logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 23 sentyabr 2014

avatar

Adnan Oktar

Cihad “cəhd etmək”, səy göstərmək deməkdir. Adam “Cihad”-ı qırğın olaraq anlayır. Birini sən qırğın edərək razı salacağına, fikirlə razı etsən daha doğru deyil? Sən adamı öldürəndə adam yox olar, bir daha müsəlman ola bilməz o! Təbliğ etsən, izah etsən iman edər.
A9 TV; 23 sentyabr 2014
1311
avatar

Adnan Oktar

Zorakılıq terror meydana gətirər, dəhşət meydana gətirər və dinsizlərin, zalımların çörəyinə yağ çəkmiş olarsan. Harada zorakılıq varsa, orada dinsizlik yayılar. Din dinclik mühitində, sevgi, mərhəmət mühitində yayılar.
A9 TV; 23 sentyabr 2014
avatar

Adnan Oktar

Müsəlmanlar, hal-hazırda dünyanın ən güclü fikrini müdafiə edirlər və ən qərarlı dövrdədirlər. Faşizm, kommunizm, kapitalizm ... bütün fikirlər çökdü. Yalnız İslamın qarşısı açıqdır.
A9 TV; 22 sentyabr 2014
avatar

Adnan Oktar

Qatı dinçilik təhlükəsi bütün dünyanı maraqlandıran bir təhlükədir, amma qatı dinçiliklə mübarizə kobud şəkildə etmək olmaz. Fikirlə çox rahat nəticə alacağın bir vəziyyət vardır.
A9 TV; 17 sentyabr 2014
avatar

Adnan Oktar

Din mənşəli, sevgi mənşəli, mərhəmət, şəfqət mənşəli, xristianı da qoruyan, musəvini də qoruyan, dinsizi də qoruyan güclü bir mərhəmət, məhəbbət, sevgi anlayışının hakimiyyətinə mehdiyyət deyirik.
A9 TV; 17 sentyabr 2014
avatar

Adnan Oktar

Mehdiyyətin xaricində dünya dövləti qurulmaz. Çünki mehdiyyətdə sevgi, sülh, qardaşlıq vardır. Eqoistlik, ehtiras, irqçilik, din irqçiliyi yoxdur. Keyfiyyət, nəzakət, incəlik, gözəllik, nəzafət, hər cür xoşluq var. Dünyada hansı insana bunu söyləsən qəbul edər.
A9 TV; 17 sentyabr 2014
avatar

Adnan Oktar

Dünya dövləti olmaq mənəviyyata bağlılıqla olar. Yəni bir mehdiyyət hərəkəti olaraq ortaya çıxsan, möhkəm dəlillərin vardır; Bu, həqiqətən şok edir, qənaətbəxşdir, Allahın köməyi üzərində olar, bununla edərsən.
A9 TV; 17 sentyabr 2014
avatar

Adnan Oktar

Asiyanın xüsusiyyəti keyfiyyətsizliyin hakim olmasıdır. Asiyada insanın dəyəri çox deyil. Hər yer üçün demirəm, insan maşın kimidir. Bu qorxuncluğu, Türkiyənin Avropası, mehriban, müasir, Allah eşqiylə dolu, imanlı düşüncəsi ilə ortadan qaldıracaq. Bütün dünyaya nümunə olacağıq.
A9 TV; 17 sentyabr 2014
avatar

Adnan Oktar

Gözəl cəhətləri də var, amma Asiyanın qaranlığı çoxdur, Asiyaya hakim olan güc, ümumiyyətlə, mafiyadır. Bizim yerimiz Avropa, Avropa mədəniyyətidir. Qatı dinçiliklə, mühafizəkarlıqla Asiyanın qaranlığında boğulmayaq.
A9 TV; 17 sentyabr 2014
avatar

Adnan Oktar

Sevdiyin adamı əgər bütləşdirsən, Allaha şirk qoşsan, ayrı müstəqil bir varlıq zənn etsən, Allah səndən ayırar. Amma Allahın təcəllisi olaraq görsən, Allah təcəlliləri səndən uzaqlaşdırmaz. Bütləşdirmənin cəzasıdır bu.
A9 TV; 16 sentyabr 2014
avatar

Adnan Oktar

Sevdiyinə əgər imanla, Quranla yaxınlaşsan, Allah eşqini əsas alsan, Yaradanın məhəbbəti ilə ona yaxınlaşsan, onu Yaradanın təcəllisi olaraq görsən, Yaradan o təcəllini səndən qaldırmaz.
A9 TV; 16 sentyabr 2014
avatar

Adnan Oktar

Bir cəmiyyəti eqoistlik, sevgisizlik və mənfəətpərəstlik əhatə etsə, qardaşlıq onun üçün çox gülməli olar. "Nə qardaşlığı?" deyər adam. "Mən zənginəm, ayrılmaq istəyirəm. Kasıblardan da xoşum gəlmir" deyir adam.
A9 TV; 16 sentyabr 2014
avatar

Adnan Oktar

Heç kimin döyüş üslubundan istifadə etməməyi lazımdır. İnsanın ruhu nifrətə də, sevməyə də, ağlamağa da, gülməyə də uyğundur. Gülməyi seçmək lazımdır. Nifrət yerinə, sevgini üstün tutmaq lazımdır.
A9 TV; 16 sentyabr 2014
avatar

Adnan Oktar

İslam heyrətamiz gözəl bir sistemdir. Bir bilsələr, gənclər öyrənsələr, Türkiyədə müsəlman olmayan tək bir adam qalmaz. Anlamırlar. Zənn edirlər ki, asılacaq, kəsiləcək, biçiləcək, azadlıqları əllərindən alınacaq, əylənməyəcək, musiqi, şəkil olmayacaq. Hamısı halaldır. Səhv izah edirlər. Elə bir şey yoxdur. Şirk sistemi onu etdi. Yoxdur elə bir şey.
A9 TV; 15 sentyabr 2014
avatar

Adnan Oktar

Bədiüzzamanı, Süleyman Hilmi Tunahanı bağrına basan bir partiya, milləti bağrına basmış deməkdir. Onlara qarşı gələn bir partiya, millətlə bir cür mübarizə edir və millət o partiyaya qarşı olar.
A9 TV; 14 sentyabr 2014
avatar

Adnan Oktar

A9 TV; 13 sentyabr 2014
avatar

Adnan Oktar

Bizim aclığımız və susuzluğumuz dindar olmağadır. Din demək; rahatlıq deməkdir, gözəllik deməkdir. Dostluq, qardaşlıq, yaxşılıq, sevgi, biz bunun üçün yaşayırıq.
A9 TV; 12 sentyabr 2014
avatar

Adnan Oktar

A9 TV; 11 sentyabr 2014
avatar

Adnan Oktar

Dünyanı iki qərargaha ayırmaq məqsədi güdürlər; müsəlman və müsəlman əleyhdarları şəklində. Və dəhşətli bir döyüş düşünürlər. Armaqedon dedikləri budur. Mehdiyyət bu bəlanı aradan qaldıracaq.
A9 TV; 11 sentyabr 2014
avatar

Adnan Oktar

Kim Allaha oyun oynamaq istərsə, haşa, Allah rəzil, rüsvay edər. Allahın Mehdisinə qarşı Allahın Mehdisini bəyənməyib, özündən süni, saxta Mehdi yaratmağa çalışarsa, Allah min cür bəla verər. Hər zaman məğlub və rəzil olar.
A9 TV; 10 sentyabr 2014
avatar

Adnan Oktar

Dünya həqiqi deyil, axirət həqiqidir. Bura imtahan yeri olduğu üçün həm cəhənnəm xüsusiyyətləri, həm də cənnət xüsusiyyətləri vardır. Amma mömin ağlını istifadə edərək cəhənnəm xüsusiyyətlərini özündən uzaqlaşdırar, təmizləyir. Cənnət xüsusiyyətlərini ortaya çıxardığı üçün nəfs bir varlıq olaraq özünü göstərir.
A9 TV; 10 sentyabr 2014
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Səhabə dövründə həmişə şəfqətlə, sevgiylə xeyir qazanılmışdır. Həmişə Peyğəmbərimiz (s.ə.v)-in sevgisi ad-san qazanmışdır, yüz minlərlə insan karvanlar halında müsəlman olmuşdur. Şiddətdən istifadə edildiyi üçün deyil; sevgidən ötrü iman etmişlər. Sitatlar
Hər yerə fikir adamı, düşünəbilən insan göndərmək lazımdır. Türkiyənin, Amerikanın   çox gözəl imkanları var; radioları, televiziyaları, qəzetləri var; istifadəmizə versinlər, çox   gözəl bir təbliğat fəaliyyəti icra edək. Bir ay belə çəkmədən hər yerde əminamanlıq olar. Sitatlar
Bizə Amerikanın və Türkiyənin radiolarında, televiziyalarında çıxış etmək imkanı verilsə   kommunizmin, terrorun, anarxiyanın əsassızlığını çox gözəl şəkildə bütün bölgə xalqına   izah edərik. Hər yer çox sakit olar. Hamı bir-birini qucaqlayar. Məsələ də bitər. Sitatlar
Təhdid nemətdir. Təhdid olan mühitdə İslamı izah etmək ibadətdir. "Təhdid olmasın,  mən də ibadət edim" deyir. Elə olduqda ibadətin savabı xeyli azalar. Halbuki,   müsəlman çox savab qazanmaq istəyir. Bir milyon savab qazanmaq olduğu halda,   niyə bir savaba razı olursan? Sitatlar
Allah Öz yolunda olmayana rahatlıq verməz. "Təbliğ edərəm, amma bir şərtlə ki,   gərək çox rahat olam". Sən onsuz da təbliğ etmək istəmirsən. Təbliğ, rahatçılıq   olmadan edilən fəaliyyətə deyilir. Sitatlar
Təbliğdə nə olacaq? Əziyyət, məşəqqət, çətinliklər, təhdid olacaq. Bunlar artdıqca  təbliğin dəyəri artar, Allahın razılığını daha çox qazanarsan. Məqsədin əgər Allahın   rızasını qazanmaqdırsa, rəhmətini qazanmaqdırsa. İki günlük dünya həyatı üçün elə   qorxaqcasına, ürkəkcəsinə yaşamaq çox alçaldıcı bir vəziyyətdir. Sitatlar
Deyir ki, "Mən çox xoşbəxt yaşadım, ömrüm boyu heç bir çətinliklə qarşılaşmadım". Bu   qazanc deyil ki. Bir sözlə cənnətə gedə bilməz. Allah ayədə: "Yoxsa siz elə güman   etdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə   daxil olacaqsınız?" (Bəqərə surəsi, 214) deyir. Müsəlman Allah yolunda mübarizə   aparacaq, çətinliklərlə üzləşəcək, zəhmət çəkəcək. Kafirlərə qarşı, münafiqlərə qarşı   mübarizə aparacaq. Sitatlar
Münafiqlə mübarizə aparmaq çətindir. Kafirlərlə mübarizə aparmaq çətindir. Allah üçün   İslama xidmət etmək asan deyil. Çətinliklərlə qarşılaşacaq. Müsəlmanı gözəlləşdirən də   məhz budur. Peyğəmbərimiz (s.ə.v)-in o qədər gözəl olmasının səbəbi çəkdiyi   çətinliklərdir. Sitatlar
Bizlər Allahın cahillik içində olan qullarıyıq, Alim olan Allahdır. Bizim Allahın öyrətdiyindən başqa bir elmimiz yoxdur. Sitatlar
Mehdiyyət sırf təbliğ ilə dünyaya hakim olan bir güc deyil. Hal-hazırda mehdiyyətin   bütün qapıları açılır. Bunu edən mehdiyyətdirmi? Mehdi (ə.s) edirmi? Xeyr, Allah edir.   Hal-hazırda mehdiyyətin önündəki bütün maneələr bir-bir aradan qaldırılır. Mehdiyyətin   bütün sistemi hazırlanılır. Bu Allah tərəfindən yerinə yetirilir. Sitatlar
Dürüst, səmimi, açıq, parlaq bir zehniyyət, şəffaf bir dünyadan bəhs etmək lazımdır.   Mövzuları Quranla, ayələrlə izah etdikdə insanların qəlbində bir rahatlıq və hüzur   meydana gəlir. Yoxsa insanlara əhli dünya üslubu istifadə edirsən, insan öləcəyini bilir.   Sən sanki uçursan, amma sənin uçmağın onu qorxudar, ürküdər. Amma sən Allahın   varlığından xəbərdarsansa adamın qəlbinə rahatlıq gələr. Sitatlar
Müsəlmana güllə atılmaz. Bu uğursuzluq gətirər, bəla gətirər. Çox böyük bir   əxlaqsızlıqdır. Qarşılığı əbədi Cəhənnəmdir. Müsəlmana təbliğ edərsən, izah edərsən   ayə ilə, hədislə, Quranla. Sən qatilsən ki? Havadan bombardman etmək nə deməkdir?   Mühakimə edərsən, günahı varsa həbs edərsən. Sitatlar
Siyasət öz daxilində çox mərhəmətsizdir. Asan iş deyil. Ona görə də İslamı yaymağa səy göstərən insanların edəcəkləri şey; iman həqiqətlərini izah etmək, Quran möcüzələrini izah etmək, imanı gücləndirmək, öz imanını gücləndirmək, şövqünü artırmaqdır. Yoxsa bu cür şeylərin öhdəsindən gələ bilməz. Sitatlar
"Hocam izah edirik, təbliğ edirik, bizimlə lağ edirlər" deyirlər, kim lağ elətdirir? Allah   elətdirir. Təbliğ ilə lağ eyni anda yaradılır. Təbliğin, ibadətin qiymətini artırmaq üçün   Allah tərəfindən edilən gizli bir nemətdir bu. Küfrün əleyhinə, möminlərin lehinədir.   Mömin üçün lütfdür, küfr üçün bəladır. Sən lağ etmələrinə fikir vermədikdə savabın qat-  qat artır. Sitatlar
Təbliğ edərkən savabın üçdürsə, lağa qoyularkən davam etsən otuz olar. Lağın   dərəcəsi böyükdürsə üç yüz olar. Olduqca böyükdürsə üç min olar. Sənin məqsədin   nədir? İbadət deyildirmi? Allah sənin üçün ibadət yaradır. Sitatlar
Ayələrdə cihaddan bəhs edilərkən mübarizə aparmaq nəzərdə tutulur. Elmi mübarizə, çalışma, hər cür fəaliyyət. İnsanlar həmişə asıb-kəsmək kimi başa düşürlər. Cihad, Allah yolunda səy göstərməkdir. Sitatlar
Mələklər Allah adına səy göstərmək üçün yer üzü ilə həmişə əlaqədədirlər. Yəni, mələklərin ən çox diqqət etdikləri məsələ odur. Mələk boş işlə məşğul olmaz. Boş adamlarla da məşğul olmaz, maraqlanmaz. Mələklər təbliğ edilən, söhbət edilən yerlər, Allah adına cəhd göstərilən yerlərdə cəmləşərlər. Sitatlar
Allah ən böyük sevgini şəhidlik kimi qəbul edir. Allahın ən bəyəndiyi şey budur. Lakin, əlbəttə ki, ən məqbul şəhidlik forması Allah yolunda cihad edərkən, yəni feli cihad edərkən şəhid olmaqdır. Çünki açıq-aydın şəkildə döyüşə gedir, öldürülə biləcəyini bilir, orada şəhid olur. Allah yolunda qorxmadan cihada çıxmaq; ən məqbul olan budur. Sitatlar
İslam 10 il sonra tam fərqli şəkildə insanların qəlbində yer almış olacaq, inşaAllah, amma biz ən çox savabı qazana bildiyimiz dövrdə olduğumuz üçün var gücümüzlə səy göstəririk. Həmişə cəhd edib, çalışırıq, amma savabın çox olduğu dövrlər fərqlidir. Sitatlar
Robotların yaşadığı cənnət, Allahın bəyəndiyi mühit olmur, Allah robot istəmir. Vəfasını görməmiş, səbrini görməmiş, cəsarətini görməmiş bir insanın, insan olaraq özünə o mənada hörmət qoymaz. Yəni özünü dəyərli görə bilməz, gözəl görə bilməz. Allah üçün fədakarlıq etməmiş, comərdlik etməmiş, cihad etməmiş, yəni sevgisini göstərəcək heç nə etməmiş. Sitatlar
Hər kəsin ümidini kəsməsinə baxmayaraq Hz. Mehdi (ə.s) öz səyinə (cəhdinə) davam edir və Hz. Mehdi (ə.s)-ın sonda zühur etməsi insanlar tərəfindən qəbul edilir. Sitatlar
Səhabələr Allah üçün mübarizə aparırlar. Münafiqlər isə; “evimiz nəzarətsiz qalıb”, “vuruşa bilsəydik gələrdik” deyirlər. "Sənə qırx kisə qızıl veriləcək, bu şərtlə ki, vuruşa bilmədiyin halda, gəlib vuruşmalısan" desən dərhal gələr. Çünki, mənfəət vardır. Məhz insanın mənfəəti gözəl əxlaq olmalıdır. Qızıl yerinə, pul yerinə imanını qoymalıdır, vicdanını qoymalıdır. Başqa cür olsa insan heyvana dönər. Sitatlar
Təbliğ edərkən insanların heç vaxt müxalifət etmədiklərini düşünək; hər dediyimizi qəbul edirlər, hər kəs bizi dəstəkləyir, alqışlayır; axirətə getdik, nə olacaq? Savab milyonda birdir. Lakin müxalifət varsa, sən cəhd edirsənsə, yəni səy göstərirsənsə, milyonlarla savab qazanarsan. Allah müqaviməti savabın möminə yağış kimi yağması üçün xüsusi yaradar. Allah tərəfindən möminə rəhmət kimi təqdim edilər. Sitatlar
Münafiqlər Peyğəmbər (s.ə.v) və səhabələrə: "Döyüşməyi, mübarizə aparmağı bacarsaydıq sizinlə gələrdik" deyirlər. Münafiq bilərəkdən bacarıqsız kimi özünü göstərər. Həmçinin müsəlmanların da İslam üçün fəaliyyət göstərməsini istəməz. Onları da dayandırmağa çalışar. Sitatlar
Zorakılıq terror meydana gətirər, dəhşət meydana gətirər və dinsizlərin, zalımların çörəyinə yağ çəkmiş olarsan. Harada zorakılıq varsa, orada dinsizlik yayılar. Din dinclik mühitində, sevgi, mərhəmət mühitində yayılar. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur