logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 7 dekabr 2017

avatar

Adnan Oktar

İçində olduğumuz Axırzamanda dəccaliyyətin həmləsi şiddətlidir. Dəccaliyyət insanlar üzərində ağır təsir yaradır, şeytanın da təsiri ilə güclü maqnit sahəsi yaradır. İnsanlar laqeyd, az düşünən, içinə qapalı hala gəlirlər. Bu xarakteri mütləq dəyişmək lazımdır.
A9 TV; 7 dekabr 2017
1254
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ağıllı insan hər yaşda sevgi, dostluq, qardaşlıq əlaqəsini yarada bilər. Yaş, zəif ağıllı insanlar üçün maneə olar. Sitatlar
Ağıllı insan özünə və ətrafına zərər verməz, hüzurludur. İnsan yanında sıxılmaz. Mövcudluğu təsiredicidir, göz həmişə onu axtarar. Ağıllı baxış çox mənalı və gözəl olar. Ağıllı insan sakitləşdiricidir, qəlbə fərəhlik verər. Ağıllı insan gəldiyi zaman insanlar təbii olaraq onun həmişə Allah ilə birlikdə olduğunu hiss edərlər. Ağıl Allahdan gələn nurdur. Sitatlar
Ağıllı və dürüst insanlar dünya hakimi olacaqlar, onların hakimliyində bütün insanlar hüzur və əmin-amanlıq içində yaşayacaqlar. Hər kəsin eyni fikirdə olması şərt deyil. Əhəmiyyətli olan müxtəlif inanc və düşüncəyə hörmət göstərmək, anlayışla yanaşmaqdır. Sitatlar
Allah ayədə; "hər çətinliklə birlikdə asanlıq vardır" deyə bildirir. Çətinlik dinin gözəlliyinin bir hissəsidir, çətinliyi məğlub etdiyimiz zaman gözəlliyə nail olarıq. Əslində həyat və din çətinlik kimi görünən asanlıqlardan ibarətdir. Əgər insan taleyi yaşadığını bilsə, Allaha tam təslim olsa, heç bir çətinlik yaşamaz. Şirk qoşsa; "bu insan bunu edir" deyər və insanları bütləşdirərsə həyat onun üçün çox iztirablı olar. Bu iztirabdan xilas olmağın yolu taleyə təslim olmaqdır. Tale, suları yararaq hərəkət edən gəmi kimidir. Sitatlar
Allah çoxlu pərdə arxasında gizlənib. İnsanların bir hissəsi bu pərdələrə, bir hissəsi də insanların əksəriyyətinə fikir verib qəflətə qapılır. Allahı 70 min pərdə də olsa hamısından görmək möminin xüsusiyyətidir. 700 min pərdə də olsa mömin Allahı görər və çox sevər. Heç nə möminə Allahı unutdura bilməz. Allah əbədiyyən insanı yaşadacağı üçün bu dünyada alacağı tərbiyə çox-çox əhəmiyyətlidir. Sitatlar
Allah dünyada bizim cənnətdəymiş kimi yaşamağımızı istəyir. Pis olan şeyləri insanların nə üçün etdiyi başa düşülən deyil. Məsələn, insan bomba düzəldib insanları öldürür. Niyə insan öldürməyə çalışırsan, niyə torpaq zəbt etmək istəyirsən? Dünya çox genişdir, hamımız birlikdə gözəlliklə yaşaya bilərik. Sitatlar
Allah dünyanın hər yerində mehdiyyət ruhunu insanların qəlbinə həkk etdirmişdir, bu insanlar həmişə sülhü, bacı-qardaşlığı, sevgini və dostluğu istəyirlər. Sitatlar
Dünya mömin üçün sevgini öyrəndiyi məktəbdir. Sevgi məktəbi asanlıqla məzun verməz. Ağır məktəbdir. Burada sevgini öyrənən məzun olub gedər. Diplom alanlar necə də xoşbəxtdirlər. Sitatlar
Dünyada insanlar hal-hazırda azad deyildirlər. Öz özlərinə yaratdıqları ağır təzyiqlər altında yaşayırlar. Hər ölkə, hər bölgə özünə görə təzyiq sistemləri yaratmışdır. Gənclərin, qadınların üzərinə ağlasığmaz təzyiq tətbiq olunur. Sitatlar
Əsgərimizin, polisimizin hər dəqiqəsi, hər saniyəsi savabdır. Vətən üçün, millət üçün, xeyir üçün növbə tuturlar. Olduqca ağır mühitdə canlarını ortaya qoyub gecə-gündüz səy göstərirlər, nə xoşbəxt onlara. Allah onlardan qəni-qəni razı olsun. Sitatlar
Həmişə haqlı çıxmağa çalışmaq müəyyən mənada ağıl xəstəliyidir. İnsanın özünü belə alçaldıcı hala salmaması lazımdır. Hər zaman qarşısındakının da haqlılıq payı olduğunu bilmək və doğru olana tabe olmaq əhəmiyyətlidir. Sitatlar
Heyvanlara zülm bilərəkdən edilirsə qarşılığı ağır həbs cəzası olmalıdır. Heyvanın dərdini anladacaq dili yoxdur. Heyvana zülm edənləri nəsillər boyu tanıtmaq, hər kəsə ifşa etmək lazımdır. Sitatlar
İnsanlar cənnətin möhtəşəmliyini görsələr dünyada yaşamaq çox çətin hala gələr. Allah insanlara mərhəmət olaraq hal-hazırda cənnəti göstərmir. Sitatlar
Münafiq ucsuz-bucaqsız azad yaşadığını, istədiyi kimi İslama hücum etdiyini düşünər, halbuki təkcə taleyindəki hücumu edə bilər. Həmçinin münafiqin hər hücumu ilə müsəlmanlar heyrətamiz bərəkət qazanar. Müsəlmanların yeni üfüqlər qazanmasına vəsilə olarlar. Münafiqlər olmasa müsəlmanlar içinə qapalı və tənbəl ola bilər. Məsələn, Peyğəmbərimiz (s.ə.v) dövründə hər münafiq hücumu ilə səhabələrin həm Peyğəmbərə bağlılıqları artdı, həm mübarizə əzmləri artdı, həm də tədbir alma cəhətləri inkişaf etdi daha çevik hala gəldilər. Sitatlar
Münafiqlərin sayı az olar, lakin tərəfdarları çox olar. Kaftarların arxasında onlardan qalan artıqlarla qidalanan qarğalar kimi münafiq tərəfdarları da özlərinə mənfəət əldə etmə həvəsi ilə onların arxasınca gedib, murdar qoxularına dözüb iyrənc həyat yaşayarlar. Müsəlmanların ağıllarından, vicdanlarından istifadə edib, bu cür alçaldıcı vəziyyətə düşməkdən qətiyyətlə imtina etmələri lazımdır. Sitatlar
Müsəlmanların həmişə Avropaya getməsi əvəzinə, İraqı, Suriyanı, Misiri Avropa kimi edək. İslam Birliyini yaradaq, bütün müsəlman ölkələrini ən keyfiyyətli hala gətirək, hər kəs öz torpağında cənnətdə yaşayırmış kimi yaşasın. Sitatlar
Qadın cazibədarlığı ağlı ilə qazanar. İstədiyi qədər gözəl olsun gözəl baxa bilmirsə, səsini gözəl istifadə edə bilmirsə heç bir təsiredici xüsusiyyəti olmaz. Eqoistdirsə xoşagəlməz hala gələr. Allahı çox sevən, Allahdan qorxan, eqoistlikdən tamamilə uzaqlaşan qadın heyrətamiz təsir gücünə sahib olar. Sitatlar
Qadın tərk edilməz, qadını tərk etmək mənəvi ölümdür. O sənə sevgi ilə bağlanmış, Allah onu sənə əmanət etmişdir. Necə tərk edərsən? Bu çox ağır vicdansızlıq olar. Qadını tərk etmək demək, insanın ağlını, vicdanını hər şeyini tərk etməsi deməkdir. Sitatlar
Gənclər heç vaxt ümidsizliyə düşməsinlər. Bir az səbirli olsunlar, 2020-ci illər fərəhlik illəri olacaq Allahın icazəsi ilə. Sitatlar
Türkiyə, Rusiya, İran birləşmiş güclü blok olmalıdır. Azərbaycan da bizim canımızdır. Bölgədə güclü dostluq birliyi yaradaq. Sitatlar
İlham Əliyev dindar, ağıllı, Quran müsəlmanlığını müdafiə edən, şirkə qarşı olan dəyərli, təmiz insandır. Sitatlar
Azərilər candır. Allah dövlətlərini, hökumətlərini müvəffəqiyyətli etsin. Hüzurları, sevincləri daimi olsun. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur