logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 4 dekabr 2016

avatar

Adnan Oktar

Dünya həyatına dalmış olanlar əyləndiklərini zənn edirlər, lakin həqiqi xoşbəxtliyi və əyləncəni bilmirlər. Dinlədikləri musiqi dəyişməz ritmdən ibarət olur, saatlarla ayaqüstü dayanıb yüngülcə sallanırlar, sonra buna əyləncə deyirlər. Bu əyləncə deyil.
A9 TV; 4 dekabr 2016
2069
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) İslamı təbliğ edir, onu dinləməyə gələn bəziləri isə mənim üçün dua et ki, ticarətim artsın deyirdi, İslama xidmət etməyi düşünmürdü.
A9 TV; 4 dekabr 2016
avatar

Adnan Oktar

Mehdiyyətin əsas xüsusiyyəti ödəniş istəməməsidir. Dini təbliğ etmək əvəzində ödəniş istənilməz.
A9 TV; 4 dekabr 2016
avatar

Adnan Oktar

Mömin Allahdan, dindən, Qurandan bəhs edər. İman qəlbinə yerləşməmiş insanlar isə təkcə mənfəətinin nə olduğunu düşünər.
A9 TV; 4 dekabr 2016
avatar

Adnan Oktar

Küfr əhli Allahdan və axirətdən xəbərsizdir. Təkcə sürünər və özündən iyrənər. Bu vəziyyətə də həll yolu tapa bilməz.
A9 TV; 4 dekabr 2016
avatar

Adnan Oktar

Küfr əhlinin ağlının necə qapalı olduğu və yaşadıqları həyatın necə bir kabus olduğu Quranda çox hikmətlə izah edilmişdir. (Nur surəsi, 40: Ya da (inkar edənlərin əməlləri) əngin dənizdəki qaranlığa bənzəyər; onun üstünü bir dalğa bürüyər, onun üstündə bir dalğa, onun da üstündə bir bulud vardır. Bir qismi bir qismi üzərində olan qaranlıqlar; əlini çıxartdıqda onu belə az qala görə bilməyəcək. Allah kimə nur verməyibsə, artıq onun üçün nur yoxdur.)
A9 TV; 4 dekabr 2016
avatar

Adnan Oktar

Mömin küfr əhlini uzaqdan bir elm adamı kimi təhlil edər. Küfr əhlini ən qəzəbləndirən şeylərdən biri üzlərindəki qaraltıdır, özlərindən nifrət edərlər.
A9 TV; 4 dekabr 2016
avatar

Adnan Oktar

Kaftarlar necə sürünərək yaşayırsa, zalım və qəddarlar da sürünərək yaşayarlar. Sürünməyin adını nəzakətli etmiş və həyat mübarizəsi demişlər.
A9 TV; 4 dekabr 2016
avatar

Adnan Oktar

Küfr əhlinin çox olması müsəlmanları təəccübləndirməməlidir. Meşədə gəzən insan da çox sayda heyvanla qarşılaşar, lakin meşənin hakimi şirdir.
A9 TV; 4 dekabr 2016
avatar

Adnan Oktar

Dünyaya könlünü bağlamış, Allahı unutmuş insanlar üçün Allah dünyanı fəlakətə döndərər. Tipləri də bərbad hala gələr, bu fəlakət içində qıvranarlar.
A9 TV; 4 dekabr 2016
avatar

Adnan Oktar

Allah Özündən uzaq olanların ruhlarını, üzlərini qaraldar. Bu qaraltıdan heç cür xilas ola bilməzlər.
A9 TV; 4 dekabr 2016
avatar

Adnan Oktar

Möminlər həmişə müvəffəqiyyət qazanar. Münafiqin kini və nifrəti isə təkcə özünü yandırar. Dili ilə zərər vermək istəyər, lakin o dil özünü yandırar.
A9 TV; 4 dekabr 2016
avatar

Adnan Oktar

Küfr əhlinin və ya münafiqlərin sayca çox olması əhəmiyyətli deyil. Allah həmişə az sayda möminə zəfər və müvəffəqiyyət vermişdir.
A9 TV; 4 dekabr 2016
avatar

Adnan Oktar

Beyinə çatan çox zəif amperli elektriki insan danışma, musiqi, səs kimi eşidir. Səs beyində bilavasitə Allah tərəfindən dinlətdirilir.
A9 TV; 4 dekabr 2016
avatar

Adnan Oktar

Münafiqlik məsələsi İslam əxlaqı hakim olana qədər gündəmdə saxlayacağımız məsələdir, çünki münafiqlik İslam aləminin üzərindəki ən böyük bəladır.
A9 TV; 3 dekabr 2016
avatar

Adnan Oktar

Münafiqlik çox böyük dəlilik formasıdır. Münafiqin ruhu sanki qatran olmuşdur. Bu ruh halını normal müsəlmanın anlaması qeyri-mümkündür.
A9 TV; 3 dekabr 2016
avatar

Adnan Oktar

Allahın Hayy adı hz. İsada çox təcəlli edər. Palçıqdan quşa bənzər bir şey düzəldir Allahın istəyi ilə canlı quşa çevrilir.
A9 TV; 3 dekabr 2016
avatar

Adnan Oktar

Bir dəfə yaranan şey sonsuza qədər yox olmaz. Deyilən sözlər, mimika və hər şey Allahın hafizəsində sonsuza qədər qalar.
A9 TV; 3 dekabr 2016
avatar

Adnan Oktar

İnsanları dürüstlüyə dəvət etmək lazımdır. Çünki münafiq İslam aləmi üçün böyük təhlükədir. Hal-hazırda İslam aləmində tökülən qandan münafiqlər məsuldur.
A9 TV; 3 dekabr 2016
avatar

Adnan Oktar

Ateist olana təzyiq göstərmək çox yanlışdır. Açıqca, dürüst şəkildə inana bilmədiyini söyləyir. Təzyiq olduqda insanlar münafiqliyə üz tutar Allah qorusun.
A9 TV; 3 dekabr 2016
avatar

Adnan Oktar

Münafiq ən yüksək xüsusiyyətdə mənfi qüvvə olduğu üçün münafiqlə elmi mübarizə aparmaq möminin savabını ən yüksək nöqtəyə çıxarar.
A9 TV; 3 dekabr 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Dünyaya könlünü bağlamış, Allahı unutmuş insanlar üçün Allah dünyanı fəlakətə döndərər. Tipləri də bərbad hala gələr, bu fəlakət içində qıvranarlar. Sitatlar
Dünyanın bağlanılacaq heç bir tərəfi yoxdur. Lakin münafiqlər dünyaya dəlicəsinə bağlıdır. Münafiqin dünyaya bağlılığı küfr əhlindən daha çoxdur. Sitatlar
Musiqini, rəqsi, əyləncəni, sevinci, gözəlliyi yaradan Allahdır. Sitatlar
Əyləncə, musiqi, rəqs bəzilərinə görə müsəlmanlara qadağan edilməli olan nemətlər kimi göstərildi. Bütün dünya nemətləri müsəlmanlarındır. Müsəlmanlara öz aləmlərində hər şeyin pisinə layiq gördülər, yeməklərin, paltarların ən pisi müsəlmanların olsun istədilər, bu oyunu puç etdik. "Müsəlman musiqi dinləməz, rəsm çəkməz, qəzet oxumaz", "müsəlman qadınlar dekolte geyinə bilməz, gülə bilməz" dedilər, bunu da dəyişdirdik. Sitatlar
İslam müasirlikdir, keyfiyyətdir, sevgidir. Müsəlman baxımlıdır, istədiyi kimi gülər, əylənər, dolu-dolu yaşayar. Əksini söyləyən səhv bilir. Sitatlar
Dünya cənnət ilə cəhənnəm arasında bir yerdir. Allah möminləri cənnət əlamətlərinin üstün olduğu bir dünyada yaşadır, bu çox böyük nemətdir. Sitatlar
Dünyada imtahan üçün verilən müddət insanın vicdanını, şəxsiyyətini təkmilləşdirməsi və göstərməsi üçün çox yetərlidir. Sitatlar
Dünyada çətinlik var. Çünki eşq və sevgi çətinlik içində yaranır. Eşq və sevgi olmadıqda isə heç nəyin mənası olmur. Dərin sevginin və dərin ehtirasın olması üçün acılar, çətinliklər və əziyyət olmalıdır. İnsan başqa cür dərinlik qazana bilmir. Sitatlar
Anadolunu tanıdan tədbirlərdə xalqı pis göstərəcək bir üslub işlədilməsi çox çirkin olar. Anadolu insanına layiq olduğu hörmət göstərilməlidir. Cəmiyyəti adi, bəsit, keyfiyyətsiz əyləncələrə təşviq etmək doğru deyil. Xalq həmişə keyfiyyətli, gözəl şeylərə təşviq edilməlidir. Sitatlar
İslamı içinə qapalı, ölü, əzab dolu sistem kimi göstərdikləri üçün insanlar İslamdan qaçır. Dəccaliyyətin bu oyununu biz pozduq. Sevgi, əyləncə, gözəllik, dostluq ən gözəl halı ilə İslamda yaşanar. Sitatlar
Mövhumatçıların incəsənətdən, keyfiyyətdən, əyləncədən, gözəllikdən uzaq yaşamaları, fərqində olmasalar da müsəlmanların əzilməsinə səbəb olur. Sitatlar
Allah axirətdə insanlardan; “dünyada nə qədər qaldınız?” deyə soruşduqda; “bir gün və ya daha az hissəsi qədər qaldıq” deyəcəklər. Sitatlar
Özləri dekolteli qadınlarla əylənən, rəqs edən kəslərin digər insanları “niyə əylənirsiniz, niyə dekolte var” deyə tənqid etmələri səmimiyyətsizlikdir. Səmimi şəkildə dekolteyə, rəqsə, əyləncəyə qarşıdırsa, özlərinin də bundan uzaq olmaları lazımdır. Özləri yaşayıb başqasını tənqid etmələri qəribədir. Sitatlar
İnsanların bir çoxu dünya dolanışığı hayındadır. Mənim dostlarımın gecəsi də, gündüzü də Allah rizası üçün cəhd etməkdir. Sitatlar
Türkiyədə cəmiyyəti Suriya, İraq kimi keyfiyyətdən, əyləncədən, incəsənətdən uzaq bir quruluşa çəkmək istəyənlər var. Bunlar təkcə canlı qalmağı əsas götürür, bir növ orqanizm kimi yaşamaq istəyirlər. Allahın bizdən istədiyi həyat bu deyil. Sevgi, coşğu, gözəllik, keyfiyyət, sevinc əsas şərtdir. Sitatlar
Mövhumatçılıq ucbatından insanlar İslamı yaşadıqda həyatın bütün sevincini və gözəlliklərini itirəcəklərini zənn edirlər. Halbuki Quran İslamı yaşandığı zaman dünyanın bütün gözəllikləri insanın həyatında olar. İnsanlar həqiqi sevinc və xoşbəxtliyi tapar. Sitatlar
Dünya müvəqqətidir, imtahanı çətindir. Şəhidlərimiz isə necə də gözəl məqama qovuşurlar, onların məqamına qibtə edirik. Sitatlar
Xoşbəxtliyin təkcə içki və s. ilə olacağına o qədər səhv alışıblar ki, iman gətirənlərin sevincini və xoşbəxtliyini başa düşə bilmirlər. Sitatlar
Quranda bildirilən möhkəm iqtidar; demokratiyanın, azadlığın, zənginliyin, ədalətin mükəmməl olduğu, sülhün və xoşbəxtliyin olduğu iqtidardır. Sitatlar
"Xoşbəxt olmağın yolları" adlı saysız-hesabsız kitablar yazılır, insanlara bir çox mənasız öyüdlər verilir. Halbuki xoşbəxtlik yalnız imanla yaranan nemətdir. Sitatlar
Bir insan yalnız Allahın rizasını istəsə, bəzi şeylərdən məhrum qaldığını düşünsə belə dünyanın ən xoşbəxt, sevgini ən gözəl yaşayan insanı olar. Sitatlar
Xoşbəxtlik pulla olmaz. İnsan sarayda yaşayar, lakin xoşbəxt ola bilməz. Xoşbəxtlik imanla, Allah sevgisi və Allah qorxusu ilə olar. Sitatlar
Küçələrdə demək olar ki, xoşbəxt insan yoxdur. İnsan bəyənilməkdən, sevilməkdən çox zövq alar, lakin bəzi kəslər bəyənilmə istəklərini itirmişdir, sevənləri də yoxdur. Bəyənilmək istəyini əxlaqi deyilmiş kimi göstərirlər. Təmiz, baxımlı olmağı cinayət halına gətirdikləri üçün baxımsız, zövqsüz gəzirlər. Sitatlar
İnsan sevildikdə, hörmət gördükdə xoşbəxt olar. Sevgini yaşamadıqdan sonra hara getsə də, harada olsa da bədbəxt yaşayar. Sitatlar
Xərçəng xəstələrinin müalicəsindən ödəniş alınmamasının lazım olduğunu illər əvvəl söyləmişdik. Tətbiq edilməsi çox gözəl oldu. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur