logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 27 may 2015

avatar

Adnan Oktar

Təkəbbür hissi insanı özündən razı, ədəbsiz biri edir və ən pisi də həmin insan aciz mövqeyə düşəcək şəkildə ağılsız olur. Məsələn, axmaqcasına bir-birinin ardınca yalanlar söyləyir. Ən axmaq insanın belə danışmayacağı məntiqsiz şeylər danışır. Ruhunda inanılmaz qarışıqlıq olur, böyük bir qarışıqlıq olur. Küfr əhlinə çox meylli olur.
A9 TV; 27 may 2015
1016
avatar

Adnan Oktar

Allah ayədə hz. Musa (ə.s) barədə: "Onu mühüm sınaqlardan keçirtdik" (Taha surəsi, 40) deyir. İmtahandan keçirtdik. Ondan sonra ulul əzm peyğəmbər olur. Normal hadisələr yaşasaydı, o zaman hər hansı bir insan olardı. Amma qeyri-adi imtahan edildiyi üçün inanılmaz bir insan olur.
A9 TV; 27 may 2015
avatar

Adnan Oktar

Materialistlər; "madam ki, Allah var, dünyanı bir anda cənnətə çevirsin. Niyə bu əzablar, sıxıntılar var?" deyir. Ağıla bax, məgər sən buraya imtahan olunmaq üçün gəlmədin? Əylənməyə gəlmədiyinə görə, imtahan olunmağa gəldiyinə görə, əlbəttə ki, əzablar, sıxıntılar olacaq. Çətinliklər olacaq. Çətinlik yaşamadan, sən necə imtahan olunacaqsan?
A9 TV; 27 may 2015
avatar

Adnan Oktar

İnsanların, bu qədər əzab çəkmələrinə baxmayaraq, dinin əhəmiyyətini görə bilməmələri heyrət vericidir. Halbuki normal bir dindar olduqca hüzurlu yaşayar, olduqca gözəl yaşayar.
A9 TV; 27 may 2015
avatar

Adnan Oktar

Biz Cümhuriyyət Xalq Partiyasını dindar olması üçün daim təşviq etdik və xeyli irəliləyiş əldə etdilər. Dindarlığa doğru çox gözəl addımlar atdılar. Amma atdıqları hər addım onların burnundan gətirilsə, hər addımlarından sonra mənfi sözlər eşitsələr, onda bir hissəsi dindarlığa qarşı çıxa bilərlər. Bu da yaxşı olmaz. Digər mövzularda tənqid etsinlər, amma mənim fikrimcə din mövzusunda bunu etmələri səhv olar. Çünki onların dindar olması bütün müsəlmanların lehinədir.
A9 TV; 27 may 2015
avatar

Adnan Oktar

Bir sənətçini öz başının çarəsinə baxmağa buraxmaq çox böyük vicdansızlıqdır. Əvvəla sənətçi dolanışıq dərdi çəkməməlidir. Ona çox mükəmməl bir həyat təmin edilməlidir. Dövlətin bir çox imkanı var. Sənətçiyə imkanlar təqdim etməlisən, o da rahatlıqla öz sənətiylə məşğul olmalıdır. Sən adamı həyat mübarizəsi aparmağa məcbur etsən, o zaman o necə sənəti ilə məşğul olsun?
A9 TV; 27 may 2015
avatar

Adnan Oktar

Bəla, prezident idarəetmə sisteminin hakim olmasında deyil, prezident idarəetmə sisteminin gətirəcəyi federasiyadadır. Yoxsa biz prezident idarəetmə sisteminə qarşı çıxmırıq.
A9 TV; 27 may 2015
avatar

Adnan Oktar

Ənənəvi ortodoks İslam anlayışıyla İslam izah edilməz. "Hacı əmi"ləri televiziya ekranına çıxarırlar, onlar da 1930-1940-cı illərdə mövcud olan zehniyyətlə öz xurafatlarından danışırlar (dini mövzuları tənzih edirəm). Həmyaşıdı olan, öz zehniyyətindəki insanlara xitab edir. Gənclər də bunları təəccüb və ibrətlə seyr edirlər. Halbuki dini izah etmək üçün nə uyğun mədəniyyətə, nə də məlumata sahibdirlər.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Din olduqca asan və sadədir. Sevgi, mərhəmət, dostluq, qardaşlıq, bağışlayıcılıq, altruizm, fədakarlıq, igidlik, cavanlıq. Comərdlik necə də gözəldir. Məsələn, sevdiyin bir insanın malı, mülkü olmur. Comərd davranırsan, xoşbəxt olur, sevinir. Bu sənə də xoş gəlir.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Qatı dinçilərin göstərdiyi din cəhənnəmdir. Musiqi yox, şəkil yox, əyləncə yox, sevgi yox, dostluq yox, yoldaşlıq yox, heç nə yoxdur. Bəla var, tərbiyəsizlik var, məntiqsizlik var, xurafat var, batil inanclar var.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Dindən uzaq olduqda, İslamdan uzaq olduqda, Allahdan qorxmadıqda, Allahı sevmədikdə həyat kabus olur. Allahdan tək sözlə belə bəhs etmirlər. Bir dəfə "Allah" de. Dilin mi qopar, bir "Allah" de, bir şey olmaz. Demirlər. İnanılmaz bir narahatlıq, inanılmaz bir gərginlik var. Qətiyyən sevgi yoxdur. Sevgi deyə bir şey yoxdur, bitmişdir sevgi. Hörmət də yoxdur, hörmət də qalmamışdır.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Palçıqlı sudan insan yaranarmı? Fillər, zürafələr, quşlar, leyləklər, zeytun, portağal ağacları, pomidor, bibər; "hamısı təsadüfən palçıqlı sulardan yarandı" deyir. Onda bir çənin içinə bütün kimyəvi maddələri dolduraq və istədiyiniz hər şeyi edək. İnsanlar da həmin çənin başında atadan oğula milyonlarla il gözləsinlər. O çənlərdən nə zürafə, nə insan, nə pomidor, nə bibər, nə də üzüm çıxar; heç nə çıxmaz.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Allah insanı gözəl bir yaradılışla yaradacaq, beş duyğu verəcək; sən də; "təsadüfən palçıqlı sulardan yarandın, mikrobdan meydana gəldin sən. Allah yox" deyəcəksən. Guya elmin mənfəəti üçün, bu qədər meyvəni, bu qədər tərəvəzi, heyvanları, bitkiləri yaradan Allahı tamamilə inkar edəcəksən. Bu çox böyük bir fəlakət gətirər. İnsanlar məhv olar. Allah mehdiyyət vəsiləsiylə Türkiyəni məhv etmir.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Məktəblərdə darvinizm geniş şəkildə izah edilsin, lakin cavablandırma haqqı verilsin. Sadəcə daşlaşmış qalıntıları (fosilləri) aparıb məktəblərin önünə qoyaq. Şagirdlər görsün. Bu qədər, başqa şey istəmirik. Zülalın elmi cəhətdən təsadüfən meydana gəlməsi qeyri-mümkün olduğu deyilsin.
A9 TV; 26 may 2015
avatar

Adnan Oktar

Qurandakı hikmətlərin anlaşılması üçün, Onun aramla, başa düşülərək və yavaş-yavaş oxunması vacibdir.
A9 TV; 23 may 2015
avatar

Adnan Oktar

Çox nadir seçilmiş, Allah tərəfindən xüsusi olaraq ilham edilmiş və Allah tərəfindən dərin yuxuya verilmiş insanlar Mehdi (ə.s)-a yaxınlaşır. Kəhf əhli kimi. Bu cür adam, taleyində olduğu üçün, istəsə də uzaqlaşa bilməz. Həqiqi Mehdi tələbəsinin iradəsi çatmaz getməyə. Amma o biriləri də, istəsələr belə, hz. Mehdi (ə.s)-ın tələbəsi ola bilməzlər.
A9 TV; 23 may 2015
avatar

Adnan Oktar

Kəhf surəsi birbaşa mehdiyyətdən bəhs edən bir surədir. Əvvəldən axıra qədər mehdiyyəti izah edir. Amma işarələrlə, sirr dolu izahatlarla izah edir. Yəni açıq-aşkar, aydın şəkildə izah olmaz. Ağıl sahibi, hikmət sahibi, təfəkkür sahibi olan, Allahın istəyi ilə, verəcəyi ilhamla, oradakı simvolların, işarələrin sirrini açar.
A9 TV; 23 may 2015
avatar

Adnan Oktar

Allah həyatı yuxu kimi yaradır. Quran bu böyük sirrə işarə edir. İnsanlar dünyada yuxuda olduqlarını bilmirlər. Halbuki, hal-hazırda hamısı yuxudadırlar, yuxu görürlər. Bir hissəsi, məsələn, fəlsəfə tədqiqatçıları, bu həqiqətə heyrət və dəhşət içində şahid olurlar.
A9 TV; 23 may 2015
avatar

Adnan Oktar

Küfr əhlindən ayrılmaq, küfr əhlinin mədəniyyətindən uzaqlaşmaq insanın beynini təmiz və pak edər. Bir çox insan küfr əhlindən tamamilə ayrıla bilməz. Belələri yarı müsəlman olub, yarı küfr içində olar. Küfr əhlinin mədəniyyətini yaşayar.
A9 TV; 23 may 2015
avatar

Adnan Oktar

Fədakar olmamaq çox böyük vicdansızlıq, əxlaqsızlıqdır. Məsələn, ölkəmizə sığınan suriyalı məzlumlar. Əlbəttə ki, bu bizə iqtisadi yük gətirir, çətinlik gətirir; fəda olsun. Ailəvi şəkildə məhv olmalarından, işgəncə və əzab çəkmələrindənsə, qoy bizim pulumuz getsin.
A9 TV; 22 may 2015
avatar

Adnan Oktar

Mömin iman sahibi olmaqla yaraşıqlı olur, imtahana çəkilməklə gözəl olur. İmtahan mühiti aradan qalxsa mömin məhv olar, Allah qorusun. Yəni heç bir çətinliklə qarşılaşmırsa, deməli, heç bir savab da qazanmır. Biz imtahan olunmağa gəldik. Allah da bunun üçün: "Yoxsa siz elə güman edirsiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən, birbaşa Cənnətə daxil olacaqsınız?" deyir.
A9 TV; 22 may 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Əgər biri eqoistlik nümayiş etdirsə, insanlar ona çox vəhşi davranar. Bunun üçün təvazökarlıq qoruyucu bir zirehdir. Eqoistlik də təcavüzkarlığı artıran, bəlanı cəzb edən bir xəstəlikdir. Sitatlar
Təkəbbür hissinin heç bir məqbul tərəfi yoxdur. İnsan yatmağa məhkumdur, çox aciz varlıqdır, çətinliklər içində yaşayır və qısa müddətdə də ölür. Belə varlığın təkəbbürlü, özü də ağlasığmaz dərəcədə təkəbbürlü olması möcüzədir. Sitatlar
İnsan təkəbbürlənməyə başladıqda Allah dinə yaxınlaşmasını mane olur, ağlını əlindən alır. Sitatlar
İnsanın eqoistlik edəcək halı yoxdur, sən qandan, ətdən, sümükdən, sinir hüceyrələrindən meydana gəlmiş bir varlıqsan, əlbəttə ki, ehtiyacların var, niyə lovğalanırsan? Ölüb gedəcəksən, kimə acıq verirsən? Eləcə də, çox qısa müddətdə bitir həyat. Bütün meyitlər məzarın içində açıq-aydın şəkildə şişib partlayır. İnsanın lovğalanacaq halı yoxdur, aciz bir varlıqdır. Sitatlar
Allahın hər hansı aciz bir qulusan. Niyə qürurlanırsan? Getdiyin məkan səni şərəfləndirməz. Getdiyin məkanda nə var? Beton var, dəmir var, daş var, kərpic var, taxta var, asfalt var, bir də ağaclar var. Bundan ötrü sən niyə şərəf qazanasan? Sitatlar
Allah ayədə; "vicdanları qəbul etdiyi halda zülm və təkəbbür ucbatından rədd etdilər" deyir. Vicdanına müqavimət göstərir. Yoxsa vicdanı ona doğru olanı əmr edir, "et" deyir, dinləmir. Sözünə qulaq asmır. Buna görə də üzləri qaralır. Yoxsa insan vicdanının səsinə qulaq assa, üzü nur kimi olar. Sitatlar
Gözəl olar, eqoist olar, heç bir faydası olmaz. Gözəllik eyni zamanda fitnədir. Gəncdir, gözəldir, lakin qürurdan, təkəbbürdən ötrü dəliyə dönər. Çirkin hesab edərsən, lakin dəlicəsinə bir şövqü olar. O gözəl dediyindən min dəfə artıq gözəllik verər sənə. Sitatlar
Öyünsən, təkəbbürlənsən dəli kimi görünərsən, bu antipatiya oyadar və sevilə bilməzsən. Təkəbbürləndiyin, lovğalandığın vaxt da sevilməz olursan. Sən niyə lovğalanırsan, niyə öyünürsən ki? Sevsin deyə edirsən, elə deyilmi? Əks təsir verər, sevgi gedər. Sitatlar
Allah hamımıza, bütün millətimizə xeyir versin. Sülh, qardaşlıq, dinclik, rahatlıq,   fərahlıq, gözəllik versin, fitnədən qorusun, qardaşları bir-birinə düşmən etməsin.   Rəbbimiz qardaşların arasını düzəltsin, onlara dostluğun, qardaşlığın, sevginin   ruhunu bəxş etsin. Allah onları eqoizm, təkəbbür, böyüklük hissi və mövqe ehtirasına   qapılmaqdan qorusun. Sitatlar
Bir insan çox eqoistdirsə, özündən çox razıdırsa, təkəbbürlüdürsə, onu eqoistlik bürüyür. Tamamilə eqoistlik bürüyür. Bədəni xəstələnir. Yəni ruh xəstəsi kimi olur. Fironda, Nəmrudda olan budur. Ağlını itirir. Təbiidir ki, belə olduqda bədəninə şeytan yerləşir. Artıq normal hərəkətlər edə bilmir. Ağılla hərəkət edə bilmir. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) dövründəki bütün münafiqlərin xüsusiyyəti özlərini Peyğəmbər (s.ə.v)-dən üstün görmələri və ön plana çıxartmalarıdır. Münafiq qadınlarda və münafiq kişilərdə, hədəf həmişə ən qabaqda olmaq, ən böyük olmaqdır. Özlərini haşa Allah kimi görərlər. Sitatlar
Hədisdə: “Ümmətimdəki münafiqlərin əksəriyyətini təhsil alanlar təşkil edər" deyir. Bilikləri nəticəsində həmişə havalanar, ayrı olmaq istəyərlər. Münafiqlər öz aləmlərində “mən daha ağıllıyam, daha bilikliyəm” deyə təkəbbürlənərək müsəlmanlardan ayrılmaq istəyərlər. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) dövrünün münafiqləri öz aləmlərində Peyğəmbər (s.ə.v)-dən daha ağıllı olduqları iddia edirdilər. Özlərini guya daha ağıllı zənn etdikləri üçün, yekəxana danışırdılar. Münafiq çox nəzakətsiz və ədəbsiz olar. Sitatlar
Münafiqlər dünyada təkəbbür göstərərlər. Qudurub azarlar, lakin axirətdə Allahın hüzurunda, haşa, bu cür çoxbilmişlik, intellektuallıq və hiyləgərlik etməyə gücləri qalmaz. Sitatlar
Qəlbində xəstəlik olan, qürur nümayiş etdirər, eqoistlik edər, təkəbbürlənər. Təkəbbürü qiymətli bir ibadət kimi görür. Halbuki şeytanın sözü ilə etdiyindən xəbərsizdir. Şeytani şəkildə fəaliyyət göstərdiyini görə bilmir. Sitatlar
Özünü böyük görəni Allah kiçildir. Özünü kiçik görəni də Allah böyüdür. Mömində eqoistlik olmaz, böyüklük hissi olmaz. Sitatlar
Münafiqlər dəhşətli dərəcədə təkəbbür hissi içindədir. Haşa özlərini Allahdan böyük hesab edərlər. Sitatlar
Küfr əhlini bəyənir, gözündə böyüdür, oradan bir şey çıxacağını zənn edir. Halbuki küfr   əhlinin içinə daxil olduqca bərəkətsizlik, bəla, çirkinliklə qarşılaşır. Başqa bir şey tapa   bilmir. Bataqlığın içindən nə çıxar? Yenə bataqlıq çıxar. Başqa bir şey çıxmaz. Sitatlar
Küfr əhli heç nə edə bilmir. Məsələn, PKK nəsə etmək istəyir, Allah bəlasını verir. Hitler   nəsə etməyə çalışdı, Allah bəlasını verdi. Mussolini nəsə etməyə çalışdı, Allah bəlasını   verdi. Stalin, Lenin nəsə etmək istədilər, Allah bəlalarını verdi. Allah: “Hamısına bəla   verərəm, müvəffəqiyyət qazana bilməzlər” deyir. Sitatlar
Qurandakı hikmətlər əhəmiyyətlidir. Onları görməyə çalışmalısan. Yoxsa istəsən 10   dəqiqədə çoxlu ayə oxuya bilərsən. Sürətlə oxuya bilərsən. Amma Quran, aramla və   düşünülərək, mənaları açılaraq, hikməti getdikcə aydınlaşaraq oxunulmalı olan Kitabdır. Sitatlar
Allah çox əhatəli şəkildə imtahan edir. Ancaq imtahan olmur. Ciddi bir imtahan var, ciddi   bir təhsil var. Sırf imtahan deyil, sadəcə adı imtahandır, əslində təhsildir. Sitatlar
Bir hadisə olur, səbir edirik. Amma səbrimizi yavaş-yavaş daha da gücləndiririk, daha da   artırırıq. Bu nədir? Təhsildir. Nə üçün verilən təhsildir? Cənnət üçün verilən təhsildir.   Allah bir sıra möminləri seçir, onlara burada təhsil verir. Birbaşa gedildiyi təqdirdə hz.   Adəm (ə.s)-ın qarşılaşdığı ilk vəziyyət meydana gəlir. Alınmır yəni. Təhsil verildikdə ağıl   yerinə gəlir. Şəxsiyyət yerinə gəlir, nemətin qiyməti bilinir. Sitatlar
İnsan gözündə böyütdüyü təqdirdə, səbir etməkdə çox çətinlik çəkər. O zaman dözməli   olar. Dözmək ayrı, səbir ayrı şeydir. Səbir zövqlə, asanlıqla edilən ibadətdir. Sitatlar
Allah gözəl bir imtahanla imtahan edir. Əslində, eyni zamanda gözəl təhsil də verir.   Sonunda yetkin, nəzakətli, cənnət əxlaqına uyğun bir xarakter meydana gəlir. Sitatlar
Ölüm, müsəlman üçün elə də çətin şey deyil. Qəfildən yuxudan oyanma kimi olur. Allah   "asanlıqla" deyir, Allah, tam asanlıq mənasında söyləyər, yarım asanlıq mənasında   söyləməz. Məsələn, insanın canı bir qədər ağrıyırsa, bir qədər çətinlik çəkirsə buna   asanlıq deyilməz. Heç bir çətinliyin olmamasına asanlıq deyilər. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur