logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 31 mart 2018

avatar

Adnan Oktar

Heyvanlar, Allahın neməti olaraq, insan ruhuna sevgi cəhətdən çox şiddətli təsir edəcək şəkildə yaradılır. Mömin iradə göstərməsinə ehtiyac qalmadan heyvan gördüyündə çox sevər. Mömin pişiyə, itə, ördəyə, sərçəyə, dovşana heç cür doya bilməz.
A9 TV; 31 mart 2018
1614
avatar

Adnan Oktar

Möminə imtahanın gərəyi olaraq hər zaman çətinlik və əziyyət isabət edər. Bu əziyyətlərin hamısı möminin məqamını yüksəltmək üçündür.
A9 TV; 31 mart 2018
avatar

Adnan Oktar

Allah heç bir zaman yalnız olmadı. Həmişə sevdi, həmişə sevildi. Sonsuz əvvəldən bəri sevdi, sonsuz sonrada da sevildi. Amma mömin Allahın göstərdiyi taleyini, öyrətdiyi qədərini bilir. Kainatın məqsədi sonsuz sevgidir və sevgi yalnız möminlərə məxsus nemətdir.
A9 TV; 31 mart 2018
avatar

Adnan Oktar

Öz imkanlarımızla dünyanı cənnətə çevirməyə niyyət etdiyimizdə, Allah axirətdəki cənnət həyatımızı başlatmış olar.
A9 TV; 31 mart 2018
avatar

Adnan Oktar

Romantizm insana zərər verər. Ağıldan, məntiqli mühakimə və sağlam düşüncədən uzaqlaşmaq təhlükəlidir. Romantizmdə qeyri-sabitlik olar, məntiq heç olmaz. Bu çox riskli vəziyyətdir.
A9 TV; 31 mart 2018
avatar

Adnan Oktar

Məlumatın insan üçün qüvvətli ola bilməsi üçün hikmətli olması əhəmiyyətlidir. Sevməyi, sevilməyi bilmək, bunu həyatın təməli halına gətirə bilmək, məlumatı mənalı və qiymətli edər.
A9 TV; 31 mart 2018
avatar

Adnan Oktar

Bəzi insanların kürdlərə qarşı baxış bucağı çox çirkin olur. “Kürdüm” deyən insana, “əstəğfürullah, haşa” deyənlər olur. Belə nifrət dolu tiplərə kimsənin etibar etməməsi lazımdır. İrqçi, kinli düşüncə ilə baxanlar əxlaqı pozulmuş qeyri-sabit insanlardır. Türk, kürd, çərkəz, ərəb hamımız Hz. Adəmin övladlarıyıq, hər insan çox qiymətli və gözəldir.
A9 TV; 31 mart 2018
avatar

Adnan Oktar

İncəsənət və keyfiyyətin artmasını Türkiyənin bir nömrəli mövzusu halına gətirək. Bütün Yaxın Şərqdə incəsənət və keyfiyyətdən uzaq olmanın fəlakəti yaşanır. Türkiyədə incəsənət və keyfiyyətin şaha qalxdığı mühit olması lazımdır. Tayyib hocam bu mövzuda çox gözəl addımlar atır maşaAllah.
A9 TV; 31 mart 2018
avatar

Adnan Oktar

Kənd mühafizəçi qardaşlarımız canlarını sipər edib çox gözəl mübarizə aparırlar. Həyatları əziyyət içində, gecə-gündüz, ən təhlükəli yerlərdə keşik çəkirlər. Bu insanlar çox dəyərli insanlardır. Bu insanların əsgərliyi ömür boyu davam edir. Hər qarşıdurmada qabaqda iştirak edirlər. Kənd mühafizəçi qardaşlarımızın qiymətini çox yaxşı bilmək lazımdır. Onlar həmişə dindardır, qiymətli, tərtəmiz insanlardır. Hamısının şəhadətlərini də təbrik edirik. Allah bizləri cənnətdə qardaş etsin inşaAllah.
A9 TV; 31 mart 2018
avatar

Adnan Oktar

Allah möminlərə hər zaman hüzur, təhlükəsizlik, sağlamlıq, sevinc və güc versin. Allah vətənimizə, millətimizə, dövlətimizə sülh, gözəllik, xeyir və zənginlik nəsib etsin. Heç bir ölkənin Türkiyəyə müdaxiləsinə icazə verməsin. Türkiyəyə, terrora qarşı da zəfər nəsib etsin.
A9 TV; 31 mart 2018
avatar

Adnan Oktar

Fələstinli canlarımızın hüzuru və dindar yəhudilərin rahat yaşaması üçün qardaşlığı və sevgini xatırladan üslubdan istifadə etmək lazımdır. Döyüş məntiqiylə hərəkət etmək olmaz. "Bu insanları buradan söküb atacağıq" deyərək yaxınlaşmazlar. Öncəlik sevgi, dostluq və qardaşlıq olmalıdır. Bunu dindarlar bir araya gələrək edə bilərlər. İki xalqı bir-biriylə dost etmək əsas olmalıdır. Bölgənin torpaqları geniş, hər yer hər kəsin olsun, hər kəs istədiyi yerə istədiyi kimi yerləşsin, yetər ki, bu döyüş bitsin.
A9 TV; 30 mart 2018
avatar

Adnan Oktar

Fələstinlilər də İsraillilər də Hz. İbrahimin övladlarıdır. İki tərəf də Peyğəmbər nəslidir. Həmişə birlikdə söhbət edib, dua edib, əmin-amanlıq və qardaşlıq içində yaşamaq varkən, qarşıdurmalar, öldürmələr, cinayətlər çox böyük zülmdür. Sarılıb qardaş olmaq varkən israrla döyüşü istəmənin məntiqi yoxdur.
A9 TV; 30 mart 2018
avatar

Adnan Oktar

Eqoist olmayan insan mələk kimi olar. Eqoistlik insanları məhv edir. O bəlanın içindən çıxsalar çox gözəl yaşayarlar. Eqoist olsan da bir qab yemək yeyirsən, olmasan da, eqoist olsan da bir yataqda yatırsan, olmasan da. Nə gərək var özünə bu qədər əziyyət etməyə. Burax özünü, Allah üçün yaşa. Allah üçün yaşayan həm özü, həm də həyatı çox gözəl olar.
A9 TV; 29 mart 2018
avatar

Adnan Oktar

İman zəifliyi və qürur sevginin önündəki ən böyük maneələrdir. İman zəifliyini əzən, Allaha özünü tam buraxan, Allahın böyüklüyünü görüb xüsusi ağıl aləminə girən insan sevgini çox rahat əldə edir. Allahın böyüklüyünə aid xüsusi ağıl aləmi vardır. Bir səmimiyyət, bir də bu aləmə girmək insanı metafizik varlığa çevirir. Allahın böyüklüyünü unutduğunda özünün yalnız acizlik içindəki istiqamətlərini görən insan "məni sevən olar heç?" deyə sevgisizlik içində yaşayıb, sevgisizlik içində ölüb gedər. Boş yerə özlərini sevgisizliyə məhkum edirlər.
A9 TV; 29 mart 2018
avatar

Adnan Oktar

Sevginin ustadı qadınlardır. Bir qadının həqiqi sevgisini haqq etmək asan deyil. Böyük sənət, ağıl və iradə tələb edir. Bunun üçün qürur olmaması lazımdır. Qadın həqiqi sevgini çox yaxşı sezər, baxışından, səs tonundan, mimikalarından dərhal səmimi sevgi olub olmadığını anlayar.
A9 TV; 29 mart 2018
avatar

Adnan Oktar

İslam əxlaqı həm ola bildiyi qədər azadlıq verir, həm də insanların bir-birinə narahatlıq verə biləcəyi bütün çatışmazlıqları aradan qaldırar. Sevgini, dostluğu ən mükəmməl hala gətirən sistemin adı İslam əxlaqıdır.
A9 TV; 29 mart 2018
avatar

Adnan Oktar

Münafiqin əsas üzərində dayandığı mövzu müsəlmanlar içindən kimləri təsirli görürsə onu təsirsiz halına gətirmə səyidir. Axırzaman münafiqləri qövmün ən irəli gələn azğın müşrikləriylə iş birliyi edərlər. Hədəf seçdikləri də İslama ən çox xidmət edən, ən təsirli müsəlmanlar olar. Ancaq münafiq taledə məğlub olmuş olaraq yaradılmışdır. Allah tərəfindən həmişə alçaldılırlar amma həddindən artıq arsız olduqları üçün küfri inadları çoxdur. Münafiqin bu küfri inadı da, müsəlmanların faydasına olar. Müsəlmanların həm inkişafını təmin edər həm də savablarını artırar.
A9 TV; 29 mart 2018
avatar

Adnan Oktar

İmanın sirri, Allahın böyüklüyünü dərk etməkdir. Allahı gözəl təfəkkür etmək həyati məsələdir. Allaha olan sevgini gücləndirmək, təfəkkürü gücləndirmək əhəmiyyətlidir.
A9 TV; 28 mart 2018
avatar

Adnan Oktar

Məscidlərin geniş pəncərəli çoxlu yaşıllıq içində olması çox gözəl olardı. Hər məsciddə istixana kimi çoxlu bitki olmalı. Müsəlmanların bir arada söhbət etdikləri şahanə mühitlər yaradıla bilər.
A9 TV; 28 mart 2018
avatar

Adnan Oktar

Mükəmməlliyin qapısı peşmanlıqdır. İnsan peşmanlıq duyar, özünü inkişaf etdirib düzəldər. Peşmanlıqla ağıl inkişaf edər. Dünyadakı təhsilin təməlində də peşmanlığı dadmaq vardır.
A9 TV; 28 mart 2018
avatar

Adnan Oktar

Türkiyənin Rusiya ilə dostluğu və əməkdaşlığı çox əhəmiyyətlidir. Türkiyə və İran, Rusiyaya tam mənasıyla sahib çıxarsa İngilis dərin dövlətinin bütün oyunları boşa çıxarılmış olar.
A9 TV; 28 mart 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Dürüstlük sevginin köməkçisidir. Ən yüksək sevgi hədəf edildiyində həyat çox gözəl olar. Sitatlar
Sevginin ustadı qadınlardır. Bir qadının həqiqi sevgisini haqq etmək asan deyil. Böyük sənət, ağıl və iradə tələb edir. Bunun üçün qürur olmaması lazımdır. Qadın həqiqi sevgini çox yaxşı sezər, baxışından, səs tonundan, mimikalarından dərhal səmimi sevgi olub olmadığını anlayar. Sitatlar
Tənqid olunmaq mömin üçün çox böyük nemətdir. Allah qarşındakı insanın vicdanına sənə doğrunu söyləməyi ilham edir. Nə gözəl. Mömin üçün çox böyük nemətdir, "Allah razı olsun" deyəcəksən, dinləyəcəksən. Tənqidlərin hər saniyəsini, hər anını çox yaxşı qiymətləndirmək lazımdır. Tənqidə incimək olmaz. Sitatlar
Tayyib hocamın Allah yolunu açmış, böyük vizyonla irəliləyir maşaAllah. Allahın izni ilə İttihadı İslamın qurulmasına vəsilə olacaq. Sitatlar
Allah sevgini sevər. Səmimiyyət sevgi üçündür. Quranın bütün hökmlərini yerinə yetirən insan səmimi, yəni sevgini bilən insandır. Sevgini yaxşı bilən insan təqva sahibidir. Allah Özünün əbədi açılan sevgiylə sevilməsini istəyər. Özü də sonsuza açılan sevgiylə sevər. Sitatlar
Məktəbin məqsədi sevgini öyrənməkdir. Hər məktəb mərhəmətin, dostluğun, yoldaşlığın, sənətin, keyfiyyətin qalası olmalıdır. Gənclərin çoxu nə üçün məktəbə getdiyini belə bilmir. Sevgi üçün təhsil aldıqlarını bir ömür boyu bilmədən yaşayırlar. Qorxunun, narahatlığın aradan qaldırılması üçün məktəblərdəki sevgi və mərhəmət təhsili çox vacibdir. Sitatlar
İncəsənət olmayan yerdə həyat olmaz. Əfqanıstan, İraq, Suriya kimi ölkələrin ölümünə səbəb olan incəsənətin olmamasıdır. İncəsənət, Allah sevgisinin ən gözəl təcəllilərindən biridir. İmanın, Allah sevgisinin olduğu yerdə incəsənət həyat tapar. İncəsənəti öldürəndə həyat da ölər. Sitatlar
Bədiüzzaman metafizik şəxsdir. Ağlı, zəkası, yaddaşı fövqəladə maşaAllah. Çox çətin dövrdə xidmət etdi. Allah ondan qəni-qəni razı olsun. Sitatlar
Quran sevginin necə yaşanacağını bizə öyrədən həyat kitabıdır. Qurana tam uyulduqda həqiqi dostluq və sevgi yaşanar. Sitatlar
Allah yalnız sevgiylə həyatı gözəl hala gətirmişdir. Sevgi gedəndə cəhənnəm gəlir. Bir insan sevgiyə yanaşmırsa və sevgini bilmirsə cəhənnəmdə yaşayır. Sitatlar
Ələvilərin əleyhinə danışanlar sevgisiz, ağılsız insanlardır. Belə insanları ciddiyə almamaq lazımdır. Ələvilik sevgi, dostluq, qardaşlıq, aydınlıq, müasirlik, nəzihlik deməkdir. Ələvilər nəcib və vəfalı insanlardır. Ələvilərin varlığı mövhumatçılığa qarşı qaladır. Nə gözəl Hz. Əlini sevirlər, nə gözəl əhli beyti sevirlər. Hz. Əlini və Əhli Beyti sevəni kim sevməz? Sitatlar
Allah sevgini tək məqsəd və ən güclü instinkt olaraq yaratdığı üçün ən gözəl hissi sevilmənin içinə qoymuşdur. Sevmək və sevilmək həyatın ən böyük, ən gözəl nemətidir. Sevgi ən yüksək zövq, ən böyük məqsəd halında yaradılmış, nə qədər gözəl. Sitatlar
Cənnətin ən gözəl xüsusiyyəti ehtirasın dəli kimi yaşanmasıdır. Cənnətdə hər yerdə sevgi hakimdir. Sitatlar
Sevgi Allahdan gözlənilər, şəxsdən gözlənilməz. Qarşındakını bütləşdirib sevgini onun sənə təqdim edəcəyini zənn ətsən bəlaya düşərsən. Sevgini yaradan Allahdır. Sevdirən Allahdır. Sitatlar
Şövqlə, dərin sevgiylə Allahı sevirsənsə sevgi bütün məsələləri həll edər. Amma sevdiyini putlaşdırsan o sənə fəlakətə çevrilər. Onsuz da onun adı sevgi deyil həvəsdir. Sitatlar
Hər səhəri Allaha inancla, Allaha güvənərək və Allahın böyüklüyünü xatırlayaraq başlamaq çox əhəmiyyətlidir. Allahın böyüklüyünü bilərək oyanmaq qəlbə böyük fərəhlik verər və mömini ən çox Allahın sonsuz böyüklüyünü xatırlamaq rahatlaşdırar. Belə oyanan insan bütün günü rahat və təvəkküllü olar, lakin Allahın böyüklüyünü unutsa bütün günü qorxu ilə keçər. Sitatlar
İnsanın Allaha olan sevgisində çatışmazlıq olduğu zaman Allah o insana qulunun sevgisini nəsib etməz. Allaha az sevgi təqdim edənə sevgi nəsib olmaz. Allahı çox sevən sevgi dənizində sanki üzər, çox canlı olar. Sitatlar
Sevgi sosial media üzərində hakim olmalıdır. Əvvəl sevgi cümlələri qurulması məcburi hala gələ bilər. İlk növbədə sevgidən bəhs edib, sonra tənqid edəcəyi üslub geniş yayılmalıdır. Sitatlar
Allahın ixtisaslı münafiqləri yaratması müsəlmanlar üçün nemətdir. Bu qədər xaraktersiz, bu qədər şəxsiyyətsiz, körpü altı çaqqalı xarakteri daşıyan cəmiyyət mikrobu kimi məxluqların müsəlmanlarla məşğul olması müsəlmanlar üçün şərəfdir. Qatil, oğruda belə utanma hissi olur. Bu körpü altı çaqqallarında utanma heç yoxdur. Bu da müsəlmanlara çox böyük bərəkət gətirər. Münafiq, müsəlmanın müəllif gücünü artırar. Zəif olanı gücləndirər, güclü olanı daha da sağlamlaşdırar. Münafiqin kanalizasiya təmizləyən maşın vəzifəsi görməsi də müsəlmanlar üçün böyük asanlıqdır. Harada murdar, xaraktersiz, bürüşmüş münafiq varsa öz murdar yuvalarına toplar götürərlər. Beləcə müsəlmanların tahir olmasına vəsilə olurlar. Sitatlar
Möminə imtahanın gərəyi olaraq hər zaman çətinlik və əziyyət isabət edər. Bu əziyyətlərin hamısı möminin məqamını yüksəltmək üçündür. Sitatlar
Münafiq çox murdar ruha sahib olduğunu bildiyi üçün sürətlə çökər. Üzü asfalt bərkidən maşını keçmiş kimidir. Münafiqlər bir-birlərinin də əxlaqsız olduğunu bilir və bu əxlaqsızlıq bünövrələrinin qaldıra bilməyəcəyi xüsusiyyətdə olduğu üçün ömürləri həmişə qısa olur. Münafiqlərin çökmə sürəti möminlərdən ən az 20 il daha irəlidir. Çürümə və pozulma münafiqlərdə çox şiddətlidir. Münafiqlərdə əqli pozğunluq da çox şiddətlidir. Sitatlar
Gözəl söz ürəyə fərahlıq verər. Müsəlman əşyanın, sözünün, insanın, mənzərənin ən gözəli ilə yaşamaq istəyər. Sözün gözəl olanı insanın ağılını açar. Pis söz isə ürəyi sıxar, insanı boğar. Sitatlar
Süni insanların əqli tarazlığı yerində olmur. Belə insanların problemləri ümumiyyətlə yalnız bu olmur. Ani olaraq aqressivləşər, yalan söyləyər, əsəbi gərginlik keçirə bilirlər. Ona görə belə insanlardan uzaq dayanmaq faydalı olar. Sitatlar
Dində məcburiyyət yoxdur ayəsinin hökmünə görə, bir insanın niyə dini yaşamadığına qarışamazsın. Heç kimi zorla düz yola gətirə bilməzsən. Doğrunu səhvi izah edərsən amma təzyiq edə bilməzsən. Sitatlar
Ruhun yaşı yoxdur. Bədəndə zaman içində dəyişikliklər olması ruhun yaşlanmasına səbəb olmaz. Bədəndəki dəyişmə isə insanın Allaha yaxınlaşması üçün vəsilədir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur