logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 26 may 2015

avatar

Adnan Oktar

Din olduqca asan və sadədir. Sevgi, mərhəmət, dostluq, qardaşlıq, bağışlayıcılıq, altruizm, fədakarlıq, igidlik, cavanlıq. Comərdlik necə də gözəldir. Məsələn, sevdiyin bir insanın malı, mülkü olmur. Comərd davranırsan, xoşbəxt olur, sevinir. Bu sənə də xoş gəlir.
A9 TV; 26 may 2015
1627
avatar

Adnan Oktar

Qatı dinçilərin göstərdiyi din cəhənnəmdir. Musiqi yox, şəkil yox, əyləncə yox, sevgi yox, dostluq yox, yoldaşlıq yox, heç nə yoxdur. Bəla var, tərbiyəsizlik var, məntiqsizlik var, xurafat var, batil inanclar var.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Dindən uzaq olduqda, İslamdan uzaq olduqda, Allahdan qorxmadıqda, Allahı sevmədikdə həyat kabus olur. Allahdan tək sözlə belə bəhs etmirlər. Bir dəfə "Allah" de. Dilin mi qopar, bir "Allah" de, bir şey olmaz. Demirlər. İnanılmaz bir narahatlıq, inanılmaz bir gərginlik var. Qətiyyən sevgi yoxdur. Sevgi deyə bir şey yoxdur, bitmişdir sevgi. Hörmət də yoxdur, hörmət də qalmamışdır.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Palçıqlı sudan insan yaranarmı? Fillər, zürafələr, quşlar, leyləklər, zeytun, portağal ağacları, pomidor, bibər; "hamısı təsadüfən palçıqlı sulardan yarandı" deyir. Onda bir çənin içinə bütün kimyəvi maddələri dolduraq və istədiyiniz hər şeyi edək. İnsanlar da həmin çənin başında atadan oğula milyonlarla il gözləsinlər. O çənlərdən nə zürafə, nə insan, nə pomidor, nə bibər, nə də üzüm çıxar; heç nə çıxmaz.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Allah insanı gözəl bir yaradılışla yaradacaq, beş duyğu verəcək; sən də; "təsadüfən palçıqlı sulardan yarandın, mikrobdan meydana gəldin sən. Allah yox" deyəcəksən. Guya elmin mənfəəti üçün, bu qədər meyvəni, bu qədər tərəvəzi, heyvanları, bitkiləri yaradan Allahı tamamilə inkar edəcəksən. Bu çox böyük bir fəlakət gətirər. İnsanlar məhv olar. Allah mehdiyyət vəsiləsiylə Türkiyəni məhv etmir.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Məktəblərdə darvinizm geniş şəkildə izah edilsin, lakin cavablandırma haqqı verilsin. Sadəcə daşlaşmış qalıntıları (fosilləri) aparıb məktəblərin önünə qoyaq. Şagirdlər görsün. Bu qədər, başqa şey istəmirik. Zülalın elmi cəhətdən təsadüfən meydana gəlməsi qeyri-mümkün olduğu deyilsin.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Qurandakı hikmətlərin anlaşılması üçün, Onun aramla, başa düşülərək və yavaş-yavaş oxunması vacibdir.
A9 TV; 23 may 2015
avatar

Adnan Oktar

Çox nadir seçilmiş, Allah tərəfindən xüsusi olaraq ilham edilmiş və Allah tərəfindən dərin yuxuya verilmiş insanlar Mehdi (ə.s)-a yaxınlaşır. Kəhf əhli kimi. Bu cür adam, taleyində olduğu üçün, istəsə də uzaqlaşa bilməz. Həqiqi Mehdi tələbəsinin iradəsi çatmaz getməyə. Amma o biriləri də, istəsələr belə, hz. Mehdi (ə.s)-ın tələbəsi ola bilməzlər.
A9 TV; 23 may 2015
avatar

Adnan Oktar

Kəhf surəsi birbaşa mehdiyyətdən bəhs edən bir surədir. Əvvəldən axıra qədər mehdiyyəti izah edir. Amma işarələrlə, sirr dolu izahatlarla izah edir. Yəni açıq-aşkar, aydın şəkildə izah olmaz. Ağıl sahibi, hikmət sahibi, təfəkkür sahibi olan, Allahın istəyi ilə, verəcəyi ilhamla, oradakı simvolların, işarələrin sirrini açar.
A9 TV; 23 may 2015
avatar

Adnan Oktar

Allah həyatı yuxu kimi yaradır. Quran bu böyük sirrə işarə edir. İnsanlar dünyada yuxuda olduqlarını bilmirlər. Halbuki, hal-hazırda hamısı yuxudadırlar, yuxu görürlər. Bir hissəsi, məsələn, fəlsəfə tədqiqatçıları, bu həqiqətə heyrət və dəhşət içində şahid olurlar.
A9 TV; 23 may 2015
avatar

Adnan Oktar

Küfr əhlindən ayrılmaq, küfr əhlinin mədəniyyətindən uzaqlaşmaq insanın beynini təmiz və pak edər. Bir çox insan küfr əhlindən tamamilə ayrıla bilməz. Belələri yarı müsəlman olub, yarı küfr içində olar. Küfr əhlinin mədəniyyətini yaşayar.
A9 TV; 23 may 2015
avatar

Adnan Oktar

Fədakar olmamaq çox böyük vicdansızlıq, əxlaqsızlıqdır. Məsələn, ölkəmizə sığınan suriyalı məzlumlar. Əlbəttə ki, bu bizə iqtisadi yük gətirir, çətinlik gətirir; fəda olsun. Ailəvi şəkildə məhv olmalarından, işgəncə və əzab çəkmələrindənsə, qoy bizim pulumuz getsin.
A9 TV; 22 may 2015
avatar

Adnan Oktar

Mömin iman sahibi olmaqla yaraşıqlı olur, imtahana çəkilməklə gözəl olur. İmtahan mühiti aradan qalxsa mömin məhv olar, Allah qorusun. Yəni heç bir çətinliklə qarşılaşmırsa, deməli, heç bir savab da qazanmır. Biz imtahan olunmağa gəldik. Allah da bunun üçün: "Yoxsa siz elə güman edirsiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən, birbaşa Cənnətə daxil olacaqsınız?" deyir.
A9 TV; 22 may 2015
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v)-in dövründə, səhabələrin dövründə məzhəblər yox idi. Vəhhabi, sünni, şiə müsəlmanları yox idi. Quran müsəlmanlığı vardı.
A9 TV; 21 may 2015
avatar

Adnan Oktar

Dünyadakı bütün dövlət xadimləri Qurana tabe olmalıdır. Məqbul və ağlabatan olması üçün. Baxın ölkələrə, gördüyünüz kimi bəziləri çevriliş həyata keçirir, bəziləri də insanları aparıb asır. Böyük hissəsi nizamsızdır. Xalqlara zülm verirlər.
A9 TV; 21 may 2015
avatar

Adnan Oktar

Quranı əvvəldən axıra qədər oxuyub, hökmlərini diqqətlə tətbiq edən insan çox ağıllı olar. Çox hərtərəfli olar, çox ağıllı şəkildə danışar.
A9 TV; 21 may 2015
avatar

Adnan Oktar

Quran həmçinin ağlın kitabıdır. Həm sevginin, həm də ağlın kitabıdır. İnsan Qurana tabe olduğu təqdirdə ağıllı olar. Məqbul, nizamlı olar.
A9 TV; 21 may 2015
avatar

Adnan Oktar

Allah bir insanın köksünü İslam üçün açdığı vaxt, həqiqətən həmin insanın ağlına nur gələr, bədəninə nur gələr. Çox nizamlı olar, məqbul olar. Əksi olsa, nizamsız olar. Əlbəttə ki, yenə nadir hallarda təmkinli insanlara da rast gəlinir. Amma əksəriyyəti nizamsız olur. Ağıllı şəkildə düşünə bilmirlər.
A9 TV; 21 may 2015
avatar

Adnan Oktar

Ayə deyirik; "Allah Quranda belə deyir" deyirik. "Hocalar belə demir" deyir. Sən niyə Qurana etibar etmirsən? Allahın Kitabına etibar etmirsən. Hökmən atalarının dinini Quranda tapmalıdır. Tapmasa qəbul etmir. Din birbaşa Qurandan öyrənilər. Atalardan öyrənilməz.
A9 TV; 21 may 2015
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s)-ın müvəffəqiyyəti mövzusu ola bilməz. Bunu tamamilə Allah yaradır. Allah, hz. Mehdi (ə.s)-ı vəsilə edir. Yəni hakimiyyət ayrı yaradılır, hz. Mehdi (ə.s) ayrı yaradılır.
A9 TV; 21 may 2015
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s) müstəqil güc sahibi deyil. Güc tamamilə Allaha məxsusdur. Hz. İsa Məsih (ə.s) müstəqil güc sahibi deyil, güc tamamilə Allaha məxsusdur. İnsanlar bəzi hallarda, məhz belə şirk düşüncəsinə sahib olurlar, hz. Mehdi (ə.s)-ın müstəqil güc sahib olduğunu zənn edirlər. Halbuki ilk nəfəsi, son nəfəsi, hamısı bəllidir.
A9 TV; 21 may 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Dindən uzaq olduqda, İslamdan uzaq olduqda, Allahdan qorxmadıqda, Allahı   sevmədikdə həyat kabus olur. Allahdan tək sözlə belə bəhs etmirlər. Bir dəfə "Allah" de.   Dilin mi qopar, bir "Allah" de, bir şey olmaz. Demirlər. İnanılmaz bir narahatlıq,   inanılmaz bir gərginlik var. Qətiyyən sevgi yoxdur. Sevgi deyə bir şey yoxdur, bitmişdir   sevgi. Hörmət də yoxdur, hörmət də qalmamışdır. Sitatlar
Fədakar olmamaq çox böyük vicdansızlıq, əxlaqsızlıqdır. Məsələn, ölkəmizə sığınan   suriyalı məzlumlar. Əlbəttə ki, bu bizə iqtisadi yük gətirir, çətinlik gətirir; fəda olsun.   Ailəvi şəkildə məhv olmalarından, işgəncə və əzab çəkmələrindənsə, qoy bizim   pulumuz getsin. Sitatlar
Bir insan nə qədər sevimli olsa belə, Allah sevdirmədikdən sonra sevilməz. İnsanı   sevimli edən də, sevdirən də Allahdır. Sitatlar
Ənənəvi Ortodoks müsəlmanlar sevgidən bəhs etməzlər. Bu bir möcüzədir. Qətiyyən   bəhs etmirlər. Kainatın yaradılma məqsədi olan bir gözəlliyi ağızlarına belə almırlar. Sitatlar
Allah böyüklüyünün dilə gətirilməsindən məmnun olur. Allahın ona ehtiyacı yoxdur,   amma Allah sevilməsini istəyər. Sitatlar
Sevgini Allaha yönəltməlisən. Sevgini birbaşa uşağa yönəldir. "Ey Rəbbim necə də   gözəl yaratmısan" demir. "Necə də gözəl təcəlli edirsən" demir. Belə olduqda da, Allah   bəla verir. Min cür əzab verir. Allah, ya onun uşağını əlindən alır, ya özünə bir xəstəlik   verir, ya qəlbinə bir sıxıntı verir, ya da bütün bərəkətini qaçırır. "Ey Rəbbim Sənə həmd   olsun" de, "necə də gözəl yaratdın" de. "Sənin təcəllindir" de. Sitatlar
İncilin gözəl tərəfi, sevgidən çox bəhs edilməsidir. Məhəbbətdən, dostluqdan, əfv   etməkdən, qardaşlıqdan çox bəhs edilir. Bu cəhətinə görə çox hüzur vericidir. Çox ürək   açandır. Sitatlar
Allah fədakarlığı sevir. Buna görə də Allah şəhidliyi sevər. Allahın ən sevdiyi   gözəlliklərdən biridir. Allah: "İki gözəllikdən biri" deyir. "Gözəllik" deyir. "Şəhidlik və   qazilik". Allah adamın, Onun yolunda qolunu, ayağını itirməsini çox bəyənir. Sitatlar
Müsəlman sevgisini, mərhəmətini sonsuz dərəcədə inkişaf etdirməlidir, kömək   sevərliyini yüksək dərəcədə inkişaf etdirməlidir. Etibarlı olmalıdır. Müsəlmanlar əleyhinə   casusluq etməməlidir. Oyun oynamamalı, xainlik etməməli, zülm etməməlidir. Sitatlar
Sevən sevdiyi üçün hər cür fədakarlığı etməlidir. Lazım gəlsə Allah üçün canını da   verər, qoruyub himayə edər. Aman heysiyyətinə zərər gəlməsin, şərəfinə, namusuna   zərər gəlməsin, ağlına, bədəninə zərər gəlməsin deyə çox diqqət göstərər. Yeməsinə,   içməsinə, yuxusuna, hər şeyinə diqqət göstərər. Aşiqin əlaməti budur. Sevdiyini   ölümünə qoruyar. Sitatlar
Sitatlar
Sevgi yoxdursa, bağlılıq yoxdursa, dərinlik yoxdursa, həqiqi sevgi yoxdursa, onda sən nə istəyirsən, bunlar olmadıqda nəyin mənası qalır? Heyvan kimi insanlar var deyirik, bax, onları heç xoşlamırıq, onlar bizi narahat edir, onlara məxluq deyirik. Lakin fədakar, cəsur, səbirli, qətiyyətli olub igidlik etsələr, onlara heyran olarıq. Sitatlar
Mükəmməl əxlaq nədir? Səbir, şəfqət, fədakarlıq, dürüstlük, cəsarət, vəıqda insanda bunları etmək məsələsində qəflət yaranır. Məsələn, Allahı sevər, lakin namaz qılmaz. "Mən Allahı sevirəm, Allahın mənim namazıma ehtiyacı yoxdur" deyər. Çox pulu olar, kasıblara paylamaz. "Kasıb necə olsa tapar, lakin mən Allahı çox sevirəm, bu pulla xoşbəxt oluram, Allaha daha yaxın oluram" deyər. Cəsarət göstərməz; "mən indi belə bir şeydən ötrü həyatımı təhlükə altına atmayım, gözəl yaşayıram" deyər. Allah qorxusu olduqda cəsarət göstərilər. Sitatlar
Sən müvəqqəti dünyanı istəsən, Allah dünyanı səndən həmişə uzaqlaşdırar, dünya bu dəfə başına bəla olar. Halbuki, fədakar insanlarla dünya gözəl olar. Məsələn, Peyğəmbərimiz (s.ə.v) fədakar idi. Səhabələr də fədakar idi. Heç biri mənfəətpərəst deyildi. Mənfəətpərəst insanların olduğu cəmiyyətlər çökür. Sitatlar
Mehdiyyət sevgi üzərində qurulub. Mehdiyyət həmişə sevgini, mərhəməti, dostluğu və qardaşlığı istəyər. Münafiq sistemi və dəccaliyyət sistemi isə tam əksidir. Sitatlar
İslamın üstünə çirkli bir çul örtdülər. İnsanlar bu pisliyi hazırda görürlər. İslam adından meydana gətirilən xurafatlar bütün dünyaya qan qusdurur. Bunu şeytan örtdü, biz də qaldıracağıq və həqiqi İslam ortaya çıxacaq. Həqiqi İslam bəşəriyyətə sevgi, mərhəmət təqdim edəcək. Sitatlar
Şəfqət, mərhəmət, mülayimlik―Allahdan istədiyimiz bu deyilmi? Cənnətdə nə istəyirik? Allahın bizi bağışlamasını, bizə qarşı mülayim, şəfqətli və qoruyucu olmasını istəyirik. Biz də insanlara qarşı belə olmalıyıq. Sitatlar
Özünü böyük hesab etmək, lovğalanmaq, özünü tərifləyərkən də qarşısındakını vicdan yaxud mərhəmət tərəfini az göstərmək münafiqin xüsusiyyətidir. Özünü həmişə zərər çəkmiş kimi göstərər, mömini də insanları incidən kimi göstərər. Belə əxlaqsızlığı vardır. Sitatlar
Türkiyə olaraq hər yerə üzv olaq, hər kəsi sevək, dost olaq. Düşmən olduğumuz kimsə qalmasın. Hər kəslə dost olaq. Hər şey gözələ, haqqa, yaxşılığa doğru irəliləsin. Bizi İslam Birliyinə aparsın, inşaAllah. Sitatlar
Mehdiyyətin isti, dost ruhu varkən bu ağrılar əbəs yerə yaşanır. İsrail-Fələstin hamımız dost olaq, qardaş olaq. Sitatlar
Müsəlmanların sülhsevər, mehriban, dost, birlik, hər fikrə, düşüncəyə açıq olması, hər kəsə şəfqət göstərməsi Allahın əmridir, fərzidir. Müsəlmanın vəsfi budur, inşaAllah. Sitatlar
Allahın övliyalarına düşmənçilik etmək olmaz, bu uğursuzluq gətirər. Övliyalarla dost olmaq lazımdır. Sitatlar
Dost tərəfindən edilən tənqid gözəldir, xeyirə vəsilə olar. Sitatlar
İsrail ilə əlaqədar həyata keçirdiyimiz işlər fəlakətlərin qarşısını almaq üçündür.Türkiyə ilə dost olmalarına şərait yaradırıq. Sülh yaradıb, savaşa, qan tökülməsinə mane oluruq. Azadlığı müdafiə edirik. Bütün bunlar pis deyil, yaxşı işlərdir. Sitatlar
Qatı dinçilərin göstərdiyi din cəhənnəmdir. Musiqi yox, şəkil yox, əyləncə yox, sevgi yox,   dostluq yox, yoldaşlıq yox, heç nə yoxdur. Bəla var, tərbiyəsizlik var, məntiqsizlik var,   xurafat var, batil inanclar var. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur