logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 30 oktyabr 2017

avatar

Adnan Oktar

Gənclər Tayyib hocama olan sevgilərini çox gözəl vurğulasınlar. Gözəl, keyfiyyətli şüarları, yaxşı nizamla coşğu ilə gündəmə gətirsinlər. Çox gur, dinamik, həyəcanlı AKP gəncləri yaradaq.
A9 TV; 30 oktyabr 2017
653
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ağıllı olan qadın mütləq gözəl və cazibədardır. Ağıllı olub da gözəl olmayan qadın yoxdur. Sitatlar
Ağıllı olan, səmimi olan hər qadın gözəldir. Sitatlar
AKP gəncləri Tayyib hocama sahib çıxarkən təkcə mən varam, mən hər şeyə sahib çıxmalıyam məntiqində və vətənpərvərliyində olmalıdır. Millət olaraq Tayyib hocamı dəstəkləmək vətən millət məsələsidir. Sitatlar
AKP-nin Atatürkü sevməsi və müdafiə etməsi çox təbiidir. Atatürk də, AKP də müasir Quran müsəlmanlığını müdafiə edər, ideologiyaları eynidir. Atatürk əleyhinə aparılan danışıqlara millət olaraq heç vaxt fikir vermərik. Sitatlar
Allah bütün İslam aləminin başına bəla olan, münafiqlərin ciyərlərinə od salsın, beyinlərin məhv etsin, heç vaxt sağalmayan xəstəliklərlə pərişan etsin, möminləri də qalib etsin, müzəffər etsin. Sitatlar
Allah Kitab əhli ilə ən gözəl olan üslubla danışın deyir. Müsəlmanın xristianlara və musəvilərə dəvəti tək olan Allaha iman gətirməkdir. Onlara qarşı şəfqətli və anlayışlı olmaqla məsuldur. Kitab əhlindən olan qadınlarla evlənmək müsəlmana halaldır. Bu da müsəlmanlarla Kitab əhlinin yoldaş, dost ola biləcəyini göstərər. Sitatlar
Allahın hər yeri əhatə etdiyini görən insanın ruh halına təvazökarlıq deyilər. Böyük olan təkcə Allahdır. Mömin; böyüyəm, lakin özümü bir qədər daha kiçildim deyə heç vaxt düşünməz. Sitatlar
Bəziləri cansıxıcı həyat istəyir. Gənclərin şən olmasını, həyat dolu olmasını istəmir. Sevincdən xoşlanmır. Həyatı qaraltmaq, ölü, dözülməz hala gətirmək istəyirlər. Bunlar incəsənətə, qadın azadlığına, azadlığa, mehribanlığa, dostluğa, yoldaşlığa, hər şeyə qarşıdırlar. Hər kəs özləri kimi olsun istəyirlər. Güləni acıladığı, əylənəni bədbəxt etdiyi bir həyatın tərəfdarıdırlar. Özləri bədbəxt olduqları üçün insanları da özləri kimi etmək istəyirlər. Tək kəlmə sevgidən, dostluqdan, sevincdən, incəsənətdən bəhs etmirlər. Dostluğu, yoldaşlığı bilmədikləri üçün hər kəsə qarşı olurlar. Belə insanlar AKP-ni də avtoritar, qadağanedici, azadlıq əleyhinə olan bir partiya kimi göstərmək istəyir, AKP və Tayyib hocama da tələ qururlar. Tayyib hocam azadlıq istəyən, gənclərin sevincindən yana olan, müasir dindardır. Lakin bu insanlar AKP-ni gözəlliyə, sevincə, incəsənətə, elmə qarşı kimi göstərirlər və buna görə də, sahil bölgələrində AKP-nin səs itirməsinə səbəb olurlar. Sitatlar
Böyük Birlik Partiyasının MHP-AKP ittifaqına dəstək verməsi, uzun müddətdir xahiş etdiyimiz çox gözəl hadisədir. Türkiyənin yerli və milli ittifaqı Türkiyə əleyhinə yönəlmiş bütün planlara ən böyük cavabdır. Sitatlar
MHP ilə AKP ittifaqının kürd qardaşlarımız əleyhinə olacağı iddiasına heç bir qardaşımız aldanmasın. MHP irq partiyası deyil. Millətçilik anlayışı mədəniyyət millətçiliyidir. Kürd qardaşlarımız əleyhinə ən kiçik düşüncə, ən kiçik hərəkət nə MHP də, nə də AKP də olmaz, olmayacaq. Keçmişdə yaşanan bəzi hadisələr keçmiş dərin dövlət zehniyyətinin zülmləridir. Bu struktur müsəlmanlara da, dindarlara da, sol təbəqəyə də, ülkücülərə də, hər kəsə zülm edirdi. AKP-nin də, MHP-nin də kürd qardaşlarımız əleyhinə heç nəyə icazə verməyəcəyinə Allahın icazəsi ilə biz zaminik. Sitatlar
Müxalifətin səsinin gur çıxması Türkiyədə demokratiyanın güclü işlədiyini göstərər, bundan narahat olmamaq lazımdır. Sitatlar
Dünyanı qürur, təkəbbür bürümüşdür. Hər kəs, hər ölkə özünün böyük olduğu iddiasındadır. Halbuki böyük olan yalnız Allahdır. Sitatlar
Sevgidə qürur olmaz. Çünki qürur olduqda sevgi bitər. Qürur və bağışlamamaq sevginin zəhəridir. İnsanlar bundan ötrü sevgini davam etdirə bilmirlər. Lakin bağışlamaq, qürura nəzarət etmək və onu əzə bilmək sevginin yolunu sonuna qədər açar. Sitatlar
Təvazökar olmaq müsəlmanı bezdirməz, eləcə də, alçaldıcı bir şey deyil. Müsəlman qürurunu düşünəcək vəziyyətdə deyildir, İslamın xeyrini düşünəcək vəziyyətdədir. Sitatlar
Bir insan çox eqoistdirsə, özündən çox razıdırsa, təkəbbürlüdürsə, onu eqoistlik bürüyür. Tamamilə eqoistlik bürüyür. Bədəni xəstələnir. Yəni ruh xəstəsi kimi olur. Fironda, Nəmrudda olan budur. Ağlını itirir. Təbiidir ki, belə olduqda bədəninə şeytan yerləşir. Artıq normal hərəkətlər edə bilmir. Ağılla hərəkət edə bilmir. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar
3-5-7-9 ilə İslam Birliyinin reallaşdığını görəcəyik inşaAllah. Çətin dövrlərdən keçərkən heç bir bacı-qardaşımız təlaşa qapılmasın. Çox çalışqan, şövqlü, qətiyyətli olmağımız lazımdır. Münafiqliyə, dinsizliyə, küfrə elmlə, irfanla, hüquqla, qanunla cavab verməliyik. Sitatlar
3-5-9 il içərisində İstanbul inşaAllah çox gözəlləşəcək. Hal-hazırda hara baxsaq beton yığınları və sıxıntı verən struktur görürük. İstanbulun görünüşü tamamilə dəyişəcək və hər yer ürəkaçan olacaq. Sitatlar
3-5 ilə qədər dünyada çox böyük hadisələr olacaq. Türkiyə aparıcı ölkə olacaq. Tayyib hocam Allahın icazəsi ilə daha uzun illər vəzifədə qalacaq. Sitatlar
5 duyğunun ruhdakı şərhinə maddə deyirik. Hər şey metafizikdir. Sitatlar
700 milyon fosil var, biri belə təkamülə dəlil deyil. 700 milyon fosilin hamısı bütün canlıları Allahın yaratdığını göstərir. Sitatlar
ABŞ dollarından istifadə etməyək. Öz pulumuzla daxili və xarici ticarət edək. Rusiya, İran və Türkiyə tam ittifaq etsin. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur