logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 9 aprel 2018

avatar

Adnan Oktar

Kürdlər çox əfəndi, dindar, sadə insanlardır. PKK kimi dinsiz, Allahsız, Stalinist təşkilatın tərtəmiz kürdlərə müsəllət olmasını heç vaxt qəbul etmərik.
A9 TV; 9 aprel 2018
1242
avatar

Adnan Oktar

Bütün dünyaya qadınlara hörmət etməyi, dəyər verməyi öyrədəcəyik. Qadınların azad yaşamasının təbii olduğunu öyrənəcəklər.
A9 TV; 9 aprel 2018
avatar

Adnan Oktar

Allah, kitab, vətən, millət, bayraq üçün canını verən ən şərəfli şəkildə dünya imtahanını bitirmiş deməkdir. Onların mövqeyinə hamımız qibtə edirik. Şəhidlərimizin arxasınca üzülərək ağlamaq şəhidlərimizi çox incidir. Şəhadət böyük şərəfdir, qürurdur. Həmişə təbrik edilməli məqamdır.
A9 TV; 9 aprel 2018
avatar

Adnan Oktar

Boşanmaların artmasının altında yatan əsas səbəb eqoistlikdir. Ticari şirkət məntiqində evlənəndə, mənfəət bitdiyi anda evlilik də bitər. Qarşısındakını Allah rizası üçün sevməyi bilmədiklərində, o insanı Allahın onlara əmanəti olaraq görmədiklərində, təngə gəlmək çox sürətli inkişaf edir. "Görəsən ən varlısı ilə, ən gözəli ilə, ən yaraşıqlısı ilə evləndim? Daha yaxşı yatırım edə bilərdim?" düşüncəsi heç bitmir. O zaman da, qarşısındakının vücudunda deformasiya olduğunu ya da acizliyini görəndə dərhal başqa axtarışlara başlayır. Axirət dostu olaraq sevməyi bilməyən insanın həqiqətən sevməsi, sədaqəti və vəfası mümkün olmur.
A9 TV; 7 aprel 2018
avatar

Adnan Oktar

Dünyaya diqqətlə baxan insan bir ekranın içində yaşadığımızı görər. Bunu anlayan insanda həqiqi iman yaranır. Və belə imanda nəfsi tərbiyəsində çətinlikdən söhbət gedə bilməz. Quranda nə yazırsa hamısını edər. Bu həqiqəti fərq edə bilməyənlər yavaş-yavaş pis olandan uzaqlaşmağa başlayır. Kimisi içki içməmək üçün mübarizə aparır. Dünyanın həqiqətini görən insan üçün bu cür mübarizəyə ehtiyac qalmaz. Pis olandan dərhal dəqiq olaraq uzaqlaşar.
A9 TV; 7 aprel 2018
avatar

Adnan Oktar

Tərif, sevgini ciddi şəkildə artıran mühüm ibadətdir. Hər gözəlliyi yaradan Allahdır. Gözəl çiçəyi, pişiyi, qadını, mənzərəni tərifləmək nemətdir. Tərif, Allahın nemətini təqdir etməkdir.
A9 TV; 7 aprel 2018
avatar

Adnan Oktar

Həkimlik müqəddəs peşədir. Həkimlərin hər yerdə hörmət görməsi lazımdır. Restorana gedən həkimdən hesab alınmaz. Həkim hara gedərsə getsin hörmətlə qarşılaşmalıdır. Həkimlərin qiymətini bilmək, millət olaraq onları qoruyub dəstəkləmək vacibdir.
A9 TV; 7 aprel 2018
avatar

Adnan Oktar

Allahın böyüklüyünü xatırlayan, insanları putlaşdırmaqtan əl çəkər. Allahın gücünün fərqində olan insanın beyni də normal gücünə dönər və üzərindəki sıxılma düzələr. İnsanların çoxu bir çox qorxu içində yaşayır, gələcəyindən qorxur, kim nə deyəcək ondan qorxur, sağlamlığından qorxur. Bütün bu qorxular beynin üzərində təzyiq meydana gətirir və unutqanlığa, durğunluğa səbəb olur. Allaha sığınmaq insanın üzərindəki bütün təzyiqləri qaldırar.
A9 TV; 7 aprel 2018
avatar

Adnan Oktar

Gərəksiz yerə böyük kütlənin dəstəyini itirməmək üçün incəsənət, mədəniyyət və keyfiyyətdən yana olduğunu AK Partiyanın tez-tez vurğulaması faydalı olar. Qadın azadlığına önəm verən, qadınların geyiminə, sevincinə, həyatına qarışmayan anlayışın hakim olduğunu vurğulamaq və gücləndirmək əhəmiyyətlidir.
A9 TV; 7 aprel 2018
avatar

Adnan Oktar

Allah sevgini tək məqsəd və ən güclü instinkt olaraq yaratdığı üçün ən gözəl hissi sevilmənin içinə qoymuşdur. Sevmək və sevilmək həyatın ən böyük, ən gözəl nemətidir. Sevgi ən yüksək zövq, ən böyük məqsəd halında yaradılmış, nə qədər gözəl.
A9 TV; 6 aprel 2018
avatar

Adnan Oktar

Allah üçün yaşayan insanın əldə edə biləcəyi ən böyük rifahı, ən böyük gözəlliyi və ən böyük zənginliyi əldə etmiş olur. Allah üçün yaşayan həm dünyanı, həm də axirəti ən mükəmməl şəkildə yaşayar.
A9 TV; 6 aprel 2018
avatar

Adnan Oktar

Atom, hörümçək və arını Allahın böyüklüyünü və sənətini görmək üçün çox ətraflı araşdırmaq lazımdır. Sadəcə birindəki ağıl yüzlərlə insanda yoxdur. Möhtəşəm ağla və nizama sahibdirlər.
A9 TV; 6 aprel 2018
avatar

Adnan Oktar

İnsanların etdikləri tənqidləri qiymətləndirərkən, "nə olur olsun Allah eşitdirir" deyə düşünmək doğru olar. Hər tənqiddə, hər sözdə xeyir, gözəllik axtarmaq, hamısından faydalanmaq lazımdır.
A9 TV; 6 aprel 2018
avatar

Adnan Oktar

Bəzən insanlar Allahın razılığını qazanmağı tam anlamırlar. Hətta, haşa, içi boş bir şey kimi düşünürlər. Allahın razılığını qazanmaq demək, Allahın eşqini, sevgisini qazanmaq deməkdir. Allahın Öz ruhunu sevməsidir.
A9 TV; 6 aprel 2018
avatar

Adnan Oktar

Allah ilə həmişə əlaqədə olmaq, imanın güclü olması, Allahı çox sevmək, Allah qorxusunun həqiqi mənada təcəlli etməsi, bir insanın ən çox istəyəcəyi şeylərdir. İnsan bu gözəllikləri istəyəndə, Allah mütləq o duanı qəbul edər.
A9 TV; 6 aprel 2018
avatar

Adnan Oktar

Qadın, yüksək əxlaqı, Allah sevgisini, Allah qorxusunu bilən insanı bəyənər. Qadın ağıldan, ehtirasdan, dərinlikdən təsirlənər.
A9 TV; 6 aprel 2018
avatar

Adnan Oktar

Münafiq xüsusi yaradılmış çarəsiz gücdür. Müsəlmanların motivasiya olması üçün vəsilədir. Bunun xaricində diqqətə alınacaq tərəfləri yoxdur.
A9 TV; 6 aprel 2018
avatar

Adnan Oktar

Quran müsəlmanlığı izah edilməzsə gənclərin dindən uzaqlaşması çox sürətli olar. Quran müsəlmanlığında din çox güclü iman üzərinə oturar. Biz Quran müsəlmanlığını izah etdiyimiz üçün gənclərin dinə yaxınlaşmasına vəsilə oluruq. Bizim bəhs etdiyimiz model xaricində gənclərin dinə yaxınlaşması mümkün görünmür.
A9 TV; 6 aprel 2018
avatar

Adnan Oktar

Hörümçək toru, Allahın varlığının açıq dəlilidir. Yüz insan bir araya gəlsə o toru hazırlaya bilməz, amma hörümçək doğulduğu andan etibarən mükəmməl mühəndisliklə tor hazırlamağı bilir.
A9 TV; 6 aprel 2018
avatar

Adnan Oktar

Şeytanın təsirinə girən adam əvvəl müsəlmanlardan uzaqlaşar, küfrün içinə dalmağa başlayar. Xarakter qeyri-sabitliyi meydana gələr. Dindən uzaqlaşar, namazdan, ibadətdən uzaqlaşar. Küfrün içinə gedəndə orada da sıxılar. Həmişə dalğalanma içində olar. Şeytan bu cür tipləri çox sıxar, ömürləri pərişan keçər və bu dağınıqlıq içində ölü kimi yaşayarlar.
A9 TV; 6 aprel 2018
avatar

Adnan Oktar

Millətin Tayyib hocamın yanında olduğunu göstərən böyük mitinq təşkil edək. Dövlətin müxtəlif səviyyələrinə sızmış İngilis dərin dövlətinin təsirində olan bəzi tiplərə də bu mitinq çox gözəl cavab olar. Bəzilərində haradan gəldiyi müəyyən olmayan çirkin cəsarət vardır. Bu çirkin cəsarətə millətin verəcəyi cavab çox əhəmiyyətlidir.
A9 TV; 6 aprel 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Deizmin yayılmasının əsl səbəbi Darvinizmdir. Əsas məsələ deizm deyil, Darvinizmdir. Darvinizm, Allahsız, dinsiz ideologiyaların təməlində yer alır. Darvinizmin elmi cavabı verilmədiyi müddətcə, məktəblərdə Darvinizm sanki elmi məlumat imiş kimi uşaqlara öyrədildiyi müddətcə deizmə qarşı tədbir alına bilməz. Darvinist təhsil, Konya kimi şəhərdə belə gənclər arasında deizmin yayılmasına səbəb olur. Daha çox yubanmadan, tez zamanda Darvinist təhsilin dayandırılması, hər yerdə gənclərə yaradılışın elmi dəlili olan fosillərin göstərilməsi, tək bir zülalın belə təsadüfən meydana gəlməsinin qeyri-mümkün olduğunun izah edilməsi lazımdır. Sitatlar
Dindar olmaq Allahı çox yaxşı görmək, çox yaxşı anlamaqdır. Allahın böyüklüyünü çox yaxşı qavrasan, ən dindar sən olarsan. Dindar olmaq özünə əziyyət etmək deyil. Dindar olduğunda, Allah o insana həyatı gözəlləşdirər və asanlaşdırar. Sitatlar
Münafiqdə Allahı inkar şiddətlidir. Haşa, Allah ilə, din ilə, İslam ilə istehza edərlər. Dinin bütün hökmlərinə qarşıdırlar. Amma insanları aldatmaları lazım gələndə çox dindar görünüşü verməyə diqqət göstərərlər. Sitatlar
PKK kürd canlarımıza çox böyük zülm etdi. Aydındır ki, dindar insanlar kürdlərdir. Belə dindar insanları zorla kommunist, dinsiz etməyə çalışmaq çox böyük zülmdür. Kürd canlarımızı PKK-nın zülmünə əsla tərk etməyəcəyik. Sitatlar
Atatürkün çox dindar, milliyyətçi, igid dəliqanlı olduğunu dəlilləri ilə ortaya qoyduq. Atatürkün həqiqi xarakterini və həyatını bütün Türkiyəyə öyrətdik. Sitatlar
Münafiq din düşmənidir. Dinə qarşı çox kinlidir. Şeytani və incə siyasətlə müsəlman kimi görünərək, müsəlmanları müsəlmanlıqdan çıxarmağa çalışar. Birbaşa İslamı hədəf alsa təsir edə bilməyəcəyini bildiyi üçün, "mən də müsəlmanam" deyə, ortaya çıxar və ağlı zəif olanları mənəvi olaraq boğar. Sitatlar
Təzyiq göstərmək, insanı şirkə və Allah qorusun, münafiqliyə itələyər. Din azadlıq içində yaşanar. Məcbur etməklə din yaşanmaz. Zorla insanın başını örtməsi, musiqi dinləməsini qadağan etmək və s. İrana yaraşmır. İranın dindar olması gözəldir amma dindar olmaq insanlara təzyiq göstərmək olmamalıdır. İstəyən istədiyi kimi yaşasın. Sitatlar
Biz PKK-nı, yəni kommunist, Stalinist quruluşu, cinayətləri və Türkiyəni parçalamağı istəyən quruluşu istəmirik, yoxsa Türkiyə ilə dost, İslama, Qurana, müqəddəs şeylərə hörmət edən kürd qardaşlarımız bizim canımızdır. Sitatlar
İnsanların çoxunun ülvi məqsədi yoxdur. Niyə yaşadıqlarını bilmirlər. Din deyə təqdim edilən sistem insanlara dəhşət yaşadan və dinlə əslində heç bir əlaqəsi olmayan sistemdir. Dinsizlik də dəhşət vericidir. Gənclər iki dəhşətin arasında qaldılar. Biz var gücümüzlə elmlə, irfanla bu dəhşəti aradan qaldırmağa cəhd edirik. Sitatlar
Allah insanı acizlik içində yaratmışdır. İmtahanın tələbi olaraq həyat asanlıqla Özünə çatılacağı kimi olmaz. Necə ki, maneəli qaçış yarışında cürbəcür maneələr vardırsa, insanın Allaha çatmasında da bənzər çətinliklər var. Dünyadakı bu yarışın çətin olması şərtdir. Asan olduqda dünyada təhsil almağımıza ehtiyac yoxdur. Çətin olması üçün də zehin dağınıqlığı, bədən yorğunluğu, insanların tərs danışıqları lazımdır, küfr əhlinin, münafiqlərin hücumu lazımdır, zəif insanların ümidsiz danışıqları lazımdır. Həmçinin Allah başqa pərdələr də yaradar. Məsələn, Axırzamana xüsusi olaraq dinsiz fəlsəfə minlərlə qoldan möminə hücum edir. Cürbəcür dinsizlik və dini pozacaq dini dəyişdirmə cərəyanları var. Mömin məhz bütün bunların arasından keçərək Allaha yaxınlaşır. Sitatlar
Müasir olanın dinsiz olduğuna dair yanlış imic var idi. Bu imici biz aradan qaldırırıq. "Rəsm çəkən, rəqs edən, musiqi dinləyən, əylənən, dekolte geyinən, heykəl sevən dinsizdir. Məzlum, az düşünən, yaxşı təhsil almamış olan, ictimai həyatın içində olmayanlar isə dindardır" deyə düşünürdülər. Hazırda ziyalı, müasir, dərin düşünən, keyfiyyətli və gözəl yaşayanın dindar olduğunu bütün dünya görmüş oldu. Sitatlar
Münafiq küfrə, dinsizliyə, dinsiz ideologiyalara qarşı heç bir iş görməz. Səhərdən axşama qədər təsirli olduğunu gördüyü müsəlmanlar əleyhinə kaftarlar kimi mırıldanar. Mənfəət əldə etmək istəyib edə bilmədiyi, yal tapıb yeyə bilmədiyi müsəlman cəmiyyətləri hədəf alar. Sitatlar
Stressin olmaması, təvəkkülün tam olması üçün anı yaşamaq əhəmiyyətlidir. Keçmişi və gələcəyi dərd etmədən, özünü tamamilə Allaha təslim etməlidir mömin. Möminin gördüyü hər iş Allaha həsr edilmiş olmalıdır. Allahın rizasını qarşıya məqsəd qoymamaq həyatı cəhənnəmə döndərmək deməkdir. Allahın sevgisini bir yerdən çıxartsan ora kabus, qorxu, dəhşət və əzab gələr. Sitatlar
Türkiyə kürdlərin əzilməsini istəmir. Türkiyə kürd qardaşlarımızın Stalinist təzyiq altına alınmasını istəmir. Buna görə də, böyük fədakarlıqla həm kürdləri, həm də bütün xalqları qorumağı öhdəsinə götürür. Sitatlar
Darvinist təhsil şüursuz, Allahdan uzaq, Allahdan qorxmayan insanların yetişməsinə səbəb ola bilər. Darvinizmin məqsədi onsuz da dinsiz nəsil yetişdirməkdir. "Allah yoxdur" təhsili verilərək gəncləri yetişdirmək çox böyük fəlakətdir. Sitatlar
İman həqiqətlərini, Quran möcüzələrini, darvinizmin əsassızlığını izah edərək dinsiz materialist fəlsəfəni tamamilə zərərsizləşdirə bilərik. Sitatlar
Uşaqlar üçün məktəb sanki kabus kimi olur. Gənclərin məktəbi sevmələri üçün təhsilin məqsədini onlara yaxşı izah etmək lazımdır. Təhsillə birlikdə keyfiyyət, gözəllik, ədəb, mədəniyyət qazanacaqsan deyə gənclərə izah edilsə sevə-sevə məktəbə gedərlər. Təhsildə filmlərdən daha çox istifadə edilməlidir. Xüsusən bütün tarix dərsləri filmlə izah edilə bilər, əzbərçiliyə əsaslanan sistem olmamalıdır. Sitatlar
Marksist leninist stalinist fəlsəfənin təməli darvinizmdir. Darvinizm fikri olaraq çökdürüldüyü zaman terror da bitmiş olar. Sitatlar
Kommunist Stalinist bir təşkilat olan PYD-ni dəstəkləmək Amerikaya yaraşmayan siyasətdir. Amerika bu mövqedən imtina etməlidir. Sitatlar
Beynəlxalq qanunlara uyğundursa, bölgə ölkələri də qəbul edirsə, Türkiyə ilə dost, dindar bir kürd dövləti qurulmasından narahat olmarıq. Bizim bölgədə istəmədiyimiz stalinist, marksist, kommunist bir PKK dövlətinin qurulmasıdır. Buna millət olaraq icazə vermərik. Sitatlar
Səmimiyyət Allahın böyüklüyünü anlamaqda zəmin hazırlayar. Allahın böyüklüyünü anlayan insan devrilməz güc halına gələr. Amma bu mövzuda diqqəti həmişə mühafizə etməsi, heç açığa yer verməməsi lazımdır. Sitatlar
Bütün dünyaya qadınlara hörmət etməyi, dəyər verməyi öyrədəcəyik. Qadınların azad yaşamasının təbii olduğunu öyrənəcəklər. Sitatlar
Allah, kitab, vətən, millət, bayraq üçün canını verən ən şərəfli şəkildə dünya imtahanını bitirmiş deməkdir. Onların mövqeyinə hamımız qibtə edirik. Şəhidlərimizin arxasınca üzülərək ağlamaq şəhidlərimizi çox incidir. Şəhadət böyük şərəfdir, qürurdur. Həmişə təbrik edilməli məqamdır. Sitatlar
Suriyada sülhün olması üçün İslam ölkələrini bir araya gətirib müsəlmanların ortaq hərəkət etməsini təmin edəcək hərəkət başlatmaq lazımdır. Tayyib hocamdan xahiş edirik, bütün Ərəb İslam ölkələrini toplasın. Yatmalarına icazə verməsin. Bu gedişlə Suriyada tək bir insan belə buraxmayacaqlar, Allah verməsin. Buna qərar vermiş kimi görünürlər. İslam aləmini birlik halına gətirək. Sitatlar
İnsanın dürüst olduğuna dair qənaəti gəldiyində üzərindəki sıxılma gedər. Tövbə, bu dürüstlüyə imkan verər. Tövbə etdiyində insan səhvindən vaz keçdiyi üçün daha səmimi, daha tutarlı, daha məqbul olar. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur