logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 25 oktyabr 2017

avatar

Adnan Oktar

Müsəlmanların həmişə Avropaya getməsi əvəzinə, İraqı, Suriyanı, Misiri Avropa kimi edək. İslam Birliyini yaradaq, bütün müsəlman ölkələrini ən keyfiyyətli hala gətirək, hər kəs öz torpağında cənnətdə yaşayırmış kimi yaşasın.
A9 TV; 25 oktyabr 2017
2014
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
700 milyon fosil var, biri belə təkamülə dəlil deyil. 700 milyon fosilin hamısı bütün canlıları Allahın yaratdığını göstərir. Sitatlar
Ağıllı düşündüyün zaman qısqanclığın məntiqi yoxdur. İnsanın filmdəki bir təsviri qısqanması nə qədər məntiqsiz olursa, beynimizdə izlədiyimiz təsvirləri qısqanmaq da elə məntiqsizdir. İzlədiyin dünyanın Allah tərəfindən göstərildiyini və bu təsvirdəki bütün varlıqların da Allaha aid olduğunu bilsən qısqanclıq duyğusu qalmaz. Allah bütün qardaşlarımızı qısqanclığın olmadığı cənnətlə mükafatlandırsın. Sitatlar
Ağıllı və dürüst insanlar dünya hakimi olacaqlar, onların hakimliyində bütün insanlar hüzur və əmin-amanlıq içində yaşayacaqlar. Hər kəsin eyni fikirdə olması şərt deyil. Əhəmiyyətli olan müxtəlif inanc və düşüncəyə hörmət göstərmək, anlayışla yanaşmaqdır. Sitatlar
Allah Atatürkə qəni-qəni rəhmət eləsin. Demək olar ki, bütün İslam ölkələri təlatüm içində olarkən, Atatürkün qurduğu sistem sayəsində Türkiyə Yaxın Şərqin ən müasir, İslamı ən gözəl yaşayan ölkəsi oldu. Onu rəhmət və hörmətlə yad edirik. Sitatlar
Bəzən ailələr uşaqlarını əşyaları kimi görürlər. Öz istədiyi insanla evlənməsi, öz istədiyi məktəbdə oxuması, öz istədiyi həyatı yaşaması üçün təzyiq göstərirlər. Uşağın insan olduğunu sanki unudurlar. Uşağa əşya kimi baxmaq yaraşmaz. Ata-ana necə ki, özünə bu işdə işlə, bu insanla görüş deyə qarışılmasını istəməzsə, uşağa da məktəbi, evliliyi məsələsində təzyiq göstərmək doğru olmaz. Sitatlar
Bəzi insanlar üçün həyatın həqiqətləri, Allahı unudub həyatın boğuculuğu içinə dalmaqdır. Bunun mənası öz əli ilə özünü çətinliyə salmaqdır. Sitatlar
Əlil uşaqlar bütün xalqın uşağıdır. Əlil uşaqlara təkcə öz ailələri deyil, bütün cəmiyyətin sahib çıxması, baxması lazımdır. Sitatlar
Ənənəçi ortodoks sistemin ürküdücülüyünü öz həyatımızın gözəlliyi ilə zərərsizləşdirdik. İnsanların dindən uzaqlaşmasına mane olduq. Öz həyatımızla müsəlmanların sevgi dolu, həyatla iç-içə, incəsənət və gözəllik dolu olduğunu göstərdik. İslam yaşandığı zaman qadınların azad, həyatın dolu-dolu olduğunu, nəzakətin, şəfqətin, insan və heyvan sevgisinin həyatlarının parçası olduğunu hər kəs gördü. Həyatımızla dəccaliyyətin İslam əleyhinə olan bütün silahlarını əlindən almış olduq. Sitatlar
Gənclərin geyim tərzinə qarışmaq ədəbsizlikdir. Bəziləri həm gənclərin tərzini anlamır, həm də öz zövqsüzlüklərini gənclərə zorla qəbul etdirmək istəyirlər. Gənclər gözəlliyi çox yaxşı bilir və tətbiq edirlər. Heç kimin qarışmaması lazımdır. Sitatlar
Həmişə haqlı çıxmağa çalışmaq müəyyən mənada ağıl xəstəliyidir. İnsanın özünü belə alçaldıcı hala salmaması lazımdır. Hər zaman qarşısındakının da haqlılıq payı olduğunu bilmək və doğru olana tabe olmaq əhəmiyyətlidir. Sitatlar
İçində olduğumuz Axırzamanda dəccaliyyətin həmləsi şiddətlidir. Dəccaliyyət insanlar üzərində ağır təsir yaradır, şeytanın da təsiri ilə güclü maqnit sahəsi yaradır. İnsanlar laqeyd, az düşünən, içinə qapalı hala gəlirlər. Bu xarakteri mütləq dəyişmək lazımdır. Sitatlar
İngiltərə dərin dövlətinin dəstəklədiyi mətbuat orqanlarında Türkiyəni öz aləmində çətin vəziyyətdə qoyacaq açıqlama edənlər böyük səhv edirlər. Sitatlar
İnsanlar cənnətin möhtəşəmliyini görsələr dünyada yaşamaq çox çətin hala gələr. Allah insanlara mərhəmət olaraq hal-hazırda cənnəti göstərmir. Sitatlar
Münafiq dini qəbul etməz. Onu təkcə göstəriş maraqlandırar. Heç kim görməyəndə namaz qılmaz. Lakin insanlar görəcəksə, namaza çox diqqət yetirirmiş kimi davranar. Münafiq möminlərlə münaqişə etmək üçün Quranı öyrənər və istifadə edər. Peyğəmbərimiz (s.ə.v); "münafiqlər Quranı öyrənər. Quranla elm əhli ilə mübarizə apararlar" deyə bildirir. Axırzaman münafiqləri də məhz öz murdar nəfslərini müdafiə etmək üçün axmaq və ağılsızcasına öz aləmlərində Qurandan müsəlmanların əleyhinə istifadə etməyə çalışarlar. Sitatlar
Münafiq hər kəsin öz kiçik ağlına tabe olmasını istəyər. Müsəlmanların mənəvi lideri olmasını istəməz. Sitatlar
Münafiq ucsuz-bucaqsız azad yaşadığını, istədiyi kimi İslama hücum etdiyini düşünər, halbuki təkcə taleyindəki hücumu edə bilər. Həmçinin münafiqin hər hücumu ilə müsəlmanlar heyrətamiz bərəkət qazanar. Müsəlmanların yeni üfüqlər qazanmasına vəsilə olarlar. Münafiqlər olmasa müsəlmanlar içinə qapalı və tənbəl ola bilər. Məsələn, Peyğəmbərimiz (s.ə.v) dövründə hər münafiq hücumu ilə səhabələrin həm Peyğəmbərə bağlılıqları artdı, həm mübarizə əzmləri artdı, həm də tədbir alma cəhətləri inkişaf etdi daha çevik hala gəldilər. Sitatlar
Qadın cazibədarlığı ağlı ilə qazanar. İstədiyi qədər gözəl olsun gözəl baxa bilmirsə, səsini gözəl istifadə edə bilmirsə heç bir təsiredici xüsusiyyəti olmaz. Eqoistdirsə xoşagəlməz hala gələr. Allahı çox sevən, Allahdan qorxan, eqoistlikdən tamamilə uzaqlaşan qadın heyrətamiz təsir gücünə sahib olar. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar
2023-cü ildən 2071-ci ilə qədər Türkiyədə yaxşıya doğru yüksəliş davam edəcək. 2071-ci ildən sonra irəliləyiş bir az zəifləyəcək və 2082-ci ilə qədər də o şəkildə davam edəcək. Tayyib hocamız da 2023 və 2071-ci illərə diqqət çəkir. Bu tarixlər mehdiyyətin tarixləri, Bədiüzzamanın işarə etdiyi tarixlərdir. 2023-cü il münafiq zehniyyətin də tamamilə zərərsizləşəcəyi tarixlərdir. Sitatlar
3-5-7-9 ilə İslam Birliyinin reallaşdığını görəcəyik inşaAllah. Çətin dövrlərdən keçərkən heç bir bacı-qardaşımız təlaşa qapılmasın. Çox çalışqan, şövqlü, qətiyyətli olmağımız lazımdır. Münafiqliyə, dinsizliyə, küfrə elmlə, irfanla, hüquqla, qanunla cavab verməliyik. Sitatlar
3-5-9 il içərisində İstanbul inşaAllah çox gözəlləşəcək. Hal-hazırda hara baxsaq beton yığınları və sıxıntı verən struktur görürük. İstanbulun görünüşü tamamilə dəyişəcək və hər yer ürəkaçan olacaq. Sitatlar
3-5 ilə qədər dünyada çox böyük hadisələr olacaq. Türkiyə aparıcı ölkə olacaq. Tayyib hocam Allahın icazəsi ilə daha uzun illər vəzifədə qalacaq. Sitatlar
5 duyğunun ruhdakı şərhinə maddə deyirik. Hər şey metafizikdir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur