logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 21 oktyabr 2017

avatar

Adnan Oktar

Din asandır. Dinin gözəlliyi asan olmasındadır. İnsanlar dinin mütləq çətin olmasının lazım olduğunu düşünürlər. Halbuki Allah Quranda; "Allah sizə çətinlik istəməz, asanlıq istəyər" deyə buyurur. O zaman asanlığın içində axtaracağıq. Səmimi olmaq dinin əsasıdır. Hər şeyə müsbət baxmalısan, hər şeyin Allahdan gəldiyini bilməlisən və mümkün qədər dürüst olmalısan. O zaman zehnin çox rahat olar.
A9 TV; 21 oktyabr 2017
978
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Afrin şəhidimizin şəhadəti mübarək olsun. Allah onu və ailəsini nə gözəl şərəflə şərəfləndirib. Nə xoşbəxt ona, nə xoşbəxt ailəsinə. Şəhadəti mübarək olsun. Bu böyük zəfərlərin ilk şəhididir. Allah digər aslanlarımızı qorusun, ordumuzu müzəffər etsin. Biz hər ölkənin ərazi bütövlüyünə hörmət göstəririk. Terror təşkilatı olan PKK ilə mübarizə var. Tayyib hocamın qətiyyətini və əzmini təqdir edirik. Qəlbi çox rahat olsun, millət olaraq onun yanındayıq. Sitatlar
Ağıllı düşündüyün zaman qısqanclığın məntiqi yoxdur. İnsanın filmdəki bir təsviri qısqanması nə qədər məntiqsiz olursa, beynimizdə izlədiyimiz təsvirləri qısqanmaq da elə məntiqsizdir. İzlədiyin dünyanın Allah tərəfindən göstərildiyini və bu təsvirdəki bütün varlıqların da Allaha aid olduğunu bilsən qısqanclıq duyğusu qalmaz. Allah bütün qardaşlarımızı qısqanclığın olmadığı cənnətlə mükafatlandırsın. Sitatlar
Ağıllı mühakimə əhəmiyyətlidir. Təkəbbürlə, lovğalanaraq mühakimə edilməz. Məqbul, ağıllı rəftarla mühakimə edilər. Məqbul ağılla dürüst yanaşdığımız zaman bu böyük nizamı Yaradan olduğu görünür. Hər şeydə tərs davranan ədabaz xarakteri ilə yanaşıldığı zaman üslub çirkin olar. Sitatlar
Ağıllı olan qadın mütləq gözəl və cazibədardır. Ağıllı olub da gözəl olmayan qadın yoxdur. Sitatlar
Ağıllı olan, səmimi olan hər qadın gözəldir. Sitatlar
Ağıllı, səmimi insanın tənqidi qiymətlidir. Səmimi sevən dostun insanın yaxşı olması üçün göstərdiyi səyi təqdir etmək lazımdır. Necə də gözəl, sənin lehinə olub sənin görə bilmədiyini görən bir göz sənə faydalı olur. Al o tənqidi başının üstünə qoy. Lakin sırf əxlaqsızlıq olsun deyə, qarşısındakını pərt etmək üçün tənqid edən olduğu zaman onun cavabını gözəl şəkildə vermək lazımdır. Sitatlar
Ağlın məhək daşı Qurandır. Bir məsələ Qurana baxılaraq anlaşılar. Məsələn, hansı baxışın gözəl olduğunu anlamaq istəyirsən, Qurana baxarsan. Allah ruhdakı xainliyin baxışdan bilindiyini söyləyir. Beləliklə, biz gözəl baxışın nə olduğunu Qurandan anlamış olarıq. Sitatlar
Allah 300 münafiqi Peyğəmbərimiz (s.ə.v)-in əmrinə vermişdi. Gecə-gündüz növbə tutdular, bir boşqab xörəklə qapıda xidmət etdilər, döyüşlərdə iştirak etdilər. Rəsulullah (s.ə.v) və müsəlmanların heyrətamiz zəngin olmasına səbəb oldular. Peyğəmbərimiz (s.ə.v)-in şöhrətini hər yerə yaydılar. 20 il ərzində hz. Süleymanın şeytanları kimi Peyğəmbərimiz (s.ə.v)-ə xidmət etdilər. 20 il sonra mənfəətləri kəsiləndə, bir anda; "bağışlayın, səhv etmişik" dedilər. 20 il ərzində səhv etdiyini anlamayan çox axmaqdırlar. Peyğəmbərimiz (s.ə.v) dövründəki münafiqlər də, Axırzaman münafiqləri də axmaqlıqlarına doymasınlar. Sitatlar
Allah atomda cazibə yaradır. Kainatda cazibə var. Bütün səma cisimləri bir-birini cəzb edər. Allah insanda da cazibə yaradır, bu çox əhəmiyyətli möcüzədir. Sitatlar
Allah ayədə; "hər çətinliklə birlikdə asanlıq vardır" deyə bildirir. Çətinlik dinin gözəlliyinin bir hissəsidir, çətinliyi məğlub etdiyimiz zaman gözəlliyə nail olarıq. Əslində həyat və din çətinlik kimi görünən asanlıqlardan ibarətdir. Əgər insan taleyi yaşadığını bilsə, Allaha tam təslim olsa, heç bir çətinlik yaşamaz. Şirk qoşsa; "bu insan bunu edir" deyər və insanları bütləşdirərsə həyat onun üçün çox iztirablı olar. Bu iztirabdan xilas olmağın yolu taleyə təslim olmaqdır. Tale, suları yararaq hərəkət edən gəmi kimidir. Sitatlar
Allah bizim eqoist olmamağımızın lazım olduğunu bildirir, eqoist olmadıqda minlərlə gözəllik yaranar. Özümüz üçün yaşamarıq, sevdiyimiz möminlər üçün yaşayarıq. Fədakar olarıq, həmişə sevdiklərimizə rahatlıq təmin edərik. Allah bizim mərhəmətli olmağımızı söyləyir, heç kəsə pislik etmərik, bağışlayan olarıq, beləliklə, zəncirvari şəkildə minlərlə gözəllik yaranar. Allah ümumi qayda qoyar, o qayda yüz minlərlə məsələni əhatə edər və nəticəsində də bir çox gözəllik, rahatlıq yaranar. Sitatlar
Allah bütün İslam aləminin başına bəla olan, münafiqlərin ciyərlərinə od salsın, beyinlərin məhv etsin, heç vaxt sağalmayan xəstəliklərlə pərişan etsin, möminləri də qalib etsin, müzəffər etsin. Sitatlar
Allah dinə lağ edilməsini haram buyurmuşdur. Bəzi ənənəçi hocalar isə dini mövzularda zarafatlar edərək xalqı öz aləmlərində əyləndirməyə çalışırlar. Allah dinə lağ edildiyini eşitdiyiniz zaman o mühitdə olmayın deyə buyurur. Dini məsələlərdə zarafat olmaz. Sitatlar
Allah gözəl günləri yaxınlaşdırsın, dünyaya sülh hakim olsun. Allah sevgisindən hər yerdə bəhs edilsin. Allah bizi o mübarək günlərə qovuşdursun. Sitatlar
Allah həmişə insanlarla birlikdədir. Hamımız Allahın ruhunu daşıyırıq. Allah bizə eşqi, ehtirası öyrədir. Allahın ən sevdiyi eşq və ehtirasdır. Allah eşqi və ehtirası əbədiyyən yaşamağımızı istəyir. Allahın bizi yaratmaqdakı əsas məqsədi budur. Eşqin içində mərdlik, fədakarlıq, səxavət, səbir, bağışlayıcılıq, təmizlik, nəzakət, mədəniyyətli və ədəbli olmaq, pak insan olmaq kimi çox müxtəlif zənginliklər var. Allah çox zəngin, böyük ruhun üzərinə hakim edir bu sevgi və eşqi. O zaman həyat məna qazanır. Sitatlar
Allah hər dəfə zikr edildikdə qəlb fərəhlənər. Allahu-Əkbər deyərsən, sonsuz böyük gücün himayəsi altında olduğunu görüb beynin hüzurlu olar, gündəlik bütün dərdlərindən xilas olarsan. Allahı böyük adı ilə zikr etdiyin zaman dərdlər üzərindən gedər, Allahın böyük olduğunu unutduğun zaman dərdlər üzərinə yüklənər. SübhənAllah deyərsən, Allahın bütün qüsur və nöqsanlardan uzaq olduğunu düşünərsən. Bəziləri Allaha sığınır, lakin haşa Allahın gücünün əksik olduğunu zənn edir. Allah yorulmaz, yatmaz, bezməz. Allahın əksikliyinin olmadığını bilmək, xatırlamaq böyük rahatlıqdır. Əlhamdülillah deyərsən, Allaha həmd etdiyin zaman fərəhlənərsən və nemət artar. Əstəğfürullah dediyin zaman Allahın mərhəmətinə sığınarsan, nə böyük gözəllikdir. Sitatlar
Allah ilə çox kəskin diqqətlə fasiləsiz əlaqə lazımdır. Bu zaman insan həqiqi mənada stabil və xoşbəxt olar. Sitatlar
Allah ilə əlaqə olmadan, Allahı eşqlə sevmədən, Allaha tam təslim olmadan, həyatı gözəl yaşamaqdan söz gedə bilməz. Allah qullarını diqqətlə izləyər. Allahın qullarına verdiyi nemətlər, qullarının Ona duyduğu sevgi ilə düz mütənasibdir. İnsanlar Allaha nə qədər dərin sevgi bəsləsələr, Allah da insanlara o qədər çox nemət nəsib edər. Sitatlar
Allah Quranda münafiqlərdən onlarla ayə ilə bəhs etmişdir. Müsəlman münafiqlə qarşılaşdığı zaman Quran ayəsi ilə qarşılaşdığını bilməyin şövqü ilə lazımi elmi mübarizəni aparmalıdır. Münafiqlə elmi mübarizə namaz kimi, həcc kimi fərzdir. Münafiqlə qarşılaşdığın zaman şeytanla qarşı-qarşıya olduğunu biləcək diqqətlə elmi yolla təqib etməli və lazımi elmi cavab verməlisən. Sitatlar
Allahı heç unutmamaq Allahı zikr etməkdir. Əylənərkən, danışarkən hər zaman Allah ağılda olar. Sitatlar
Bağışlamamaq, qürur, özünü böyük hesab etmək, eqoist olmaq kimi bütün qüsurları din əxlaqı aradan qaldırar. Bağışlamamaq bəladır. Bağışlamamaq insanın özünü sıxar. 10-20 il bağışlamamağın verdiyi sıxıntıdan xilas ola bilmir, halbuki bunların üstəsindən imanla çox asan gəlmək olar. Sitatlar
Din düzgün başa düşülsə insanlar arasında dostluq, qardaşlıq, səmimilik və sevgi yaradar. Yanlış şərh edən insan dindən dəccaliyyət üçün istifadə edər. Doğru anlayan və vicdanlı olan isə mehdiyyət üçün istifadə edər. Dini doğru anlayanlar Axırzamanda həqiqi dinin bütün dünyaya hakim olmasına vəsilə olacaqlar. Sitatlar
Din hər şeylə iç-içədir. Dinin olduğu yerdə musiqi, incəsənət, rəqs, əyləncə, toy, elm olmaz deyənlər Qurana uyğun danışmırlar. Din ilə həyatı ayırmaq demək, dini və dindarları gettolara salmaq üçün dəccaliyyətin tətbiq etdiyi taktikadır. Din hər yerdə olmalıdır. Musiqi vardırsa Allah zikr edilməz deyirlər. Allah hər yerdə zikr edilər. Musiqini də, rəqsi də, əyləncəni də yaradan Allahdır. Sitatlar
Din təkdir, dinin də tək kitabı var, hər kəsin məntiqinə uyğun hərəkət edilsə o zaman milyonlarla batil din yaranmış olar. Quranın bəhs etdiyi Məhəmmədi dindən başqa din olmayacaq, müşrik sistem fikri olaraq tamamilə aradan qalxacaq. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur