logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 16 Mart 2013

avatar

Adnan Oktar

Din çox sadədir. Gözəl əxlaqlı, mehriban, səmimi olacaqsan. Onsuz da halallar bəllidir. Halallar sonsuzdur. Haram olanlar isə çox azdır. Onlar da Quranda ifadə edilmişdir. Onlara diqqət yetirəcəyik, vəssalam. Yaxşı insan olacaq, mehriban, Allaha təslim, Allahı çox sevən olacaqsınız. Başın qarışıq olmayacaq, dürüst olacaqsan.
A9 TV; 16 Mart 2013
1372
avatar

Adnan Oktar

Din çox kompleks bir şey deyil. Din çox sadədir. Yəni aylarla, illərcə oxuyub öyrənəcək, təhsillə qavrayacağımız bir şey kimi deyil. İslam iki-üç saat ərzində də insanın rahat şəkildə anlayacağı kimidir.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Çoxluqla öyünməyi Allah bəyənmir. Bəzi xurafatçılar "Bizim sayımız çoxdur" deyir, onunla öyünür. Halbuki, bu bərəkətsizdir. Çoxluq əhəmiyyətli deyil. Allahın razılığı, keyfiyyət əhəmiyyətlidir.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Sənə aid olan mal yoxdur. Sən gözətçisən. Bütün bunlar Allahın malı-mülküdür. Mal Allahındır, insana aid mal yoxdur.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Cənub-şərqin xoşbəxt olacağı sistem İslamdır, İslam əxlaqıdır, sevgidir. Hökumət cənub-şərqdəki qardaşlarımızın şərəfini qorumaq mövzusunda bütün səyini göstərsin. İqtisadi cəhətdən rahatlıqlarını təmin etmək üçün səylə çalışsın. Bölünməyə qarşı hər cür tədbir görsün.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Cənnətdə hər şey bir tərəflidir. Məsələn, qaranlıq yoxdur, həmişə işıqlıqdır. Pislik yoxdur, yaxşılıq vardır. Məsələn, mənfi enerji yoxdur, müsbət enerji vardır. Hər şey təkdir, inşaAllah.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Bura imtahan yeridir, rahatlığı unutsunlar, elə bir şey olmaz. Bura cənnətlə cəhənnəmin qarışığı bir yerdir. İmtahan verdiyi üçün 50% cənnət, 50% də cəhənnəmə bənzəyər. Cənnətdə rahatlayacaqlar.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Bütün güc Allahın əlindədir. Çətinliyi verən də, yox edən də Allahdır. Ayədə belə buyurur: "Xəstələndirən və şəfa verən". Xəstəliyi və şəfanı verən Cənab Allahdır.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Çətinlik hər kəsdə olar. İmtahanın gərəyi bu dünyada çətinlik olar: ilıq su içmək, bədəni susuz qoymamaq, yuxusuz qalmamaq, bir az hərəkət etmək. Amma ən əhəmiyyətlisi Allaha aşiq olmaq, tam təslim olub təvəkkül etmək, özünü tamamilə Allaha həsr etmək, heç bir şəkildə səbəbin, vəsilənin əsas olmadığını bilməkdir.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Kimsə İslam Birliyini istəyir , amma, haşa, Allah, peyğəmbər, Mehdi (ə.s) olmadan istəyir. Bu düzgün deyil. Allaha, peyğəmbər (s.ə.v)-ə, peyğəmbər (s.ə.v)-in göndərdiyi liderə, İsa Məsihə tabe olacaqsan. Bundan başqa yol yoxdur.
A9 TV; 24 Mart 2013
avatar

Adnan Oktar

Ərəb dilini bilməyən tək alim Mehdi (ə.s)-dır. Elə bir alim olmayıb ki, ərəb dilini bilməsin. Hamısı ərəb dilini su kimi bilərlər. Peyğəmbərimiz (s.ə.v) bir tək onun üçün xüsusi olaraq söyləyir. "O ərəb dilini bilməz" deyir. Bir tək onun üçün deyir, möcüzədir.
A9 TV; 24 Mart 2013
avatar

Adnan Oktar

Allah qədərdə İslam Birliyinin yolunu açdı, səddini qaldırdı. Yəni o səddin yıxılması çox əhəmiyyətli idi. Cənab Allah o maneəni aradan qaldırdı. Daha əvvəldə maneə yaradan Allah idi.
A9 TV; 24 Mart 2013
avatar

Adnan Oktar

Yəhudilərə, xristianlara qarşı bizim qədər şəfqətli olan birlik yoxdur.
A9 TV; 24 Mart 2013
avatar

Adnan Oktar

Bizim qədər iman həqiqətlərini əhatəli izah edən başqa biri yoxdur. Quranı bu qədər ağıllı, sadə və səmimi izah edən, komplekssiz, dəqiq, qısa və köklü izah edən yoxdur. Bu qədər Quran möcüzəsi izah edənləri görmədik.
A9 TV; 24 Mart 2013
avatar

Adnan Oktar

Darvinizmi bu qədər mükəmməl, dünya səviyyəsində, elmi dəlillərlə məhv edən bizdən başqa bir kimsə yoxdur. Materializmi bizim qədər, bu qədər güclü fikirlə əzən yoxdur.
A9 TV; 24 Mart 2013
avatar

Adnan Oktar

Dünyada mehdiyyəti bizim qədər ağıllı, elmi dəlillərə, qaynaqlara əsaslı şəkildə isbat edən, Risalə-i Nura, hədislərə, Qurana əsaslanan şəkildə, isbatlı izah edən heç bir birlik yoxdur.
A9 TV; 24 Mart 2013
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) Mehdi (ə.s) barədəki hədisində belə bildirir: "İnsanlar haqqa dönənə qədər mübarizəsinə davam edəcək". Yəni vaz keçmək yoxdur. Əhatəsi nə qədərdir? Bütün insanlıq haqqa dönənə qədər, Mehdi (ə.s)-ın əzmi budur. Bütün insanlıq: Şimal qütbü, Afrika və s. Haqq İslamdır.
A9 TV; 24 Mart 2013
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) bildirir ki, Mehdi (ə.s)-a qarşı, Mehdi (ə.s)-ın çıxışına maneə yaratmaq üçün yetmiş min müsəlman alim mübarizə aparar, amma daha sürətlə, güclü şəkildə inkişaf edər. O yetmiş min adam katalizatordur, daha da sürətləndirir. Elə fikirləşirlər ki, dayandıra bilərlər amma daha da sürətlənər.
A9 TV; 24 Mart 2013
avatar

Adnan Oktar

Amerika böyük gücdür, amma vurub yıxmaq mənasında deyil. Türkiyə mükəmməl sevgi gücüdür, mükəmməl iman gücüdür, Quranın mükəmməl gücüdür.
A9 TV; 25 Mart 2013
avatar

Adnan Oktar

Türkiyə böyük gücdür deyiləndə əsgəri, tankları, topları olan, hərbi güc mənasında başa düşürlər. Əslində isə sevgi, mehdiyyət böyük gücüdür. İsa Məsihdən qaynaqlanan, Allaha əsaslanan mükəmməl bir gücdür. Sevgi və məhəbbət, mərhəmət, şəfqət və qulluqdan qaynaqlanır. Yoxsa qoçuluq, böyüklük, böyük qardaşlıq, sıraya gətirmək ruhu deyil.
A9 TV; 25 Mart 2013
avatar

Adnan Oktar

İnsanın ağlı əhəmiyyətlidir. Ağlı görəcək, ürəyi təsdiq edəcək. Ağılla ürək eyni gücdə olmalıdır. İkisi birlikdə hərəkət edəcək. Əgər ağlını istifadə etməsə, sırf ürək ilə təsdiq etmək zəif iman yaradar. Güclü iman, təhqiqi-iman, aynəl-yakin iman çox güclü olar.
A9 TV; 25 Mart 2013
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Mehdilərin xüsusiyyəti asanlaşdırmaqdır. Dini, əmri, həyatı asanlaşdırar, insanlar üzərindəki ağır zəncirləri qırarlar. Mehdi (ə.s)-ın da vəzifəsi asanlaşdırmaqdır. Ağır şərt zəncirlərini aradan qaldıracaq, amma xurafatçılar deyəcək ki, onların dinini öldürdü. “Bizim dinimiz ağır şərtli bir din idi, çox şərtlər vardı, bu dinimizi asanlaşdırdı, dini öldürdü" deyəcəklər. Sitatlar
Ustad Bədiüzzamanı sevəni canımdan daha çox sevərəm. Ustada kəm baxanı da heç sevmərəm. Onu sevə bilmirsə onsuz da ürəyi qaralmışdır, bu mənim qənaətimdir. Sitatlar
Fələstinin qurtuluşu da, İsrailin qurtuluşu da İslam Birliyinə, mehdiyyətə bağlıdır, inşaAllah. Sitatlar
Mehdi (ə.s) zühur edəndə sənətçinin, elm adamının, gənc qızların da, cavanların da həyəcanı, şövqü yerində olar. Sitatlar
Mehdiyyət çox balacalıqdan başladı, getdikcə inkişaf edir. İndi Mehdiyyət gənclik dövründədir, sonra yetkinlik dövrünə girəcək. Sonra hakimiyyət dövrləri gəlir, daha sonra da bitir. İsa Məsih (ə.s)-da da elədir. Sitatlar
Millət, Allah göstərməsin, dinsiz olsa Türkiyə toz –dumana bürünər. Türk milləti, Türkiyə deyilən heç nə qalmaz. Türkiyəni yaşadan dindir. Din vəsiləsi ilə Allah dəstək olur. Din birləşdirən, qovuşduran, tamamlayandır. Din olmasa ailə də, əxlaq da, dövlət də qalmaz, heç nə olmaz. Sitatlar
Heç vaxt küfr, üsyan, dəccaliyyət tamamilə yox olmaz. Azalır, lakin yox olmaz. Çox az da olsa, məsələn, üç-beş kommunist, dəccal, küfr qalar. İslam da (qiyamətə yaxın istisnadır) heç vaxt tamamilə yox olmur. Sitatlar
Avropalılar çox nümunəvi və keyfiyyətli insanlardır, bunu daha da artırmaq istəyirlər. Keyfiyyətsiz bir insan modelini istəmirlər. Sitatlar
İnsan səmimidirsə, onsuz da Quranı da, Quranın hökmünü də başa düşər, Allahı, Quranı, səhabəni sevər, hər kəsi çox sevər. Təvazökarlığı, əxlaqı hər şeyi mükəmməl olar. Bütün məsələ səmimiyyətdədir. Çünki, Allah ilhamla ona səhv olanları hiss etdirər. Doğrunu da görər. Sitatlar
Qurana bağlı olan rahatlıq tapar, dövlət də, insan da rahatlıq tapar. Ayrılanda isə bərəkətsizlik olur. Sitatlar
Sevgini və barışı müdafiə edənlər hər dövrdə qalib gəlmişlər. Allahı sevən insan mütləq üstün gəlir. Şiddəti müdafiə edənlər, dəccallar da hər dövrdə məğlub olmuşlar. Sitatlar
Bütün insanlığı udan əsas qara dəlik darvinizm-materializmdir. Sitatlar
Din ümumi mədəniyyətdir. Adam dinsiz də olsa hər vəziyyətdə dinləri və ideologiyaları bilməsi lazımdır. Müsəlmanlığı da biləcək, xristianlığı da biləcək, yəhudiliyi də biləcək, kommunizmi də bilsin, faşizmi də bilsin. Sitatlar
Xristian, yəhudi, müsəlman da olsa dini təhqir edə bilməz. Dinsiz də təhqir edə bilməz. İrad tutmağa heç kim bir söz demir. Cildlərlə kitab yaz, amma təhqir etmə. Sitatlar
İslamın müasir, təmiz, keyfiyyətli, süni olmayan dürüst üzünü göstərsək, Mehdi (ə.s) kimi əsaslı, Quranla danışsaq, xurafatları təmizləsək, elmə, sənətə, gözəlliyə, azadlığa, demokratiyaya lazım olan dəyəri versək, sənəti və elmi inkişaf etdirsək İslam dünyaya hakim olacaq. Sitatlar
Biz yaradılışdan onsuz da dini anlayırıq, bilirik. Tək Allah, tək yaradıcı olduğunu, bir çox şeyi bilirik, amma ətraflı bilmirik. Təfsilatları bilməyimiz üçün də dünyanı yaradan Allah bu dünyadan necə istifadə etməli olduğumuzu bir kitabla bizə bildirir ki, buna "din" deyirik. Sitatlar
Yaşamaq, sevgi, gözəllik, cənnət çətin deyil. Yalnız dürüst və yaxşı niyyətli olacağıq, bir-birimizi sevəcəyik, vəssalam. Sitatlar
Cənab Kılıçdaroğlu çox dürüst, alicənab insandır. Bu onun üzündən aydın olur. Sitatlar
Baş nazirimiz çox dürüst və gözəl əxlaqlı insandır. Sitatlar
İsrailli dostlarımızın nə qədər dürüst, xoş niyyətli və danışıqlara razı olduqlarını, müsbət, doğruları qəbul etməkdə nə qədər məqbul olduqlarını bizə, mənə olan hörmətlərini bir xahişim olsa, o xahişimizi dərhal yerinə yetirərək göstərdilər. Sitatlar
Cinsi əlaqə haram olaraq yaşansa, təbii ki, fahişəlik olar, bu da əxlaqsızlıqdır. Amma məhrəm olsan sevgini ən gözəl şəkildə ifadə etmə formasıdır. Sitatlar
Çox cana yaxın olmaq, ola bildiyi qədər səmimi olmaq, sevgini bildirməyin ən gözəl yoludur. Qadınlar dürüstlüyü çox yaxşı anlayar. Səmimi sevgini görən qadın sevgisini sel kimi axıdar. Qadın əvvəl qarşı tərəfin qapısı açıq mı bağlı mı ona baxar. Qapı bağlıdırsa, səmimiyyətsizlik varsa iltifatlar qadına təsir etmir. Baxışdaki məna dərinliyi və ehtiras, səs tonundaki üslub, vurğu və ahəng qadın üçün çox əhəmiyyətlidir. Qadın səmimi səsi və səmimi baxışı həmən tanıyar. Oyun varsa qadın sevgisini vermir. Səmimiyyətsizlik varsa sevginin qapısı bağlanmış deməkdir. Sitatlar
Allah Özünə həqiqətən inanan və bağlanan kəslərə zövq alacağı və sevgi duyacağı, xoşbəxt olacağı şeyləri tək-tək təqdim edir. Bunun xaricində, nə edərsə etsin, hara gedərsə getsin, kimlə olursa olsun insan xoşbəxt ola bilməz. Allahdan uzaq insana musiqi də, əyləncə də zövq vermir. Zövq aldıran, sevdirən, xoşbəxt edən Allahdır. Mən zövq alıram, əylənirəm deyəndə özünü yerlərə atsa da edə bilməz. Allahın o zövqü verməsi lazımdır. Sitatlar
Din çox kompleks bir şey deyil. Din çox sadədir. Yəni aylarla, illərcə oxuyub öyrənəcək, təhsillə qavrayacağımız bir şey kimi deyil. İslam iki-üç saat ərzində də insanın rahat şəkildə anlayacağı kimidir. Sitatlar
Çoxluqla öyünməyi Allah bəyənmir. Bəzi xurafatçılar "Bizim sayımız çoxdur" deyir, onunla öyünür. Halbuki, bu bərəkətsizdir. Çoxluq əhəmiyyətli deyil. Allahın razılığı, keyfiyyət əhəmiyyətlidir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur