-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Bütün dünyada insanlığı, insani həyata çəkmək lazımdır. Nifrət, kin, dəhşət saçmaq qorxunc şeylərdir. Gözəl olan dostluq, yoldaşlıq, sevgidir. Bunu israrla insanlara izah etmək lazımdır. Filmlərdə, seriallarda, internetdə həmişə döyüş, qarşıdurma, silah, tələyə salma vardır. Halbuki hər yerdə sevgi olmalıdır. İnsana bu qədər gözəl həzz verən bir duyğu varkən döyüş fəlsəfəsini yaymaq çox böyük zülmdür.
Adnan Oktar
Fələstində olan həmişə fağır, məzlum xalqa olar. Qarşıdurma körükləndikcə xalqın yerindən yurdundan edilməsindən, qadınların, uşaqların evsiz-eşiksiz qalmasından başqa nəticə əldə edilmir. Bu qarşıdurma üslubunu tamamilə buraxıb, iki xalqı barışdırsaq, o müqəddəs torpaqları abadlaşdırsaq, bir arada təhlükəsizlik içində, sevinc içində yaşasalar, hər yeri bağ-bağça etsək, məktəblər inşa etsək, oyun bağçaları qursaq, bütün həyatı dəyişdirsək daha gözəl olmazmı? Dəccaliyyət həmişə müharibə istəyir, qan tökmək istəyir. Müsəlman olaraq biz israrla sülh istəyəcəyik, dostluq istəyəcəyik, sevgi istəyəcəyik.
Adnan Oktar
Bir çox evlilikdə əsas, qarşılıqlı yardımlaşma və həmrəylik dərnəyi kimi, şirkət tərzi quruluş olur. Bir-birlərini maddi cəhətdən dəstəkləmək, qoruyub saxlamaq, iki tərəfin imkanlarını qarşılıqlı yaxşı qiymətləndirmə tərzində və tamamilə məntiqə söykənən olur. Bu məntiqin bir adı da olur, adına sevgi deyirlər. Sevgi deməsələr ayıb olacağı üçün bu örtüyün arxasında yaşanır hər şey. Sanki şirkət həmrəyliyi əsas mövzu olur. Yaxşı şirkət ortağı tapa bilmək üçün də oxuyur, təhsil alır, dil öyrənir, yaxşı işə girməyə çalışır, avtomobil əldə edir və s. Kübar taktikalarla iki tərəf də bir-birinə mal verməməyə çalışır. Həqiqi sevgidə məntiq deyil vicdan əsas ölçüdür. Yalnız Allahın razılığı, rəhməti və cənnətinə görə hərəkət edilər.
Adnan Oktar