HARUN YƏHYA
Ana Səhifə
Bütün Əsərlər
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
AZ
AZ
HARUN YAHYA
Menüyü Kapat
AZ
Harun Yahya
Adnan Oktarın həyatı və əsərləri
Harun Yahya © 2025
Privacy Policy
Terms of Use
Əlaqə
Kitablar
Məqalələr
Videolar
Audiolar
Rəsimlər
Sitatlar
Digər
ERER SEÇİN
sevgisizlik | Bütün Əsərlər
05:10
Videolar
Ağcaqanad bədənindəki möhtəşəm xüsusiyyətlər
03:00
Videolar
Kirpi balığının maraqlı müdafiə metodu
Sevgi, ən gözəl gözlə göstərilər. Gözdən hər duyğu açıqca axar. Candan, səmimi danışıq da sevgini ifadə etmək üçün çox təsirlidir. Süni, çirkin danışıqlar deyil, təbii, səmimi sözlər sevgini müdhiş gözəl vurğulayar.
A9 TV; 1 iyul 2018
Allah insanlardan zəif sevgi istəmir. Bu insanı da doyurmaz, Allah da belə sevgi istəməz. Üsulu ilə sevgi əsla olmaz. Allahı, Allahın istədiyi kimi tam haqqıyla sevənlərin isə sayı çox azdır. Allahı ən çətin şərtlərdə sevmək əsasdır. Peyğəmbərlər çox çətin şərtlər altında sevgilərini davam etdirmişlər.
A9 TV; 27 iyun 2018
Sevgi sözləri zalımın beynini elmi olaraq parçalar, möminin qəlbinə də fərahlıq verər.
A9 TV; 25 iyun 2018
Qadınları dürüst sevmək, hörmət göstərmək lazımdır. Qadına dəyər veriləndə qadın olar. Qadın hörmətlə, dəyər verərək gözəldir. Axirətə niyyət yoxsa sevgi olmaz. Yox olacaq varlıq seviləməz. Özünün də qiyməti qalmaz, qarşısındakının də qiyməti qalmaz. Sonsuza niyyətlə sevilər.
A9 TV; 22 iyun 2018
Millətin bir-birini sevməsi üçün dövlət siyasəti lazımdır. Hər düşüncədən, inancdan, həyat tərzindən insanın bir-birlərinə mərhəmət, şəfqət və hörmət göstərmələri üçün təhsil lazımdır. Vətəndaşların bir-birlərini sevməsi və mərhəmət duyması üçün dövlətin siyasəti olmalı və bu mövzuda çoxlu səy göstərilməlidir. Məktəblərdə sevgi təhsili, dövlət televiziya kanallarından sevgi yayımları lazımdır. Bu sevgi və mərhəmət öyrədilmədiyində yalnız özünü, öz ailəsini sevən çox eqoist nəsil yetişər.
A9 TV; 17 iyun 2018
Ədəb yoxluğu və sevgisizlik olduğunda fərqli düşüncəyə hörmət duyulmur. Qatı və sevgisiz heç bir insanla müsahib olmamaq lazımdır. Sevgi dolu, dərrakəli, məntiqli, danışmaq mümkün olan insanlarla görüşmək lazımdır.
A9 TV; 14 iyun 2018
İslamiyyət sevgi, səmimiyyət və dürüstlükdür.
A9 TV; 4 iyun 2018
Allahın böyüklüyünü heç unutmamaq mövzusunda çox ciddi istək lazımdır. O zaman sevgi bütün mənliyi örtər. Bu cür sevgi ruhda meydana gəldiyində, Allah seviləcəkləri də göndərər.
A9 TV; 29 may 2018
Allahın varlığını anladıqda və böyüklüyünü qavradıqda sevdiyimiz hər şey Onda toplanar. Çiçəklər, pişiklər, quzular, gözəlliklər, sevdiyin insan hamısı Allahın təcəllisidir. Hamısına duyduğumuz sevgi Allaha olan sevgimizdir.
A9 TV; 15 may 2018
Dünyaya sülhün gəlməsi üçün bütün gücümüzlə səy göstərməyə davam edəcəyik. Hər zaman müharibə, silahlanma və qan əleyhinə olacağıq. Dostluq, sevgi içində yaşamaq və axirətə getmək lazımdır. Allahın istədiyi budur. Allah insanlardan sevgi, sülh, dostluq istəyər. Dəccaliyyətin qızışdırdığı hirsi və kini susduracayıq. Savaş üçün istədikləri provokasiyanı etsinlər, bu çaxnaşmalara görə mükafat verdirtməyəcəyik.
A9 TV; 15 may 2018
Eşqın ağılla həmişə zənginləşdirilməsi və bəslənməsi lazımdır. Əgər sevgi ağılla bəslənmirsə çökməyə doğru gedər. Müsəlmanın sevgisi monoton olmaz. Müsəlman sevgisini həmişə zənginləşdirər.
A9 TV; 12 may 2018
Uşaq sevgisi olmayanların məscidə girməsinə qadağa qoyulmalıdır. Uşaqlara məscidlərdə pis davranan olanda dərhal lazımlı tədbirlər alınsın.
A9 TV; 10 may 2018
Sevgi sosial media üzərində hakim olmalıdır. Əvvəl sevgi cümlələri qurulması məcburi hala gələ bilər. İlk növbədə sevgidən bəhs edib, sonra tənqid edəcəyi üslub geniş yayılmalıdır.
A9 TV; 3 may 2018
Şövqlə, dərin sevgiylə Allahı sevirsənsə sevgi bütün məsələləri həll edər. Amma sevdiyini putlaşdırsan o sənə fəlakətə çevrilər. Onsuz da onun adı sevgi deyil həvəsdir.
A9 TV; 25 aprel 2018
Qüsur axtarışı gözüylə baxılanda sevgi meydana gəlməz. Günahlandıracaq, şübhələnəcək mövzu axtaranda sevgi meydana gəlməz. Sevgidə həmişə təmir vardır. Sevdiyinin qüsurunu görməz, görəndə təmir edərsən. İnsan Allahın yaratdığı sənət əsəri olaraq qarşısındakını görəcək və böyük diqqət və qəti incəsənət gücüylə sevgini davam etdirəcək.
A9 TV; 23 aprel 2018
İslam Birliyi, "birləşib digər ölkələri təhkim edəcəyik" deyil, birləşib dünyaya sülh, sevgi, dostluq gətirmək üçündür
A9 TV; 17 aprel 2018
Sevgi dünyadakı ən uca sənətdir. Yüksək sevgi və ehtiras yalnız dərin imanlı, ağıllı insanlara verilmiş nemətdir. Dünyada bu sevginin üstündə sənət yoxdur.
A9 TV; 15 aprel 2018
Uşağın əsas ehtiyacı sevgi, şəfqət, Allah sevgisi, mərhəmətdir. Məktəblərdə uşaqlara çayların adları, keçmişdə yaşamış insanların doğum tarixini, ölüm tarixini əzbərlədirlər amma şəfqətin, keyfiyyətli olmanın, nəzakətin, ədəb qaydalarını, mədəniyyətin, sevginin əhəmiyyətini demək olar ki, heç öyrətmirlər. Uşaqlara o dərsləri niyə keçdiklərini izah etmək lazımdır. Bilikli olmalarının onlara nə qazandıracağını, nə qədər seviləcək hala gələcəklərini izah etsələr uşaqlar məktəbə qaçaraq gedərlər.
A9 TV; 15 aprel 2018
525
1
1
2
3
4
5
6
7
8
9
27
/ 27
1
1
2
3
4
5
27
525
/ 27
20