logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 23 fevral 2018

avatar

Adnan Oktar

Dünya tarixinə istiqamət verən böyük hadisələr üst ağıl olmadan olmaz. Böyük müharibələr, inqilablar, üsyanlar da üst ağıl olmadan olmaz. Üst ağıl anlayışı xaos nəzəriyyəsi deyil.
A9 TV; 23 fevral 2018
2073
avatar

Adnan Oktar

Hörmətli Dövlət Bahçeli çox qiymətli, ağıllı, çox yüksək dövlət tərbiyəsinə sahib mükəmməl insan. Rəhmətlik Türkeşin əxlaqını, şəxsiyyətini olduğu kimi almış.
A9 TV; 24 fevral 2018
avatar

Adnan Oktar

Ərbakan hocamızı rəhmət, sevgi və hörmətlə xatırlayırıq. Çox qiymətli dava adamı, çox səmimi mömin idi. Ərbakan hocamız sanki bir mürşid kimi bir-birindən dəyərli insanlar yetişdirdi. Dindarlara, məzlumlara həmişə sahib çıxdı. Həmişə çox vicdanlı, əzmli və qərarlı idi. Müsəlmanların qüruru oldu. Allah qəni-qəni rəhmət etsin, cənnət əhli etsin, bizləri cənnət qardaşı etsin.
A9 TV; 27 fevral 2018
avatar

Adnan Oktar

Münafiq yaşlı hinduşka kimidir, həmişə xəstəhaldır. Mömin isə həmişə dinc və sağlamdır. Münafiq çox narahat yaşayar. Münafiqin varlığı müsəlmanı dincləşdirər və əyləndirər.
A9 TV; 1 mart 2018
avatar

Adnan Oktar

Mehdi sözü möminlərin qəlbində fərahlıq yaradar. Küfr və münafiqlər isə Mehdi sözünün duyulmasından da, Mehdiyyətin izah edilməsindən də xoşlanmazlar.
A9 TV; 27 fevral 2018
avatar

Adnan Oktar

Bütün dünya üçün ən böyük fəlakət sevgisizlik olur. Bütün insanların Allahdan sevgini istəməsi və dünyada sevginin dirildilməsi lazımdır. Kin, nifrət və hirsin yayılmasına icazə verməyək.
A9 TV; 24 fevral 2018
avatar

Adnan Oktar

Səmimi danışıq hər insana nəsib olan şey deyil. Səmimi danışan insana çətin rast gəlinər. Səmimi söhbət qarşıdakı insanda çox gözəl təsir edir. Səmimi səs tonunun təsir gücü möhtəşəmdir. İnsanların çoxu utandığı üçün ya da qarşısındakına tam etibar etmədiyi üçün candan danışmaq yerinə səmimi olmayan səslə səmimi olmayan söhbət edər. Bir insan səmimi isə danışığı ilə, səs tonuyla və baxışlarıyla sevdiyini alıb tam fərqli aləmə apara bilər.
A9 TV; 25 fevral 2018
avatar

Adnan Oktar

Keyfiyyətli və estetik olmayan bir şeyə imkan verməyən sistem yaradılmalıdır. Keyfiyyət, İncəsənət və Estetika Nazirliyi mümkün qədər tez qurularsa çox faydalı olardı. Keyfiyyətsiz, sənət dəyəri olmayan, tarixi izləri pozan heç bir şeyə icazə verilməməsi lazımdır. Belə bir nəzarət etmə olarsa keyfiyyətsizliyə maneə törədilməsi baxımından çox yaxşı olar.
A9 TV; 3 mart 2018
avatar

Adnan Oktar

Səmimiyyətsizlik dəhşətlidir, çünki səmimiyyətsiz insanın Allah ilə bağı qopar. İnsan Allah ilə əlaqəsini qopardığında eqoistləşməyə və vəhşiləşməyə başlayar. Allah ilə bağı qopan tarazlığını itirər, qəribə məxluqa çevrilər. Kişi olsun qadın olsun mütləq səmimiyyət əsas şərtdir.
A9 TV; 3 mart 2018
avatar

Adnan Oktar

Ağılın mənşəyi, hər cür çətinliyə qarşı sevgidən yana olmaqdır. Ən kiçik mənfəətinə zidd olduqda vəhşiləşən insan, sevgini davam etdirə bilməz. Sevgi az insana verilən, əmək tələb edən nemətdir.
A9 TV; 27 fevral 2018
avatar

Adnan Oktar

Allah qorxusu, Allahın sevgisini itirmək narahatlığıdır. Bu, sevginin və ağılın təməli olan qorxudur. Allah qorxusuyla sevgi çoxalır. Mömin Allahdan gələn hər şeyə həmişə razıdır və zövqlə qarşılayar. Möminin duyduğu qorxu əzab qorxusu deyil, bu qədər çox sevən və nemət verən Allahın sevgisini itirmə ehtimalıdır.
A9 TV; 27 fevral 2018
avatar

Adnan Oktar

Tayyib hocam aslan kimi maşaAllah, əsl Anadolu dəliqanlısı. Allah uzun və xeyirli ömür nəsib etsin ona. 2019, 2029, 2039-da da Tayyib hocam həmişə ölkənin başında olacaq evelAllah. Gözəl əxlaqı, dürüstlüyü və səmimiyyəti ilə millətimizin gözlərinin qarşısında olan insan. Tayyib hocam, Ərbakan hocamızın yanında yetişdi. Onun kimi imanlı və vicdanlı dava adamıdır. Tayyib hocam qışqır-bağırdan təsirə düşməz, yalnız vicdanını dinləyər.
A9 TV; 26 fevral 2018
avatar

Adnan Oktar

Mömin vicdanı ilə yaşayar. Vicdanıyla yaşamayan insan cəsəddir. O insanın baxışlarında məna meydana gəlməsi qeyri-mümkündür. İnsanı ən çox narahat edən, insanları bir-birindən soyudan nankorluqdur. Mömin həmişə vicdanlı davranıb nankorluqdan və eqoizmdən var gücü ilə uzaqlaşar.
A9 TV; 26 fevral 2018
avatar

Adnan Oktar

Münafiqlərdən yalnız insi şeytanlar təsirə düşər. Onlar münafiqlərlə yoldaş olar. Münafiqlər dindar kimi, dürüst insan kimi görünməyə çalışırlar. Onların maskası vardır. Şeytan müsəlman maskası taxaraq gəlir. Qurandan bəhs edərlər, Allahı xatırlayar, müsəlman kimi danışarlar. Özləri kimi olan insi şeytanlar da onlara aldanır və yanlarına gedər.
A9 TV; 24 fevral 2018
avatar

Adnan Oktar

Afrin hərəkatı haqqında çıxarılan yalan xəbərlərə kimsə etibar etməsin. Türkiyə mülki şəxslərin qorunması mövzusunda çox həssas olduğu üçün son dərəcə diqqətli və təmkinli irəliləyir. Türk Ordusu mərhəmətli və vicdanlıdır. Əsgər şəhid sayını çox göstərmək istəyənlər də bəzi provokatorlar olur. Bu dövrdə ediləcək ən doğru şey milli liderin ətrafında birləşməkdir. Millət olaraq Tayyib hocamın və Ordumuzun yanındayıq evelAllah. Vətən torpağını dəccala təslim etmərik. İngilis dərin dövləti və yanındakılar bunu yaxşıca anlasınlar.
A9 TV; 25 fevral 2018
avatar

Adnan Oktar

"Tamam Allah var, mən də burada öz işimi edirəm" olmaz. Hər şeyi Allah ilə birlikdə edəcəksən. Əks halda boğularsan. Özünə zəhərli ləyən hazırlamış onun içində yuyunmağa çalışırsan kimi olarsan. "Allah ilə əlaqədəyəm amma öz gücümə güvənirəm, mənim ağlım var" demək olmaz. Özünün bir şey edəcəyinə inanmaq şirkdir. "Bir Allah var, bir də mənim ağlım var" demək olmaz. İnsan yaxşıca diqqətini açacaq, bir dəfə yığcam dəqiq qərar verəcək, hər şeyi Allah ilə həll edəcək. Allah buraxılmaz, Allahdan şübhə edilməz, Allah unudulmaz. Allahı unutmaqdan və Allaha güvənməməkdən qurtulmazsan əgər faciənin içinə düşərsən.
A9 TV; 3 mart 2018
avatar

Adnan Oktar

Qazilərimizin hər yerdə bağıra basılması əhəmiyyətlidir. Onlar mübarək insanlar, böyük insanlar. Mağazaya girib bir şey alanda, "qazim bərəkətinlə gəldin, pul nədir" deyiləcək. Restorana gedəndə, hər kəs hörmət edəcək. Qazilərimizin də, şəhid ailələrimizin də medalları olsun, biz onları görən kimi tanıyaq və coşğuyla hörmətimizi göstərək.
A9 TV; 2 mart 2018
avatar

Adnan Oktar

Məktəblərin uşaqlar üçün cənnət bağçası kimi olması lazım. Uşaqların məktəbə getdiyi üçün deyil, gedə bilmədiyi üçün ağlayacağı mühit olmalıdır. Çox gözəl və rahat oturacaqlar, ev kimi mühit, mərhəmətli müəllimlər, mərhəmətli təmizlik işçiləri, hər yer çiçək kimi olmalı.
A9 TV; 2 mart 2018
avatar

Adnan Oktar

Qurana görə səbir etmək istiqrardır. Gözəl əxlaqda istiqrarlı olmaqdır səbir. Yaxşı niyyətli olmaq, dürüst danışmaq, səmimi olmaq mövzusunda enişli-yoxuşlu olmamaq, əlavə etmək amma azaltmamaqdır.
A9 TV; 3 mart 2018
avatar

Adnan Oktar

Heyvanlar həmişə dürüstdür. Həmişə yaxşı niyyətli, həmişə günahsız. Heyvanlar dürüst yoldaşdır. Onların şirinlilikləri xüsusi olaraq yaradılmışdır. Sevmək üçün mükəmməl varlıqlardır. İnsanların çoxu heyvanların gözəlliyini fərq edə bilmir, bu çox dəhşətli vəziyyətdir.
A9 TV; 2 mart 2018
avatar

Adnan Oktar

Allahın böyüklüyünü xatırlamaq, insan ruhunda böyük müsbət təsir edər. Təvəkkül bunun üzərinə inşa olur. Otağındaki tək bir əşyadaki atomları düşün, milyonlarla atomun nə zaman haradan keçəcəyi, hansı orbitdə gedəcəyini bilən Allah var. Bütün atomlardakı nizamı var edən və bilən Ağla güvənməmək çox böyük vicdansızlıq və ağılsızlıq olar.
A9 TV; 25 fevral 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Homoseksual üst kimlik İngilis dərin dövləti üçün ideologiyaların və inancların üstündədir. İngilis dərin dövləti bir yeri ələ keçirmək istədiyində onların içində homoseksuallığı yayır. Yapon homoseksual gəlib PKK safında savaşa bilir. Dünyanın dörd tərəfindən homoseksual, Türkiyənin sərhədinə xüsusi məqsədlə yığırlar. Bölgəni tamamilə degenerasiya etmək və bütün dəyərləri çökdürmək üçün homoseksuallığı üst kimlik olaraq istifadə edirlər. Sitatlar
Mənim həyatdakı məqsədim Allahın rizası, rəhməti, cənnətidir. Hamısından üstün Allahın rizasıdır. Allahın məni sevməsi, mənim də Allahı ən çox sevməyimdir. Sitatlar
Adam olmaq deyil, müsəlman olmaq əhəmiyyətlidir. Adamlıq dini deyə yaradılan sistemin özünəməxsus çirkin qaydaları var və təməlində özünü haşa Allahdan üstün görən və Allahı unudan zehniyyət var. Bir guşəyə çəkilib aparılan gizli söhbətlər, sözdə üstün gəlmə oyunları, lovğalıq, adamlıq dininin xüsusiyyətləridir. Müsəlmanda isə həyatının hər anında təvazökarlıq, dürüstlük və səmimiyyət hakimdir. Sitatlar
Allah Quranda münafiqlərdən yüzlərlə ayə ilə bəhs edir. Münafiqliyi gündəmdə saxlamaq, Quranın hökmüdür. Quran ayələri ilə münafiqlərin rəftarlarının, sözlərinin eynilə üst-üstə düşməsi Quranın möcüzəsidir. Münafiqlik mövzusundan, ayələrdəki hadisələrin eynisi reallaşdığı üçün bəhs edirik. Quranın möcüzəsinə şahid olduğumuz üçün bəhs edirik. Sitatlar
Allahı heç unutmasaq, Allahı çox sevdiyimizi və yaxın dost olduğumuzu həmişə yadda saxlasaq, şirkdən şiddətlə çəkinsək, gücün sahibinin Allah olduğunu heç unutmasaq çox doğru bərəkətli yolda irəliləyərik. Allahın gücünün hər şeydən üstün və hər şeyə hakim olduğunu düşünmək əhəmiyyətlidir. Haşa müəyyən yerə qədər gücü varmış kimi düşünmək olmaz. Sitatlar
Üst ağıl xurafat demək çox yanlış və savadsız ifadədir. Üst ağıl vardır və bu üst ağıl İngiltərə dərin dövlətidir. Sitatlar
CHP millətimizin bütün fərdləri kimi keyfiyyətli partiyadır. Üst ağıl, yəni İngiltərə dərin dövlətinin partiyadan əl çəkmədiyi görünür. Cənab Kılıçdaroğlu layiqli və ağıllı liderdir. Bəzilərindən istifadə edərək CHP-ni parçalamaq istəyirlər. Partiya Kılıçdaroğlunun ətrafında birləşməlidir. Sitatlar
Üst ağıl yoxdur deyənlər İngiltərə dərin dövləti ilə əlaqədar ortaya qoyduğumuz yüzlərlə sənədi görməzlikdən gəlir. Millət olaraq ayıq olmalıyıq. Sitatlar
Üst Ağıl “İngiltərə Dərin Dövlətinin iç üzü” kitabını oxuyan 300 illik planı tam açıq şəkildə görər. Bu kitab dəccaliyyətə vurulan elmi yumruqdur. Sitatlar
Baş nazirimizdən xahiş edirik: RADİO-TELEVİZİYA ÜST QURUMUNU ARADAN QALDIRSIN. RADİO-TELEVİZİYA ÜST QURUMU BAĞLANSIN, televiziyalar azad olsun. RADİO-TELEVİZİYA ÜST QURUMU azadlığı əngəlləyən bir proqramdır. Cinayət törədən olsa onsuz da məhkəmələr var. Sitatlar
Qurana tabe olmadıqca ruhda fərahlıq olmaz. Quran əxlaqı tam yaşansa iqtisadi böhran həmin an aradan qalxar. Quran bizə məqbul və ağıllı olmağı öyrədər. Sitatlar
Ustad Bədiüzzamanın ifadəsinə görə, Hz. Mehdi (ə.s) kiçik bir qrupla Darvinizmə qarşı üstün bir müvəffəqiyyət əldə edəcək. Sitatlar
2023-ci ildə Allahın izni ilə, Türkiyə və İslam aləmi çox aydınlıq dövrə girmiş olacaq. Sitatlar
Afrin hərəkatı haqqında çıxarılan yalan xəbərlərə kimsə etibar etməsin. Türkiyə mülki şəxslərin qorunması mövzusunda çox həssas olduğu üçün son dərəcə diqqətli və təmkinli irəliləyir. Türk Ordusu mərhəmətli və vicdanlıdır. Əsgər şəhid sayını çox göstərmək istəyənlər də bəzi provokatorlar olur. Bu dövrdə ediləcək ən doğru şey milli liderin ətrafında birləşməkdir. Millət olaraq Tayyib hocamın və Ordumuzun yanındayıq evelAllah. Vətən torpağını dəccala təslim etmərik. İngilis dərin dövləti və yanındakılar bunu yaxşıca anlasınlar. Sitatlar
Afrində gecəli gündüzlü dinamikdən antikommunist təbliğatlar aparılsın. Küçə-küçə kommunizmin keçərsizliyi, necə təzyiq və qorxu rejimi olduğu anladılsın. Dinə, ailəyə, əxlaqa qarşı quruluş olduğu anladılsın. Türkiyənin hədəfinin yalnız kommunist PKK olduğunu, o vətənin orada yaşayan xalqa aid olduğunu, lakin kommunist işğal istəmədiyimizi, vətənlərində xoşbəxt və dinc yaşamalarını istədiyimizi, Türkiyənin demokratik ölkə olduğunu dinamikdən həmişə bütün küçələrdə izah edək. Vətəndaş xalqın bölgədən çıxa bilməsi üçün humanitar dəhlizlər da meydana gətirək. Türkiyənin oraya daxil olma məqsədi PKK-nın təslim olmasıdır. Silahlarını buraxıb təslim olsalar gəlib Türk dövlətinə təslim olsunlar. Amma əlində silah olana vətəndaş rəftarı edilməsi mümkün olmaz. Hal-hazırda PKK ilə mübarizə boyunca vətəndaş xalq bölgədən çıxsın, PKK təmizləndikdən sonra xalq yenidən evlərinə qayıdar. Biz sərhəddə terrorçuları istəmirik. PKK, YPG, İŞİD, Əl-Qaidə, heç bir terror təşkilatını istəmirik. Biz Kürdləri canımız kimi sevirik, birlikdə çox gözəl hüzur, sevinc, sevgi içində yaşayacağıq. Lakin kommunist ideologiyasını, kommunist terrorizmini istəmirik. Afrində kürdlərin, ərəblərin və türklərin öz torpaqlarında sülh içində yaşamalarını istəyirik. Sitatlar
Afrində şəhid olan 8 igidimizin şəhadətləri mübarək olsun. Allah ailələrinə xeyirli, uzun ömür nəsib etsin. Nə xoşbəxt onlara. Allah ən gözəl məqamı qədərlərində təqdir etmiş. Qazilərimizə tez şəfalar arzu edirik. Sitatlar
Ağıl olmadan sırf ağıllı olmaq faciəyə səbəb olar. Münafiqlər çox zəkalı amma çox axmaqdırlar. Şeytani zəkaları vardır, ancaq ultra axmaqdırlar. Sitatlar
Ağılın mənşəyi, hər cür çətinliyə qarşı sevgidən yana olmaqdır. Ən kiçik mənfəətinə zidd olduqda vəhşiləşən insan, sevgini davam etdirə bilməz. Sevgi az insana verilən, əmək tələb edən nemətdir. Sitatlar
Ağıllı qadın təbii olaraq çəkicidir. Ağıllı qadının baxışları da, səsi də çox təsir edicidir. Qurduğu hər cümlə o qadına cazibə qazandırar. Ağıl, qadını çox böyük gücə çevirər. Amma qadınların çoxu duyğusallıq, qorxu, narahatçılıq, lazımsız vəsvəsələrlə ağıllarını təzyiq altına alırlar. Bu da fitrətlərinin gözəlliyini lazımi kimi yaşamalarına mane olur. Sitatlar
Ağlı, sevgini, nəzakəti, gözəlliyi, keyfiyyəti ön plana alan həqiqi Quran müsəlmanlığını, ən çox əleyhinə olan insanlar belə şüur altında qəbul etmiş vəziyyətdədirlər. Bizim bəhs etdiyimiz həqiqi İslam xaricində yaşana bilər başqa model olmadığını bütün insanlar dərk edir. Sitatlar
Ağlı yalnız səmimiyyət inkişaf etdirər. Şeytan çox bilgilidir amma ağılsızdır. Ağıl, Allaha bağlıdır. Səmimi olanda ağıl həmişə mükəmməl olar. Ağıl, Allahdan davamlı axan sistemdir. Səmimi olanda bu axış heç vaxt kəsilməz. Sitatlar
Ailələrin bir qismi uşaqlarına sevgi öyrətmir. Uşağın ən böyük ehtiyacı sevgidir. Uşaq sevgini bütün detallarıyla, necə yaşaya biləcəyini bilməlidir. Nə Allah sevgisi öyrədirlər, nə də Allahın yaratdıqlarını sevməyi öyrədirlər. Bu Axırzamanın faciələrindən biridir. Sitatlar
Allah hər şeyi xeyirlə yaradır. Keçmişi düşünüb kədərlənmək çox böyük səhv olar. Allah keçmişi xeyirlə yaratmış, bitmiş. İnsan min dəfə dünyaya gəlsə, min dəfə eyni taleyi yaşayır. Cənnətdə insan keçmişinə dair mənfi heç bir şey xatırlamayacaq. Mömin Allahın rizasını məqsəd qoyduqdan sonra keçmişi əhəmiyyətli görməz. Mömin Allaha güvənəcək, könlünü fərah tutacaq. Sitatlar
Allah ilə əlaqəli olmayan hər şey insana sıxıntı verər. İnsan müstəqil varlıq deyil. Taleyə bağlı yaradılmışdır. Necə ki, bir televiziya verilişi müəyyən sistemə bağlıdır, onun xaricinə çıxa bilməz. Biz də tale sisteminə bağlı olduğumuz üçün Allah ilə əlaqədən başqa məqbul həyat yaşamağımız mümkün deyil. Allah ilə əlaqə olduğunda əsaslı, ağıllı, etidallı həyat yaşayırıq. Sitatlar
Allah insana hər an təlim keçir. Sıxıntı və çətinliklər xaricində insanın təhsil alması mümkün deyildir. Dünyadakı təhsil mükəmməldir. Cənnətdə sonsuza qədər yaşanacaq əxlaqı bu dünyadakı təhsillə öyrənirik. Dünya kiçik bir qab, bu kiçik qab içində insanın yaxşılıqları yığılır və o yığılan sonsuza qədər bəs edir. İgidlik, fədakarlıq, səbir, mərhəmət burada insanda yığılır və cənnətdə sonsuza qədər o gözəlliklə öyünmə, sevinmə və xoşbəxtlik olur. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur