logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 16 may 2015

avatar

Adnan Oktar

Ənənəvi Ortodoks müsəlmanlar sevgidən bəhs etməzlər. Bu bir möcüzədir. Qətiyyən bəhs etmirlər. Kainatın yaradılma məqsədi olan bir gözəlliyi ağızlarına belə almırlar.
A9 TV; 16 may 2015
2286
avatar

Adnan Oktar

Qadın üstün varlıqdır, gözəl varlıqdır. Allah qadın və kişini bərabər yaratmışdır, amma qadın mötəbər varlıqdır.
A9 TV; 16 may 2015
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s) olduğu dünyada qiyamət qopmur. Amma insanların xəbəri yoxdur. Dünyadakı bütün xurafatçılar ona düşməndir. Onun sayəsində hələdə yaşadıqlarından xəbərləri yoxdur. Onun sayəsində qiyamətin qopmadığından xəbərləri yoxdur. Küfr əhli, azğınlar, dəlalət əhli, hamısı, onun sayəsində yeyib içdiklərindən xəbərləri yoxdur.
A9 TV; 16 may 2015
avatar

Adnan Oktar

Ənənəvi ortodoks İslam, qadını yarım insan hesab edir. Halbuki qadın və kişi bərabərdir. Allah bu həqiqəti bir çox ayədə bildirir.
A9 TV; 16 may 2015
avatar

Adnan Oktar

İslam, Peyğəmbərimiz (s.ə.v)-in dövründə hakim olmadı, onun övladının, onun sərkərdəsinin vəsiləsiylə hakim olacaq. Mehdi (ə.s) vəsiləsiylə hakim olacaq. Qələbə kimindir? Allahındır. Kimi vəsilə edir? Peyğəmbərinin övladını. Peyğəmbərin nəvəsinin qazanacağı qələbə, Peyğəmbər (s.ə.v) üçün şərəf olar.
A9 TV; 15 may 2015
avatar

Adnan Oktar

Müşriklərin Mehdidən xoşu gəlməz, İsa Məsihin enişindən xoşu gəlməz, İslam Birliyindən xoşu gəlməz. Bir şəkildə sözü əyər-bükər bunu ifadə edər. Allah ayədə: “Belə ki, müşriklərin xoşuna gəlməsə də, Onu (haqq din olan İslamı) bütün dinlərdən üstün edəcəkdir” deyir. Çünki müşriklər qəti şəkildə İslam Birliyinə, Mehdiyə, İsa Məsihin enişinə qarşı çıxırlar.
A9 TV; 15 may 2015
avatar

Adnan Oktar

Müşriklər Allahın hökmünü, Quranı qeyri-kafi görərlər. Öz aləmlərində Allaha əxlaq öyrədir, Allaha din öyrədirlər, haşa. Buna görə də, İslam dininə ya əlavələr, ya da çıxarışlar edirlər.
A9 TV; 15 may 2015
avatar

Adnan Oktar

Müşrik nə deməkdir? Müşrik; Quranı qeyri-kafi görən, Allahın hökmünü qeyri-kafi görən və haşa Allaha din öyrətməyə çalışan kimsə deməkdir. Allahın dininə Onun adından istifadə edərək əlavələr edən kimsədir.
A9 TV; 15 may 2015
avatar

Adnan Oktar

Qatı dinçilər, həyatı cəhənnəmə çevirən, İslamı cəhənnəm kimi göstərən hərəkətin, ən təqvalı hərəkət olduğuna inanırlar. Məsələn, namazı qıla bilməyəcək hala gətirərsə, onun təqvalı bir hərəkət olduğuna inanırlar. Dəstəmazı alına bilməyəcək hala gətirərsə, bunun da təqvalı bir hərəkət olduğunu düşünürlər. Halbuki, Allah Quranda dəstəmazın tərifini bir sətirlə vermişdir.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

Quranda şiəlik vardır? Quranda sünnilik vardır? Haradan çıxarırsınız? Quranda Vəhhabilik vardır? Bir Quran, bir İslam dini var. Hamımızın adı da müsəlmandır.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

Qatı dinçilər müsəlmanları bir-birinə də qırdırırlar. O bunu öldürür, bu onu öldürür. Fəxr edir sonrada. “Allaha çox şükür, bu gün iki yüz şiəni öldürdük” deyir. Digərləri də; “Allaha çox şükür biz bu gün üç yüz sünnini öldürdük. Havadan bombaladıq” deyir. Qatı dinçi İslam anlayışı özü ilə məhz bu fəlakəti gətirdi.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

İslam dinini bütün dünyada, haşa, bəla kimi göstərən, cəhənnəm həyatı kimi göstərən qatı dinçilər ortaya çıxdı və müsəlmanları məhv etdilər. Əfqanistanda müsəlmanları boğdurdular, İraqda, Suriyada, Liviyada boğdurdular. Dünyanın hər yerində əzdirdilər.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

Qatı dinçilər başlarını, daim Peyğəmbərimiz (s.ə.v)-in evlilik həyatı, qadınlara olan sevgisiylə məşğul etmişdirlər. Həm bu mövzuyla əlaqəli ayələri heç söyləmək istəməz, həm də bu barədə danışmaq belə istəməzlər. Gizlətmək istəyirlər. Məsələn, cənnətdə xanımlar olduğunu da söyləmək istəmirlər.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

Quranda tələb olunan şeylər çox azdır. Namaz çox qısa şəkildə izah olunmuşdur, oruc qısa şəkildə izah olunmuşdur, zəkat qısa şəkildə izah olunmuşdur. Mərhəmətli olun, şəfqətli olun, yalan danışmayın, dürüst olun. Yaxşı niyyətli olun, bir-birinizi sevin. Allahı çox sevin. Bir-birinizə kömək edin, mal-dövlət yığma hərisliyiniz olmasın; mal-dövlət Allahındır. Çox qısadır. Bunlardan başqa həmişə kafirlərin törətdikləri pis əməllər, küfr əhlinin, azğınların, dəlalət əhlinin ədəbsizlikləri və bunlara verilən cavablar vardır.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

Allah böyüklüyünün dilə gətirilməsindən məmnun olur. Allahın ona ehtiyacı yoxdur, amma Allah sevilməsini istəyər.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

İnsan: “Mənim malımdır, mənim mülkümdür” deyir. Sənin malın, mülkün yoxdur, hamısı Allahındır. Sən Allahın mülkünü qorumağa gəlmisən.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

Diqqətsizlik qəribə şəkildə geniş yayılmış bir bəladır. Buna görə də, Allah diqqətli olmağı fərz buyurmuşdur. Allah: “Diqqətli olun” deyir, diqqətli olmağı əmr edir.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

İnsan Peyğəmbər (s.ə.v)-ə qarşı ədəbsizlik edir, Allah bəlasını verir. Dinlə mübarizə aparır, Allah bəlasını verir. İslamla mübarizə aparır, Allah bəlasını verir. Mücahid, Allaha xidmət edən bir insanla mübarizə aparmağa çalışır, Allah bəlasını verir. Baxsanız, araşdırsanız görərsiniz. Gördüyünüz kimi, hansı övliya, hansı Allah yolunda mübarizə aparan biriylə mübarizə edən biri olmuşdusa, Allah onun bəlasını vermişdir.
A9 TV; 14 may 2015
avatar

Adnan Oktar

İran, Türkiyənin tezliklə dost olmalı ölkədir. Nə gözəl ki, müsəlmandırlar, nə gözəl ki, təqvalıdırlar. Nə gözəl ki, hərbi qüvvələri regionun ən güclü ordularından biridir. Nə gözəl ki, güclü dövlət quruluşu var.
A9 TV; 12 may 2015
avatar

Adnan Oktar

Prezident idarəetmə sistemi demək; Türkiyənin öz əliylə özünü bölməsi deməkdir. Allah qorusun.
A9 TV; 12 may 2015
avatar

Adnan Oktar

Firavan yaşadıqlarında Allaha qarşı böyük qrup halında, demək olar ki, dünya səviyyəsində birləşib üsyan qaldırırlar. Aclıq dərdi çəkdiklərində isə Allaha inanılmaz şəkildə dua edib yalvarırlar. Belə aclıq dərdi çəkmək nəyə lazımdır? Belə eləmə, ağıllı ol, Allaha tövbə et. Allaha həmd et. “Ey Rəbbim, Sən böyüksən” de, “Səni çox sevirəm” de, sənə bol-bol nemət versin. Niyə başına bəla axtarırsan? Niyə azğınlaşıb qudurursan? Niyə özünü alçaldırsan?
A9 TV; 10 may 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allah böyüklüyünün dilə gətirilməsindən məmnun olur. Allahın ona ehtiyacı yoxdur,   amma Allah sevilməsini istəyər. Sitatlar
Sevgini Allaha yönəltməlisən. Sevgini birbaşa uşağa yönəldir. "Ey Rəbbim necə də   gözəl yaratmısan" demir. "Necə də gözəl təcəlli edirsən" demir. Belə olduqda da, Allah   bəla verir. Min cür əzab verir. Allah, ya onun uşağını əlindən alır, ya özünə bir xəstəlik   verir, ya qəlbinə bir sıxıntı verir, ya da bütün bərəkətini qaçırır. "Ey Rəbbim Sənə həmd   olsun" de, "necə də gözəl yaratdın" de. "Sənin təcəllindir" de. Sitatlar
Allah bizim imani həssaslığımızı yoxlayır. İnsanlar, hz. Adəm (ə.s)-dan başlamış   qiyamətə qədər heç səhvə yol verilmədən mükəmməl imtahan olunacaqlar. Heç kimə   ağlının ixtiyarını alacaq bir imtiyaz verilməmişdir. Sitatlar
Allah "Dünya oyun və əyləncə yeri deyildir" deyir. "Oyun və əyləncə yeri cənnətdir.   Dünya imtahan yeridir" deyir. Bunun üçün Allah: “Başınızı dünya həyatı ilə məşğul   etsəniz, burada ilişib qalarsınız” deyir. Amma axirəti, Mənim rizamı qazanmağı   qarşınıza məqsəd qoysanız, sizi əbədiyyən xoşbəxt edərəm, əylənərsiniz, gülərsiniz   deyir. Bunu deyim ki, başını dünya həyatıyla məşğul edən kimsə, ancaq sürünər. Ancaq   çırpınar. Başqa bir şey olmaz. Sitatlar
İncilin gözəl tərəfi, sevgidən çox bəhs edilməsidir. Məhəbbətdən, dostluqdan, əfv   etməkdən, qardaşlıqdan çox bəhs edilir. Bu cəhətinə görə çox hüzur vericidir. Çox ürək   açandır. Sitatlar
Biliyin sahibi Allahdır. Allah bizə biliyi istədiyi qədər verir. Sevginin sahibi də Allahdır.   Allahın istədiyi qədər sevilərik. Təcəllinin sahibi də Allahdır. Biz bir insanı sevdiyimizdə   Allahın təcəllisini sevərik. Sitatlar
Bir qadınla bir kişinin yaxınlaşması üçün müəyyən şərtlər vardır. Birincisi, qadın həmin   kişini çox sevməlidir, ona hörmət etməli, dəyər verməli, güvənməlidir. Halalı kimi   görməlidir, qəlbində ona qarşı istək olmalıdır. Ancaq o zaman Allah bir məmnuniyyət   duyğusu verər. Yoxsa it kimi bir qadının ətinə, sümüyünə hücum etmək çox alçaq bir   hərəkətdir. Sitatlar
Bir qadın sevmədiyi halda, tələbi olmadığı halda, qəlbində bir məhəbbət bəsləmədiyi   halda, onu cinsi əlaqəyə girməyə məcbur etmək bilavasitə şəxsiyyətsizlik, əxlaqsızlıq və   alçaqlıqdır. Sitatlar
Sevgi, gözəllik, incəsənət həyatın məqsədidir. Bunlar yoxdursa, sən niyə körpü inşa  edirsən, niyə quruda və dənizdə çayların, kanalların altından keçən tunel inşa edirsən?   Bunların hamısı boş şey olar. Sevginin olması üçün, sevgini bəsləyən, incəsənət və   estetikaya da çox əhəmiyyət verilməlidir. Sitatlar
Sevgi təhsili verilməlidir. Sevgi dünyanın əsas həyat mənbəyidir. Sevgi yoxdursa, həyat  da yoxdur. Sitatlar
Mömin Allaha ölümünə bağlanmalıdır. Şəhid olmağı da qəbul etməlidir, qazi olmağı da   qəbul etməlidir, həbsxananı da qəbul etməlidir, dəlixananı da qəbul etməlidir. Başına   gəldikdə həmd etməli, şükür etməlidir. O zaman Allah onun yolunu tamamilə açar. Sitatlar
Bir insan nə qədər sevimli olsa belə, Allah sevdirmədikdən sonra sevilməz. İnsanı   sevimli edən də, sevdirən də Allahdır. Sitatlar
Mömin iman sahibi olmaqla yaraşıqlı olur, imtahana çəkilməklə gözəl olur. İmtahan   mühiti aradan qalxsa mömin məhv olar, Allah qorusun. Yəni heç bir çətinliklə   qarşılaşmırsa, deməli, heç bir savab da qazanmır. Biz imtahan olunmağa gəldik. Allah   da bunun üçün: "Yoxsa siz elə güman edirsiniz ki, sizdən əvvəlkilərin başına gələnlər   sizin başınıza gəlmədən, birbaşa Cənnətə daxil olacaqsınız?" deyir. Sitatlar
Dindən uzaq olduqda, İslamdan uzaq olduqda, Allahdan qorxmadıqda, Allahı   sevmədikdə həyat kabus olur. Allahdan tək sözlə belə bəhs etmirlər. Bir dəfə "Allah" de.   Dilin mi qopar, bir "Allah" de, bir şey olmaz. Demirlər. İnanılmaz bir narahatlıq,   inanılmaz bir gərginlik var. Qətiyyən sevgi yoxdur. Sevgi deyə bir şey yoxdur, bitmişdir   sevgi. Hörmət də yoxdur, hörmət də qalmamışdır. Sitatlar
Din olduqca asan və sadədir. Sevgi, mərhəmət, dostluq, qardaşlıq, bağışlayıcılıq,   altruizm, fədakarlıq, igidlik, cavanlıq. Comərdlik necə də gözəldir. Məsələn, sevdiyin bir   insanın malı, mülkü olmur. Comərd davranırsan, xoşbəxt olur, sevinir. Bu sənə də xoş   gəlir. Sitatlar
Materialistlər; "madam ki, Allah var, dünyanı bir anda cənnətə çevirsin. Niyə bu əzablar,   sıxıntılar var?" deyir. Ağıla bax, məgər sən buraya imtahan olunmaq üçün gəlmədin?   Əylənməyə gəlmədiyinə görə, imtahan olunmağa gəldiyinə görə, əlbəttə ki, əzablar,   sıxıntılar olacaq. Çətinliklər olacaq. Çətinlik yaşamadan, sən necə imtahan   olunacaqsan? Sitatlar
Allah ayədə hz. Musa (ə.s) barədə: "Onu mühüm sınaqlardan keçirtdik" (Taha surəsi,   40) deyir. İmtahandan keçirtdik. Ondan sonra ulul əzm peyğəmbər olur. Normal   hadisələr yaşasaydı, o zaman hər hansı bir insan olardı. Amma qeyri-adi imtahan   edildiyi üçün inanılmaz bir insan olur. Sitatlar
Allah sevgidir. Allah Təala qullarını sevər, qullarının da Özünü sevməsini istəyər. Sitatlar
Allah çox əhatəli şəkildə imtahan edir. Ancaq imtahan olmur. Ciddi bir imtahan var, ciddi   bir təhsil var. Sırf imtahan deyil, sadəcə adı imtahandır, əslində təhsildir. Sitatlar
Bir hadisə olur, səbir edirik. Amma səbrimizi yavaş-yavaş daha da gücləndiririk, daha da   artırırıq. Bu nədir? Təhsildir. Nə üçün verilən təhsildir? Cənnət üçün verilən təhsildir.   Allah bir sıra möminləri seçir, onlara burada təhsil verir. Birbaşa gedildiyi təqdirdə hz.   Adəm (ə.s)-ın qarşılaşdığı ilk vəziyyət meydana gəlir. Alınmır yəni. Təhsil verildikdə ağıl   yerinə gəlir. Şəxsiyyət yerinə gəlir, nemətin qiyməti bilinir. Sitatlar
Allah gözəl bir imtahanla imtahan edir. Əslində, eyni zamanda gözəl təhsil də verir.   Sonunda yetkin, nəzakətli, cənnət əxlaqına uyğun bir xarakter meydana gəlir. Sitatlar
Möminlərin imtahanı həqiqətən çətindir. Yəni asan imtahan, müsəlman üçün   alçaldıcıdır, həqiqətən onun üçün çox acı bir vəziyyət vardır, bir qəribəlik vardır.   İmtahanı nə qədər çətindirsə o qədər məqbuldur. Sitatlar
Allah imtahanın tələbi olaraq şeytana imkan verir. Bu vəsiləsiylə də insanlar mükəmməl imtahana çəkilmiş olur. İnsanın nəfsi, şeytanla mübarizə apararaq yetkinləşir, kamilləşir. Sitatlar
İnsanlar müsibətin pis hadisə olduğunu düşünərlər. Müsibət “isabət edən” deməkdir.   Allah Qatından isabət edən. Məsələn, bəzən zənginlik isabət edər, gözəllik, sağlamlıq,   səhhət isabət edər. Bəzən də bəla və xəstəlik isabət edər. Hər ikisini də Allah edər. Heç   biri təsadüfən baş verməz. Sitatlar
Qadın üstün varlıqdır, gözəl varlıqdır. Allah qadın və kişini bərabər yaratmışdır, amma   qadın mötəbər varlıqdır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur