logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 29 oktyabr 2017

avatar

Adnan Oktar

Dünya miqyasında darvinist diktatorluq var. Təkamül nəzəriyyəsini qəbul etməyən akademikləri vəzifədən uzaqlaşdırırlar. Vikipedia da təkamülü müdafiə etməyən elm adamlarının düşüncələrinə yer vermir. Vikipedianın bu tərəfkeş yayımlarına bəzilərinin etibar etməsi də çox təəccüblüdür. Vikipedianın yayımlarına qarşı dürüst, azad, düzgün bilgi çatdıran beynəlxalq sayt yaradılması gözəl olar.
A9 TV; 29 oktyabr 2017
2501
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ağıllı və dürüst insanlar dünya hakimi olacaqlar, onların hakimliyində bütün insanlar hüzur və əmin-amanlıq içində yaşayacaqlar. Hər kəsin eyni fikirdə olması şərt deyil. Əhəmiyyətli olan müxtəlif inanc və düşüncəyə hörmət göstərmək, anlayışla yanaşmaqdır. Sitatlar
Allah insanı acizlik içində yaratmışdır. İmtahanın tələbi olaraq həyat asanlıqla Özünə çatılacağı kimi olmaz. Necə ki, maneəli qaçış yarışında cürbəcür maneələr vardırsa, insanın Allaha çatmasında da bənzər çətinliklər var. Dünyadakı bu yarışın çətin olması şərtdir. Asan olduqda dünyada təhsil almağımıza ehtiyac yoxdur. Çətin olması üçün də zehin dağınıqlığı, bədən yorğunluğu, insanların tərs danışıqları lazımdır, küfr əhlinin, münafiqlərin hücumu lazımdır, zəif insanların ümidsiz danışıqları lazımdır. Həmçinin Allah başqa pərdələr də yaradar. Məsələn, Axırzamana xüsusi olaraq dinsiz fəlsəfə minlərlə qoldan möminə hücum edir. Cürbəcür dinsizlik və dini pozacaq dini dəyişdirmə cərəyanları var. Mömin məhz bütün bunların arasından keçərək Allaha yaxınlaşır. Sitatlar
Allah kainatın hər yerində ritm yaratmış, insanı da ritmdən zövq alacaq şəkildə yaratmışdır. Atomlardan planetlərə qədər hər yerdə ritm var. Ahəng, ritm, qızıl nisbət ruhumuza çox zövq verər. Bunlar Allahın gizli nemətləridir. Sitatlar
Allah qadının üzərində təzyiq edilməsinə icazə verməz, nə edəcəyini qadının öz vicdanına buraxmışdır. Qadın bir insanı xoşagəlməz hesab edirsə əl uzadıb görüşməz. Məqbul hesab edirsə əl uzadıb görüşər. Qadını, potensial cinayətkar ünsürü və ağlı zəif hesab edərək ona nəyisə zorla qəbul etdirmək, üzərində təzyiq yaratmaq düzgün deyil. Sitatlar
Allah sevgisini çətin əldə edilən bir şey kimi göstərmək olmaz. Allaha qarşı çox dürüst olmalısan, çox dürüst sevməlisən, özünü səmimi surətdə Ona təslim etməlisən. O zaman Allah səni sevər və çox sevilən insan edər. Sitatlar
Allahın rizasının ən çoxunu qazanmaq üçün Allahın hər an vicdanımıza vəhy etdiyi bilginin nə olduğuna baxmaq lazımdır. Məsələn, biz axşam veriliş yayımlamaq əvəzinə yemək dəvətinə gedə bilərik. Orada da müsəlmanlar söhbət edəcək, Allah rizası var deyə bilərik. Lakin burada milyonlarla insana müraciət etmək imkanı var. Gəlib veriliş yayımlamaq Allahın rizasının ən çoxu olur. Bu yolla anbaan Allahın vəhy etdiyi doğrunu izləyərək Allahın rizasının ən çoxunu anlayarıq. Sitatlar
Bəziləri bizi öz qorxunc dünyalarına çəkmək istəyirlər. İnsanları dəhşət verici dünyalarına çağırmasınlar. Onların dünyasında bərəkət yoxdur, nəzakət yoxdur, mədəniyyət yoxdur, elm yoxdur, incəsənət yoxdur, gözəllik yoxdur. Türkiyə belə dəhşət verici dünyaya daxil olmayacaq. Sizin sevgisizliyiniz sizin incəsənət əleyhinə olmağınız, sizin gözəllik əleyhinə olmağınız Türkiyədə heç vaxt hakim olmayacaq. Sitatlar
Binali Yıldırım dürüst və alicənab insandır. Yaxşı niyyətli vətənsevərdir. Allah nuru ilə, hidayəti ilə əhatə etsin, cənnətlə mükafatlandırsın inşaAllah. Sitatlar
Bir tərəfdə sevgini dərindən yaşayan və böyük həzz alan möminlər, digər tərəfdə isə heç cür sevgini öyrənə bilməyən məxluqlar var. Sevgini öyrənən gözəl yaşayır, sevgini öyrənə bilməyən isə əzab içində hər gün daha da çirklənərək yaşayır. Bunların üzü çirkin, danışığı pis, səsi pis olur. Yenə də bunların dəyişməsi üçün səbirlə izah etməkdə fayda var. Sitatlar
Darvinizm qadınları, təkamülünü tamamlamamış heyvan kimi görür. Darvin qadın barədə, evdəki itdən daha yaxşıdır deyir. Ənənəçi ortodoks İslamda da qadını yarım insan görən anlayış var. Qadınların əleyhinə yüzlərlə hökm var. Buna görə də, bir çox insan qadın düşmənçiliyi ilə yetişir. Qadınlar keyfiyyətli, mübarək, nəcib varlıqdırlar. Sitatlar
Dürüst insanın üzündə həlim ifadə olar. Qurana, İslama qarşı diqqətcildir. Sabit, tutarlı olduğu üçün etibarlıdır. Halbuki münafiqlərə qarşı çox diqqətli və təmkinli olmaq lazımdır. Münafiq səmimiyyətsizdir, fırıldaqçı xarakterlidir. Sitatlar
Dürüst, təmiz, vicdanlı, ağıllı insan çoxdur. Lakin aralarında əlaqə yoxdur. Təmiz və vicdanlı olanları bir yerə gətirməsi üçün Allaha dua etmək lazımdır. Dostluğun, bacı-qardaşlığın, sevginin, sülhün hakim olmasını istəyən hər kəs mehdiyyət aşiqidir. Sitatlar
Elm, dinin gözəlliyini təfsilatlı edən nemətdir. Elm, dinin bütün gözəlliyini, ehişamını, faydasını, hikmət cəhətini ortaya çıxardan sistemdir. Elm, Allahın sənətini anlatma sənətidir. Sitatlar
Həqiqi sevgi çətindir. Dərviş olub sevgini axtarmaq lazımdır. Süni sevgilər bəzi gənclərin tənhalığı seçməsinə səbəb olur, lakin tənhalığı seçməmək lazımdır. Allahı sevib, səni sevəni tapmağa əzm göstərmək lazımdır. Tənhalığı istəmək düzgün olmaz. Səbirli olsan, özünü Allaha təslim etsən, Allah mütləq səni səmimi-qəlbdən sevəcək qullar yaradar. Sitatlar
Heyvanlara əziyyət verənlərin mütləq xalqa tanıdılması lazımdır. Ağzı dili olmayan heyvana əziyyət verəcək dərəcədə psixopat olan birinin cəmiyyət içində tanınmadan gəzməsi düzgün olmaz. İnsanların həmin insanı tanıması lazımdır. Sitatlar
İnsanın meymunla ortaq əcdaddan gəldiyinə dair bircə fosil belə yoxdur. Bu iddianın əsassız olduğunu elm göstərdi. Sitatlar
Münafiq Peyğəmbərin yanından ayrılarkən haşa Peyğəmbərin fitnəsindən uzaqlaşdığını söyləyər. Peyğəmbərin yanından ayrılarkən cəhənnəmin dibinə gedir, lakin dərk etmir. (Tövbə surəsi, 49: Onların bir hissəsi: "Mənə icazə ver və məni fitnəyə salma" deyər. Xəbərin olsun, onlar fitnənin (düz) içinə düşüblər. Şübhəsiz ki, cəhənnəm, o inkar edənləri mütləq hər tərəfdən əhatə edəcək.) Sitatlar
Müsəlmana qarşı məhvedici üslub işlətmək düzgün rəftar deyil. İslamdan bəhs edərkən, dini sevdirərkən həmişə müsbət, təşviq edici olmaq lazımdır. Sitatlar
Tayyib hocam dəliqanlı şəkildə, müsəlmana yaraşan şəkildə, Allahdan qorxan insanın üslubu ilə danışır. Hər çıxışında İngiltərə dərin dövlətinə elm zərbə endirir. Sitatlar
Təkamül nəzəriyyəsinin bircə elmi dəlili belə yoxdur. Elmi dəlil olmadığı halda bütün məktəblərdə; "uşaqlar sizi Allah yaratmadı, siz təsadüflərin məhsulusunuz" deyilir. Təsadüf bütünə inanan qədim bütpərəst inancını gənclərə elm kimi izah etmək doğru deyil. Darvinizm izah edilsin, lakin bütpərəst inancı kimi izah edilsin. Sanki elm kimi xalqa yalan deyilməsin. Açıqca Allah yoxdur demək, gənclərə bunu öyrətmək uğursuzluq gətirər. Sitatlar
Aselsan, Roketsan kimi qurumlara gənclərin daha çox dəstək verməsi əhəmiyyətlidir. Kimsənin əldə edə bilməyəcəyi texnologiyaya, kimsənin əldə edə bilməyəcəyi müdafiə sistemlərini quraq. Gənclər elm və texnologiyaya ağırlıq versinlər. Bu sahədəki imkanları çox genişlədək. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur