HARUN YƏHYA
Ana Səhifə
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
AZ
HARUN YAHYA
Menüyü Kapat
AZ
Harun Yahya
Adnan Oktarın həyatı və əsərləri
Harun Yahya © 2025
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
ERER SEÇİN
Ən güclü qalib gəlsin. - Adnan Oktar - Harun Yahya - Harun Yəhya
en-guclu-qalib-gelsin | Bütün Əsərlər
Məqalələr
Darvinistlər meymunun insana olan bənzərliklərindən istifadə etməyə çalışırlar
Digər dillər
Münafiq nə etsə başına keçər. Lağım vedrəsi hazırlayır öz başına tökülür. Amma arsızca, üstü başı pislik içindəykən belə, "nə olduki" deyər. Münafiqlərin arsızlığı müsəlmanların şövqünü artıran, möminlər üçün xeyir olan vəziyyətdir.
Edam doğru üsul deyildir. İran kimi ən çox edam cəzası tətbiq olunan ölkələrdə əxlaqi cinayətlər son dərəcə yüksək olur. Edam cəzası gətirilməsini dəstəkləyən bəzi seqmentlərin Türkiyəni pis vəziyyətə salmaq istəyən çox daha fərqli planı ola bilər. Məsələni əsas həll edəcək olan doğru təhsildir. Təhsillə bir insanı islah etmək varkən, edamla yox etmək doğru üsul olmaz.
Quran ola bildiyi qədər azadlıq gətirər. Qurandakı azadlıq dünyadakı ən yüksək azadlıqdır. Qurana tam uyanlar azadlığı ucsuz-bucaqsız yaşayarlar. Qurana tam tabe olan insanın üzərində heç bir təzyiq olmaz.
Türkiyə, kin və nifrət ölkəsi olmamalıdır. Yaxşı olan hər hərəkətə yaxşılıqla cavab verilər. İnsanın düşməni belə olsa yaxşı rəftar edəndə, o yaxşılıq təqdir edilər. Biz millət olaraq qardaşıq, birik. Yaxşı olan, gözəl olan hər rəftarı yaxşılıqla cavab vermək gözəllikdir.
İnsanlar ən çox imanı güclü olan kəslərdən təsirlənər. Mömin gözəl təbliğ etmək istəyirsə imanının çox güclü, Allah sevgisinin çox dərin, Allaha güvənin tam olması lazımdır. O zaman bu insanın etdiyi təbliğ müdhiş təsirli olar, Allahın izni ilə.
İnsanların çoxu uşaqlıqdan etibarən Allah sevgisini heç vaxt gündəmə gətirmədən yaşayar. Bir çox hoca kimi bilinən adamın evində belə "Allahı çox sevirəm" cümləsi heç vaxt istifadə edilmir. Ana sevgisindən, ailə sevgisindən, millət sevgisindən bəhs edir "pişikləri, çiçəkləri sevmək lazımdır" deyirlər amma hamısını verən hər şeyin sahibi olan Allaha olan sevgidən heç bəhs etmirlər. Bu, dəccaliyyətin sehrinin təsiridir. "Allahım Səni çox sevirəm, Sənə aşiqəm" demək heç ağlına gəlmədən yaşamaq dəhşətli vəziyyətdir.
Qurana uyğun olan hədis etibarlıdır. Qurana uyğun olmayan etibarlı deyil. Hədisləri tamamilə rədd etmək ağla və məntiqə də ziddir, Peyğəmbərimiz heç danışmadı, heç bir şey söyləmədi mənasını verər. Ölçü, hədisin Qurana uyğun olub-olmadığıdır. Axırzaman hədislərinin doğruluğunu isə reallaşmasıyla anlayarıq. Hədisdə verilən məlumat olduğu kimi reallaşarsa, o hədis doğrudur və haqdır.
Birlikdə qardaşca yaşamaq varkən müharibə və qarşıdurma istəmənin məntiqini anlamaq mümkün deyil. Qan tökməyi çox təbii görürlər, qardaş olmağı isə yadırğayırlar. Təbii və gözəl olan, sevgi dolu olmaqdır. Qardaş olmaqdır, dost olmaqdır.
Diyarbəkirdə şəhid olan igidlərimizi təbrik edirik. Allah onlara nə gözəl mövqe nəsib etmiş, nə böyük gözəllik qazandılar. Məqamlarına qibtə edirik. Şəhadətləri mübarək olsun.
İnsan sevgi, şəfqət və mərhəmətə görə yaradılmışdır. Bunlar olmayanda insan bədəni özünü yeməyə başlayır, hüceyrələr xərçəngləşir. Buna görə də, müsbət olan hər şeyi müdafiə edəcəyik, mənfi olan şeylərə qarşı da ağıllı elmi mübarizə verəcəyik.
Allahın varlığını anladıqda və böyüklüyünü qavradıqda sevdiyimiz hər şey Onda toplanar. Çiçəklər, pişiklər, quzular, gözəlliklər, sevdiyin insan hamısı Allahın təcəllisidir. Hamısına duyduğumuz sevgi Allaha olan sevgimizdir.
Allah Fələstində şəhid olan qardaşlarımıza rəhmət etsin, qazilərə tezliklə şəfa nəsib etsin. Yaxın Şərqdə böyük hadisələr artaraq davam edəcək. Hədislərin işarələrindən də bunu görürük. Bizim istəyimiz Fələstin və İsrailin, Peyğəmbər soyu olan iki qardaş xalqın tezliklə barışması, bölgəyə hüzur və təhlükəsizliyin gəlməsidir. Allah tez bir zamanda sülhü hakim qılsın, müsəlmanların, xristianların, musəvilərin qardaşca birlikdə yaşayacağı mühit meydana gətirsin.
Məscidləri dolduracaq şüurlu insan yetişdirmək əhəmiyyətlidir. Gecə gündüz darvinist təhsillə məktəblərdə, haşa, "Allah yoxdur" deyə gənclərə təhsil verdikdən sonra, o insanların məscidə gəlib namaz qılması mümkün olmaz. Əlbəttə məscid tikmək lazımdır və məscidlər gözəllikdir. Amma əsl gözəl olan o məscidləri dolduracaq insanları yetişdirməkdir.
Tayyib hocam çalışqan və dürüst insandır. Səmimi olaraq söyləyirəm, Türkiyənin hüzuru və etibarı üçün millətin başında olmasında fayda olan insandır.
Əsas olan ruhumuzu inkişaf etdirməkdir. Allahın böyüklüyünü yaxşı düşünəcəyik, səmimi olacağıq, həqiqi inkişaf və zənginlik o zaman meydana gələr.
Allah Öz Ruhu olan möminlərə həmişə yaxşılıq yaradar. Ölü olan varlıqlara isə həmişə fəlakət və bəla yaradar. Nəfs də həmişə mənfi gücləri toplayan və bədənə təsir etməyə çalışan, bütün neqativ olanları ruha təlqin etməyə çalışan gücdür. Buna qarşı ruh müqavimət göstərərək zəfər qazanar.
Dünya, adı imtahan olan təhsil yeridir. Zahirdə imtahan, batinində həqiqətdə təhsildir.
Mömin tahirdir, təmizdir. Təmizlik cənnətə olan həsrətdən qaynaqlanar. Şüuraltımızda cənnətin təmizliyini bildiyimiz üçün həmişə o təmizliyə nail olmaq üçün səy göstəririk.
Sevgi hər cür neqativ olanı udacaq gücdədir. Mənfi olan hər şey sevginin içində yox olar. Biz sevgiyə görə yaradıldıq. Allah sevgidə limit qoymamışdır. O zaman bu çox zövqlü olan neməti necə daha çox doya-doya yaşaya bilərik onu öyrənəcəyik. Əvvəl səmimi olmaq əhəmiyyətlidir. Səmimi olmaq Allah ilə əlaqəni normal hala gətirmək üçün əsas şərtdir. Sonra mütləq Allahın böyüklüyünü yaxşıca qavramaq lazımdır. Bundan sonra insan sevginin içində yol almağa başlayar.
312
1
1
2
3
4
5
6
7
8
9
16
/ 16
1
1
2
3
4
5
16
312
/ 16
20