logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 9 noyabr 2017

avatar

Adnan Oktar

Dəliqanlıların gənc qızlara edəcəkləri ən böyük yaxşılıq güvən verməkdir. Qadınlar güvəni axtarmaqda çox haqlıdırlar. Onların canının, namusunun və xoşbəxt yaşamasının təminatını verməlisiniz. Lakin bunu demaqoqluqla deyil, səmimi Allah rizası üçün etməlisiniz. O zaman gənc qızlar çox rahat olarlar və sizinlə dost olmaqdan zövq alarlar.
A9 TV; 9 noyabr 2017
718
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ağıl, ehtiras və dərinlik kimdədirsə qadın ona yönələr. Eşqin sonsuz dərinliyinə özünü çəkə bilən kişi üçün qadın dəli-divanə olar. Sitatlar
Ağıl gücünü inkişaf etdirmək üçün beynini yormağa ehtiyac yoxdur, sadəcə çox-çox dürüst olmaq və Allaha heç vaxt xəyanət etməmək lazımdır. Gün ərzində Allaha xəyanət etmə məsələləri yarana bilər. Məsələn, başın ağrıyar, yorularsan, gücün çatmaz, birindən pis söz eşidərsən, ayağına bir şey ilişər, müvəffəqiyyətsizliyə uğrayarsan, min cür tərsliklə qarşılaşarsan. İnsan həmişə haşa Allahın bunu niyə etdiyini düşünməsinə vadar edəcək hadisələr yaşayar. Bu imtahan üçün məcburi olan, Allahın bizim sevgimizi çoxaltması üçün yaratdığı nemətlərdir. Əsla nankorluq, tərslik, mənfi düşünmə, bir sözlə, çox böyük ağılsızlıq olar. Əbəs yerə kütləvi nemət itkisinə səbəb olar. Həm dünyada, həm də axirətdə insana çox böyük zərər verər. Allahı heç vaxt tərk etməmək lazımdır. Həmişə müsbət düşünmək lazımdır, çünki Allahın gördüyü hər şey müsbətdir. Sitatlar
Ağıllı, dürüst, vicdanlı yaşadıqsa öldüyümüz zaman bizi həyəcanla gözləyən izdihamla qarşılaşacağıq. O andan etibarən hər mərhələsi mömin üçün cənnətdir. Möminin ölümlə birlikdə keçdiyi hər mərhələ cənnətdir. Möminin narahat olduğu, qorxduğu, narahatçılıq yaşayacağı heç nə olmaz. Mömin ölüm anında heyrətamiz, çox güclü əmin-amanlıq duyğusu hiss edər. Bu, Allahın möminlərə nemət olaraq verdiyi sakitlikdir. Mömində ölümlə birlikdə çox kəskin və aydın fikir aydınlığı və hüzur yaranar. Mömin üçün axirətə keçdiyi andan etibarən hər dəqiqə cənnətdir. Möminin sorğusu da ucalığını, yaxşılığını, gözəlliyini ona vurğulamaq üçündür, mömini ən kiçik şəkildə belə narahat edən his olmaz. Sitatlar
Ağıllı insan hər yaşda sevgi, dostluq, qardaşlıq əlaqəsini yarada bilər. Yaş, zəif ağıllı insanlar üçün maneə olar. Sitatlar
Ağıllı, səmimi insanın tənqidi qiymətlidir. Səmimi sevən dostun insanın yaxşı olması üçün göstərdiyi səyi təqdir etmək lazımdır. Necə də gözəl, sənin lehinə olub sənin görə bilmədiyini görən bir göz sənə faydalı olur. Al o tənqidi başının üstünə qoy. Lakin sırf əxlaqsızlıq olsun deyə, qarşısındakını pərt etmək üçün tənqid edən olduğu zaman onun cavabını gözəl şəkildə vermək lazımdır. Sitatlar
Allah bizim eqoist olmamağımızın lazım olduğunu bildirir, eqoist olmadıqda minlərlə gözəllik yaranar. Özümüz üçün yaşamarıq, sevdiyimiz möminlər üçün yaşayarıq. Fədakar olarıq, həmişə sevdiklərimizə rahatlıq təmin edərik. Allah bizim mərhəmətli olmağımızı söyləyir, heç kəsə pislik etmərik, bağışlayan olarıq, beləliklə, zəncirvari şəkildə minlərlə gözəllik yaranar. Allah ümumi qayda qoyar, o qayda yüz minlərlə məsələni əhatə edər və nəticəsində də bir çox gözəllik, rahatlıq yaranar. Sitatlar
Allah dinə lağ edilməsini haram buyurmuşdur. Bəzi ənənəçi hocalar isə dini mövzularda zarafatlar edərək xalqı öz aləmlərində əyləndirməyə çalışırlar. Allah dinə lağ edildiyini eşitdiyiniz zaman o mühitdə olmayın deyə buyurur. Dini məsələlərdə zarafat olmaz. Sitatlar
Allah gözəl günləri yaxınlaşdırsın, dünyaya sülh hakim olsun. Allah sevgisindən hər yerdə bəhs edilsin. Allah bizi o mübarək günlərə qovuşdursun. Sitatlar
Allah həmişə insanlarla birlikdədir. Hamımız Allahın ruhunu daşıyırıq. Allah bizə eşqi, ehtirası öyrədir. Allahın ən sevdiyi eşq və ehtirasdır. Allah eşqi və ehtirası əbədiyyən yaşamağımızı istəyir. Allahın bizi yaratmaqdakı əsas məqsədi budur. Eşqin içində mərdlik, fədakarlıq, səxavət, səbir, bağışlayıcılıq, təmizlik, nəzakət, mədəniyyətli və ədəbli olmaq, pak insan olmaq kimi çox müxtəlif zənginliklər var. Allah çox zəngin, böyük ruhun üzərinə hakim edir bu sevgi və eşqi. O zaman həyat məna qazanır. Sitatlar
Allah ilə əlaqə olmadan, Allahı eşqlə sevmədən, Allaha tam təslim olmadan, həyatı gözəl yaşamaqdan söz gedə bilməz. Allah qullarını diqqətlə izləyər. Allahın qullarına verdiyi nemətlər, qullarının Ona duyduğu sevgi ilə düz mütənasibdir. İnsanlar Allaha nə qədər dərin sevgi bəsləsələr, Allah da insanlara o qədər çox nemət nəsib edər. Sitatlar
Allah münafiqləri tənha qoyur. Münafiqlər həmişə təcrid olunmuşdur, yoldaşları, dost ətrafları yoxdur. Münafiq fotoşəkillərinə baxdığınız zaman həmişə münafiqlərin digər münafiqlərlə olduğunu görərsiniz. Bu, Allahın onlara cəzasıdır. Sitatlar
Allahı heç unutmasaq, Allahı çox sevdiyimizi və yaxın dost olduğumuzu həmişə yadda saxlasaq, şirkdən şiddətlə çəkinsək, gücün sahibinin Allah olduğunu heç unutmasaq çox doğru bərəkətli yolda irəliləyərik. Allahın gücünün hər şeydən üstün və hər şeyə hakim olduğunu düşünmək əhəmiyyətlidir. Haşa müəyyən yerə qədər gücü varmış kimi düşünmək olmaz. Sitatlar
“Allahım məni eqoist olmayan, Səni çox sevən, Sənin də onu çox sevdiyin, mənim imanıma, şəxsiyyətimə töhfə verəcək, məni dəyərli görəcək, məni sevəcək, mənə hörmət göstərəcək bir qulunla dost et” deyə dua etmək lazımdır. Sitatlar
Antidemokratik yollarla İranı dağıtmağa cəhd edən İngiltərə dərin dövlətinin qanunla, hüquqla imkan vermərik. Hər kəs fikrini ifadə edər, hökumətləri tənqid edər. Lakin dövləti, milləti antidemokratik yolla dağıtmağa cəhd edənə tamaşaçı qalmaq olmaz. İngiltərə dərin dövlətinin göstərişi ilə İranı dağıtmağa cəhd edənin başına dünyanı elmlə, qanunla yıxarıq. İran və Türkiyə qədim dost olan iki ölkədir. Bir-birini hər şəraitdə müdafiə edər və dəstəkləyər. İranın yanındayıq, həmişə yanında olacağıq inşaAllah. Sitatlar
Baxışlardakı dərinlik və ehtiras Allah tərəfindən xüsusi yaradılan sistemdir. Əvvəlcə Allaha aşiq olmaq, Allaha dost olmaq lazımdır. Allaha aşiq olana Allah sevəcəyi, ehtiras bəsləyəcəyi gözəlliklərlə təcəlli edər. Sitatlar
Bərzanini tələyə çəkildiyinə dair dəfələrlə xəbərdar etdik. Hər cəhətdən məsələni açıqladıq, lakin yanlış qərarda israr etdi. Türk hökumətinin siyasəti düzgündür. Suriya, İraq, Türkiyə, İran birləşsin bölgədən PKK tamamilə silinsin. Bölgədəki bütün xalqlar çox rahat olarlar. Sitatlar
Bizim dost mühitimizdə fitnə, dedi-qodu, aqressivlik, dava yoxdur. Stress aradan qalxdığı üçün, sevgi dolu mühitdə olduqları üçün dostlarımın həm baxışları, həm də dəriləri çox gözəlləşir. Güvən içində olmağın rahatlığı üzərində olur. Sitatlar
Dünyanın hər hansı yerində müsəlmana hücum edildikdə bütün müsəlmanların birlik olub onu qorumaq üçün elmlə, irfanla səy göstərmələri fərzdir. Rohincalı müsəlmanlar eynilə səhabələr kimidirlər, Peyğəmbərimiz (s.ə.v) kimi çətinliklərlə imtahan olunurlar. Qəlbləri rahat olsun, bu imtahanlardan mütləq keçəcəklər, lakin nəticəsi çox yaxşı olacaq inşaAllah. Sitatlar
Gənc musiqiçilər üçün küçələrdə sənətlərini rahat icra edə biləcəkləri şəraitlər təmin edilməlidir. Bələdiyyələr musiqiçilər üçün aşağıdan isinən, rahat ola biləcəkləri xüsusi yerlər ayırsa çox gözəl olar. Küçə sənətçiləri ölkənin fərəhi və sevincidir. Sitatlar
Gənclər azad olmaq istəyir. Mövhumatçı kimi tanınan ailələrin uşaqları da şən, azad, rahat yaşamaq istəyir. Bu azadlıq tələbi Qurana uyğundur. Qullarının azad yaşamasını istəyən Allahdır. Mövhumatçı zehniyyətə malik insan Türkiyədə çox azdır, lakin özlərini amansız güc zənn edərlər. Halbuki təsirləri çox zəifdir. Yerdə qum dənəsi tapsalar Everest təpəsi deyərək təqdim edərlər, xalqın ağlı ilə sanki lağ edərlər. Sitatlar
Gənclərə qızlarla oğlanların çox gözəl dost ola biləcəklərindən gözəl və qısa şəkildə bəhs edilsə, onlar çox gözəl dostluqlar qurarlar. Bir-birilərinə hörmət göstərməyin, dost olmağın, sevməyin yolu göstərilsə çox möhtəşəm dost olarlar. Qızlar çox rahat olarlar heyrətamiz hörmət görər və rahat yaşayarlar. Lakin bir çox insanın təzyiq göstərməkdən başqa bildiyi üsul yoxdur. Sadəcə təzyiq göstərməyi, qadağan etməyi bilirlər. Sitatlar
Gənclərə tövsiyəm Allahı çox sevsinlər. Allahı çox sevsələr, Allahla dost olsalar hər məsələ həll olunar. Sitatlar
Hal-hazırda dünyada yaşanan zülmlər ən yüksək səviyyəyə çatmış vəziyyətdədir. Suriya, İraq, Liviya, Əfqanistan, tamamilə yerlə-yeksan olmuş vəziyyətdədir. Digər Yaxın Şərq ölkələri də hər an dağılmaq üzrədir. Homoseksuallar küçələrdə əllərində bayraqları ilə rahat-rahat gəzirlər, yürüyüş keçirirlər. Darvinizm dünya miqyasında diktatura tərzində zorla qəbul etdirilməyə çalışılır. Bütün bunlara baxmayaraq, hələ də bir sıra şəxslər; "Dəccal yoxdur, müsəlmanlar hər yerdə hörmətlidir" deyə bilirlər. Bu da Dəccalın böyük həmlə etdiyinin göstəricisidir. Buna görə də, Tayyib hocamıza dəstək olmağımız çox əhəmiyyətlidir. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur