logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 23 may 2016

avatar

Adnan Oktar

İman, ağıl, əlində də Quran; dünya belə bir insanın öhdəsindən gələ bilməz. Ən mühüm məsələ səmimi iman gətirmək, səmimi surətdə Allahı sevmək, səmimi surətdə Allahdan qorxmaqdır. Bunun üçün də, elə ədabazlıq edərək, hiyləgərlik edərək, söz güləşdirərək, söz ataraq İslamı hakim etmək mümkün olmaz.
A9 TV; 23 may 2016
1023
avatar

Adnan Oktar

İslamı ağılla, dərin imanla anlatmaq olar. Peyğəmbərimiz (s.ə.v) universitet məzunu deyildi. Əlində təkcə Quran vardı. Çox səmimi imanlıydı, buna görə də, çox təsir göstərdi. İmanı və ağlı ilə təsir göstərdi.
A9 TV; 23 may 2016
avatar

Adnan Oktar

Hazırda müsəlmanların etdiyi təbliğ üsulunda məlumat kafi deyil, mədəniyyət kafi deyil, müasirlik qəti kafi deyil. Bunlarla olmaz. Dərin iman, dərin səmimiyyət, dərin ağılla olar. Ən təsirlisi budur.
A9 TV; 23 may 2016
avatar

Adnan Oktar

Münafiqdə ən böyük qorxu gələcək qorxusudur. Hər cür pisliyi bunun üçün edər. Müsəlmanların yanından qaçmasının səbəbi də odur.
A9 TV; 23 may 2016
avatar

Adnan Oktar

Münafiq müsəlmanların yanında müvəqqəti qalar. Özünü təhlükəsizlikdə hiss etməz. Çünki müsəlmanlara düşmən olduğu üçün, kinli olduğu üçün, nifrət etdiyi üçün müsəlmanlardan özünü təhlükəsizlikdə hiss etməz. Küfrdə özünə yer axtarar.
A9 TV; 23 may 2016
avatar

Adnan Oktar

Quranda, münafiqlər möminləri ağılsızlıqla ittiham edirlər. Münafiq özü anarxist ruhlu olduğundan, onu üstün görür. Möminin itaətkar olmasına da heyrətlənir; "o ağılsızlar kimi mi iman gətirəcəyəm?" deyir. Halbuki itaətkar olmaq, həlim xasiyyətli olmaq, həlim olmaq gözəldir.
A9 TV; 23 may 2016
avatar

Adnan Oktar

Münafiqlər özləri üsyankar olduqları üçün, möminlərin itaətkar olmasının gözəlliyini anlaya bilməzlər.
A9 TV; 23 may 2016
avatar

Adnan Oktar

Münafiq dünyadakı narahatlığın minlərlə mislini cəhənnəmdə yaşayar. Mömin də rahatlığın minlərlə mislini cənnətdə yaşayar, tam əksidir.
A9 TV; 23 may 2016
avatar

Adnan Oktar

Münafiq cəhənnəmdə belə fitnə axtarır, həmişə narahatdır və heç vaxt Allaha sığınmaz. Allah o anarxist ruhunu, o dəli ruhunu, həmişə narahat olan ruhunu ən narahat halda tutar cəhənnəmdə. Mömin də dünyada rahat olduğu üçün, cənnətdə ən rahat halda yaşayır, heç narahatlıq yaşamaz.
A9 TV; 23 may 2016
avatar

Adnan Oktar

Cənnət şərtləri möminə görədir. Münafiq də tam cəhənnəm əhlidir. Cəhənnəmdə həmişə narahatdır. Orada da yenə öz aləmində pislik edəcək mövzu tapır, onu oraya atmağa səbəb olan digər münafiqləri axtarır.
A9 TV; 23 may 2016
avatar

Adnan Oktar

Allah yolunda mübarizədə fədakar olmalısan. Məsələn, əsgər ac, susuz olur, cınqırını çıxarmır, fitnə çıxartmır, lakin münafiq çıxardar. Münafiqin ən kiçik bir şeyə dözümü yoxdur. Hər şey onun dediyi kimi olsun istəyər. Mömin belə deyil, necə ortalıq sakitləşəcəksə, necə mühit hüzurlu olacaqsa ona görə hərəkət edər.
A9 TV; 23 may 2016
avatar

Adnan Oktar

Münafiq üçün hər şey problemdir. Yola çıxması bir problemdir, yemək yeməsi bir problemdir, geyinməsi problemdir, həyatı özünə zəhər edər. Möminlərə də bu pisliyi bulaşdırmağa çalışar.
A9 TV; 23 may 2016
avatar

Adnan Oktar

Möminin itaətkarlığı, həlimliyi cənnətdə də davam edir. Çünki müttəqidir. Allahdan nə xeyir gəlsə ona razıdır, qənaətkardır. Münafiq qənaətkar deyil.
A9 TV; 23 may 2016
avatar

Adnan Oktar

Mömin həlim olur, sakit, itaətkar və mehriban olur. Öz mənfəətini düşünmür. Məsələn, istidə də döyüşə gedə bilir və ya İslama xidmət edə bilir. Hava istidir demir. Sıxılsa da demir. Lakin münafiq deyər.
A9 TV; 23 may 2016
avatar

Adnan Oktar

İslamın hakimiyyəti üçün təlaşlanmağa ehtiyac yoxdur. Allahın planlaşdırdığı bir sistem var, o yavaş-yavaş irəliləyir. Hakimiyyət bizə doğru gəlir, biz hakimiyyətə doğru gedirik.
A9 TV; 22 may 2016
avatar

Adnan Oktar

İngiltərə dərin dövləti olduqca zavallı təşkilatdır. Yəni zavallının zavallısıdır. Şeytan olduqca gücsüz varlıqdır. Heç birini gözdə böyütməyə ehtiyac yoxdur. Gözdə böyüdüləcək olan, böyük olan, ən böyük olan, sonsuz böyük olan Allahdır.
A9 TV; 22 may 2016
avatar

Adnan Oktar

Allah insanların böyük hissəsini çirkin yaradır, bəzilərini qısa boylu yaradır, bəzilərini artıq çəkili yaradır. Bu, insanların azmasına mane olar. Çox gözəl insan nadir olur, onlarda da bir çox xəstəlik, dərd olur. Ən gözəl insanın belə ömrü çox qısa olur. Yəni böyük imtahan mühiti var və bu mükəmməl işləyir.
A9 TV; 22 may 2016
avatar

Adnan Oktar

Münafiqdən narahat olmaq yersizdir. Münafiq Allahın aciz bir quludur, Allah yaradar onu. Kafirdən də narahat olmağa ehtiyac yoxdur, kafirin heç bir gücü yoxdur. Güc sahibi olan Allahdır.
A9 TV; 22 may 2016
avatar

Adnan Oktar

İnsanlar Allaha qarşı dürüst olmasalar Allahın rahatlıq verməyəcəyi bəllidir. Allaha müqavimət göstərirlər, müqavimət göstərdikcə də Allah əzir. Halbuki Allaha müqavimət göstərməsələr Allah əzməz, çox rahat olarlar. Bəziləri özlərini çox ağıllı zənn edir. Haşa Allahla döyüşdüyünü zənn edir. Halbuki Allah üçün onlar heç nədir.
A9 TV; 22 may 2016
avatar

Adnan Oktar

Türkiyə sağlam düşüncəli, ağıllı insanların olduğu bir ölkədir. Dünyaya sevgini, mərhəməti öyrədəcək bir şəfqət müəllimidir millətimiz. Dostluq, qardaşlıq, yoldaşlıq müəllimidir. Bizim adət və ənənələrimiz də gözəldir. Sevgimiz də gözəldir. Dünyanın ruhunu boşaltdılar, Türkiyə mehdiyyət liderliyində bu ruhu dolduracaq.
A9 TV; 22 may 2016
avatar

Adnan Oktar

Anadolu Nuhun gəmisi kimidir. Kasıb, fağırlar, qəriblər, əzilənlər, döyüşdən qaçanlar həmişə Türkiyəyə sığınırlar, eynilə Nuhun gəmisi kimi. Bütün dünyanın fağırları, məzlumları, kömək istəyənlər Türkiyəyə sığınırlar.
A9 TV; 22 may 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
İslamı ağılla, dərin imanla anlatmaq olar. Peyğəmbərimiz (s.ə.v) universitet məzunu deyildi. Əlində təkcə Quran vardı. Çox səmimi imanlıydı, buna görə də, çox təsir göstərdi. İmanı və ağlı ilə təsir göstərdi. Sitatlar
İmam Mehdi (ə.s)-ın mədrəsə təhsili yoxdur. Bir alimə, hocaya bağlı deyil. İmanıyla, səmimiyyətiylə təsir göstərəcək. Sitatlar
Hazırda müsəlmanların etdiyi təbliğ üsulunda məlumat kafi deyil, mədəniyyət kafi deyil, müasirlik qəti kafi deyil. Bunlarla olmaz. Dərin iman, dərin səmimiyyət, dərin ağılla olar. Ən təsirlisi budur. Sitatlar
Allah bir ölkədə iman gətirən biri olduqda onu dərhal görər. Çünki Özü yaradır. Həmçinin hadisələr həmişə o insanın ətrafında ona görə meydana gələr. Allahın ən çox əhəmiyyət verdiyi dərin imandır, çox səy göstərmək deyil. Sitatlar
Dərin imanlı çox az sayı olan bir cəmiyyət olsa, İslam dünyaya dərhal hakim olar. Bütün məsələ dərin imandadır. Allah insanların səyindən asılı etmir, insanların imanından, səmimiyyətindən asılı edir. Sitatlar
Müsəlman son dərəcə həlim olmalıdır. Əziyyətə səbir edən, çətinliklərə səbir edən, acıya səbir edən olmalıdır. Zəiflik və kədərlənmə haqqul-yakin imanda olmaz. Sitatlar
Allah dərin imana baxar, Onu çox sevirmi, sevmirmi? Dərin imanla iman edirmi, etmirmi? Təkcə buna baxar. Bu varsa tamamdır, başqa şeyə ehtiyac yoxdur. Sitatlar
Münafiqlər Peyğəmbər (s.ə.v)-ə qarşı həmişə zəka ilə yaxınlaşmağa çalışdılar. Peyğəmbərimiz (s.ə.v) ağlıyla üstün gələrək onları hər dəfə rəzil-rüsvay etdi. Sitatlar
İnsanlarda ağıl az olub, zəka çox ola bilər. Dünyagörüşü, bilik çox olur, ətrafı, imkanları geniş olur. Lakin Allahı anlama və Allaha hörmət bəsləmə, Allahı sevmə gücü yüksək vicdan sahiblərində ola bilir. Sitatlar
Dünyanı bundan sonra “ağıl” idarə edəcək. Ağılsızların idarə etməsi bitəcək. Ağılsızlardan ibarət olan İngiltərə dərin dövlətinin fəlakəti gedəcək, ağıllılardan ibarət olan mehdiyyətə qəlbən bağlananlar gələcək. Sitatlar
Münafiq ayələrini oxuyarkən, qarşıdakı hər hansı qüvvə deyil də, özümüzün də münafiq ola biləcəyimizi düşünərək, ayələri özümüzə aid edərək, Allahdan qorxaraq özümüzü tərbiyə etməliyik. Münafiq onsuz da bu ayələrlə heç maraqlanmaz. O yeni oyunlar axtarar. Sitatlar
Dünyadakı çətinliklər güclü imanın və Allah sevgisinin göstərilməsi üçün lazımdır. Çətinliklərin nemət tərəfini görüb Allaha həmişə şükür etmək lazımdır. Hz. Musa (ə.s)-ın imtahanındakı çətinliklərin hər biri Allahın onu sevməsi üçün vəsilə oldu. Sitatlar
Allah sevgisi, məşəqqət, səbir, ruhu çox gözəlləşdirdiyi zaman, insan cənnətdə Allahın təcəllisini gördüyü üçün, Allahı sevdiyi üçün çox güclü zövq alır. Buna görə də, dünyadakı hər 5-10 dəqiqə belə təhsil baxımından çox əhəmiyyətlidir. Sitatlar
Hər şey Allah sevgisi ilə gözəldir. Allahın hədiyyəsi olduğunu düşündüyün zaman nemətlərdən zövq alınar. Sitatlar
Münafiqlər və dəccaliyyət çox təfsilatcıdır. Allah onları təfsilatın içində həlak edir, təfsilatın içində boğur. Müsəlman çox sadədir. Çünki hər şeyi Allaha buraxmışdır. Çox ağıllı yanaşar, təvəkküllə yanaşar. İşləri də həmişə rahat gedər, həmişə xeyirə nail olar. Sitatlar
İslamın sevgisi, mərhəməti aparıcı olacaq, müasirlik, keyfiyyət, incəsənət, demokratiya, dünyəvilik, gözəllik, Allah qorxusu, Allah sevgisi, bütün dinlərə hörmət hər yerə hakim olacaq, Türkiyə də aparıcı olacaq. Sitatlar
Quran ağlı ortaya çıxaran, məntiqli düşünməyi təmin edən, normal, Allahın bəyənəcəyi insan modelini meydana gətirən, cənnət tərbiyəsi verən, cənnətdə normal yaşamağı təmin edəcək olan həyat rəhbəridir. Sitatlar
Estetika, incəsənət, gözəllik və ehtişam Allah qorxusu və sevgisi ilə meydana gələr. Allahı çox sevən gözəllik üçün çox diqqətli olar. Sitatlar
Müsəlman Allahın ruhu ilə, Allah sevgisi və Allah qorxusu ilə sevər və nəticəsində də gözəl əxlaq, sevgi və ehtiras ruhuna sahib olar. Sitatlar
Mənim və dostlarımın şüarı dürüstlük, səmimiyyət, Allahdan qorxmaq, Allahı çox sevməkdir. Sitatlar
İnsan bilik sayəsində vəhşi insan ola bilər. Məsələn, kommunist, stalinist, terrorist ola bilir. Lakin sevgiylə belə olmur, sevgiylə insan olur. Allahdan qorxur, Allahı sevir, insanları sevir. Biliklə sevginin birləşdirdiyi vaxt, ortaya möhtəşəm bir şey çıxır. Sitatlar
Mömin həmişə dürüstlüklə, səmimiyyətlə, yaxşı niyyətlə, təvazökarlıq, məzlumluq və həlim xasiyyətlə, yəni həlimlik və itaətkarlıqla yaşayar. Münafiq tam əksidir. Üsyankar, asi və anarxist ruhludur. Sitatlar
Münafiqdə ən böyük qorxu gələcək qorxusudur. Hər cür pisliyi bunun üçün edər. Müsəlmanların yanından qaçmasının səbəbi də odur. Sitatlar
Münafiqlərlə əlaqədar ayələr möminə təsir edər. Bu insana təsir edirsə, o, münafiq ola bilməz. Lakin münafiq bu ayələrə gülər, bu ona heç təsir etməz. Vecinə də almaz, azğınlığı, şeytanlığı daha da artar. Təcavüzkarlığı, kini daha da artar. Sitatlar
Münafiq müsəlmanların yanında müvəqqəti qalar. Özünü təhlükəsizlikdə hiss etməz. Çünki müsəlmanlara düşmən olduğu üçün, kinli olduğu üçün, nifrət etdiyi üçün müsəlmanlardan özünü təhlükəsizlikdə hiss etməz. Küfrdə özünə yer axtarar. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur