logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 21 fevral 2015

avatar

Adnan Oktar

Əsgərin gözü çox qaradır. O Allah, Kitab, vətən, bayraq, millət, dövlət üçün yaşayır. Əsgərin həyatda başqa bir məqsədi yoxdur. Əgər əsgər vətənin bölünəcəyini anlasa, onu heç kim tutub saxlaya bilməz. Jandarmanı da heç kim tutub saxlaya bilməz, polisi də heç kim tutub saxlaya bilməz. Kim alçaqlıq, xainlik edibsə qanunla və hüquqla onu sürükləyib meydana çıxarar.
A9 TV; 21 fevral 2015
1229
avatar

Adnan Oktar

Osmanlı ordusunun hamısı bektaşi idi. Osmanlı padşahlarının bir çoxu da bektaşi idi. Bektaşilik və ələviliyin ruhunda; insanlıq, sevgi, gözəllik, dərinlik hakimdir. Eqoistlik nədir bilməzlər. Tərslik nədir bilməzlər. Qatı dinçilərdə inanılmaz bir eqoistlik vardır, bir çoxunda böyük bir azğınlıq vardır.
A9 TV; 20 fevral 2015
avatar

Adnan Oktar

Cənub-Şərq bölgəsində xalqın HDP-yə dəstək verməsinin səbəbi PKK-dan qorxmalarıdır. Başqa bir şey deyil.
A9 TV; 20 fevral 2015
avatar

Adnan Oktar

Heç kim Türkiyənin bölünməsinə izin verməz. Abdullah Öcalanı da heç kim azadlığa çıxarmaz. Buna heç bir türk polisi izin verməz. Bizim bütün polislərimiz millətçidir. Vətən, millət, bayraq deyilən kimi, hamısının gözü dönər. Hamısı Allah üçün, vətən üçün, bayraq üçün ölümü gözə alar.
A9 TV; 19 fevral 2015
avatar

Adnan Oktar

Bektaşilik Türkiyədə bir o qədər bilinmir, Ələvilik də bilinmir. Möhtəşəm bir dünyagörüşüdür. Onlar çox gözəl sevgi müəllimidir. Dostluq və qardaşlıq müəllimidirlər. Onların söhbətindən doymaq olmaz, söhbətləri çox gözəldir. Məclisləri gözəldir, natiqlik qabiliyyətləri də gözəldir. Yetkinliyin, insanlığın, dərinliyin ağlını, sirrini bilən insanlardır, mübarək, möhtəşəm insandırlar.
A9 TV; 19 fevral 2015
avatar

Adnan Oktar

Müsəlmanla mübarizə apararlar. Müsəlman; mübarizə aparılan adam deməkdir. Müsəlman; düşməni çox olan adam deməkdir. Əsl müsəlmandırsa, əsl mübarizə adamıdırsa düşməni çox olar. Bir müsəlmanın ətrafında münafiq yoxdursa, onda o necə müsəlman ola bilər?. Müsəlmanın ətrafında çoxlu kafir və münafiq olar.
A9 TV; 19 fevral 2015
avatar

Adnan Oktar

İmana və sevgiyə əsaslanan bir sistemin olmaması, bir dəhşət sistemi meydana gətirir və bu dünyaya təsvir edilməyən bir bəla kimi hakim olmuş vəziyyətdədir.
A9 TV; 19 fevral 2015
avatar

Adnan Oktar

Cəmiyyətlərdə hər atanın, ananın özünəməxsus bir din anlayışı olur. Gənclərin də özünəməxsus din anlayışları olur. Onlar bir-birləriylə ziddiyyət təşkil edir. O onu bəyənmir, o onu bəyənmir. Halbuki, hər kəs Qurana tabe olsa, onda vahid bir ümmət olarlar.
A9 TV; 19 fevral 2015
avatar

Adnan Oktar

Dünyada bir çox insan boş-boş baxar. Cəzbedici olmaq çox çətindir. Çox ağıllı insanlarda meydana gələr.
A9 TV; 19 fevral 2015
avatar

Adnan Oktar

Əlindən bir şeylər çıxırsa bir xeyir vardır. Sən burada əbədi yaşamağa gəlmədin. Əlindən cüzi bir şey çıxır, bunu özünə böyük dərd bilir. Çıxsa nə ola bilər ki?. Sən gözündə böyüdürsən, ağıllı tərzdə baxdığında heç bir şey olmadığını görərsən.
A9 TV; 18 fevral 2015
avatar

Adnan Oktar

Təvəkkülsüzlüyün nə faydası var? Yalnız əzab çəkmiş olacaq, boş yerə özünü alçaltmış olacaq. Allah qarşısında xəcalət çəkəcək. Özünü əzəcək və ağılsız, məntiqsiz anormal bir hərəkət etmiş olacaq.
A9 TV; 18 fevral 2015
avatar

Adnan Oktar

Allah, təhlükəsizlik və hüzuru imanın inkişafı üçün bir zəmin olduğunu qeyd edir. Buna görə də, döyüş və səs-küy mühitində, gərgin bir mühitdə iman elə də inkişaf etmir.
A9 TV; 18 fevral 2015
avatar

Adnan Oktar

İki cür şirk var. Birincisi açıq-aydın görünən şirkdir. Məsələn, büt düzəldib, açıq şəkildə ona sitayiş edir. Bu açıq-aydın görünən şirk olur. Bir də gizli şirk vardır. Bu isə qüvvətin Allahda deyil, başqalarında olduğuna inanmaqdır. Məsələn, insanda ayrı bir qüvvə olduğuna inanmaq. Halbuki, hər insanı danışdıran, hər insana bir şeylər dedirdən və etdirən Allahdır.
A9 TV; 18 fevral 2015
avatar

Adnan Oktar

Əylənərkən Allahı düşünmək olmaz deyə bir inanca sahibdirlər. Məsələn, toya, diskotekaya getdiyində, yaxud radioda bir musiqi çalınırsa, Allahı unutmasının lazım olduğuna inanır. Bu çox böyük səhvdir.
A9 TV; 16 fevral 2015
avatar

Adnan Oktar

Dində həyatın bütün gözəllikləri vardır. Musiqi, əyləncə, nəşə, sevinc, sevgi vardır. Din həyatın hər anını əhatə edir və hamısını halal etmişdir. Qeyri-qanuni, haram olan çox az şey vardır. Halal şeylərin sayı-hesabı yoxdur.
A9 TV; 16 fevral 2015
avatar

Adnan Oktar

Məktəblərdə darvinist təhsil verərək; "Allah yoxdur" deyirsən. "Elmi baxımdan yoxdur, amma istəyirsənsə, ürəyin istəyirsə inan" deyirsən. Bunun saxta bir elm olduğundan xəbərsiz olan gənclər də: "Mən elmi həqiqəti müdafiə edərəm" deyir və beləliklə də, dinsiz olurlar. Bu qorxunc bir şeydir. Mütləq darvinizmin elmi cavabı verilməlidir.
A9 TV; 16 fevral 2015
avatar

Adnan Oktar

Hər əxlaqsızlıq, hər zülm, hər cinayət Allahdan qorxmayan kəslərin törətdiyi hadisələrdir. Kommunistlər, darvinistlər, materialistlər, yəni Allaha inanmayanlar Allahdan qorxmaz. Onların arasından çıxar. Məsələn, xurafatçılar da Allahdan qorxmadıqları üçün əxlaqsızlıq edirlər.
A9 TV; 15 fevral 2015
avatar

Adnan Oktar

Allahdan qorxmayan hər kəs əxlaqsızlıq edəcək deyə bir şey də yoxdur. Amma əxlaqsızlar daim Allahdan qorxmayan insanların arasından çıxmışdır. Bu çox əhəmiyyətlidir. Allahdan qorxan onsuz da edə bilməz, mümkün deyil. Hər bir təcavüz hadisəsini, hər bir əxlaqsız hadisəni daim Allahdan qorxmayan insanların arasından çıxan kimsələr törətmişdir. Bunu bilməlidirlər.
A9 TV; 15 fevral 2015
avatar

Adnan Oktar

Yəhudilər Axırzamanda İsraildə toplanacaqlar. Bu Tövratda da bildirilir. "Sizi dünyanın hər yerindən toplayacağım" deyir. Bu zaman gəlib çatmışdır. Deməli, Moşiyahın dövründəyik. Mehdinin, Moşiyahın dövründəyik. Həqiqətən də yəhudilər hər yerdən axın-axın İsrailə gəlir.
A9 TV; 15 fevral 2015
avatar

Adnan Oktar

Şeytan müvəffəqiyyətli bir müsəlmanı devirmək istəyər. Faydalı bir şey edirsə, təsirsiz hala gəlməsini istəyər. Məsələn, kitab yazırsa, yazmasını istəməz. Təbliğ edirsə, etməsini istəməz. Xeyirli bir şey danışırsa, danışmasını istəməz.
A9 TV; 15 fevral 2015
avatar

Adnan Oktar

Şeytan küfr şəraitində çox tez nəticə əldə edir. Yəni ardıcıl surətdə nəticələr əldə edir, bir-birinin arxasınca. Qəzəbi dərhal ən yüksək səviyyəyə çıxarda bilir. Adamı çəkib vurur. Dərhal zülm etməsini təmin edə bilər. Dərhal vəfasızlıq etməsini təmin edə bilər.
A9 TV; 15 fevral 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Heç kim Türkiyənin bölünməsinə izin verməz. Abdullah Öcalanı da heç kim azadlığa   çıxarmaz. Buna heç bir türk polisi izin verməz. Bizim bütün polislərimiz millətçidir. Vətən,   millət, bayraq deyilən kimi, hamısının gözü dönər. Hamısı Allah üçün, vətən üçün,   bayraq üçün ölümü gözə alar. Sitatlar
Federasiya, yerli rəhbərlik, birləşmiş dövlətlər, bunların hamısı Türkiyəni bölmə məqsədi   daşıyan fəaliyyətlərdir. Sitatlar
Bunu dərk etməlisən ki, biz Türkiyənin bölünməsinə izin vermərik. Nə federasiya, nə o,   nə bu ad altında bölünməsinə izin vermərik. Əsgərimizin, polisimizin qatillərini də heç   vaxt buraxmarıq. Heç vaxt izin vermərik, canımız bahasına da olsa izin vermərik. Şəhid   olarıq, amma bu vətəni bu namərdlərə, PKK-ya təslim etmərik. Bunu unutmalıdırlar. Sitatlar
Türk əsgəri heç bir şəkildə cani ola bilməz, cinayətə şərik ola bilməz. Kim türk əsgərini   cinayətə təşviq etsə, qarşısında ağlı başında olan insanların olduğunu görəcəkdir. Türk   əsgəri onsuz da belə bir tələyə düşməz. Belə bir çirkin cinayət törətməz. Bizə qatil   olmağı təklif edənlər əxlaqsızlıq edirlər. Sitatlar
Əsgərin əli ilə müsəlman öldürtmək ən böyük namərdlikdir. Heç bir türk əsgəri bunu   qəbul etməz. Belə bir təklifi qəbul edəcək heç bir türk siyasətçisi də ola bilməz. Amerika   uzaqdan həvəslənməsin, Sitatlar
Milliyyətçi gənclər, Alperenlər, əgər alınarsa Səadət partiyasının gəncləri də bir araya   gəlsinlər. Qərarlı duruş sərgilənən bir platforma meydana gətirsinlər qanuna, hüquqa   uyğun şəkildə. Ədalət və İnkişaf Partiyası, CHP partiyasının gəncləri də buna qoşulsun.   Bölünməyə qarşı fövqəladə bir dayanıqlılıq və müqavimət göstərən bir açıqlama verilsin. Sitatlar
Türkiyəni bölünməsinə icazə vermərik. Amerikan modeli bir federasiyanı heç vaxt qəbul   etmərik. O Türkiyəni parça-parça edər. Qatilləri də sərbəst buraxmarıq. Həbsdə   qalacaqlar. Bu qədər. Sitatlar
Bu vətəndə bölünməyə icazə vermərik. Əgər belə bir şeyə icazə versəm, Allah da   həyatı mənə haram etsin. Heç vaxt icazə vermərik, heç birimiz. Sitatlar
Əlbəttə ki, prezident idarəetmə sistemi hakim olduqda Türkiyə bölünər. Tədbir alsa da   bölünər. Bir çox fəlakət baş verər. Bəla hər yeri bürüyər. Bölünmənin qarşısını   almağımız üçün, çox güclü qətiyyət göstərməyimiz, bir çox tədbir görməyimiz lazımdır.   Çünki ciddi bir təhlükə var. Sitatlar
Nə Türkiyənin bölünməsinə izin verərik, nə də Abdullah Öcalan hörmət qazana bilər.   Televiziyalarda boşuna çalışırlar. Biz burada olduğumuz müddətcə izin vermərik.   Millətimiz də izin verməz, mən də vermərəm. Sitatlar
Əsgər niyə əsgər olur? Allah üçün, vətən üçün, bayraq üçün ölməyə hazır olduğu üçün   əsgər olur. Bu vəzifənin xüsusiyyəti budur. Polis vətənin satıldığını hiss edərsə,   satanlara dünyanı dar edər. Qaçıb gizlənməyə dəlik axtararlar. Yəni: "Kaş ki,   yaşamayaydım" deyərlər. Bunu deyim ki; polis onu qanunla, hüquqla məhv edər. Ən   birinci polis və əsgər. Sitatlar
Türkiyəni bölməyə təşəbbüs edərlərsə, buna ilk növbədə türk polisi qarşılıq verər. Türk   polisinin polis vəzifəsinə hansı səbəbə görə gəldiyini bilirsənmi? Ölmək üçün gəlir.   Polislik; vətən üçün, millət üçün, bayraq üçün, Allah üçün ölməyə qərar verən peşənin   adıdır. Sitatlar
Həm keşikçi qardaşlarımızın polis heyətinə salınması, həm də keşikçi sayının artırılması   çox vacibdir. Cənub-Şərq bölgəsi problemi köklü surətdə bu yolla həll olar. Birinci sevgi,   ikinci şəfqət, üçüncü keşikçi sayının artırılmasıdır. Başqa bir şey yoxdur. Sitatlar
Türkiyə üçün ən böyük təhlükə qatillərə amnistiya tətbiq edilməsidir. Belə olması   Türkiyənin rəsmi surətdə məhv olması deməkdir. Əgər bir insan Mehmetciyi, polisləri   qətlə yetirən kimsələri bağışlasa, deməli, o dünyanın ən alçaq, ən pis xarakterli   adamıdır. Sitatlar
Sitatlar
Sitatlar
Sitatlar
Əsgərin ürküdücü, heybətli olması Peyğəmbərimiz (s.ə.v)-in sünnəsidir. Məsələn, əsgərlərə bığlarını qısaltdırmırdı. Hətta əl dırnaqları belə uzun olurdu, səhabələrin çox yırtıcı və ürküdücü görüntüləri vardı. Bığları ta qulaq dibinə qədər uzanırdı, yekə bığlı. Görən xeyli titrəyir, qorxur. Əsgərimizin də belə sarsıdıcı görünüşdə olması yaxşı olar. Xüsusilə də PKK üçün, onların kabusu olmalıdırlar. Sitatlar
Əsgərlərin və polislərin qorxutmaq üçün silah ehtiyatı çox olmalıdır. Uzunmüddətli qarşıdurma olmamalıdır. O silahdan xəbər tutsa, onsuz da ora kimsə gələ bilməz. Köhnəlmiş silahlardan istifadə etsən, adam da gələr. Sitatlar
Allah əsgərimizə güc-qüvvət versin, onları namərd güllələrdən qorusun. Allah onlara heybət versin. Allah qarşılarındakı gücün qəlb gözünü bağlasın, qəlblərinə qorxu salsın. Allah əsgərlərimizə müvəffəqiyyət versin, onları nuruyla əhatə etsin. Hamısına hidayət versin. Şəhid olan olsa da, Allah şəhidliyini mübarək etsin. Sitatlar
Əsgərin, polisin silah keyfiyyəti artırılsın və səfərbərlik elan edilsin. Belə edilsə, PKK-nın əhval-ruhiyyəsi tamamilə qaçar. 4 milyon əsgər edəcək. 72 saatda toplaya bilərik, 72 saatda. Baxın, 4 milyon əsgər. Bu titrədər. Yəni bu Çin ordusunda yoxdur, yeri-göyü lərzəyə gətirərlər. İşimiz bitsin, əsgərləri geri çağıraq, sonra da onları tərxis edək. Amma bunu edək. Sitatlar
Polis, əsgər və keşikçi maaşı; bizim maaşlarımızı azaltsınlar, onların maaşını artırsınlar. Çünki onlar vətən üçün canlarını ortaya qoyurlar. Biz şəhərlərdə otururuq, lakin onlar vətən üçün, millət üçün qızğın qarşıdurmalara girirlər. Maaşlarının yüksəlməsi, polis, əsgər və keşikçilərimizin haqqıdır. Sitatlar
Osmanlı ordusunun hamısı bektaşi idi. Osmanlı padşahlarının bir çoxu da bektaşi idi.   Bektaşilik və ələviliyin ruhunda; insanlıq, sevgi, gözəllik, dərinlik hakimdir. Eqoistlik nədir   bilməzlər. Tərslik nədir bilməzlər. Qatı dinçilərdə inanılmaz bir eqoistlik vardır, bir   çoxunda böyük bir azğınlıq vardır. Sitatlar
Allah, təvəkküllə gözəl bir dünya meydana gətirir. Təvəkküllü olanda Allaha qarşı dürüst,   səmimi olmaq lazımdır. Dürüst olmadıqda Allah da insanın canını yandırmağa başlayır. Sitatlar
Cənub-Şərq bölgəsində xalqın HDP-yə dəstək verməsinin səbəbi PKK-dan   qorxmalarıdır. Başqa bir şey deyil. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur