logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 7 aprel 2018

avatar

Adnan Oktar

Gərəksiz yerə böyük kütlənin dəstəyini itirməmək üçün incəsənət, mədəniyyət və keyfiyyətdən yana olduğunu AK Partiyanın tez-tez vurğulaması faydalı olar. Qadın azadlığına önəm verən, qadınların geyiminə, sevincinə, həyatına qarışmayan anlayışın hakim olduğunu vurğulamaq və gücləndirmək əhəmiyyətlidir.
A9 TV; 7 aprel 2018
2244
avatar

Adnan Oktar

Allah sevgini tək məqsəd və ən güclü instinkt olaraq yaratdığı üçün ən gözəl hissi sevilmənin içinə qoymuşdur. Sevmək və sevilmək həyatın ən böyük, ən gözəl nemətidir. Sevgi ən yüksək zövq, ən böyük məqsəd halında yaradılmış, nə qədər gözəl.
A9 TV; 6 aprel 2018
avatar

Adnan Oktar

Allah üçün yaşayan insanın əldə edə biləcəyi ən böyük rifahı, ən böyük gözəlliyi və ən böyük zənginliyi əldə etmiş olur. Allah üçün yaşayan həm dünyanı, həm də axirəti ən mükəmməl şəkildə yaşayar.
A9 TV; 6 aprel 2018
avatar

Adnan Oktar

Atom, hörümçək və arını Allahın böyüklüyünü və sənətini görmək üçün çox ətraflı araşdırmaq lazımdır. Sadəcə birindəki ağıl yüzlərlə insanda yoxdur. Möhtəşəm ağla və nizama sahibdirlər.
A9 TV; 6 aprel 2018
avatar

Adnan Oktar

İnsanların etdikləri tənqidləri qiymətləndirərkən, "nə olur olsun Allah eşitdirir" deyə düşünmək doğru olar. Hər tənqiddə, hər sözdə xeyir, gözəllik axtarmaq, hamısından faydalanmaq lazımdır.
A9 TV; 6 aprel 2018
avatar

Adnan Oktar

Bəzən insanlar Allahın razılığını qazanmağı tam anlamırlar. Hətta, haşa, içi boş bir şey kimi düşünürlər. Allahın razılığını qazanmaq demək, Allahın eşqini, sevgisini qazanmaq deməkdir. Allahın Öz ruhunu sevməsidir.
A9 TV; 6 aprel 2018
avatar

Adnan Oktar

Allah ilə həmişə əlaqədə olmaq, imanın güclü olması, Allahı çox sevmək, Allah qorxusunun həqiqi mənada təcəlli etməsi, bir insanın ən çox istəyəcəyi şeylərdir. İnsan bu gözəllikləri istəyəndə, Allah mütləq o duanı qəbul edər.
A9 TV; 6 aprel 2018
avatar

Adnan Oktar

Qadın, yüksək əxlaqı, Allah sevgisini, Allah qorxusunu bilən insanı bəyənər. Qadın ağıldan, ehtirasdan, dərinlikdən təsirlənər.
A9 TV; 6 aprel 2018
avatar

Adnan Oktar

Münafiq xüsusi yaradılmış çarəsiz gücdür. Müsəlmanların motivasiya olması üçün vəsilədir. Bunun xaricində diqqətə alınacaq tərəfləri yoxdur.
A9 TV; 6 aprel 2018
avatar

Adnan Oktar

Quran müsəlmanlığı izah edilməzsə gənclərin dindən uzaqlaşması çox sürətli olar. Quran müsəlmanlığında din çox güclü iman üzərinə oturar. Biz Quran müsəlmanlığını izah etdiyimiz üçün gənclərin dinə yaxınlaşmasına vəsilə oluruq. Bizim bəhs etdiyimiz model xaricində gənclərin dinə yaxınlaşması mümkün görünmür.
A9 TV; 6 aprel 2018
avatar

Adnan Oktar

Hörümçək toru, Allahın varlığının açıq dəlilidir. Yüz insan bir araya gəlsə o toru hazırlaya bilməz, amma hörümçək doğulduğu andan etibarən mükəmməl mühəndisliklə tor hazırlamağı bilir.
A9 TV; 6 aprel 2018
avatar

Adnan Oktar

Şeytanın təsirinə girən adam əvvəl müsəlmanlardan uzaqlaşar, küfrün içinə dalmağa başlayar. Xarakter qeyri-sabitliyi meydana gələr. Dindən uzaqlaşar, namazdan, ibadətdən uzaqlaşar. Küfrün içinə gedəndə orada da sıxılar. Həmişə dalğalanma içində olar. Şeytan bu cür tipləri çox sıxar, ömürləri pərişan keçər və bu dağınıqlıq içində ölü kimi yaşayarlar.
A9 TV; 6 aprel 2018
avatar

Adnan Oktar

Millətin Tayyib hocamın yanında olduğunu göstərən böyük mitinq təşkil edək. Dövlətin müxtəlif səviyyələrinə sızmış İngilis dərin dövlətinin təsirində olan bəzi tiplərə də bu mitinq çox gözəl cavab olar. Bəzilərində haradan gəldiyi müəyyən olmayan çirkin cəsarət vardır. Bu çirkin cəsarətə millətin verəcəyi cavab çox əhəmiyyətlidir.
A9 TV; 6 aprel 2018
avatar

Adnan Oktar

İnsanın özünə hörməti həyati mövzudur. Keyfiyyətli insanın özünə hörməti ən yüksək səviyyədə tutması lazımdır. Özünə hörməti itirmək dəhşətli nəticələr meydana gətirə bilər, Allah qorusun.
A9 TV; 5 aprel 2018
avatar

Adnan Oktar

Dünyanın varlıq məqsədi sevgidir. Allah qorxusu da sevgini qazanmağımız üçündür. Allah, bizim sevgini yaşamağımızı istəyir. Allah qullarının acı çəkməsini istəməz, yalnız sevgi istəyər.
A9 TV; 5 aprel 2018
avatar

Adnan Oktar

Səmimiyyət ağılın üzərindəki bütün təzyiqləri aradan qaldırar. Eqoistlik, dar düşüncə, romantiklik, mənfi düşüncə kimi aqressiv fikirlərdən təmizlənəndə ağıl şəffaflaşar. Bu şəffaflıqla Allahın böyüklüyü aydın olar. Səmimiyyətdə fərahlıq vardır. Danışıq, düşünmə, mühakimə etmə düzgün olar.
A9 TV; 5 aprel 2018
avatar

Adnan Oktar

Dəccaliyyət insanların hamısına birdən hücum edərək və hücumun əhatəsini getdikcə artıraraq insanları Allaha yönəlməyə məcbur edər. Ledün yönü ilə Dəccaliyyət də Allaha xidmət edir. Amma biz Haqq tərəfdarı olaraq, Mehdiyyət qabaqcılı olaraq ledün yönünə görə deyil, zahiri istiqamətinə görə hərəkət etməklə və Dəccaliyyətlə var gücümüzlə elmi olaraq mübarizə aparmaqla məsuluq.
A9 TV; 5 aprel 2018
avatar

Adnan Oktar

Xərcləmə zəngini olmaq əhəmiyyətlidir. Zənginliyi ümumiyyətlə yığma zəngini olaraq bilirlər. Malı mülkü yığmaq lazımdır düşünürlər. Belə deyil. Pul gələn kimi xərclənməlidir ki, bərəkət olsun.
A9 TV; 5 aprel 2018
avatar

Adnan Oktar

Mehdiyyət talenin içində axar. Taleyi dayandırmaq mümkün deyil. Bu səbəbdən Mehdiyyəti də kimsə dayandıra bilməz.
A9 TV; 5 aprel 2018
avatar

Adnan Oktar

Mömin cənnətdən gəlir və cənnətə gedər. Möminin sonsuz həyatı və dünya imtahanı bütün olaraq yaradılmışdır. Məsələn Peyğəmbərimizin vəhyi alması, münafiqlərlə mübarizəsi, qazandığı zəfərlər taleyində bütün olaraq yaradılmışdır. Möminin həyatı tamdır, bütündür.
A9 TV; 5 aprel 2018
avatar

Adnan Oktar

Mehdiyyət təvazökarlıqdır. Allah Mehdiyyəti təvazökar sahibi olduğu üçün müvəffəqiyyətli edir.
A9 TV; 5 aprel 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
İslam aləminin hər yeri qan gölü içində. Tez-tez uşaqlar, qadınlar şəhid edilir. Belə bir dövrdə və şəraitdə biz öz dərdlərimizlə, gündəlik işlərimizlə vaxt keçirə bilmərik. Bir saniyə belə boş keçirə bilmərik. Sitatlar
Duyğusallıq, ağılı nizam-intizama salıb normal hala gətirməməkdən qaynaqlanar. Bir ondan şübhələnər, bir digərindən qorxar sonra təkrar şübhələnər, həmişə bu cür düşündüyü üçün beyində burulğan meydana gətirər. Bu burulğan içində insan şeytani fəlsəfə olan duyğusallığa sürüşər. Özünə acıma zəminində həmişə haqsızlığa uğradığını və insanların hamısının pis olduğunu düşünərək fasiləsiz olaraq özünə əzab vermə məntiqinə girər. Başa düşülmədiyini, dəyərinin bilinmədiyini düşünərək həmişə özünü əzər və içinə qapanar. Tez-tez hirslənər, tez küsər, kimsəylə dost ola bilməz. İnsana böyük əzab verən bu fəlsəfədən tamamilə uzaq dayanmaq lazımdır. Sitatlar
Allaha diqqəti çox yaxşı yönəltmək lazımdır. Səmimi diqqət, səmimi sevgi, səmimi təslimiyyət əhəmiyyətlidir. İnsan gün ərzində hadisələrin təsiri ilə tez-tez diqqətini itirə bilər. Əgər insan diqqətini Allahdan yayındırmasa, bir çox gözəlliyə nail olar. Allahın bizdən nə istədiyini, ən mühüm gördüyü məsələləri Qurandan öyrənirik. Tam diqqətimizi Allaha yönəltdiyimiz zaman Quranı aydın şəkildə başa düşərik. Sitatlar
Həyatın qısa olması yaşlanmağın tez başlaması insan üçün böyük nemətdir. Daha uzun olsaydı insanlar dünyada çox sıxılardı. Allah həyat tez bitsin, tezliklə axirətə, yəni həqiqi həyatımıza qovuşaq deyə, insanlara nemət olaraq dünyanı qısa yaradır. Sitatlar
İman artımı insanın şəxsiyyətinə çox müsbət təsir edər. Şəxs daha çox zəkalı, səbirli, şəfqətli və anlayışlı olar. Müsbət təsiri tez görünər. Sitatlar
Ölüm böyük mürşiddir. Dünyaya çox bağlanan insanlara ölümü tez-tez xatırlamaq lazımdır. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) dövrünün ən tipsiz, ən çaqqal xarakterli münafiqlərindən biri olan Əbu Süfyan çirkin üslubu ilə tez-tez Peyğəmbərimiz (s.ə.v)-ə məktub yazardı. Bu məktublarda murdar və alçaq xarakterini ortaya çıxarırdı. Peyğəmbərimiz (s.ə.v) ona yazdığı cavabda: "ey axmaq və beyinsiz" demişdir. Münafiqlər hər dövrdə ən axmaq, ən beyinsiz varlıqdırlar. Sitatlar
Bizim israrla keyfiyyətin üzərində dayanmağımızı izləyərək Tayyib hocam da tez-tez keyfiyyət və təhsilin əhəmiyyətinə diqqət çəkir. Bu çox gözəldir. Tayyib hocamdan tezliklə Keyfiyyət və İncəsənət Nazirliyi yaratmasını xahiş edirik. Bunu bir addım olaraq başlasın, davamı çox gözəl gələr. Sitatlar
Allahın böyüklüyünü xatırlayan, insanları putlaşdırmaqtan əl çəkər. Allahın gücünün fərqində olan insanın beyni də normal gücünə dönər və üzərindəki sıxılma düzələr. İnsanların çoxu bir çox qorxu içində yaşayır, gələcəyindən qorxur, kim nə deyəcək ondan qorxur, sağlamlığından qorxur. Bütün bu qorxular beynin üzərində təzyiq meydana gətirir və unutqanlığa, durğunluğa səbəb olur. Allaha sığınmaq insanın üzərindəki bütün təzyiqləri qaldırar. Sitatlar
Həkimlik müqəddəs peşədir. Həkimlərin hər yerdə hörmət görməsi lazımdır. Restorana gedən həkimdən hesab alınmaz. Həkim hara gedərsə getsin hörmətlə qarşılaşmalıdır. Həkimlərin qiymətini bilmək, millət olaraq onları qoruyub dəstəkləmək vacibdir. Sitatlar
Tərif, sevgini ciddi şəkildə artıran mühüm ibadətdir. Hər gözəlliyi yaradan Allahdır. Gözəl çiçəyi, pişiyi, qadını, mənzərəni tərifləmək nemətdir. Tərif, Allahın nemətini təqdir etməkdir. Sitatlar
Dünyaya diqqətlə baxan insan bir ekranın içində yaşadığımızı görər. Bunu anlayan insanda həqiqi iman yaranır. Və belə imanda nəfsi tərbiyəsində çətinlikdən söhbət gedə bilməz. Quranda nə yazırsa hamısını edər. Bu həqiqəti fərq edə bilməyənlər yavaş-yavaş pis olandan uzaqlaşmağa başlayır. Kimisi içki içməmək üçün mübarizə aparır. Dünyanın həqiqətini görən insan üçün bu cür mübarizəyə ehtiyac qalmaz. Pis olandan dərhal dəqiq olaraq uzaqlaşar. Sitatlar
Boşanmaların artmasının altında yatan əsas səbəb eqoistlikdir. Ticari şirkət məntiqində evlənəndə, mənfəət bitdiyi anda evlilik də bitər. Qarşısındakını Allah rizası üçün sevməyi bilmədiklərində, o insanı Allahın onlara əmanəti olaraq görmədiklərində, təngə gəlmək çox sürətli inkişaf edir. "Görəsən ən varlısı ilə, ən gözəli ilə, ən yaraşıqlısı ilə evləndim? Daha yaxşı yatırım edə bilərdim?" düşüncəsi heç bitmir. O zaman da, qarşısındakının vücudunda deformasiya olduğunu ya da acizliyini görəndə dərhal başqa axtarışlara başlayır. Axirət dostu olaraq sevməyi bilməyən insanın həqiqətən sevməsi, sədaqəti və vəfası mümkün olmur. Sitatlar
Allah, kitab, vətən, millət, bayraq üçün canını verən ən şərəfli şəkildə dünya imtahanını bitirmiş deməkdir. Onların mövqeyinə hamımız qibtə edirik. Şəhidlərimizin arxasınca üzülərək ağlamaq şəhidlərimizi çox incidir. Şəhadət böyük şərəfdir, qürurdur. Həmişə təbrik edilməli məqamdır. Sitatlar
Bütün dünyaya qadınlara hörmət etməyi, dəyər verməyi öyrədəcəyik. Qadınların azad yaşamasının təbii olduğunu öyrənəcəklər. Sitatlar
Kürdlər çox əfəndi, dindar, sadə insanlardır. PKK kimi dinsiz, Allahsız, Stalinist təşkilatın tərtəmiz kürdlərə müsəllət olmasını heç vaxt qəbul etmərik. Sitatlar
Səmimiyyət Allahın böyüklüyünü anlamaqda zəmin hazırlayar. Allahın böyüklüyünü anlayan insan devrilməz güc halına gələr. Amma bu mövzuda diqqəti həmişə mühafizə etməsi, heç açığa yer verməməsi lazımdır. Sitatlar
Suriyada sülhün olması üçün İslam ölkələrini bir araya gətirib müsəlmanların ortaq hərəkət etməsini təmin edəcək hərəkət başlatmaq lazımdır. Tayyib hocamdan xahiş edirik, bütün Ərəb İslam ölkələrini toplasın. Yatmalarına icazə verməsin. Bu gedişlə Suriyada tək bir insan belə buraxmayacaqlar, Allah verməsin. Buna qərar vermiş kimi görünürlər. İslam aləmini birlik halına gətirək. Sitatlar
İnsanın dürüst olduğuna dair qənaəti gəldiyində üzərindəki sıxılma gedər. Tövbə, bu dürüstlüyə imkan verər. Tövbə etdiyində insan səhvindən vaz keçdiyi üçün daha səmimi, daha tutarlı, daha məqbul olar. Sitatlar
Qarşısındakı insana etibar etmədiyi üçün qısqanmaq çox çirkin davranışdır. Harada idin, telefonun kamerasını aç, olduğun yeri görüm, məntiqi çox acı hadisədir. Güvənin olmadığı yerdə sevgi olmaz. İnsan güvənmədiyini sevə bilməz. Bu cür şübhələr o adama bir növ təhqir mənasına gələr. Sitatlar
Küfrün və münafiqlərin, möminlərlə məşğul olması mömin üçün şərəfdir. Etdiyin fəaliyyətin təsirli olduğunun dəlilidir. Sitatlar
İmana vəsilə olmanın ən həyati yolu güclü iman sahibi olmaqdır. Səmimi imanlı insanın iman həqiqətlərini mükəmməl izah edən, hər şeyi dolğun cavab ilə açıqlayan üslubu Allahın izni ilə imana vəsilə olur. Sitatlar
Polislərimizin Polis Gününü təbrik edirik. Polis mübarək peşədir. Polis, canını ortaya qoyan, şəhidliyə hazır dəliqanlı deməkdir. Allah hamısını xeyirlə sarsın, cənnətiylə şərəfləndirsin. Sitatlar
Şərqi Qutadaki qaz hücumu başdan sona qədər İngilis dərin dövlətinin işidir. Savaşın sona çatmaması, daha da qızışması, Suriyanın tamamilə parçalanması və daha çox qan axması üçün edilmiş hadisədir. İslam aləminin bir an əvvəl birlik olmasının nə qədər təcili olduğunu görürük. Sitatlar
Allah, heyvanları yaratmaqla insanlara çox böyük nemət təqdim etmişdir. Cənnətin ən böyük nemətlərindən biridir. Amma heyrət ediləcək şəkildə çox insan onların fərqində belə deyil. Heyvan sevgisinin üstü qəribə şəkildə örtülmüşdür. Pişiklər, itlər, quşlar, böcəklər hamısı ayrı gözəl. Hamısını tək-tək ayrı-ayrı sevmək lazımdır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur