. Sevgi və məhəbbət, mərhəmət, şəfqət və qulluqdan qaynaqlanır. Yoxsa qoçuluq, böyüklük, böyük qardaşlıq, sıraya gətirmək ruhu deyil.
A9 TV; 25 Mart 2013
avatar

Adnan Oktar

İnsanın ağlı əhəmiyyətlidir. Ağlı görəcək, ürəyi təsdiq edəcək. Ağılla ürək eyni gücdə olmalıdır. İkisi birlikdə hərəkət edəcək. Əgər ağlını istifadə etməsə, sırf ürək ilə təsdiq etmək zəif iman yaradar. Güclü iman, təhqiqi-iman, aynəl-yakin iman çox güclü olar.
A9 TV; 25 Mart 2013
avatar

Adnan Oktar

Əsas məsələ iman məsələsidir. Bir insanın imanı güclüdürsə, mükəmməl olar. İmanı zəif olsa bir çox şeyə gücü çatmaz. Buna görə, imanı zəif bir insana təsəvvüflə yaxınlaşsan bir nəticə əldə edə bilməzsən. Quran möcüzələri ilə, iman həqiqətləri ilə imanını gücləndirib, sonra nə izah edirsənsə et.
A9 TV; 25 Mart 2013
avatar

Adnan Oktar

Alpərənlər canımızdır. Çox gözəl əxlaqlı, məmləkətin canları olan, Anadolu əxlaqını ən gözəl təmsil edən vəli xasiyyətli insanlardır, maşaAllah.
A9 TV; 25 Mart 2013
avatar

Adnan Oktar

Ehtirasın təqlidi olmaz, ehtirası Allah yaradar. Allaha tam təslim olanda ehtiras böyüyər. Həqiqi ehtiras da, qarşı tərəfə Allah rizası üçün hiss edilər.
A9 TV; 26 Mart 2013
avatar

Adnan Oktar

Hökumətin “dərin dövlət” şəbəkələrinə qarşı mübarizəsini hər kəsin dəstəkləməsi lazımdır.
A9 TV; 26 Mart 2013
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Bütün güc Allahın əlindədir. Çətinliyi verən də, yox edən də Allahdır. Ayədə belə buyurur: "Xəstələndirən və şəfa verən". Xəstəliyi və şəfanı verən Cənab Allahdır. Sitatlar
Polisimizin canı bizim üçün çox əzizdir. Onlar bizim başımızın tacıdır. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) Mehdi (ə.s) barədəki hədisində belə bildirir: "İnsanlar haqqa dönənə qədər mübarizəsinə davam edəcək". Yəni vaz keçmək yoxdur. Əhatəsi nə qədərdir? Bütün insanlıq haqqa dönənə qədər, Mehdi (ə.s)-ın əzmi budur. Bütün insanlıq: Şimal qütbü, Afrika və s. Haqq İslamdır. Sitatlar
İsraili üzr istədiyi üçün günahkar çıxarmaq səhv olardı. Üzr istəyənin üzrü qəbul edilib, ona nəzakət göstərilər. Amma "necə də üzr istətdik " kimi ifadələr alçaq hərəkətdir, çirkinlikdir. Türk millətinin alicənablığı vardır, buna yaraşan şəkildə hərəkət edilər. Üzr istəyənin qüruru alçaldılmaz. Sitatlar
Mehdiyyət nurlu iki qolu ilə bütün dünyanı qucaqladı. Bunun daxilində hər şey öz yoluna düşür. Cənab Allah Mehdi (ə.s)-ı, İsa Məsihi vəsilə edir. Sitatlar
Şöhrət ehtirası müsəlmana yaraşmaz. Nəfsin tərbiyə edilməsi üçün daim insan nəfsini acizlik içində görməlidir. Allaha təslim olacaq, qardaşlarını çox sevəcək, məhəbbətlə baxacaq. Onların xidmətçisi olmağın həyəcanını yaşayacaq. Sitatlar
Vətənin Allahın icazəsi ilə bölünməyəcəyi aşkardır. İnkişaf, İslam Birliyi əsasdır. Bölünmə onsuz da haramdır. Bütün müsəlmanlar harama qarşıdır. Birləşmək də fərzdir. Hal-hazırda o fərzi edirik, Allahın icazəsi ilə. Sitatlar
Həqiqi demokratiya üçün cəhd göstərəndə İslamla qarşılaşmış olacağıq. Çünki İslamla həqiqi demokratiya eynidir. Azadlıq, sevgi, sülh, qardaşlıq, yaxşılıq, yardım etmək, dostluq, xoş niyyət, səmimiyyət, xoşluq, Allahdan qorxmaq, Allahı çox sevmək, gözəl olana məhəbbət, elm, sənət, estetika bunların hamısını əldə etsək İslam qarşımızda olacaq. Sitatlar
Mehdiyyət uyğunluq, mehribanlıq, yaxşılıq, gözəllik, hüzur, dinclik, şəfqət və mərhəmət deməkdir. Mehdiyyət dünya üçün vacib ehtiyacdır. Sitatlar
İslam bütün orta şərqi əhatələyən, Çin, Rusiyaya, hamısına qarşı şəfqətli olan, Amerikanı da, bütün dünyanı sevən bir sistemdir. Hər kəsi sevən, hər kəsə yaxşılıq edən bir sistemdir. Sitatlar
Türkiyədə qəti olaraq federativ bir sistem düşünülə bilməz. Sitatlar
Kommunizm din, əxlaq qəbul etməz. Bunu edərkən də Darvinist-materialist sistemi əsas götürər. Sitatlar
Amerikadakı kimi federal sistem olsa onda Türkiyə məhv olar, Allah qorusun. Mütləq unitar quruluş qorunmalıdır. Bölünməyə qarşı tədbir görülməlidir. Sitatlar
Xurafatçılar qadınların  həyatlarının yarısında namaz qılmayacaqları bir sistem meydana gətirmişlər. Sitatlar
Parlamentar sistemi üçün şərtlər çox əhəmiyyətlidir. Separatçılıq təhlükəsi varkən parlamentar sistemi təhlükəli ola bilər. Federativ sistemə açıq parlamentar sisteminin olması mümkün deyil. Sitatlar
Kommunizm elə asanlıqla razı salına biləcək, müzakirədə xahişlə, minnətlə dediyindən imtina edəcək sistem deyil. Kommunizm şeytanın təsirindədir. Mərhəmətsiz, qan tökən quruluşdur. Sitatlar
ŞİDDƏT VƏ TERROR KOMMUNİZMİN TƏK SİLAHIDIR. Buna görə də kommunist düşüncə də Darvinizmin, materializmin üstündə qurulduğu üçün Darvinizmi altından çəksən, bütün sistem yıxılır. Sitatlar
Kommunistdirsə, həlli dialektik fəlsəfənin etibarsızlığının izah etməli, Darvinist-materialist sistem elmlə aradan qaldırılmalıdır. Sitatlar
Cənnətdə hər şey bir tərəflidir. Məsələn, qaranlıq yoxdur, həmişə işıqlıqdır. Pislik yoxdur, yaxşılıq vardır. Məsələn, mənfi enerji yoxdur, müsbət enerji vardır. Hər şey təkdir, inşaAllah. Sitatlar
Sənə aid olan mal yoxdur. Sən gözətçisən. Bütün bunlar Allahın malı-mülküdür. Mal Allahındır, insana aid mal yoxdur. Sitatlar
Bura imtahan yeridir, rahatlığı unutsunlar, elə bir şey olmaz. Bura cənnətlə cəhənnəmin qarışığı bir yerdir. İmtahan verdiyi üçün 50% cənnət, 50% də cəhənnəmə bənzəyər. Cənnətdə rahatlayacaqlar. Sitatlar
Çoxluqla öyünməyi Allah bəyənmir. Bəzi xurafatçılar "Bizim sayımız çoxdur" deyir, onunla öyünür. Halbuki, bu bərəkətsizdir. Çoxluq əhəmiyyətli deyil. Allahın razılığı, keyfiyyət əhəmiyyətlidir. Sitatlar
Din çox kompleks bir şey deyil. Din çox sadədir. Yəni aylarla, illərcə oxuyub öyrənəcək, təhsillə qavrayacağımız bir şey kimi deyil. İslam iki-üç saat ərzində də insanın rahat şəkildə anlayacağı kimidir. Sitatlar
Çətinlik hər kəsdə olar. İmtahanın gərəyi bu dünyada çətinlik olar: ilıq su içmək, bədəni susuz qoymamaq, yuxusuz qalmamaq, bir az hərəkət etmək. Amma ən əhəmiyyətlisi Allaha aşiq olmaq, tam təslim olub təvəkkül etmək, özünü tamamilə Allaha həsr etmək, heç bir şəkildə səbəbin, vəsilənin əsas olmadığını bilməkdir. Sitatlar
Din çox sadədir. Gözəl əxlaqlı, mehriban, səmimi olacaqsan. Onsuz da halallar bəllidir. Halallar sonsuzdur. Haram olanlar isə çox azdır. Onlar da Quranda ifadə edilmişdir. Onlara diqqət yetirəcəyik, vəssalam. Yaxşı insan olacaq, mehriban, Allaha təslim, Allahı çox sevən olacaqsınız. Başın qarışıq olmayacaq, dürüst olacaqsan. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur