logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 17 oktyabr 2015

avatar

Adnan Oktar

Polis, əsgər və keşikçi maaşı; bizim maaşlarımızı azaltsınlar, onların maaşını artırsınlar. Çünki onlar vətən üçün canlarını ortaya qoyurlar. Biz şəhərlərdə otururuq, lakin onlar vətən üçün, millət üçün qızğın qarşıdurmalara girirlər. Maaşlarının yüksəlməsi, polis, əsgər və keşikçilərimizin haqqıdır.
A9 TV; 17 oktyabr 2015
1594
avatar

Adnan Oktar

“Biz Quranı sənə ona görə nazil etmədik ki, çətinlik çəkəsən” (Taha surəsi, 2) İnsan düşünür. Anlamırsanmı? Çətinlik çəkirsənsə səhv yoldasan, iztirab çəkirsənsə səhv yoldasan. İslam asanlıq dinidir.
A9 TV; 17 oktyabr 2015
avatar

Adnan Oktar

Zorla niyə çətinlik istəyirsən? İslamda musiqi var, şəkil də var. Əylənərsən, gülərsən, oynayarsan, namazını da qılarsan, gəzərsən, üzərsən. Həyatı öldürərək müsəlmanlıq olarmı? Bütün halalları haram edirsən. Allah sənə onları nemət kimi vermişdir, sən Allahın o nemətlərini yox edərək, Allahın dininə qarşı mübarizə aparmış olursan.
A9 TV; 17 oktyabr 2015
avatar

Adnan Oktar

İslamda cəmiyyət bayram ab-havasındadır, görünməmiş coşğu var. Hər kəs istənilən adamın evinə gecələməyə gedir, yeməyə gedir, o buna gedir, bu ona gedir. Məsələn, biri ev tikəcək, hamı birdən gəlir, evi birlikdə tikirlər. Orada yemək hazırlanır, hamısı birlikdə yeyir yeməkləri. Tam qardaşcasına yaşayırlar.
A9 TV; 16 oktyabr 2015
avatar

Adnan Oktar

Əlbəttə ki, Peyğəmbər (s.ə.v)-in yanında olmaq çox əhəmiyyətlidir. Səhabələrin rahatlığına söz ola bilməz. İnsanlar İslam cəmiyyətini yaxşı tanımır. Müsəlmanların hamısı bir ailə kimi olur. Məsələn, insanın otuz otaqlı köşkü varsa, müsəlmanları doldurur içinə. Hamısına yemək çatır. Malını paylayır. Birlikdə ticarət edir, hamısını şərik edir. Görünməmiş bir sistemdir.
A9 TV; 16 oktyabr 2015
avatar

Adnan Oktar

Qadınlara əxlaq öyrətməyi buraxsınlar. Kişiləri öyrətsinlər. Qadınlar nə edəcəklərini bilirlər. Belə geyinməlisən, belə gülməlisən, belə oturmalısan, belə baxmalısan deyirlər, bunlara son qoyulmalıdır.
A9 TV; 16 oktyabr 2015
avatar

Adnan Oktar

İnsanların cəmiyyət halında yaşaya bilməsi üçün gözəl əxlaq lazımdır. Gözəl əxlaqın mənbəyi də Qurandır. Cəmiyyətlər yalnız Qurandakı bəşəri gözəl hökmlər tətbiq edildikdə normal yaşaya bilir.
A9 TV; 14 oktyabr 2015
avatar

Adnan Oktar

Qadınlar dünyanın ən gözəl bəzəyidir, onlardan üstün bəzək yoxdur və onlardan üstün nemət də yoxdur. Allah onları olduqca gözəl, zərif, gözəl xasiyyətli və nemət olaraq yaratmışdır.
A9 TV; 13 oktyabr 2015
avatar

Adnan Oktar

Hansı ölkədəki ki, Qadına təzyiq, zülm varsa həmin ölkə süqut edər. Allah bunu xoşlamaz, Allah qullarına zülm edilən yeri yox edər.
A9 TV; 13 oktyabr 2015
avatar

Adnan Oktar

Təbliğ etdiyin insan iman etmədikdə sənin mövqeyin daha da yüksəlir. O az, sənsə çox həyəcanlısansa, sənin mövqeyin daha da yüksəlir. Sən heç nə itirməzsən.
A9 TV; 13 oktyabr 2015
avatar

Adnan Oktar

Möminlər qardaş/bacıdırlar. Allah: "Möminlər bir-birlərinin vəliləridir" deyir. Elə bir sistem meydana gətirək ki, bütün möminlər bir-birini sevsin. Onların hamısı qardaş/bacıdır. Bax: "Bir-birlərinin vəliləridir", yəni himayədarlarıdır deyir. Bir-birlərinə baxarlar, kömək edərlər, xəstələndiklərində bir-birləriylə maraqlanarlar, hər şeyləriylə maraqlanarlar. Yəni öz uşağıyla maraqlanırmış kimi.
A9 TV; 11 oktyabr 2015
avatar

Adnan Oktar

Kim olursa olsun cənazəyə hörmət göstərmək lazımdır. Cənazə alçaldılmaz, artıq həmin insan ölmüşdür, ruhu getmiş, əti sümüyü qalmışdır, o da çürüyəcək. Kim olursa olsun belə etmək olmaz.
A9 TV; 11 oktyabr 2015
avatar

Adnan Oktar

Allah sevgisi insanlara rahatlıq verər. Gecə-gündüz Allah sevgisindən danışılan ölkə bərəkət və bolluqla dolar, həyatları cənnət olar. Başqa cür etdikdə çox sıxılarlar.
A9 TV; 11 oktyabr 2015
avatar

Adnan Oktar

Qadın əleyhinə olmaq çox çirkindir, bunu unutmalısan. Onlar dünyaya rəng qatan ən gözəl varlıqlardır. Qadınlar olmasaydı, dünya qəribə şəkildə qaralardı, qapqara olardı. Onlar dünyanın günəşi, işığıdırlar.
A9 TV; 11 oktyabr 2015
avatar

Adnan Oktar

Bu PKK-nın klassik metodudur; öz tərəfdarlarını bombalayar və hiddət oyandırar, beləliklə də, insanları öz tərəfinə çəkməyə çalışar. Dəhşət mühiti, zorakılıq mühiti nümayiş etdirər və belə deyərlər; "Budur gördüyünüz kimi, faşistlər sizi bombalayır, əzib keçirlər. O zaman tək çıxış yolu müharibədir. Siz də dağa çıxın, silahlanın". PKK bu imici verməyə çalışır.
A9 TV; 11 oktyabr 2015
avatar

Adnan Oktar

Möminin əhval-ruhiyyəsi həmişə yüksək olar. Kədərlənmək nə deməkdir? Bu haşa, "Allahın etdiyini bəyənmirəm" deməkdir. Allah bir şey yaradanda biz onu xeyir kimi görərik. Şəhid verdikdə bunda xeyir görərik, kədərlənmərik, yas tutmarıq. Yas tutmaq bütpərəst adətidir.
A9 TV; 11 oktyabr 2015
avatar

Adnan Oktar

Həyat möminlər üçün gözəldir, küfr əhli üçünsə, sıxıntılı, çətin dolanışıqlı və iztirablıdır. Mömin şükür edər, quru çörək də olsa Allaha şükür edər.
A9 TV; 11 oktyabr 2015
avatar

Adnan Oktar

Allah mələkləri yaradır, lakin onlar sevməyə məcburdurlar. Allah insana: "Məni görməməyinizə baxmayaraq sevməlisiniz. Kafirlər olacaq, münafiqlər olacaq, dinsizlər olacaq. Əzab çəkəcək, əziyyət çəkəcəksiniz, Məni eşqlə sevməlisiniz" deyir. Allah: "O zaman Mən sizi daha çox sevərəm" deyir. Allah mələkləri sevir, lakin bunu insana olan sevgisiylə müqayisə etmək qeyri-mümkündür.
A9 TV; 5 oktyabr 2015
avatar

Adnan Oktar

Allah: "Mənə olan eşqinizi görmək istəyirəm" deyir. Allah yalnız olmaq istəmir. Sevdikləri olsun istəyir, Onu sevənlər olsun istəyir. Allahın hər şeyi var. Gücü var, imkanı var, Özünü sevənlərin də olmasını istəyir.
A9 TV; 5 oktyabr 2015
avatar

Adnan Oktar

Allah sənə üçölçülü görünüş verəcək, bunu beyninin içində seyr edəcəksən, bütün gözəl qoxuları qəbul etmək imkanı verəcək qoxulayacaqsan, dad almaq imkanı verəcək ləzzət alacaqsan, toxunma hissi verəcək toxunacaqsan, dənizdə üzəcəksən, qayıqda gəzəcəksən, dünyadan zövq alacaqsan, Yaradandan söz düşdükdə isə: "Mən bu barədə danışmaq istəmirəm" deyəcəksən. O zaman Allah bəlanı verir. Bura əyləncə yeri deyil.
A9 TV; 5 oktyabr 2015
avatar

Adnan Oktar

Bura imtahan dünyasıdır. Mühüm məsələ İslamın dünyaya hakim olmasıdır. Qalan məsələlər əhəmiyyətli deyil. İslam dünyaya hakim olsa, hər kəs rahatlıq tapar, hər şey zəmanət altında olar. Hakim olmadıqda isə, dünya cəhənnəm olar.
A9 TV; 5 oktyabr 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Keşikçi qardaşlarımız qətiyyən dövlətdən küsməsinlər, buna çox diqqət yetirsinlər. Bəzən bir problem yarandıqda dövlətə küsməyə meyl edirlər. Belə şey olmaz. Çünki öz mindiyin budağı kəsirsən. Öz sistemini yox etmiş olarsan. Dövlət küsülməli orqan deyil. Dövlət bərpa edilər. Sitatlar
Əsgərin, polisin silah keyfiyyəti artırılsın və səfərbərlik elan edilsin. Belə edilsə, PKK-nın əhval-ruhiyyəsi tamamilə qaçar. 4 milyon əsgər edəcək. 72 saatda toplaya bilərik, 72 saatda. Baxın, 4 milyon əsgər. Bu titrədər. Yəni bu Çin ordusunda yoxdur, yeri-göyü lərzəyə gətirərlər. İşimiz bitsin, əsgərləri geri çağıraq, sonra da onları tərxis edək. Amma bunu edək. Sitatlar
Allah əsgərimizə güc-qüvvət versin, onları namərd güllələrdən qorusun. Allah onlara heybət versin. Allah qarşılarındakı gücün qəlb gözünü bağlasın, qəlblərinə qorxu salsın. Allah əsgərlərimizə müvəffəqiyyət versin, onları nuruyla əhatə etsin. Hamısına hidayət versin. Şəhid olan olsa da, Allah şəhidliyini mübarək etsin. Sitatlar
Əsgərlərin və polislərin qorxutmaq üçün silah ehtiyatı çox olmalıdır. Uzunmüddətli qarşıdurma olmamalıdır. O silahdan xəbər tutsa, onsuz da ora kimsə gələ bilməz. Köhnəlmiş silahlardan istifadə etsən, adam da gələr. Sitatlar
Əsgərin ürküdücü, heybətli olması Peyğəmbərimiz (s.ə.v)-in sünnəsidir. Məsələn, əsgərlərə bığlarını qısaltdırmırdı. Hətta əl dırnaqları belə uzun olurdu, səhabələrin çox yırtıcı və ürküdücü görüntüləri vardı. Bığları ta qulaq dibinə qədər uzanırdı, yekə bığlı. Görən xeyli titrəyir, qorxur. Əsgərimizin də belə sarsıdıcı görünüşdə olması yaxşı olar. Xüsusilə də PKK üçün, onların kabusu olmalıdırlar. Sitatlar
Dövlət, keşikçiləri polislərin arasına alsın. Saylarını da iki dəfə artıraq. Onlar Cənub-Şərqi Anadolunun bəzəyidir. Canlarını Allah, millət, vətən üçün ortaya qoyurlar. Dövlət bu gözəl insanlara var gücü ilə, ciddi şəkildə sahib çıxmalıdır. Sitatlar
Küfr əhlində, Dəccal ordusunda çox modern silahlar var. Əsgərimizdə bu silahlardan yoxdur. Türk ordusunda fövqəladə silah üstünlüyü olmalıdır. Sitatlar
PKK təhlükəsi olduğu müddətcə keşikçilər də lazımdır. PKK aradan qalxdısa, keşikçilər   də aradan qalxsın. PKK mövcuddursa, keşikçilik də mütləq olmalıdır. Sitatlar
Qarşıdurma bölgələrində əsgərlər və polislərin keçid yollarına tez-tez məlumat verə biləcək insanlar yerləşdirilsin ki, yol üzərində ola biləcək təhlükəyə qarşı tədbir alına bilsin. Sitatlar
Kənd mühafizəçilərinə çox şəfqət göstərilsin. Mühafizəçilərimiz şəhid edildiyi zaman, yer-göy inləsin. O canlarım həmişə ön cərgələrdə olur. Bunun üçün bu aslanlara, bu qoç igidlərə lazımi şəfqəti, diqqəti, himayəni hər kəsin ən yüksək səviyyədə göstərməsi lazımdır. Sitatlar
Dövlətimiz keşikçilərimizə sahib çıxsın. Keşikçilərin sayı iki mislinə qaldırılsın. Onlara,  ürkütmək baxımından avtomat silah, daha təkmilləşmiş, uzun mənzilli silahlar verilsin.   PKK-nın üzərinə bu aslanlar göndərilsin, qaplan kimi. Sitatlar
Əsgərin əli ilə müsəlman öldürtmək ən böyük namərdlikdir. Heç bir türk əsgəri bunu   qəbul etməz. Belə bir təklifi qəbul edəcək heç bir türk siyasətçisi də ola bilməz. Amerika   uzaqdan həvəslənməsin, Sitatlar
Türk əsgəri heç bir şəkildə cani ola bilməz, cinayətə şərik ola bilməz. Kim türk əsgərini   cinayətə təşviq etsə, qarşısında ağlı başında olan insanların olduğunu görəcəkdir. Türk   əsgəri onsuz da belə bir tələyə düşməz. Belə bir çirkin cinayət törətməz. Bizə qatil   olmağı təklif edənlər əxlaqsızlıq edirlər. Sitatlar
Əsgərin gözü çox qaradır. O Allah, Kitab, vətən, bayraq, millət, dövlət üçün yaşayır.   Əsgərin həyatda başqa bir məqsədi yoxdur. Əgər əsgər vətənin bölünəcəyini anlasa,   onu heç kim tutub saxlaya bilməz. Jandarmanı da heç kim tutub saxlaya bilməz, polisi   də heç kim tutub saxlaya bilməz. Kim alçaqlıq, xainlik edibsə qanunla və hüquqla onu   sürükləyib meydana çıxarar. Sitatlar
Heç kim Türkiyənin bölünməsinə izin verməz. Abdullah Öcalanı da heç kim azadlığa   çıxarmaz. Buna heç bir türk polisi izin verməz. Bizim bütün polislərimiz millətçidir. Vətən,   millət, bayraq deyilən kimi, hamısının gözü dönər. Hamısı Allah üçün, vətən üçün,   bayraq üçün ölümü gözə alar. Sitatlar
Əsgər niyə əsgər olur? Allah üçün, vətən üçün, bayraq üçün ölməyə hazır olduğu üçün   əsgər olur. Bu vəzifənin xüsusiyyəti budur. Polis vətənin satıldığını hiss edərsə,   satanlara dünyanı dar edər. Qaçıb gizlənməyə dəlik axtararlar. Yəni: "Kaş ki,   yaşamayaydım" deyərlər. Bunu deyim ki; polis onu qanunla, hüquqla məhv edər. Ən   birinci polis və əsgər. Sitatlar
Türkiyəni bölməyə təşəbbüs edərlərsə, buna ilk növbədə türk polisi qarşılıq verər. Türk   polisinin polis vəzifəsinə hansı səbəbə görə gəldiyini bilirsənmi? Ölmək üçün gəlir.   Polislik; vətən üçün, millət üçün, bayraq üçün, Allah üçün ölməyə qərar verən peşənin   adıdır. Sitatlar
Dövlət Cənub-Şərq bölgəsində yaşayan bələdiyyə başçılarına da rüsxətli avtomat silah   versin. Qardaşım bu iş çox çətindir. PKK-lılar iki min metr məsafəni vuran avtomat   silahlarla qapıya gəlib çıxırlar. Keşikçilərdə və bələdiyyə başçısında silah olduğu   təqdirdə, adam necə gələ bilər? Bunu nəzərə alar, "Aman aman" deyər. Buna görə də   PKK-ya qarşı silahdan istifadə etmək, qorxutmaq üçün əhəmiyyətlidir. Sitatlar
Həm keşikçi qardaşlarımızın polis heyətinə salınması, həm də keşikçi sayının artırılması   çox vacibdir. Cənub-Şərq bölgəsi problemi köklü surətdə bu yolla həll olar. Birinci sevgi,   ikinci şəfqət, üçüncü keşikçi sayının artırılmasıdır. Başqa bir şey yoxdur. Sitatlar
Keşikçilərimiz aslandır, igiddir, dəliqanlıdır. Şəhid olanlar cənnət aslanı olur. Mövqelərinə görə təbrik edirik. Sitatlar
“Biz Quranı sənə ona görə nazil etmədik ki, çətinlik çəkəsən” (Taha surəsi, 2) İnsan düşünür. Anlamırsanmı? Çətinlik çəkirsənsə səhv yoldasan, iztirab çəkirsənsə səhv yoldasan. İslam asanlıq dinidir. Sitatlar
Möminlər qardaş/bacıdırlar. Hər yerdə bir-birlərini sevib hörmət qoymalıdırlar, qoruyub himayə etməlidirlər. Yaxşı gündə, pis gündə bir-birlərinə hüsnü zənlə baxmalıdırlar, xeyir gözüylə baxmalıdırlar, sevgi ilə baxmalıdırlar. Tərəf tutma siyasəti gözü ilə baxmamalıdırlar. Hansı partiyadan, hansı düşüncəyə sahib olmağından asılı olmayaraq, mömündür, ya yox, biz mütləq buna baxmalıyıq. Kişi və qadın möminlər bir-birlərinin bacı-qardaşı və himayədarıdırlar. Sitatlar
Zorla niyə çətinlik istəyirsən? İslamda musiqi var, şəkil də var. Əylənərsən, gülərsən, oynayarsan, namazını da qılarsan, gəzərsən, üzərsən. Həyatı öldürərək müsəlmanlıq olarmı? Bütün halalları haram edirsən. Allah sənə onları nemət kimi vermişdir, sən Allahın o nemətlərini yox edərək, Allahın dininə qarşı mübarizə aparmış olursan. Sitatlar
Heç birimiz dünyada daimi qalmayacağıq. Əhəmiyyətli olan axirətə şərəflə getməkdir. Şəhidlərin ruhu necə gözəldir, bu cür şərəflə gedirlər. Sitatlar
Uzun ömür İslama xidmət etmək üçün istənilər. İslama xidmət etməyən insan üçün bəlaya çevrilə bilər. İnsanın ömrü uzanar, cəhənnəmin daha da dibinə gedər. Xeyirli uzun ömür əhəmiyyətlidir. Savabı itirdikdən sonra, Allaha xidməti itirdikdən sonra uzun ömrün faydası yoxdur. Uzun ömür İslama fayda vermək üçün əhəmiyyətlidir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur