logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 13 iyun 2015

avatar

Adnan Oktar

Düşməndən qorxmaq, hər hansı bir şeydən qorxmaq, Allahı sevməməyin əlamətidir, ondan uzaq olmağın əlamətidir.
A9 TV; 13 iyun 2015
1666
avatar

Adnan Oktar

Qətiyyətlə Allahı sevməkdən heç vaxt əl çəkməmək çox əhəmiyyətlidir.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

Ehtiyac içindəki insan deyildikdə, bir çox adam ilk növbədə həmin insanın çörəyə, yeməyə ehtiyac duyduğunu düşünür. İmana ehtiyacı var, Allah sevgisinə ehtiyacı var. Dua etsən Allah səndən razı qalar. Sevgiyə, dərinliyə ehtiyacın var, Allahı dərindən sevməyə ehtiyacın var.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

İnsana bir zərər gəldikdə necə dua edir? Mükəmməl. Allaha necə bağlanır? Mükəmməl. Necə hörmət edir? Mükəmməl. Amma başına bəla gəlmişdir. Bəla gəlmədən motivasiya olmur. Niyə bəlanın gəlməsini gözləyirsən? Həmişə bəlaya düçar olduğun vaxtlardakı kimi olmalısan.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

Ən yaxşı dincəlməyin sirri (təbiidir ki, Allah dincəltsin deyə etmərik, ancaq Allah rizası üçün edərik) Allahla tam əlaqə qurmaqdadır. Başqa cür dincəlmək olmaz. Yəni Allahla olan əlaqə qətiyyən zəiflədilməməlidir. "Sonra artıraram" demək də səhvdir.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

İnsan həmişə Allahın tərəfini tutarsa imanı artar. İnsanlar bəzən Allahdan bir qədər uzaqlaşarlar. Bəzən də Ona sarılarlar. Allahla olan mənəvi əlaqə fasiləsiz qorunub saxlanılmalıdır.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

Əksər insan Allaha üsyan edir və ya Ondan gileylənir. "Mənə kömək etmir, mənim övladımı əlimdən aldı, avtomobilimi əlimdən aldı, malımı əlimdən aldı" deyə gileylənir. Övladı kim verir? Allah verir. Bəs kim alır? Allah alır. Yəni gileylənmək çox ağılsız bir hərəkətdir. Qeyri-səmimi rəftardır. Allah bu cür rəftarı sevmir.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

Səmimiyyət Quranla əlaqəli bir sözdür. Quranı bilməsək səmimiyyətin nə olduğunu bilmərik. Səmimiyyət; insanın sərbəst düşünməsi, hər şeydə Allahın tərəfdarı kimi düşünməsi, Allah qorusun, Allahdan gileylənməməsi, Allah qorusun, Allahdan şikayətçi olmaması, üsyan etməməsidir.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

Allah hal-hazırda mehdiyyət vəsiləsiylə dünyanı dağılmaqdan qoruyur. Yəni qiyamətin təxirə salınmasının səbəbi hz. Mehdi (ə.s)-dır.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

Allah insanlardakı iman zəifliyini qətiyyən xoşlamır. Belə olduqda Allah bütün dünyada bərəkəti yox edir. Dünyadakı bütün insanlara sıxıntı və narahatlıq verər. İnsanlar da, heç cür bunun səbəbini anlaya bilməzlər. Bunun səbəbi, dünyada iman zəifliyinin yayılmasıdır.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

Allahın hədəfi, insanların daim səmimi və güclü imana sahib olmalarıdır. Allah dünyadakı insanların səmimi və güclü imana sahib olduqlarını gördükdə, dünyanın bərəkəti artır. İnsanlarda iman zəifliyi olduqda isə Allah verdiyi bu bərəkəti azaldır. Buna görə də, xas və səmimi möminlər var gücləriylə bu mənəvi xüsusiyyəti möhkəmləndirməyə davam etməlidirlər.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

Cənub-şərqi Anadolu bölgəsindəki xalq, analarımız, qardaşlarımız, bacılarımız inanılmaz dərəcədə dindardırlar. Allah deyən kimi gözlərinə yaş gəlir. Öz istəkləriylə Allahsız, kitabsız, stalinist PKK-ya tabe olmaları qeyri-mümkündür.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

Bunu deyim ki, AKP-HDP koalisiyası yaradıldığı təqdirdə Türkiyə məhv olar. AKP tarixə qarışar, HDP isə xeyli güclənər, böyük bir fəlakətə sürüklənərik.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

MHP təkcə bir nazirliyi tələb etməlidir, Daxili İşlər Nazirliyini, bu qədər. Başqa heç bir ön şərti, qırmızı xətti olmasın. Tam səlahiyyətlə Daxili İşlər Nazirliyini tələb etsin. Bordo beretliləri və jandarmanı da fəaliyyətə keçirsin, qanuni yollarla dünyanı PKK-ya dar etsin.
A9 TV; 13 iyun 2015
avatar

Adnan Oktar

Mehdi (ə.s) demaqoqluq etməyəcək. Qısa və konkret danışacaq. Sözü uzadıb özünü bəyəndirməyə çalışan çıxışlar deyil, tamamilə məsələ barəsində hikmətli, qısa, təsir oyandıran, məsələni tam əhatə edən və ona əsaslı çıxış yolları gətirən çıxışlar edəcək.
A9 TV; 12 iyun 2015
avatar

Adnan Oktar

Heç bir PKK-lı evlənmək, məktəbi bitirmək və asan yolla pul qazanmaq dərdində deyil. Hansı diskoya gedim, harada əylənim dərdində deyil. Harada nişanlanaq, nişana neçə adam çağıraq dərdində deyil. Toyda hansı yeməkləri verək dərdində deyil. Avtomobilin markası nə olsun dərdində deyil. Əlbəttə ki, belə olduqda, müvəffəqiyyət qazanırlar.
A9 TV; 12 iyun 2015
avatar

Adnan Oktar

AKP çox müasir, qadın haqlarına hörmətlə yanaşan, başı açıq dekolte geyinən xanımları da sevən, hicablı xanımları da sevən, hamısına hörmətlə yanaşan, musiqiyə, rəsmə, əyləncəyə açıq, liberal ruhlu bir partiya görünüşündə ortaya çıxmalıdır. Olduqca liberal, olduqca azad, olduqca demokratik bir partiya. Belə ki, MHP də bu imici verməlidir, bu sadalananları tətbiq etməlidir. Buna zəmanət verildikdən sonra PKK tamamilə darmadağın edilməlidir.
A9 TV; 12 iyun 2015
avatar

Adnan Oktar

MHP koalisiya üçün təkcə bir ön şərt irəli sürsün; PKK-nın darmadağın edilməsi şərtini. MHP qəhrəman olar. Belə olduqda AKP də xilas olar, MHP də xilas olar. Daxili İşlər Nazirliyini MHP-yə versinlər.
A9 TV; 12 iyun 2015
avatar

Adnan Oktar

Dövlət darvinist təbliğat apardığı müddətcə, dövlətin buraxdığı dərsliklərdə darvinist fəlsəfə öyrədilməklə; "Allah, kitab, din və iman yoxdur" deyildikcə, "cənnət-cəhənnəm yoxdur, sizə bu cür yanlış məlumatlar verirlər. Kainat təsadüfən yaradıldı" deyildikcə PKK güclənər.
A9 TV; 12 iyun 2015
avatar

Adnan Oktar

İnsanlar var-dövlət, güc və hakimiyyət sahibi olmağı xoşlayırlar. Gözəl qadınlar, gözəl avtomobillər, gözəl musiqi, gözəl həyat, gözəl paltarlar insana çox müsbət təsir edər. Normal, qanuni ölçü çərçivəsində bunlara sahib olub, dini də izah etsən, din insan həyatına daxil olar, İslam geniş kütlələrə çatar.
A9 TV; 11 iyun 2015
avatar

Adnan Oktar

Bölgəyə dindarlığı da aşılayan İsraildir. Fələstin o dövrdə kommunizmin mərkəzi idi. Bütün kommunistlər orada yetişdirilirdi. Misir kommunizmin mərkəzidir, Suriya kommunizmin mərkəzidir. Onlar İsraildən sonra dindar oldular. Onların dindar olduqlarını gördükdən sonra, biz də dindar olaq dedilər.
A9 TV; 11 iyun 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Qətiyyətlə Allahı sevməkdən heç vaxt əl çəkməmək çox əhəmiyyətlidir. Sitatlar
Ehtiyac içindəki insan deyildikdə, bir çox adam ilk növbədə həmin insanın çörəyə, yeməyə ehtiyac duyduğunu düşünür. İmana ehtiyacı var, Allah sevgisinə ehtiyacı var. Dua etsən Allah səndən razı qalar. Sevgiyə, dərinliyə ehtiyacın var, Allahı dərindən sevməyə ehtiyacın var. Sitatlar
Allahı sevməyə qərar verən insanın baxışı açılır. Beynindəki məlumat axımı artır. Mühakimə qabiliyyətinə sahib olur. Sitatlar
Mömin yeri gələndə şəhid olanda, Allahın ən sevdiyi olur, ən böyük sevgi nümayişi budur. Çünki Allah üçün canını verir. Can əziz deyilmi? "Ey Rəbbim, mənə canımı sevdirdin, mən də canımdan çox Səni sevirəm" deyir. "Canım Sənin olsun" deyir. "Mən də Səninəm" deyir. Mənası budur. Bunun üçün Allah şəhidləri ayrı bir məkanda saxlayır, yəni öldürmür. Ölümü dadmırlar. Sitatlar
Allahın ən xoşladığı şey şəhid olmaqdır. Allah bunu ən böyük sevgi nümunəsi qəbul edir. Amma mömin bunun üçün niyyət etməlidir. Bunu qeyri-ixtiyari etmək olmaz. "Ey Rəbbim məni şəhid etməni istəyirəm" deyə səmimi, qəlbən niyyət etməlidir. Sitatlar
Bütün Quran ayələrinə baxın, hamısına sevgi hakimdir. Quran sevgiyə zəmin hazırlayır. Quran, Allah qorxusuyla, Allah sevgisiylə, cəhənnəm qorxusu ilə sevgini çox sağlam təməl üzərinə oturdur. Sitatlar
Ey Rəbbim sənə şükürlər olsun, sənə təşəkkür edirəm, nə deməkdir? Səni çox sevirəm deməkdir, Sənə olan sevgimi dilə gətirirəm deyir, xoşbəxtəm deyir. Xoşbəxtəm nə deməkdir? Sevdiyim üçün xoşbəxtəm deməkdir. Sitatlar
"Rəhman və Rəhim", sevgidir bu. Bütün Quran ayələrinin məqsədi sevgidir. Allah qorxusunun məqsədi sevgidir. Allahdan qorxan, sevgiyə zəmin hazırlamış olur. Allahdan qorxan asanlıqla sevə və sevilə bilir. Allahdan qorxmayan, nə asanlıqla sevə, nə də asanlıqla sevilə bilir. Sitatlar
Cənnətdə hər şey gözəldir, Allah oraya aşiqləri göndərir. İnsanlar gözəl, bitkilər gözəl, çiçəklər gözəldir. Bütün məqsəd sevgidir, Allahın tək məqsədi sevgidir. Sitatlar
Ən qorxulu şey saxta sevgidir. Bu Allahın qətiyyən sevmədiyi şeydir. Münafiq kişilər və münafiq qadınlar, kafir kişilər və kafir qadınlar, zalım kişilər və zalım qadınlar saxta sevginin ustasıdırlar. Sitatlar
Allahın tək məqsədi nədir? Sevmək və sevilməkdir. Amma necə sevilmək? Saxta deyil, səmimi şəkildə sevilmək. Bunun üçün insan daim səmimi sevgi axtarır, bütün dünya səmimi sevgi axtarır. Sitatlar
Ağlamaq müşriklərin ümumi xüsusiyyətidir. Özlərini ağlayan, zırıldayan belə həssas, mərhəmətli, kədərlənən insanlar kimi göstərirlər və beləliklə, yolları da açılar. Halbuki insan Allah qorxusundan, Allah sevgisindən ötrü ağlayar; amma bunlar müşrik ruhuyla, göstəriş üçün, oyun və taktikaları üçün ağlayarlar. Sitatlar
Şirk ruhu özü ilə qorxaqlıq gətirər. Bunu anlamırlar. Allah; “qəlblərinə qorxu salacağam” deyir. Həqiqətən də qəlblərinə qorxu salır; qorxurlar, güzəştə gedirlər bu dəfə. Sitatlar
Bəzi məmurların təvəkkülsüz olduqlarını və PKK-dan qorxduqlarını görürük. Bu onlara   yaraşmaz. Peyğəmbərimiz (s.ə.v) bir ovuc insanla, 40 nəfərlə meydana çıxmışdı.   Müsəlman igid olmalıdır, cəsarətli olmalıdır. Sitatlar
Çəkingən, ürkək olmaq müsəlmanın igidliyinə yaraşmaz. Taledə nə varsa o olar. Taledən qaçmaqla heç nə dəyişməz. Sitatlar
Həmişə ağlamağı, yas tutmağı təşviq edirlər. Millət olaraq çürüyərik, bu çox təhlükəlidir. Mömin ağlamamalıdır, küfr, dəccal tərəfdarları ağlasın. Mömin gülməlidir, şən olmalıdır. İmanlı millətimizi kədərlə, yasla, qorxuyla, ümidsizliklə, sıxıntıyla, əsəb pozğunluğuyla və ruhi xəstəliklərlə çürütmək istəyirlər. Buna icazə verməyək. Sitatlar
Allaha təvəkkül edilmədiyi zaman, qorxu və kədər, şirkin cəzası olaraq insana verilər. Sitatlar
Allah "kədərlənmə" deyir. Tövsiyə zənn edirlər, fərz hökmdür bu. "Qorxma" fərz hökmdür, möhkəm hökmdür. Açıq əmrdir; "qorxma". Buna görə də müsəlman; kədərlənmək, üzülmək, bunlardan qaçmalıdır. Haramdır bunlar, təvəkküllü müsəlmanın edəcəyi şey deyil. Sitatlar
İnsan cəhənnəmə əzabını özü gətirir. Özünü yandıracaq əzabı ora özü gətirir. Dünyadakı bütün sıxıntısı onunla birlikdə ora gedir. O sıxılma, qorxma, narahat olma, əzab çəkmə xüsusiyyətini. Allah bunu cənnətdə möminlərin üstündən qaldırır, lakin küfrün üstündən qaldırmır. Öz oduyla ora gedir. O öz oduyla orada yanır. Sitatlar
Ayələrdə bildirilən rəftar belədir: gərginliyə, qəzəbə, ürəyində yaranan hər cür narahatlığa icazə vermə, belə bir vəziyyətə düşmə, qorxma, kədərlənmə, narahat olma, psixi olaraq sənə zərər verən rəftar göstərmə. Sitatlar
Qorxaq olmaq həyatı zindana çevirər. Sitatlar
İnsanlarda qorxu damarı vardır. Bu çox böyük təhlükədir. Son hadisələrdə bir çoxları səslərini belə çıxarmadılar. Halbuki, fikirlə, yazı ilə, düşüncələri ilə dövlətin və demokratiyanın xeyrinə davrana bilərdilər. Sitatlar
Dünyanın hər yerində insanlar qorxu içindədir. Danışmaqdan belə qorxurlar. Çünki, insanların hər sözündən pis niyyətli məna çıxara bilirlər. Məşhur insanların heç biri rahat gəzə bilmir, hamısının yanında cangüdənləri var. Gözəlim İstanbul hündür divarlar, tikanlı məftillər və təhlükəsizlik kameraları ilə doludur. Mütləq mehdiyyət lazımdır. Sitatlar
Allah Peyğəmbərlərə qorxmağı haram etmişdir. Buna görə də qorxmaq Müsəlmanlar üçün də haramdır . Sitatlar
Hər bir dəccalın ömrü 40 ildir, bunu unutmayın. Dəccal gəldiyində dəccallıq etmədən getməz, ona verilən möhlət bitmədən getməz. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur