logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 11 oktyabr 2017

avatar

Adnan Oktar

Müsəlmana qarşı məhvedici üslub işlətmək düzgün rəftar deyil. İslamdan bəhs edərkən, dini sevdirərkən həmişə müsbət, təşviq edici olmaq lazımdır.
A9 TV; 11 oktyabr 2017
1955
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir. Sitatlar
Allah dinə lağ edilməsini haram buyurmuşdur. Bəzi ənənəçi hocalar isə dini mövzularda zarafatlar edərək xalqı öz aləmlərində əyləndirməyə çalışırlar. Allah dinə lağ edildiyini eşitdiyiniz zaman o mühitdə olmayın deyə buyurur. Dini məsələlərdə zarafat olmaz. Sitatlar
Allah qadının üzərində təzyiq edilməsinə icazə verməz, nə edəcəyini qadının öz vicdanına buraxmışdır. Qadın bir insanı xoşagəlməz hesab edirsə əl uzadıb görüşməz. Məqbul hesab edirsə əl uzadıb görüşər. Qadını, potensial cinayətkar ünsürü və ağlı zəif hesab edərək ona nəyisə zorla qəbul etdirmək, üzərində təzyiq yaratmaq düzgün deyil. Sitatlar
Din deyildiyi zaman insanların bir hissəsinin ağlına hacı dayılar və məscid gəlir. Din elə anlayış deyil. Din, dünyanı yaradan üstün ağlın ən keyfiyyətli, ən dürüst, ən mükəmməl insan olmağımız üçün bizə göstərdiyi üsuldur. İnsan təkcə dini yaşadığı zaman ruhən və fiziki cəhətdən ağıllı və sağlam olar. Sitatlar
Din hər şeylə iç-içədir. Dinin olduğu yerdə musiqi, incəsənət, rəqs, əyləncə, toy, elm olmaz deyənlər Qurana uyğun danışmırlar. Din ilə həyatı ayırmaq demək, dini və dindarları gettolara salmaq üçün dəccaliyyətin tətbiq etdiyi taktikadır. Din hər yerdə olmalıdır. Musiqi vardırsa Allah zikr edilməz deyirlər. Allah hər yerdə zikr edilər. Musiqini də, rəqsi də, əyləncəni də yaradan Allahdır. Sitatlar
Din üçün insanları məhv etmək zülmdür. Allahın zorakılıq əmri yoxdur. Dində məcburiyyət yoxdur. Zorla dini yaşatdığın zaman o insanı mömin deyil, Allah qorusun, münafiq edərsən. Allah təkcə müdafiə haqqı vermişdir. "Əgər təcavüz vardırsa, canınızı qoruyun" deyir Allah. Qılınc gücü ilə insanları dinə yönəltməyin deyir. Din üçün döyüş aparılmaz. Din üçün qan tökülməz, din üçün qan dayandırılar. Sitatlar
Dindən danışılan mühitdə qadınlar olmaz demək çox yanlışdır. Din qadını təcrid etməz. Qadın, dinlə zidd varlıq deyil. Tam əksinə qadın mübarəkdir və dinlə iç-içə olan varlıqdır. Dinin olduğu yerdə qadın olmaz məntiqi ənənəçi sistemin təsiri ilə yaranmış yanlış məntiqdir. Həcdə necə ki, qadınlarla kişilər birlikdə ibadət edirsə, həyatın hər sahəsində də, dini mühitlərdə də qadınlar olmalıdır. Sitatlar
Dünya miqyasında darvinist diktatorluq var. Təkamül nəzəriyyəsini qəbul etməyən akademikləri vəzifədən uzaqlaşdırırlar. Vikipedia da təkamülü müdafiə etməyən elm adamlarının düşüncələrinə yer vermir. Vikipedianın bu tərəfkeş yayımlarına bəzilərinin etibar etməsi də çox təəccüblüdür. Vikipedianın yayımlarına qarşı dürüst, azad, düzgün bilgi çatdıran beynəlxalq sayt yaradılması gözəl olar. Sitatlar
Fələstinə; "İsrail ilə masaya oturmasanız maddi kömək etmərəm" demək, vicdana uyğun deyil. Fələstin xalqı bir qrup insandır, imkanları məhduddur, xarici yardımla həyatlarını davam etdirirlər. İnsanlara qarşı belə üslub işlətmək ayıbdır. İnsan özünə edilməsini istəmədiyini heç kimə etməməlidir. Heç bir ölkənin Fələstinə qarşı üslubu bu olmamalıdır. Sitatlar
Həqiqi sevgi çətindir. Dərviş olub sevgini axtarmaq lazımdır. Süni sevgilər bəzi gənclərin tənhalığı seçməsinə səbəb olur, lakin tənhalığı seçməmək lazımdır. Allahı sevib, səni sevəni tapmağa əzm göstərmək lazımdır. Tənhalığı istəmək düzgün olmaz. Səbirli olsan, özünü Allaha təslim etsən, Allah mütləq səni səmimi-qəlbdən sevəcək qullar yaradar. Sitatlar
Heyvanlara əziyyət verənlərin mütləq xalqa tanıdılması lazımdır. Ağzı dili olmayan heyvana əziyyət verəcək dərəcədə psixopat olan birinin cəmiyyət içində tanınmadan gəzməsi düzgün olmaz. İnsanların həmin insanı tanıması lazımdır. Sitatlar
İmam Hatiplilər nur kimi insandırlar. Lağlağı, lovğa üslub işlədənlərə qardaşlarımız fikir verməsinlər. Bu cür sevgisiz insanların sevdiyi heç kim olmur və öz sevgisizlikləri içində boğulurlar. Qardaşlarımız bunlarla heç vaxt ünsiyyətdə olmasınlar. Sitatlar
İnsanların televiziya proqramlarında fərqli ruh halına girmələri səmimimiyyətsizliklərini vurğulayan, utanmaları lazım olan rəftardır. İnsan hər yerdə eyni üslub, eyni səmimiyyətdə olmalıdır. Sitatlar
Mağazalarda işləyən insanlara lovğalıq etmək çox böyük əxlaqsızlıqdır. O insanlar onsuz da səhərdən-axşama qədər ayaqüstü dayanır, gələn insana yardım etmək üçün gününü keçirdir. O insana çətinlik yaratmaq, tərs üslub işlətmək çox böyük vicdansızlıq və mərhəmətsizlikdir. Sitatlar
Mərhəmətli insan yardımçı, səxavətli və bağışlayan olar. Gözəl danışar, acı sözlər deməz. Üslubu firavanlıq, həmişə rahatlıq verməyə çalışar. Təmizdir, keyfiyyətə, gözəlliyə önəm verər. Gözəllik təqdim etmək də mərhəmətdir. Sitatlar
Münafiq Peyğəmbərin yanından ayrılarkən haşa Peyğəmbərin fitnəsindən uzaqlaşdığını söyləyər. Peyğəmbərin yanından ayrılarkən cəhənnəmin dibinə gedir, lakin dərk etmir. (Tövbə surəsi, 49: Onların bir hissəsi: "Mənə icazə ver və məni fitnəyə salma" deyər. Xəbərin olsun, onlar fitnənin (düz) içinə düşüblər. Şübhəsiz ki, cəhənnəm, o inkar edənləri mütləq hər tərəfdən əhatə edəcək.) Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar
3-5-7-9 ilə İslam Birliyinin reallaşdığını görəcəyik inşaAllah. Çətin dövrlərdən keçərkən heç bir bacı-qardaşımız təlaşa qapılmasın. Çox çalışqan, şövqlü, qətiyyətli olmağımız lazımdır. Münafiqliyə, dinsizliyə, küfrə elmlə, irfanla, hüquqla, qanunla cavab verməliyik. Sitatlar
3-5-9 il içərisində İstanbul inşaAllah çox gözəlləşəcək. Hal-hazırda hara baxsaq beton yığınları və sıxıntı verən struktur görürük. İstanbulun görünüşü tamamilə dəyişəcək və hər yer ürəkaçan olacaq. Sitatlar
3-5 ilə qədər dünyada çox böyük hadisələr olacaq. Türkiyə aparıcı ölkə olacaq. Tayyib hocam Allahın icazəsi ilə daha uzun illər vəzifədə qalacaq. Sitatlar
5 duyğunun ruhdakı şərhinə maddə deyirik. Hər şey metafizikdir. Sitatlar
700 milyon fosil var, biri belə təkamülə dəlil deyil. 700 milyon fosilin hamısı bütün canlıları Allahın yaratdığını göstərir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur