logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 27 Mart 2013

avatar

Adnan Oktar

Əgər başqa bir həll olsaydı peyğəmbərimiz (s.ə.v) söyləyərdi. Peyğəmbərimiz (s.ə.v) "Öz aranızda toplaşın, qərar verin" deyərdi. Mehdi (ə.s)-la, İsa Məsihlə, İslam Birliyi ilə birlikdə qərar verin. "Yox, biz çıxış yolu taparıq" desən sürünərsən, yüz ildən bəri yenə sürünməyə davam edərsən, Allah əsirgəsin.
A9 TV; 27 Mart 2013
1586
avatar

Adnan Oktar

Gözəl və baxımlı insanlar ətraflarına həyat eşqi verər.
A9 TV; 29 Mart 2013
avatar

Adnan Oktar

Polisimizin canı bizim üçün çox əzizdir. Onlar bizim başımızın tacıdır.
A9 TV; 29 Mart 2013
avatar

Adnan Oktar

Allah dünyanı günahsız, şirin heyvanlarla şənləndirir.
A9 TV; 29 Mart 2013
avatar

Adnan Oktar

Sevən qəlb sağlam olan qəlbdir, nifrət edən qəlb isə xəstədir.
A9 TV; 29 Mart 2013
avatar

Adnan Oktar

Hökumətimiz 150 ildir davam edən “dərin dövlət” şəbəkəsini diz üstə çökdürdü. Halal olsun, maşAllah.
A9 TV; 29 Mart 2013
avatar

Adnan Oktar

"Məhv olsun PKK" deməklə bir nəticə əldə etmək olmaz. PKK-ın düşüncəsinin dəyişdirilməsi lazımdır.
A9 TV; 29 Mart 2013
avatar

Adnan Oktar

Yalnız müqavimət göstərən deyil, fəal hərəkət müvəffəqiyyətli olar. PKK-nın fəal bir fəaliyyəti var. Bunun qarşılığı olaraq bizim gəncliyimizin də mütləq İslam Birliyi idealı olmalıdır.
A9 TV; 29 Mart 2013
avatar

Adnan Oktar

İnsanlarda ağılasığmaz xurafatlara inanmaq meyli var. Bu çox təəccüblüdür. Bir qismi də əslində inanmadığı halda, təkidlə özünü inanırmış kimi göstərir.
A9 TV; 29 Mart 2013
avatar

Adnan Oktar

İsa Məsih çox ağıllıdır. Mənim qənaətim belədir ki, hal-hazırda türkcə daxil olmaqla yeddi xarici dil bilir. Daha əvvəl demişdiniz, deyə bilərsiniz. Quranı, Tövratı, İncili su kimi əzbərdən bilər, amma Qurana tabe olacaq. Bir müddət sonra dediyimin doğru olduğunu görəcəksiniz, inşaAllah.
A9 TV; 23 Mart 2013
avatar

Adnan Oktar

Hal-hazırda Amerikan xarici siyasəti məsihiyyətə görə planlıdır. Hal-hazırda dünya siyasəti Məsihə görə istiqamətlənir.
A9 TV; 23 Mart 2013
avatar

Adnan Oktar

Hal-hazırda orta şərqə əzab verən Məsih inancıdır. İraqla edilən döyüşün mənşəyində, Əfqanıstanın işğalında Məsih inancı vardır. Suriyanın hal-hazırkı mövqeyi Məsih inancından qaynaqlanır. İsraildə Məsih inancı əsas inancdır. Yəni Şiloh-Mehdi inancı var. İslamda da Şiloh Mehdi dörd məzhəbdə haqq olan bir inancdır. Şiəlikdə etiqad məsələsidir.
A9 TV; 23 Mart 2013
avatar

Adnan Oktar

Din çox sadədir. Gözəl əxlaqlı, mehriban, səmimi olacaqsan. Onsuz da halallar bəllidir. Halallar sonsuzdur. Haram olanlar isə çox azdır. Onlar da Quranda ifadə edilmişdir. Onlara diqqət yetirəcəyik, vəssalam. Yaxşı insan olacaq, mehriban, Allaha təslim, Allahı çox sevən olacaqsınız. Başın qarışıq olmayacaq, dürüst olacaqsan.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Din çox kompleks bir şey deyil. Din çox sadədir. Yəni aylarla, illərcə oxuyub öyrənəcək, təhsillə qavrayacağımız bir şey kimi deyil. İslam iki-üç saat ərzində də insanın rahat şəkildə anlayacağı kimidir.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Çoxluqla öyünməyi Allah bəyənmir. Bəzi xurafatçılar "Bizim sayımız çoxdur" deyir, onunla öyünür. Halbuki, bu bərəkətsizdir. Çoxluq əhəmiyyətli deyil. Allahın razılığı, keyfiyyət əhəmiyyətlidir.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Sənə aid olan mal yoxdur. Sən gözətçisən. Bütün bunlar Allahın malı-mülküdür. Mal Allahındır, insana aid mal yoxdur.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Cənub-şərqin xoşbəxt olacağı sistem İslamdır, İslam əxlaqıdır, sevgidir. Hökumət cənub-şərqdəki qardaşlarımızın şərəfini qorumaq mövzusunda bütün səyini göstərsin. İqtisadi cəhətdən rahatlıqlarını təmin etmək üçün səylə çalışsın. Bölünməyə qarşı hər cür tədbir görsün.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Cənnətdə hər şey bir tərəflidir. Məsələn, qaranlıq yoxdur, həmişə işıqlıqdır. Pislik yoxdur, yaxşılıq vardır. Məsələn, mənfi enerji yoxdur, müsbət enerji vardır. Hər şey təkdir, inşaAllah.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Bura imtahan yeridir, rahatlığı unutsunlar, elə bir şey olmaz. Bura cənnətlə cəhənnəmin qarışığı bir yerdir. İmtahan verdiyi üçün 50% cənnət, 50% də cəhənnəmə bənzəyər. Cənnətdə rahatlayacaqlar.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Bütün güc Allahın əlindədir. Çətinliyi verən də, yox edən də Allahdır. Ayədə belə buyurur: "Xəstələndirən və şəfa verən". Xəstəliyi və şəfanı verən Cənab Allahdır.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Çətinlik hər kəsdə olar. İmtahanın gərəyi bu dünyada çətinlik olar: ilıq su içmək, bədəni susuz qoymamaq, yuxusuz qalmamaq, bir az hərəkət etmək. Amma ən əhəmiyyətlisi Allaha aşiq olmaq, tam təslim olub təvəkkül etmək, özünü tamamilə Allaha həsr etmək, heç bir şəkildə səbəbin, vəsilənin əsas olmadığını bilməkdir.
A9 TV; 16 Mart 2013
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Yalnız müqavimət göstərən deyil, fəal hərəkət müvəffəqiyyətli olar. PKK-nın fəal bir fəaliyyəti var. Bunun qarşılığı olaraq bizim gəncliyimizin də mütləq İslam Birliyi idealı olmalıdır. Sitatlar
Din çox kompleks bir şey deyil. Din çox sadədir. Yəni aylarla, illərcə oxuyub öyrənəcək, təhsillə qavrayacağımız bir şey kimi deyil. İslam iki-üç saat ərzində də insanın rahat şəkildə anlayacağı kimidir. Sitatlar
Kimsə İslam Birliyini istəyir , amma, haşa, Allah, peyğəmbər, Mehdi (ə.s) olmadan istəyir. Bu düzgün deyil. Allaha, peyğəmbər (s.ə.v)-ə, peyğəmbər (s.ə.v)-in göndərdiyi liderə, İsa Məsihə tabe olacaqsan. Bundan başqa yol yoxdur. Sitatlar
Biz İsrailə, yəhudi qardaşlarımıza Allah rizası üçün şəfqət göstəririk. Heç bir mənfəətimiz yoxdur. Əksinə bir çox təhlükə ilə, çətinliklə qarşılaşırıq. Bu mövzuda səylərimizi təkcə Allahın təqdirinə təqdim edirik, inşaAllah. Sitatlar
Türkiyə olaraq bir böyüklük iddiamız yoxdur. Böyük olan Allahdır. "Türkiyə böyük qardaş"dır. Belə deyil. Türkiyə Allah rizası üçün xidmət etməyə, xidmətçiliyə namizəddir. Sitatlar
Mehdiyyət nurlu iki qolu ilə bütün dünyanı qucaqladı. Bunun daxilində hər şey öz yoluna düşür. Cənab Allah Mehdi (ə.s)-ı, İsa Məsihi vəsilə edir. Sitatlar
İxlas bir şeyi yalnız Allah rizası üçün etməkdir. Yəni insanların təqdiri üçün etsə o etdiyi tamamilə faydasız olar, itər. Saflıqla "Allah nə deyər?", "Allah bəyənərmi?", "Allah razı olarmı?", "Allah məmnun olarmı?" müsəlman bunları əsas götürəcək. Bunu unutmamaq lazımdır. İxlasın əsas xüsusiyyəti budur. Sitatlar
Sırf Mehdi (ə.s)-ı sevmək, İslam Birliyini istəmək belə bir qurtuluşdur. Sitatlar
Xurafatçıya, darvinistə Quran oxusan qəbul etməz. Səbəbini Allah Quranda açıqlayır: "Sən Quran oxuduğun zaman səninlə Axirətə inanmayanların arasına gözəgörünməz pərdə çəkdik. (İsra surəsi , 45)    Çünki ikinci bəndə, birinci bəndə deyil. Bir başqa həyatda yaşayır. Xüsusi olaraq Allah tərəfindən yaradılmışdır. Bu səbəbdən dediyini anlamaz. Sitatlar
Bir kəsi özündən çıxaracaq tərzdə danışıqlardan çəkinmək lazımdır. Həmişə İslam Birliyinin İsraili də qoruyacağını, qoruyucu ruhu olduğunu vurğulamaq lazımdır. Daxili, xarici işlərinə müdaxilə edərək deyil, sevgi ilə qoruyacaq. Sitatlar
Hz. Süleyman (ə.s)-ın məscidini yenidən inşa edəcəyik, inşaAllah. Fələstinlilərlə israillilər qardaş olacaq. Hər kəs öz ibadətini azad şəkildə edəcək. Neçə illərdir davam edən bu çətin, iztirablı həyat bayram sevincinə çevriləcək. Cənab Allah bunu Moşiyahın edəcəyini Tövratda, peyğəmbərimiz (s.ə.v) də hədislərində bildirir. Sitatlar
İslam bütün orta şərqi əhatələyən, Çin, Rusiyaya, hamısına qarşı şəfqətli olan, Amerikanı da, bütün dünyanı sevən bir sistemdir. Hər kəsi sevən, hər kəsə yaxşılıq edən bir sistemdir. Sitatlar
Hz. Mehdi (ə.s)-ın xüsusiyyəti dini və həyatı asanlaşdırmaqdır. Hz. Mehdi (ə.s) insanların üzərindəki ağır şərtləri qıracaq. Sitatlar
Hz. Mehdi (ə.s)-ın qədərində öldürülmək, məğlubiyyət də yoxdur. Sitatlar
Dünya imtahan dünyasıdır, bir qapıdan girilib, bir qapıdan çıxılır. Hamımız o şərəfə, gözəlliyə çatacağıq, inşaAllah. Rəbbimizin qatına çıxacağıq. Cənabı Allah bildirir ki, hər nəfs ölümü dadacaq. Bir “gözəl dadmaq”, bir də “ağrılı dadmaq” var. Allah gözəl dadanlardan olmağı nəsib etsin. Sitatlar
Cənub-şərqdə gəncliyin əlindən PKK-a qarşı mehdiyyəti almağa çalışdılar. Çünki tarazlığı pozmalıdırlar ki, PKK inkişaf etsin. Çünki insanı idealsız, şövqsüz, imansız qoyacaq. PKK təktərəfli inkişaf edəcək. Elmlə, mədəniyyətlə, ağılla, məlumatla bu yersizliyi dayandırdıq. PKK-NIN YOLU BAĞLANDI, MEHDİYYƏTİN YOLU AÇILDI. Qəsdən bağlamışdılar ki, PKK-nın yolu açılsın, inkişaf etsin. Biz o yolu açdıq. Biz də icazə vermədik. Sitatlar
Nə gözəl, sonsuz ağıla sahib Allahımız var. Allah gözəlliyi bəyənir, sevir, çox gözəldir. Asan bir yol göstərmişdir: "Gözəl əxlaqlı olun, sizi cənnətə daxil edim" deyir. Sitatlar
Hədisdə bildirildiyinə görə hz. Mehdi (ə.s) dövründə yaxşı və ya pis ayrı-seçkiliyi olmadan bütün insanlar nemət içində olacaq. Sitatlar
Millət olaraq federasiya daxil olmaqla bölünməyə gedəcək heç bir yolu qəbul etmirik. Sitatlar
Hal-hazırda Mehdiyyət bütün dünyaya sakit şəkildə istiqamət verir, hər yerdə qabaqcıldır, yol göstərir. Sitatlar
Öz ağıllarına görə Mehdi (ə.s)-ın gəlişinə mane olmağa, mövzunu ört-basdır etməyə çalışanlar var. Halbuki, Mehdi (ə.s)-ı istəmələri lazımdır. Mehdi (ə.s) gəlməsə dəccal gəlir. Amma qədərdə Mehdi (ə.s) gəlmişdir və maneə olmaq da mümkün deyil. Sitatlar
Mehdi (ə.s)-ın xatirinə qiyamət təxirə salınmışdır. Onlar da zənn edir ki, öz-özünə təxirə salınır. Öz-özünə təxirə salınmır. Mehdi (ə.s)-ın vəsiləsi ilə, Mehdi (ə.s)-ın hörmətinə təxirə salınır, inşaAllah. Sitatlar
İslam dünyaya hakim olanda hz. Mehdi (ə.s)-ın yaşı artacaq, amma özü sağlam, canı sulu olacaq. Sitatlar
Mehdi (ə.s) dövründə insanlar, "Biz Allahı necə anlaya bilmədik?" deyəcəklər, öz-özlərinə çaşacaqlar. Sitatlar
Bəziləri bölünəndə daha sakit bir Türkiyə olacağını zənn edirlər. Lakin zənn etdikləri kimi olmaz. PKK, cənub-şərqdə çox vəhşi bir rejim yaratmağı düşünür. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur