logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 27 noyabr 2017

avatar

Adnan Oktar

Dünyaya zər aləmindən gəldik. İnşaAllah gedəcəyimiz yer Cənnətdir. Gəliş məqsədimiz də sevgidir. Sevgini öyrənmək mühüm olduğu üçün dünyadakı vaxt çox əhəmiyyətlidir. Dünyada çox yaxşı sevgi təhsili almasan Cənnətin bağçalarının, gözəlliklərinin heç bir mənası olmaz. Allah sevgidə çətinlik içində olanı dəyərli etmişdir. İnsan olaraq biz də çətinlik içində olanı sevirik. Hz. Yusifin zindanda ömrünün keçməsi, Peyğəmbərimiz (s.ə.v)-ə müşriklərin verdiyi əziyyətlər, həmişə sevgimizi gücləndirir.
A9 TV; 27 noyabr 2017
2418
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Afrin şəhidimizin şəhadəti mübarək olsun. Allah onu və ailəsini nə gözəl şərəflə şərəfləndirib. Nə xoşbəxt ona, nə xoşbəxt ailəsinə. Şəhadəti mübarək olsun. Bu böyük zəfərlərin ilk şəhididir. Allah digər aslanlarımızı qorusun, ordumuzu müzəffər etsin. Biz hər ölkənin ərazi bütövlüyünə hörmət göstəririk. Terror təşkilatı olan PKK ilə mübarizə var. Tayyib hocamın qətiyyətini və əzmini təqdir edirik. Qəlbi çox rahat olsun, millət olaraq onun yanındayıq. Sitatlar
Ağıllı qadın ehtirasa mütləq möhtəşəm sevgi ilə qarşılıq verər. Sən Allahın təcəllisi olaraq sevdiyin zaman mütləq o təcəlli də səni sevər. Bu, Allahın qanunudur. Dəyişməz. İşıq vardırsa, mütləq kölgə var. Allahın təcəllisi olaraq sevgi vardırsa, mütləq qarşı sevgi də var. Sitatlar
Allah 2018-ci ili xeyirli uğurlu etsin, Allah təkrarına nail etsin. Xeyirlə, sağ-salamat, bərəkətlə. Allah möminlər üçün dünyanı cənnətə döndərsin, insanlara hidayət versin, İslam hakimiyyətini göstərsin. Ölkəmizi xeyirlə, bərəkətlə bürüsün. Allah möminlərə dünyanı cənnətə döndərsin, hər yeri abad və gözəl hala gətirsin. Möminlərin qəlbinə hüzur, fərəhlik, Müqəddəs Ruhla dəstək nəsib etsin. Allah hər cür xeyri, bərəkəti, yaxşılığı, gözəlliyi, incəsənəti, estetikanı möminlərin gözəl ruhuna həkk etdirsin. Möminləri xeyirlə, bərəkətlə uzun yaşatsın. Sitatlar
Allah, Allah qorxusunu yüksək dərin sevgi üçün istəyər. Yüksək dərin sevgini Allaha təqdim etdiyimiz zaman tam nicat tapılar. Allahı sevən hər şeyi qazanmış deməkdir. Sitatlar
Allah dünyaya dair gözəlliklərə qarşı insanların qəlbinə sevgi qoyduğunu, lakin bunun imtahanın bir hissəsi olduğunu bildirir. Allah dünyanın həqiqətindən çox təfsilatlı bəhs edir. Bəzi insanlar buna baxmayaraq, Allahı unutduqları üçün dünyaya aludə olurlar. Sitatlar
Allah eşqinə, Allah sevgisinə əsaslanmayan hər sevginin sonu fəlakətdir. Ya bir-birini əzmə, ya dava, ya da ayrılıq vardır. Allah sevgisi yoxdursa, hamısı acı nəticə ilə nəticələnər. Sevginin gözəlliyi Allaha aşiq olmağa bağlıdır. Sevgi Allahın verdiyi cənnət nemətidir. Allahı unudaraq sevgi olmaz. Sevginin sahibi Allahdır. Sevginin sahibinə bağlanmadan sevgi tapa bilməzsən. Sitatlar
Allah ilə əlaqə olmadığı zaman nə etsən də heç nədən zövq ala bilməzsən. İnsan əylənirmiş kimi görünər, lakin əzab çəkər. Çünki əylənirmiş təqlidi etmək də əzabvericidir. Allaha sevgi ilə bağlı olmadıqdan sonra dünyada heç bir insan üçün hüzur, rahatlıq, sağlamlıq olmaz. Sitatlar
Allah möcüzəvi şəkildə hal-hazırda dünyada Hadi ismi ilə təcəlli edir. Bu, mehdiyyətin reallaşmasının dəlillərindən biridir. Gənclərə baxdığımız zaman, hamısı yaxşılıq, gözəllik, sevinc, sevgi, dostluq və sülh istəyirlər. Sitatlar
Allah saf sevgidir. Allah; “dünyanı insanlar Mənə ibadət etsinlər deyə yaratdım” deyir. İbadətin məqsədi sevgidir. Namaz sevgimizi ifadə etməyin bir yoludur. Mömin şükür edər, bu sevgi ifadəsidir. Səbir edər, bu sevgi ifadəsidir. Möminin həyatının hər anı, həyatın bütün məqsədi sevgidir. (Zəriyət surəsi, 56: Mən cinləri və insanları təkcə Mənə ibadət etsinlər deyə yaratdım). Sitatlar
Allah sevgisi ilə sevmək, sonsuz Allahın təcəllisini dərin ehtirasla sevməkdir. Allah sevgisi olmadan əti, sümüyü yox olacaq bədəni sevmək olmaz. Sitatlar
Allaha kəskin ağıl, kəskin diqqətlə, qəlbən aşiq olunar. Ağıllı insanın Allaha sevgisi olduqca dərindir. Kəskin məhəbbət, kəskin ağılla əlaqə şəklində olar. Sitatlar
Allahın razı olduğu yeganə şey sevgidir. Allah xromosomları, çiçəkləri, bitkiləri, böcəkləri, səmanı, içi maqma dolu yer kürəsinin üzərində güvən içində yaşamağımızı, hər şeyi təkcə sevgi üçün yaratmışdır. Allah sevildiyini görsə qulunu heyrətamiz sevər. Allah bütün gözəlliyi, yaxşılığı göstərdiyi halda, haşa Özü ilə maraqlanmayan, hətta Özünü unutmağa çalışan rəftar görsə bu Allahın qəzəbini cəlb edər. Sitatlar
Azərbaycanın, İranın, Rusiyanın qapılarını açaq, blok dostluq paktı yaradaq. İngiltərə dərin dövlətinin iddiası; "İnsanlar bir-birini sevməz, həmişə müharibə istəyərlər, onları hissə-hissə bir-birindən ayırmaq lazımdır". Biz sevgi və dostluqla birləşərək, qardaşcasına gözəllik içində yaşayaraq bu oyunu tamamilə pozaq. Sitatlar
Bir çox insanın sevgi deyə bəhs etdiyi şey mənfəəti olur. Ailə quracağı şəxsin atası zəngindirsə, özünə yaxşı imkan təmin edəcəksə, həyatının zəmanəti olacaqsa heyrətamiz qayğı göstərir. Mənfəəti əlindən alındığı zaman sanki ağıllarını itirirlər, sevgi ilə bağlı vəziyyət olmur. Xəstəlik olduqda və ya iflas kimi vəziyyət yarandıqda o sevgi dedikləri bir anda bitir. Əsas mövzuları sevgi deyil, mənfəət olur. Allah sevgisi olanda sevgi əbədiyyətə kilidlənmişdir. Sitatlar
Bir gənc qıza verilən ən dəyərli şey güvəndir. Onun şərəfinə, ləyaqətinə, iffətinə, fərəhinə, sevincinə, imanına dəstək olacağına dair zəmanət vermək əsasdır. Həqiqi sevgi, bu güvəndən sonra yaranar. Sitatlar
Bütün güc-qüvvət Allahın əlindədir. Allahın icazəsi ilə sevgi məsələsində dünyaya liderlik etməyə, bütün dünyaya sevgi hakim olana qədər səy göstərməyə davam edəcəyik. Sitatlar
Bütün münafiqlər mehdiyyətə bütövlükdə qarşıdırlar. Çünki mehdiyyətlə İslam aləminin birləşəcəyini, İslamın dünyaya hakim olacağını və müsəlmanların xilas olacağını bilirlər. Sitatlar
Darvinizim, dəccaliyyətin dinidir. Dəccaliyyətin dinini əllərindən almış olmağımız, Allahın bizə lütf etdiyi çox mühüm müvəffəqiyyətdir. İkincisi də bütün dünyaya Quranın kafiliyindən danışmağımızdır. Sitatlar
Dünya xalqı çox məzlumdur, lakin bir qrup quldur dünya əhalisini əsir alıb. Milləti məhv edən, savaşdıran, dəhşət saçan, terror təşkilatlarını təşkil edən bir qrup şeytan ordusu var. Bunlar fikri olaraq zərərsizləşdirilsə dünya bir anda cənnətə dönər. Dünya xalqı birləşsin, dünyaya qan qusduran bu sistemi əl birliyi ilə elmi yolla dayandıraq. Sitatlar
Dünyada müharibə ediləcək heç bir məsələ yoxdur. Şeytan insanı müharibəyə sövq edir. Hər yerdə döyüş və qan var. Silah zavodu açmaq dünya səviyyəsində qadağan edilsin. Zavodlar təkcə insanlar üçün faydalı şeylər istehsal etsinlər. Fələstinlilər nur kimi tərtəmizdirlər. İsraillilər tərtəmizdirlər. Amansız müharibə istəyi, insan öldürmək, dəhşət vericidir. Şeytanı dərhal məğlub etmək lazımdır. Müharibəni dərhal dayandırmaq lazımdır. Sülh Quranın, Tövratın və İncilin ruhunda var. Döyüş üçün heç bir səbəb yoxdur. Qüds məsələsində gərginlik davam edərsə, Allah qorusun bütün dünyanı yandıran od əmələ gələr. Buna görə də, tezliklə etidal, sevgi, qardaşlıq əsas olmalıdır. Sitatlar
Hər yer Allah ilə gözəl olar. Dünyanın ən gözəl yerinə də getsən Allah qorusun Allah eşqi, Allah sevgisi və Allah qorxusu yoxdursa ora insan üçün cəhənnəm kimi olar. Sitatlar
İslamı yer üzündən silməyi qarşıya məqsəd qoyan münafiqlərə və tərəfdarlarına Allah hidayət versin, hidayət vermirsə Allah onları yer üzündən silsin. Sitatlar
Sevginin, igidliyin, səbrin, yüksək əxlaqın və eşqin öyrənildiyi yer dünyadır. Bu baxımdan dünya çox mühüm və əhəmiyyətlidir. Allah dünyadakı rəftarımızı və həyatımızı mühüm hesab edir. Allahın ən bəyəndiyi şeylər həmişə Allahın sevgisini axtarmaq, zəhmət çəkmək, səbir etməkdir. Allah yüksək vicdanı və həqiqi eşqi çox bəyənər. Küfr əhlini göstərdiyi halda, münafiqləri göstərdiyi halda, onların arasından Allaha yönəlib Allahı sevmək, Allahın ən bəyəndiyi haldır. Sitatlar
Allah; “yer üzündə fitnə qalmayana və dinin hamısı Allahın olanadək elmi yolla mübarizə aparın” deyə bildirir (Ənfal surəsi, 39). Homoseksuallıq, darvinizm, materializm, kommunizm, PKK və digər terror təşkilatları, hər cür azğınlıın hamısı fitnədir. Əgər bu fitnələrlə elmlə, irfanla var gücümüzlə mübarizə aparsaq, Allah onun bərəkətini gətirər, İslamı hakim edər. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur