HARUN YƏHYA
AZ
HARUN YAHYA
Menüyü Kapat
AZ
ƏSƏRLƏR
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Rəsimlər
Audiolar
Sitatlar
Digər
KATEQORİYALAR
Harun Yahya
Adnan Oktarın həyatı və əsərləri
Harun Yahya © 2025
Üç İbrahimi din - Adnan Oktar - Harun Yahya
OK
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
ERER SEÇİN
Adnan Oktar deyir ki...
Sənədli filmlər
Axırzaman və qiyamət
Təkamül nəzəriyyəsinin süqutu
İman həqiqətləri və yaradılış möcüzələri
Peyğəmbərlər tarixi
Türk-İslam Birliyi
İslam və başqa dinlər
Maddənin ardındakı sirr
Quran əxlaqı və təfəkkür
Tarix, siyasət və strategiya
Günün gözəl mövzusu
Adnan Oktarın söhbət proqramları
Adnan Oktarın söhbətlərindən seçilmiş bölmələr
Adnan Oktarın qonaqları
Xoş söhbətlər
A9 üçün nə dedilər?
Ədalətli mühakimə
Canlıların dünyası
Həqiqətə qayıdış
Harun Yəhya tərəfindən yeni izahlar
Yaratılış Müzesi
Dünya liderləri sülh, din və siyasət haqqında nə deyir?
Gözəllik dini İslam
Baxış bucağı
Serap Akıncıoğlu ilə nura yönəliş
İslamın Qışı və Gözlənilən Baharı
Bütün Dünya Türk-İslam Birliyi istəyir
Paytaxt təcrübəsi
Həyatdan portretlər
Elm yolunda
Maraqlandığınız mövzular
Sevgi Dili
Gizli təhlükə
Görünməyən dünya
Nə baş verdi?
Trayektoriya
Ya olmasaydı?
Möcüzəvi elm
Düşündürən həqiqətlər
Beynəlxalq Media
Fosil Ovçusu
Alimlər Yaradılış haqqında danışırlar
Təkamülçülərin etirafları - Video
Təkamül üçün nə dedilər?
Dünyadan əks-səda
Daxilimizdəki möcüzələr
Həqiqi Atatürkçülük
Uşaqlar üçün
Sevimli heyvanlar
Dünyada dinə qayıdış videoları
Qısa izahat filmləri
Digər söhbət proqramları
Adnan Oktar Nə Demişdi, Nə Oldu
Qısa filmlər - Mütləq baxın
Mübarək şəhər İstanbul
Ailələr hörmətli Adnan Oktar üçün nə dedilər?
Fəcr-i Sadiq, Risalə-i Nurdan hikmətlər
Bədənimizdəki ayələr
Həyata dair
Birlik zamanı
Yaradılış Sübutları
İctimai müsahibələr
Adnan Oktar nə demişdi nə oldu - Video
Sənədli filmlərdən seçilmiş bölmələr
Adnan Oktarın söhbətlərindən başlıqlar
Serap Akıncıoğlu və Gülay Pınarbaşı ilə söhbətlər
KATEQORİYA SEÇİN
Din həyatın hər yerindədir. "Dini siyasətə qarışdırma" demək doğru söz olmaz. Doğru olan "səmimi olmayan şəkildə dini siyasətə qarışdırma" olmalıdır. Yaxşılıq etmək, kasıbı qorumaq, dürüst olmaq, ədalətli olmaq dinin vəsfidir. Səmimi dindar olan siyasətçi bütün bu dəyərləri qoruyar. "Dini siyasətə alət etmə" deyərək dini həyatın kənarına çıxarmağa çalışmaq doğru olmaz. Allahdan, dindən bəhs edən insanı dini siyasətə alət etməklə ittiham etmək səhv dünyagörüşüdür. Biri heç dindən, Allahdan bəhs etmirsə "bax bu dini siyasətə alət etmir" demək doğru deyil. İnsanın məqamı, mövqeyi nə olursa olsun Allahı, dini xatırlayar, dindən bəhs edər və bu bir gözəllikdir. Heç dindən bəhs etməyənə "dünyəvi" demək düzgün dünyagörüşü olmaz.
Münafiqdə Allahı inkar şiddətlidir. Haşa, Allah ilə, din ilə, İslam ilə istehza edərlər. Dinin bütün hökmlərinə qarşıdırlar. Amma insanları aldatmaları lazım gələndə çox dindar görünüşü verməyə diqqət göstərərlər.
İslam dini asandır. Dinin asan olduğunu Allah söyləyir. Allah bəndələri üçün çətinlik diləməz. Ənənəçi sistem dini içindən çıxılmaz, əzablarla dolu, insana əziyyət edən sistemə çevirir. Həm özləri əzab çəkir, həm də insanlara əzab çəkdirirlər.
Haqq dinlər azadlıq gətirər, münafiqlər dinin gətirdiyi azadlığı qısqanar və bu azadlığı tənqid edərlər. Dinə qarşı olanlarla münafiqlər birləşərək dinin azadlığının yaşanmasını qarşısını almaq üçün məşğul olarlar. Peyğəmbərlərin gətirdiyi dini haşa bəyənməz. Mühafizəkar kimi ortaya çıxıb özlərini peyğəmbərlərdən üstün görürlər. Hətta özlərinin haşa Allahdan daha əxlaqlı olduğunu iddia edirlər. Peyğəmbərlərin azad olmasını, gözəlliyi sevməsini, zənginlik və bolluq içində yaşamasını, həyat dolu olmasını çox qısqanarlar. Qısqanclıqlarını ört-basdır etmək üçün də özlərinin daha mühafizəkar olduqlarını Peyğəmbərlərin isə dindən uzaqlaşdığını iddia edərlər. Halbuki münafiqlər super əxlaqsızdırlar. Kinli, keyfiyyətsiz, təcavüzkar ruhludurlar. Hər dövrün münafiqləri bu ortaq xarakterə malikdir.
Din insanlara azadlıq verir. Bəzi insanlar dinin azadlıq gətirdiyini görəndə çaxnaşmaya qapılırlar. Din dünyaya ən üst səviyyə azadlıq verən sistemdir.
Dindar mühafizəkar sinfin böyük qismi dekolte geyinən qadınlara təbliğ etməyi düşünmür. Belə geniş kütləni gözdən çıxarmaq doğru deyil. Onlara təbliğ edilməsi bütün müsəlmanlara məsuliyyətdir. Biz o sinfə təbliğ edən demək olar tək qrupuq. O insanların dini sevməsinə, İslama yaxınlaşmasına, dinin asan olduğunu görmələrinə vəsilə olduq.
İslamı azadlıqdan uzaq, sevinc olmadan, içə qapanıq din deyə göstərdilər. Onların göstərdiyi dinin yaşanması qeyri-mümkündür. Mövhumatçı görünüşdə olan çox insan belə namaz qılmır. Çünki namazı içindən çıxılmaz, edilə bilməz ibadət kimi göstərirlər. Allahın Quranda bildirdiyi din asan olandır.
Bağışlamamaq, qürur, özünü böyük hesab etmək, eqoist olmaq kimi bütün qüsurları din əxlaqı aradan qaldırar. Bağışlamamaq bəladır. Bağışlamamaq insanın özünü sıxar. 10-20 il bağışlamamağın verdiyi sıxıntıdan xilas ola bilmir, halbuki bunların üstəsindən imanla çox asan gəlmək olar.
Fitnə yer üzündən aradan qalxana, dinin hamısı Allahın olana qədər elmi mübarizə aparmaq möminin ən böyük hədəfidir.
Allah ayədə; "hər çətinliklə birlikdə asanlıq vardır" deyə bildirir. Çətinlik dinin gözəlliyinin bir hissəsidir, çətinliyi məğlub etdiyimiz zaman gözəlliyə nail olarıq. Əslində həyat və din çətinlik kimi görünən asanlıqlardan ibarətdir. Əgər insan taleyi yaşadığını bilsə, Allaha tam təslim olsa, heç bir çətinlik yaşamaz. Şirk qoşsa; "bu insan bunu edir" deyər və insanları bütləşdirərsə həyat onun üçün çox iztirablı olar. Bu iztirabdan xilas olmağın yolu taleyə təslim olmaqdır. Tale, suları yararaq hərəkət edən gəmi kimidir.
Mən gənclərin Quranın meyarı çərçivəsində azad yaşamasını istəyirəm. Dinin azadlığından sonuna qədər istifadə edərək hər kəs rahat yaşasın istəyirəm. İnsanların üzərində onsuz da çoxlu yük var, daha çox yük qoymaq lüzumsuzdur. İnsanların azadlığını əlindən almaq, insanların sevincini, həyatını əlindən almaqdır. Rəsm yoxdur, keyfiyyət yoxdur, qadın yoxdur, əyləncə yoxdur, musiqi yoxdur, gülmək yoxdur, deyilən model şizofreniyalı quruluş yaranmasına səbəb olar. Gənclərin belə həyat yaşamasına imkan yoxdur. Biz dinin azadlıq olduğunu, bütün təzyiqləri aradan qaldırdığını insanlara yaşayaraq göstəririk.
Dinin xüsusiyyəti insanı yaxşı cəhətlərdən çox inkişaf etdirməsi və pisliyin qapısını tamamilə qapamasıdır. Din mənfi elektrik açarlarını qapayar, müsbət elektrik açarlarının hamısını açar.
Təqva dinin hökmlərini səmimi yerinə yetirən insan deməkdir. Dürüst davranan insan deməkdir. Allahın hökmləri asandır. Allahın göstərdiyi asan dini ən gözəl şəkildə səmimi yaşayan insana təqva deyərik.
Müsəlmanın dindarlığını göstərməsi insanları təşviq etmək üçün əhəmiyyətlidir. Müsəlman açıq-aydın namaz qılmalıdır, açıq-aydın oruc tutmalıdır, açıq-aydın təbliğ etməlidir ki, bütün bu gözəl ibadətlərin yerinə yetirilməsini təşviq etməlidir. Allah dini kütləvi yaşanacaq şəkildə yaratmışdır. Dindarlıq gizli olar məntiqi, dini yaşamayan və ya yaşamaq istəməyən insanların, dini xatırlamamaq və dini yaşamadığını gizlətmək üçün yaratdıqları fəlsəfədir. Halbuki dinin açıqca yaşanması hal ilə təbliğdir.
İngiltərə dərin dövləti sel kimi müsəlman qanı və musəvi qanı axıdılsın istəyir. Qüds dini şəhər, tarixi şəhərdir. Orijinal halı ilə qalması lazımdır. Siyasi fəallığın Qüdsə daşınması doğru olmaz. Mövcud vəziyyəti qorumaq doğru olar. Müsəlmanlarla musəviləri vuruşdurmağı hədəf seçən oyuna düşməmək lazımdır. Qüds, xristianlar, musəvilər, müsəlmanlar üçün müqəddəs torpaqdır. Hər üç dinin mənsubları birlikdə, qardaşcasına, bu torpaqlarda yaşamalı, rahat-rahat ibadət etməlidirlər. İngiltərə dərin dövləti sel kimi qan axacaq bir müharibə istəyir, bu təhrikə heç kim düşməsin.
Qüds kimi müqəddəs şəhərə səfirlikləri daşımaq, oranı siyasi mərkəzə döndərmək doğru olmaz. Qüds hər üç din üçün də ibadət yeri və müqəddəs torpaqdır. Bölgəni oda çəkəcək hər addımdan qaçmaq əhəmiyyətlidir.
Qüds məsələsində “mən etdim oldu” deyə bir məntiqlə hərəkət edilməz. Allah qorusun bu bütün bölgəni oda atar. Qüds müsəlman, musəvi, xristian bütün dindarlar üçün müqəddəsdir. Allah hər üç din üçün də o şəhəri müqəddəs edib. Sənin deyil, mənimdir məntiqi ilə hərəkət edilməz. Üç dinin mənsublarının da güvən içində olacağı mühit olması əhəmiyyətlidir. İsrail, Qüdsü tarixi şəhər kimi qorusun. Mövcud vəziyyətin qorunması musəvilər üçün də, xristianlar üçün də, müsəlmanlar üçün də daha doğru olar.
Dinin bütün hökmləri kütləvi yaşamağa uyğundur. Zəkat, yardımlaşma, Həcc, himayədarlıq sistemi, hara baxsaq möminlərin kütləvi hərəkət etdiklərini görərik. Ayrılıb dağılmamaq Allahın əmridir.
Dindən danışılan mühitdə qadınlar olmaz demək çox yanlışdır. Din qadını təcrid etməz. Qadın, dinlə zidd varlıq deyil. Tam əksinə qadın mübarəkdir və dinlə iç-içə olan varlıqdır. Dinin olduğu yerdə qadın olmaz məntiqi ənənəçi sistemin təsiri ilə yaranmış yanlış məntiqdir. Həcdə necə ki, qadınlarla kişilər birlikdə ibadət edirsə, həyatın hər sahəsində də, dini mühitlərdə də qadınlar olmalıdır.
Şeytan mövhumatçılıqla elə kilidləmə sistemi meydana gətirib ki, "dindən qaçdığın üçün asanlıq istəyirsən" deyir. Bu iddia ilə ortaya çıxıldığı zaman da yaxşı niyyətli insanlar çətinlik olmasını dinin şərti hesab edirlər. “Bəs o çətinliyi tətbiq edə bilərsənmi?” deyirik, onu da tətbiq edə bilmirlər. Halbuki dinin asan olduğunu bildirən Allahdır. Allah insanlar üçün çətinlik istəməz.
53
1
1
2
3
/ 3
1
1
2
3
53
/ 3
20