logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 5 oktyabr 2017

avatar

Adnan Oktar

Həyata dair gözəl və zövqlü olan hər şeyin ən gözəli İslamda var. Lakin ənənəçi anlayışda gülmək, musiqi, rəqs, rəsm, hər şey haramdır.
A9 TV; 5 oktyabr 2017
813
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ağıllı olan qadın mütləq gözəl və cazibədardır. Ağıllı olub da gözəl olmayan qadın yoxdur. Sitatlar
Ağıllı olan, səmimi olan hər qadın gözəldir. Sitatlar
Allah bütün İslam aləminin başına bəla olan, münafiqlərin ciyərlərinə od salsın, beyinlərin məhv etsin, heç vaxt sağalmayan xəstəliklərlə pərişan etsin, möminləri də qalib etsin, müzəffər etsin. Sitatlar
Allah Kitab əhli ilə ən gözəl olan üslubla danışın deyir. Müsəlmanın xristianlara və musəvilərə dəvəti tək olan Allaha iman gətirməkdir. Onlara qarşı şəfqətli və anlayışlı olmaqla məsuldur. Kitab əhlindən olan qadınlarla evlənmək müsəlmana halaldır. Bu da müsəlmanlarla Kitab əhlinin yoldaş, dost ola biləcəyini göstərər. Sitatlar
Allah qorxusundan başqa bütün qorxular müsəlmana haramdır. Müsəlmanın Allahdan başqasından qorxması şirkdir, haram olar. Sitatlar
Allahın hər yeri əhatə etdiyini görən insanın ruh halına təvazökarlıq deyilər. Böyük olan təkcə Allahdır. Mömin; böyüyəm, lakin özümü bir qədər daha kiçildim deyə heç vaxt düşünməz. Sitatlar
Bəzi internet saytlarında qeyd olunan və israilli ravvin Yehuda Qlikin Türkiyə və hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğan əleyhinə ifadələr işlətdiyini iddia edən xəbərlər doğru deyil. Yehuda Qlikdən bu xəbər soruşduqda; "heç vaxt hörmətli Ərdoğanın cəzalandırılmasına dair bir ifadə işlətmədim" açıqlamasını vermişdir. Dolayısilə bəhs edilən xəbərlər həqiqəti əks etdirmir. Sitatlar
Bir gənc qıza verilən ən dəyərli şey güvəndir. Onun şərəfinə, ləyaqətinə, iffətinə, fərəhinə, sevincinə, imanına dəstək olacağına dair zəmanət vermək əsasdır. Həqiqi sevgi, bu güvəndən sonra yaranar. Sitatlar
Bir hədisin doğru olub-olmadığını anlamağın iki üsulu var. Birincisi Qurana baxarıq və söylənilən hədis Qurana uyğundursa o hədis keçərlidir. İkincisi bir hadisəyə dair xəbər verilən hədislərdir. Məsələn, Axırzamana dair verilən xəbərlər eynilə reallaşırsa, o zaman o hədis doğru xəbərdir. Səhih olmaqdan da kənar qətiyyət qazanmışdır. Sitatlar
Bizim mərhəmət, sevgi, dostluq anlayışımız Qurana əsaslandığı və bu məsələdə qətiyyətli olduğumuz üçün insanların İslama qarşı rekasiyalarına sədd olur. Bizim həyatımız İslamofobiyaya qarşı qəti cavabdır. İslamda incəsənət yoxdur deyirlər, portretlərimizi göstəririk. İslamda keyfiyyət yoxdur deyirlər, evlərimizi görürlər. İslamda sevinc yoxdur deyirlər, bizim verilişlərimizi görürlər. İslamda qadına təzyiq var deyirlər, bizim dostlarımızın azadlığını görürlər. Varlığımızla İslamofobiyaya sədd olan ən mühüm fikri qüvvə olduq. Sitatlar
Darvin qadınlar üçün "inkişafı tamamlamamış heyvandır" deyir. Ənənəçi ortodoks sistem də qadınlar üçün; "insanla heyvan arası varlıqdır" deyir. Qadın yarımdır, yarım varlıqdır deyir. Qadın əleyhinə sistem çox işləmişdir. Uydurma hədislərə əsaslanan bu izahları bəzi müsəlman qadınlara da qəbul etdiriblər. Halbuki Peyğəmbərimiz (s.ə.v) qadınları canı kimi sevər, mübarək və müqəddəs varlıq kimi görərdi. Bəzi ənənəçi ortodoks şəxslərin qadınlara dair hədis deyə irəli sürdükləri bu cür uydurma sözlər o dövrün münafiqlərinin Peyğəmbərimiz (s.ə.v)-ə dair böhtanlarından ibarətdir. Sitatlar
Dünyaya dair şəxsi hərisliyimiz olmaz. Lakin dünyanı insanlar üçün cənnətə döndərmək, insanları xoşbəxt etmək müsəlmanın hədəflərindəndir. Dünyadan imtina etmək, özünü xoşbəxt etmək deyil, sevdiklərini xoşbəxt etmək üçün səy göstərmək deməkdir. Sitatlar
İnsanların çoxu haram və halala əhəmiyyət vermir. O zaman israfı da mühüm məsələ kimi görmürlər. İsraf haramdır. Quran əxlaqı çox yaxşı öyrənilib yayıldığı zaman dünyada israf olmaz. Sitatlar
İslam aləminin bu vəziyyətdə olmasının əsas səbəbi ənənəçi ortodoks İslam anlayışını yayıb, Quranın kafi olduğunu söyləməyi cinayət halına gətirmələri idi. Dəccaliyyət bu sistemdən çox yaxşı istifadə etdi və İslam aləmini məhv etdi. Hal-hazırda mehdiyyət vəsiləsi ilə bu təxribat aradan qalxır inşaAllah. Sitatlar
Məsələləri çıxılmaz vəziyyətə salacaq sərt və mübahisə üslublardan qaçmaq lazımdır. Sülh, sevgi və gözəllik yaranması üçün İslam Birliyi əsas şərtdir. Hal-hazırda dünyanın hər yerində münaqişə, dava, qan var. 3-5-7 il ərzində İslam Birliyi ilə bu fəlakəti aradan qaldıracağıq inşaAllah. Sitatlar
Musiqiyə, rəsmə, heykələ, müasirliyə qarşı olduğunu iddia edənlərin çoxu, uşaqlarını təhsil alması üçün Səudiyyə Ərəbistanına və ya başqa İslam ölkəsinə deyil, Avropaya göndərirlər. Çünki səmimi deyildirlər. Bu gözəllikləri özləri də bəyənirlər və sevirlər. Həmişə Avropaya heyrandırlar, həmçinin düşmənmiş kimi üslub işlədirlər. Portret, heykəl, gözəllik gördükləri zaman hücum etmələrinin lazım olduğunu düşünürlər. Heykələ tüpürdükdə də böyük vəzifə yerinə yetirdiklərinə inanırlar. Madam ki, rəsm haramdır, heykəl haramdır, heykəl gördükdə tüpürmək lazım olduğunu düşünürsünüz, o zaman uşaqlarınızı təhsil almaları üçün niyə bunların hamısının olduğu Avropaya göndərirsiniz? Sitatlar
Pirsinq də, döymə də gənclərə yaraşır. Dəliqanlıya döymə yaraşır, gənc qızlara da çox gözəl olur. İslamda döymə haramdır deyə bir hökm yoxdur. Gənclər sadəcə gigiyenaya mütləq diqqət yetirsinlər, sterilləşdirilmiş olması əhəmiyyətlidir, İslam baxımından problemi yoxdur. Sitatlar
Qurana görə Allah musəvi, xristian qadınlarla evlənə bilər, onlarla ailəliklə yaxınlaşa bilər, yeməklərini yeyə bilərsiniz deyir. Düşmənin olanın yeməyini yeməyəcəyinə, evlənməyəcəyinə görə deməli, Quranda musəvilərə, xristianlara qarşı düşmənçilik yoxdur. Həmçinin Quranda sinaqoqların və kilsələrin qorunmasının lazım olduğu da bildirilir. Bütün bu ayələrə görə musəvi və xristian düşmənçiliyi İslamda yoxdur. Sitatlar
Səudiyyə Ərəbistanın mötədil İslama üz tutması mehdiyyətin böyük müvəffəqiyyətidir. Sitatlar
Bizim etdiyimiz səhv varsa bizi Quran ilə, ayələrlə xəbərdar etsinlər. Biz Qurana görə haram olan heç bir hərəkət etmirik və etmərik. Bizi tənqid edənlər bunu bildikləri üçün bir məsələ olduğu zaman Qurana görə haramdır deyə bilmirlər, mənə görə haramdır deyirlər. Biz kiməsə deyil, Qurana tabe olarıq. Qurandan ayə ilə bizi xəbərdar etdikləri an söylədiklərini dərhal edərik. Biz pozitiv insanlarıq. Doğrunu, haqqı gördüyümüz an qəbul edərik. Lakin bizə Qurandan heç bir dəlil gətirə bilmirlər. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar
3-5-7-9 ilə İslam Birliyinin reallaşdığını görəcəyik inşaAllah. Çətin dövrlərdən keçərkən heç bir bacı-qardaşımız təlaşa qapılmasın. Çox çalışqan, şövqlü, qətiyyətli olmağımız lazımdır. Münafiqliyə, dinsizliyə, küfrə elmlə, irfanla, hüquqla, qanunla cavab verməliyik. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur