logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 21 iyun 2015

avatar

Adnan Oktar

Əgər biri eqoistlik nümayiş etdirsə, insanlar ona çox vəhşi davranar. Bunun üçün təvazökarlıq qoruyucu bir zirehdir. Eqoistlik də təcavüzkarlığı artıran, bəlanı cəzb edən bir xəstəlikdir.
A9 TV; 21 iyun 2015
1806
avatar

Adnan Oktar

Hər şeyi bilən, hər cür hökmü meydana gətirən Allahdır və Allah hikmət sahibidir, bir şey etdiyində onun bir hikməti olar. İnsan; "çox böyük tərslik oldu" deyir. Xeyr, hikmətlə olur. Sən bunu qavraya bilmirsən. Sən bunu ya dünyada, ya da axirətdə öyrənərsən; amma hikmətlə yaradılır.
A9 TV; 21 iyun 2015
avatar

Adnan Oktar

Hekayəni niyə danışarlar? Hekayədən nəticə çıxarılması üçün danışılar. Nağıl olsun deyə danışılmaz. Baş verəcək bir hadisəni işıqlandırar. Quran hekayələrində baş verəcək hadisələrdən işarələrlə bəhs olunar. Məsələn, Yusif surəsi işarələrlə mehdiyyətdən bəhs edir.
A9 TV; 21 iyun 2015
avatar

Adnan Oktar

Hz. Süleyman (ə.s), Mehdi (ə.s)-ın cəddidir. Mehdi (ə.s) hz. Süleyman (ə.s)-a bənzəyir. Mehdi (ə.s) da sənəti çox sevəcək, gözəlliyi çox sevəcək, əzəməti çox sevəcək. Dünyanı bəzəyəcək. Peyğəmbərimiz (s.ə.v) Mehdi (ə.s) barədə; "bütün dünyanı rifah halına gətirər" deyir.
A9 TV; 21 iyun 2015
avatar

Adnan Oktar

Cənnətə yaxşı hazırlaşmaq lazımdır, onu yaxşı qavramaq lazımdır. İmanı yaxşı gücləndirmək lazımdır. Müsəlman bu məlumatı beyninə tam həkk etməlidir. Anlaşılmaz məlumat kimi qalmamalıdır. Müsəlman Quranda cənnətlə əlaqədar bütün deyilənləri, ayələrin hamısını bilməlidir.
A9 TV; 21 iyun 2015
avatar

Adnan Oktar

Möminlər ölümlərindən sonra həmişə gözəl şeylərlə qarşılaşırlar. Çətinlik, iztirab, qorxu; bunlar qətiyyən yoxdur. Hər yerdə işləri rahat olar. Vəfat edərkən, dirilərkən, cənnətə alınarkən qətiyyən narahatlıq yaşamazlar.
A9 TV; 21 iyun 2015
avatar

Adnan Oktar

Hz. Süleyman (ə.s) incəsənət və estetikanın sultanıdır. Dünyaya sənəti, estetikanı öyrədən insandır. Xristianlar sənəti həmişə ondan öyrəndilər. Sarayın, məscidin və binanın necə bəzənəcəyini. Avropa və Osmanlı imperiyasındakı saraylar həmişə hz. Süleyman (ə.s)-ın sarayına bənzədilərək inşa edilmişdir. Hz. Süleyman (ə.s) bütün sarayların atasıdır, incəsənətin atasıdır, estetikanın, gözəlliyin atasıdır.
A9 TV; 21 iyun 2015
avatar

Adnan Oktar

İnsanları böyük səy göstərməklə elmə, müasir fizikaya təşviq etməliyik. Elm Quran kimi, Allahın ayələrinin güclü şəkildə təcəlli etdiyi bir şeydir.
A9 TV; 19 iyun 2015
avatar

Adnan Oktar

Elm Allahın varlığını göstərmək üçün istifadə olunan bir üsuldur. Onsuz da elmin vəzifəsi budur. Allahın sənətini sübut edər, izah edər. Allah ayədə; "Allahdan ancaq alimlər içi titrəyərək qorxar" deyir. Bu kimsələr, qəti şəkildə iman edərək Allahdan qorxur.
A9 TV; 19 iyun 2015
avatar

Adnan Oktar

Dünya fırlanır, Dünya Günəşin ətrafında fırlanır, o Süd Yolu qalaktikasının içində dövr edir. Ucsuz-bucaqsız boşluqda. Elə bil, nəhəng bir təyyarədəyik. Nə pilotu, nə də nəzarət qülləsiylə əlaqəsi var. Milyonlarla göy cisminin içində heç bir yerə dəymədən hərəkət edir, özü də bizi heç silkələmədən. Bu çox inanılmaz bir şeydir.
A9 TV; 18 iyun 2015
avatar

Adnan Oktar

Sırf insan beynini düşünsən iman edərsən. Sırf hörümçəyin həyatına baxsan iman edərsən. Sırf arının həyatına baxsan iman edərsən. Tamamilə qeyd-şərtsiz iman edərsən.
A9 TV; 18 iyun 2015
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) son Rəsul, son Nəbidir. Hz. İsa (ə.s) Axırzamanda gəlir, amma bir din gətirmir. İslama tabe olur. Yəni ümmətin bir fərdi olaraq gəlir.
A9 TV; 18 iyun 2015
avatar

Adnan Oktar

Allah, güclənmiş bir imanı istəyir. Amma bu səmimi ruhla əldə edilir. Səmimi vicdana sahib olmadan bunu əldə etmək olmaz.
A9 TV; 18 iyun 2015
avatar

Adnan Oktar

Mələklərə iman, taleyə iman. Bunlar barədə ayrı-ayrılıqda düşünmək, təfəkkür edilib beyində tam iman kimi oturtmaq lazımdır. Yəni xalqın böyük hissəsində səthi məlumat şəklində bunlara qarşı inanc var. Lakin sarsılmaz məlumat olaraq, bu yalnız təqvalı müsəlmanlarda olur. Möhkəm məlumat halına gətirmək lazımdır.
A9 TV; 18 iyun 2015
avatar

Adnan Oktar

Allahı sevməyə qərar verən insanın baxışı açılır. Beynindəki məlumat axımı artır. Mühakimə qabiliyyətinə sahib olur.
A9 TV; 18 iyun 2015
avatar

Adnan Oktar

Allah axirətə və cənnətə iman etməyin, buna görə hazırlıq görməyin üstündə dayanır. Müsəlman da bu məsələ üzərində ciddi şəkildə dayanmalı və özünü bu istiqamətdə tərbiyə etməlidir. Yəni bunlara qeyri-dəqiq məlumatlarla deyil, qəti məlumatlarla iman etməlidir. Dünya həyatı və cənnət həyatı daim iç-içə olmalıdır.
A9 TV; 17 iyun 2015
avatar

Adnan Oktar

Əgər cənnət barədə səthi düşünülsə, insan beyni onu səthi qavrayar və ona səthi inanar. Amma diqqətlə düşünüb qəti şəkildə iman edərsə, bunu etməsi üçün Allahdan özünə lazımi məlumatları verməsini israrla tələb edərsə, cənnət və axirət həyatını aydın şəkildə qavrayar.
A9 TV; 17 iyun 2015
avatar

Adnan Oktar

İnsanlar Allaha tam təslim olmurlar. Mənfəətləriylə zidd düşəcəyi vaxt, dini tərk edəcək çox böyük bir insan kütləsi olduğunu görürəm. Mehdi (ə.s) isə, bütün mənfəətləriylə zidd düşsə belə, daim Allahın razılığını istəyən bir insandır. Çünki həyatın bütün yönlərindən əl çəkdiyi hədislərdən aydın olur.
A9 TV; 17 iyun 2015
avatar

Adnan Oktar

Müsəlman gün ərzində cənnət üçün ciddi hazırlıq görməlidir, bütün fikrini cənnətə yönəltməlidir. Cəhənnəm qorxusu olacaq, amma özünü ciddi şəkildə axirətə hazırlamalıdır. Cəhənnəmə hazırlamamalıdır. Müsəlman özünü cənnətə hazırlayar.
A9 TV; 17 iyun 2015
avatar

Adnan Oktar

Müasir, aydın, sevgi dolu, sevgini əsas götürən bir İslam anlayışı dünyaya hakim olacaq. Bundan savayı boş-boşuna çalışmasınlar. Müasir İslam anlayışından başqa hər hansı bir şey olması qeyri-mümkündür.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

Ənənəvi bataqlığa düşmək dibsiz quyuya düşmək kimidir, insan getdikcə çirklənər. Qatı dinçilik fasiləsiz surətdə qat-qat artan bir bəladır. Adam; "mən qatı dinçiyəm" deyir. Başqası da; "mən daha çox qatı dinçiyəm" deyir. Yarış halında ağlasığmaz bir çirkabın içinə girərlər.
A9 TV; 16 iyun 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Təkəbbür hissinin heç bir məqbul tərəfi yoxdur. İnsan yatmağa məhkumdur, çox aciz varlıqdır, çətinliklər içində yaşayır və qısa müddətdə də ölür. Belə varlığın təkəbbürlü, özü də ağlasığmaz dərəcədə təkəbbürlü olması möcüzədir. Sitatlar
İnsan təkəbbürlənməyə başladıqda Allah dinə yaxınlaşmasını mane olur, ağlını əlindən alır. Sitatlar
İnsanın eqoistlik edəcək halı yoxdur, sən qandan, ətdən, sümükdən, sinir hüceyrələrindən meydana gəlmiş bir varlıqsan, əlbəttə ki, ehtiyacların var, niyə lovğalanırsan? Ölüb gedəcəksən, kimə acıq verirsən? Eləcə də, çox qısa müddətdə bitir həyat. Bütün meyitlər məzarın içində açıq-aydın şəkildə şişib partlayır. İnsanın lovğalanacaq halı yoxdur, aciz bir varlıqdır. Sitatlar
Allahın hər hansı aciz bir qulusan. Niyə qürurlanırsan? Getdiyin məkan səni şərəfləndirməz. Getdiyin məkanda nə var? Beton var, dəmir var, daş var, kərpic var, taxta var, asfalt var, bir də ağaclar var. Bundan ötrü sən niyə şərəf qazanasan? Sitatlar
Allah ayədə; "vicdanları qəbul etdiyi halda zülm və təkəbbür ucbatından rədd etdilər" deyir. Vicdanına müqavimət göstərir. Yoxsa vicdanı ona doğru olanı əmr edir, "et" deyir, dinləmir. Sözünə qulaq asmır. Buna görə də üzləri qaralır. Yoxsa insan vicdanının səsinə qulaq assa, üzü nur kimi olar. Sitatlar
Təkəbbür hissi insanı özündən razı, ədəbsiz biri edir və ən pisi də həmin insan aciz   mövqeyə düşəcək şəkildə ağılsız olur. Məsələn, axmaqcasına bir-birinin ardınca   yalanlar söyləyir. Ən axmaq insanın belə danışmayacağı məntiqsiz şeylər danışır.   Ruhunda inanılmaz qarışıqlıq olur, böyük bir qarışıqlıq olur. Küfr əhlinə çox meylli olur. Sitatlar
Gözəl olar, eqoist olar, heç bir faydası olmaz. Gözəllik eyni zamanda fitnədir. Gəncdir, gözəldir, lakin qürurdan, təkəbbürdən ötrü dəliyə dönər. Çirkin hesab edərsən, lakin dəlicəsinə bir şövqü olar. O gözəl dediyindən min dəfə artıq gözəllik verər sənə. Sitatlar
Öyünsən, təkəbbürlənsən dəli kimi görünərsən, bu antipatiya oyadar və sevilə bilməzsən. Təkəbbürləndiyin, lovğalandığın vaxt da sevilməz olursan. Sən niyə lovğalanırsan, niyə öyünürsən ki? Sevsin deyə edirsən, elə deyilmi? Əks təsir verər, sevgi gedər. Sitatlar
Bir insan çox eqoistdirsə, özündən çox razıdırsa, təkəbbürlüdürsə, onu eqoistlik bürüyür. Tamamilə eqoistlik bürüyür. Bədəni xəstələnir. Yəni ruh xəstəsi kimi olur. Fironda, Nəmrudda olan budur. Ağlını itirir. Təbiidir ki, belə olduqda bədəninə şeytan yerləşir. Artıq normal hərəkətlər edə bilmir. Ağılla hərəkət edə bilmir. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) dövründəki bütün münafiqlərin xüsusiyyəti özlərini Peyğəmbər (s.ə.v)-dən üstün görmələri və ön plana çıxartmalarıdır. Münafiq qadınlarda və münafiq kişilərdə, hədəf həmişə ən qabaqda olmaq, ən böyük olmaqdır. Özlərini haşa Allah kimi görərlər. Sitatlar
Hədisdə: “Ümmətimdəki münafiqlərin əksəriyyətini təhsil alanlar təşkil edər" deyir. Bilikləri nəticəsində həmişə havalanar, ayrı olmaq istəyərlər. Münafiqlər öz aləmlərində “mən daha ağıllıyam, daha bilikliyəm” deyə təkəbbürlənərək müsəlmanlardan ayrılmaq istəyərlər. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) dövrünün münafiqləri öz aləmlərində Peyğəmbər (s.ə.v)-dən daha ağıllı olduqları iddia edirdilər. Özlərini guya daha ağıllı zənn etdikləri üçün, yekəxana danışırdılar. Münafiq çox nəzakətsiz və ədəbsiz olar. Sitatlar
Mömin həmişə dürüstlüklə, səmimiyyətlə, yaxşı niyyətlə, təvazökarlıq, məzlumluq və həlim xasiyyətlə, yəni həlimlik və itaətkarlıqla yaşayar. Münafiq tam əksidir. Üsyankar, asi və anarxist ruhludur. Sitatlar
Təkəbbürlənənlər alçaldılar, sürünər; təvazökar insanlar da həmişə uca yaşayarlar. Sitatlar
Bəzi film və seriallarda gizlin şəkildə insanların guya ilah olduqları təbliğatı aparılır, beləliklə insanları qul olma və təvazökar olmağa deyil, əksinə təkəbbürlü olmağa yönəldən, haşa ilah olduqlarına inanmağa dair şüur altı təlqin verilir. Sitatlar
Quranı həyata keçirmək bir sənətdir. Ağıllı insan Quranı çox yaxşı anlayar və həyatına gözəl şəkildə tətbiq edər. Məsələn, təvazökarlıq necə ediləcək? Təkəbbür hissi aradan necə qaldırılar? Sevgi necə yaşanar? Sitatlar
Səbirli, bağışlayıcı, mərhəmətli, dürüst, gözəl sözlü, təvazökar və fədakar olan sevgini tapar. Sitatlar
PKK-lılar arasındakı həmrəylik müsəlmanlar arasında yoxdur. Onun 10-da 1-i belə yoxdur. Məsələn, 3 min metr hündürlükdəki dağda, qayanın, mağaranın içində yaşayır. “Get mağarada yaşa” desən, bunu çox az müsəlman qəbul edər. “Həyatını fəda et” desən, mənim övladlarım var, arvadım var, mən həyatda yüksək yerlərə gələcəyəm, övladımı evləndirəcəyəm və s. deyər. Həyatını fəda etməz. Amma baxın PKK həyatını fəda edir. Bunun üçün küfr əhli belə olsa, Allah müvəffəqiyyət verir; əzmkarlıq göstərdiyi üçün. Sitatlar
Hər şeyi bilən, hər cür hökmü meydana gətirən Allahdır və Allah hikmət sahibidir, bir şey etdiyində onun bir hikməti olar. İnsan; "çox böyük tərslik oldu" deyir. Xeyr, hikmətlə olur. Sən bunu qavraya bilmirsən. Sən bunu ya dünyada, ya da axirətdə öyrənərsən; amma hikmətlə yaradılır. Sitatlar
Allah küfr əhlinə müəyyən müddət möhlət verir, sonra da devirir, batil olduğu üçün. Küfr əhlinin ömrü 40 ildir. PKK da 40 illik ömrünü tamamlamaq üzrədir. Sitatlar
Hekayəni niyə danışarlar? Hekayədən nəticə çıxarılması üçün danışılar. Nağıl olsun deyə danışılmaz. Baş verəcək bir hadisəni işıqlandırar. Quran hekayələrində baş verəcək hadisələrdən işarələrlə bəhs olunar. Məsələn, Yusif surəsi işarələrlə mehdiyyətdən bəhs edir. Sitatlar
Müşrik bəzən özünü yaxşılıq edəcək kimi göstərər, amma namərddir. Müşrikin göstərdiyi üzünə inanmamalısan. Sənin yanında göstərdiyi yaxşı rəftar, yaxud danışıqlar, çıxışlar etibarlı deyil. Onun hiyləgər və gizli manyak dünyası əsasdır. Quran buna diqqət çəkir. Sitatlar
Ağlamaq müşriklərin ümumi xüsusiyyətidir. Özlərini ağlayan, zırıldayan belə həssas, mərhəmətli, kədərlənən insanlar kimi göstərirlər və beləliklə, yolları da açılar. Halbuki insan Allah qorxusundan, Allah sevgisindən ötrü ağlayar; amma bunlar müşrik ruhuyla, göstəriş üçün, oyun və taktikaları üçün ağlayarlar. Sitatlar
Hz. Süleyman (ə.s), Mehdi (ə.s)-ın cəddidir. Mehdi (ə.s) hz. Süleyman (ə.s)-a bənzəyir. Mehdi (ə.s) da sənəti çox sevəcək, gözəlliyi çox sevəcək, əzəməti çox sevəcək. Dünyanı bəzəyəcək. Peyğəmbərimiz (s.ə.v) Mehdi (ə.s) barədə; "bütün dünyanı rifah halına gətirər" deyir. Sitatlar
PKK-nın kökü qanuni yollarla qurudulmalıdır. Bu fərzdir. Açıq şəkildə Quran ayələriylə bildirilmiş və isbat olunmuşdur; küfr əhli qətiyyən qalib gəlmir. Haqq həmişə qalib gəlir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur