logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 30 oktyabr 2017

avatar

Adnan Oktar

Ənənəçi ortodoks sistem Türkiyədə fikri olaraq qəti şəkildə məğlub oldu. Quran müsəlmanlığı bir anda gözəl bitki kimi pöhrə verib hər yeri bürüdü.
A9 TV; 30 oktyabr 2017
1652
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allah Atatürkə qəni-qəni rəhmət eləsin. Demək olar ki, bütün İslam ölkələri təlatüm içində olarkən, Atatürkün qurduğu sistem sayəsində Türkiyə Yaxın Şərqin ən müasir, İslamı ən gözəl yaşayan ölkəsi oldu. Onu rəhmət və hörmətlə yad edirik. Sitatlar
Bakı-Tbilisi-Qars dəmiryol xətti çox gözəl təşəbbüs oldu. Allah Tayyib hocamdan, hörmətli Əliyevdən və hörmətli Kvirikaşvilidən razı olsun. Bunlar inşaAllah Türk İslam Birliyinin ilk addımlarıdır. Bərəkətli və xeyirli olsun. Sitatlar
Bir insan ənənəçi ortodoks inanca mənsubdur deyə, ona təzyiq tətbiq olunmaz. Səhvini söyləyərsən, lakin inancına hörmət edərsən. Doğru olduğuna inandıqları həyatları var, heç kimə zərərləri yoxdur. Bu insanları kədərləndirməyə çalışmaq, bədbəxt etmək, zorla və təzyiqlə yola gətirməyə çalışmaq qəbul edilməz. Sitatlar
Bizim mərhəmət, sevgi, dostluq anlayışımız Qurana əsaslandığı və bu məsələdə qətiyyətli olduğumuz üçün insanların İslama qarşı rekasiyalarına sədd olur. Bizim həyatımız İslamofobiyaya qarşı qəti cavabdır. İslamda incəsənət yoxdur deyirlər, portretlərimizi göstəririk. İslamda keyfiyyət yoxdur deyirlər, evlərimizi görürlər. İslamda sevinc yoxdur deyirlər, bizim verilişlərimizi görürlər. İslamda qadına təzyiq var deyirlər, bizim dostlarımızın azadlığını görürlər. Varlığımızla İslamofobiyaya sədd olan ən mühüm fikri qüvvə olduq. Sitatlar
Bizim proqramımızda Quranla ziddiyyət təşkil edən xüsus yoxdur, lakin ənənəçi ortodoks sistemlə ziddiyyət təşkil edər. Çünki bizim həyatımızda qadına hörmətsizlik, haşa qadını heyvan yerinə qoyan, incəsənəti, elmi, keyfiyyəti düşmən görən anlayış yoxdur. Quran həyata sevinc, fərəhlik, gözəllik, hörmət və sevgi gətirər. Bizim həyatımız Qurana, Peyğəmbərimiz (s.ə.v) dövründəki İslam anlayışına tam uyğundur. Sitatlar
Darvin qadınlar üçün "inkişafı tamamlamamış heyvandır" deyir. Ənənəçi ortodoks sistem də qadınlar üçün; "insanla heyvan arası varlıqdır" deyir. Qadın yarımdır, yarım varlıqdır deyir. Qadın əleyhinə sistem çox işləmişdir. Uydurma hədislərə əsaslanan bu izahları bəzi müsəlman qadınlara da qəbul etdiriblər. Halbuki Peyğəmbərimiz (s.ə.v) qadınları canı kimi sevər, mübarək və müqəddəs varlıq kimi görərdi. Bəzi ənənəçi ortodoks şəxslərin qadınlara dair hədis deyə irəli sürdükləri bu cür uydurma sözlər o dövrün münafiqlərinin Peyğəmbərimiz (s.ə.v)-ə dair böhtanlarından ibarətdir. Sitatlar
Darvinist, materialist sistemin ruhsuzluğunu və ənənəçi ortodoks sistemin insanların sevincini əlindən alan sistemini fikri olaraq aradan qaldırsaq beyin axını yaranmaz. İnsanlar gözəlliyi, incəsənəti, sevinci axtardıqları üçün incəsənəti gördükləri yerə getməyi üstün tuturlar. Allahın icazəsi ilə 3-5-7-9 ilə qədər Türkiyə çox dəyişəcək. Sitatlar
Darvinist, materialist təhsilə son verilməsi lazımdır. Darvinizm PKK-nın əsas inancıdır. PKK, gəncləri kommunist ideologiyaya çəkərkən əvvəlcə darvinizmdən, materializmdən bəhs edir. Sizi Allah yaratmadı, ata-babalarınız kommuna halında yaşayan varlıqlar idi, biz də bu dövrə qayıdacağıq deyərək gəncləri maarifləndirir. Buna veriləcək cavab əks təhsildir. Bir insan bir anda PKK-lı olmur. PKK elmi təhsil verir, fikri olaraq razı salır. Buna qarşı elmi fəaliyyət görülməsə, qarşı təhsil verilməsə terrorun bitməsindən söhbət gedə bilməz. Sitatlar
Darvinizm Qiyamətə qədər belini qaldıra bilməyəcək şəkildə dağıldı. Texniki cəhətdən dağıtdığımız üçün bir daha belini qaldıra bilməz. Dəccaliyyətin, darvinizmin ayağa qalxması bundan sonra qeyri-mümkündür, elmlə yerlə-yeksan oldu. Sitatlar
Dövrün ənənəçi ortodoks hocaları Bədiüzzamana qarşı çıxırlar. Ustadımızın Quran tələbəsi olduğunu bilirdilər. Buna görə də, ustadımıza qarşı əks mövqe alıblar. Sitatlar
Ənənəçi ortodoks İslam anlayışında xurafatları eşidən insanın dəhşətə qapılması haqsız olmaz. Lakin İslamdakı, Qurandakı dinin bu xurafatlarla heç bir əlaqəsi yoxdur. Biz olmasaydıq ənənəçi ortodoks İslamı dünyaya müsəlmanlıq kimi göstərəcək, sonra da müsəlmanların hamısını əzəcəkdilər. Biz Quran müsəlmanlığını ən gözəl təmsil edən dost qruplarından biriyik. Sitatlar
Ənənəçi ortodoks İslam anlayışı dəhşət verici həyat təqdim edər. Buradakı bəlanı görən Qurana daha güclü, daha möhkəm sarılar. Sitatlar
Əvvəllər İslamdan bəhs edən kitablar eyni cür, keyfiyyətsiz kağızda dərc edilirdi. Kitablarda incəsənətdən istifadə etmək, İslamdan bəhs edərkən incəsənəti önə çıxartmaq bizə nəsib oldu. Sitatlar
Hörmətli Çavuşoğlunun PKK ilə çözüm prosesi başlanacağına dair xəbərin doğru olmadığını açıqlaması gözəldir. Lakin PKK-ya qarşı əsas aparılması lazım olan ideoloji mübarizədir. Onların yanlış olsa da bir inancları, batil dinləri var. Kommunist, materialist, darvinist dinləri var. Bu dini fikri olaraq aradan qaldırsan PKK-nı da aradan qaldırmış olarsan. PKK; “bizim qeyd etdiyimiz sistem məktəblərdə onsuz da öyrədilən elmi həqiqətdir" deyir. PKK-nın uca ideologiyası kommunizmdir, məqsədi bölgədə kommunist dövləti yaratmaqdır. "Bax biz bunu deyirik, məktəblərdə də Adəm və Həvva gəlmədiyi bildirilir. Dövlət də bunu müdafiə edir" deyir. Bu vəziyyəti tezliklə aradan qaldırmaq lazımdır. Sitatlar
İngiltərə dərin dövlətinin və qollarının 2018-ci ildə millətimizə və ölkəmizə qarşı planlarına çox diqqətli olaq. Buna qarşı həm gənclərimizi, həm də xalqımızı yaxşı yetişdirək. Hazırlıqlı olaq, qətiyyətli olaq. Bunlar qorxaq xalqlara görə tənzimləniblər. Digər ölkələrdə buna görə işləri asan oldu. Qoçu ölkələrə isə gücləri çatmır. Tayyib hocama da yaxşı sahib çıxaq. Türkiyəyə bir şey edə bilməyəcəklərini göstərək. Bunlar Türkiyəni təslim almağın qapısı olaraq Tayyib hocamı təslim almağı düşünürlər. Buna görə də, Tayyib hocamı heç kimə verməyəcəyik. Sitatlar
İslamın endirilməsinin səbəbi mövhumatçılığı fikri olaraq aradan qaldırmaqdır. Peyğəmbərimiz (s.ə.v)-in vəfatının ardınca mövhumatçılığı İslama daxil etmək istədilər. Lakin mövhumatçılığa dinsizliklə qarşılıq verilməz, o zaman mövhumatçılıq daha da inkişaf edər. Mövhumatçılığa qarşı bütün Quran ayələri ilə elmi yolla mübarizə aparılar. Qurana əlavə və çıxarış etmədən tam izah edilsə mövhumatçılıq aradan qaldırılar. Sitatlar
İxtisaslı münafiq dərin dövlət strukturu ilə əlaqəlidir. Xəbərçi və alçaq xarakterlidir. Peyğəmbərimiz (s.ə.v) dövründəki münafiqlər Sasanilər və Roma dövləti ilə əlaqə yaradır, Peyğəmbərimiz (s.ə.v)-ə qarşı əməliyyat həyata keçirilməsini istəyirdilər. Lakin axmaq və ağılsız olduqları üçün, möminin münafiqlə mübarizəsi aslanın donuzla mübarizəsi kimidir. İki elmi pəncədə münafiq fikri olaraq darmadağın olar. Sitatlar
Münafiqin fikri olaraq əzilməsi möminlər üçün şəfa, zənginlik, bərəkət və xoşbəxtlik vəsiləsidir. Münafiq çox axmaq olduğu üçün fikri olaraq əzilməsi də asandır. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in tətbiq etdiyi taktikaları dərk edə bilmir; "müsəlmanlar geri çəkilir" deyə sevinirdilər. Sonra Peyğəmbərimiz (s.ə.v) qəfildən qayıdaraq münafiqlərin təpəsinə elmi yolla zərbə endirir və fikri olaraq tam zərərsizləşdirirdi. Sitatlar
Terrorla mübarizədə əsas olan fikri mübarizədir. Türkiyə fikri mübarizədə səssiz qalsa o zaman müvəffəqiyyətli olmaq çətin olar. İnsanlar materializmi və darvinizmi izah edərək gəncləri terrora, zorakılığa razı salırlar. Bunun müqabilində darvinizmin əsassızlığını izah etmək əsas şərtdir. Sitatlar
PKK-nın ideologiyası Marksist-Leninist ideologiyadır və bunun təməlində müqavimət göstərmə, inqilab olana qədər müqavimət göstərmə vardır. Bu müqavimət göstərmə kommunistlər üçün əhəmiyyətlidir. 40-50 ili gözə alırlar. Qarşıdurma, müqavimət göstərmə və ziddiyyət bu ideologiyanın təməli olduğu üçün PKK ideologiyasından imtina etmədiyi müddətcə, minlərlə dəfə məğlub olsa belə, münaqişəyə, öldürməkdən və ölməkdən imtina etməz. Buna görə PKK-ya qarşı əsas mübarizə ideologiya mübarizəsi olmalıdır. Bunun üçün də, kommunizmin fəlsəfi dayaq nöqtəsi olan Darvinizmin etibarsızlığının izah edilməsi əsas şərtdir. Fikri qalibiyyət əldə edilmədikcə PKK tam mənasıyla məhv ediləməz. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar
3-5-7-9 ilə İslam Birliyinin reallaşdığını görəcəyik inşaAllah. Çətin dövrlərdən keçərkən heç bir bacı-qardaşımız təlaşa qapılmasın. Çox çalışqan, şövqlü, qətiyyətli olmağımız lazımdır. Münafiqliyə, dinsizliyə, küfrə elmlə, irfanla, hüquqla, qanunla cavab verməliyik. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur